Faiz Riskinə Həssaslıq üzrə Təsnifat Faiz dərəcəsi riski



Yüklə 5,37 Kb.

tarix15.11.2018
ölçüsü5,37 Kb.

background image
Faiz Riskinə Həssaslıq üzrə Təsnifat 

 

Faiz dərəcəsi riski – Bankın faizə həssas aktiv və passivlərinin təqibi və faiz dərəcələrindəki dalğalanmaların maliyyə 

cədvəllərində yaradacağı təsirə dair həssaslıq təhlilləri Risk Menecmenti tərəfındən bütün faizə həssas məhsulların carı 

dəyərləri üzərindən edilməkdədir. Nəticələr aylıq olaraq Risklərin İdarəedilməsi Komitəsinə təqdim edilir. Həssaslıq və 

ssenari  təhlilləri  ilə  Bankın  gələcək  dövrlərdə  faiz  dalğalanmalarından  (volatillik)  hansı  şəkildə  təsirlənəcəyi  təhlil 

edilməktədir.  Bu  təhlillərdə  faiz  dərəcələrinə  şok  tətbiq  olunaraq,  faizə  həssas  məhsullar  üzərindəki  cari  dəyər 

dəyişmələrindəki olabiləcək itkilər hesablanmaqdadır. 

 

Bankın məruz qaldığı faiz riskinin yaranma səbəbləri: 



• Yenidən qiymətləndirmə riski – Bu amil bankın faiz riski daşımasının əsas göstəricisidir. Yenidən qiymətləndirmə 

riski  aktiv  və  passivlərin  bitmə  müddətlərinin  və  balansdankənar  maddələrin  (floating  faiz  dərəcələri  tətbiq  edildiyi 

zaman) faiz dərəcələrinin əlverişsiz şəkidə dəyişməsi zamanı yaranır. 

• Bazis riski – Bu risk maliyyə alətləri üzrə əldə olunan və ödənən faizlər arasındakı fərq zamanı, faiz dərəcəsi üzrə 

marjanın dəyişməsi nəticəsində yaranır. 



• Opsion riski - Opsion əməliyyatları öz sahiblərinə maliyyə alətləri ilə aparılan əqdlərdə alqı-satqının aparılması və 

şərtlərinin  dəyişdirilməsi  hüququnu  verir.  Bura  borcluların  kreditlərini  vaxtından  əvvəl  geri  ödəməsi  və  ya  müddətli 



depozitlərini vaxtından əvvəl tələb etmələrini aid etmək mümkündür. 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə