Faktorinq müqaviLƏSİ №



Yüklə 22,1 Kb.
tarix18.04.2018
ölçüsü22,1 Kb.
#39456

FAKTORİNQ MÜQAVİLƏSİ №___

 

Bakı şəhəri                                                                                             “___” _________ 20___ il


Bundan sonra "Faktor" adlanan Əsasnamə əsasında fəaliyyət göstərən "Birinci şirkətin adı”, direktor Flankəs Vaydədənvayov şəxsində, bir tərəfdən və bundan sonra "Müştəri" adlanan Əsasnamə əsasında fəaliyyət göstərən “İkinci şirkətin adı” MMC, direktor İmkanlı Flankəsov şəxsində digər tərəfdən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, aşağıdakılar barədə razılığa gəldilər:


1. MÜQAVİLƏNİN PREDMETİ

1.1. Müştəri üçüncü şəxsə _______________________________________________________________________
(Mal verməsindən, işlər görməsindən, xidmətlər göstərməsindən)

____________________________________________________________________________irəli gələn pul tələbini

(_______ tarixli _________ №-li müqavilə) Faktora güzəşt etməyi öhdəsinə götürür.

Pul tələbinin məbləği _________________________ manatdır. Həmin tələbin ödəniş müddəti _________________.

1.2. Faktor Müştəriyə _________ məbləğində pul vəsaiti verməyi öhdəsinə götürür.

Həmin vəsaitin verilməsi_________________________________________________________________________


(Müştərinin h/h-na köçürmə yolu ilə, üçüncü şəxsin h/h-na köçürmə yolu ilə)

______________________ həyata keçirilir. Vəsait _____________________________________müddətində verilir.

1.3. Faktor Müştəriyə ___________________________________________________________________________
(Mühasibat uçotunun aparılması, hesabların işlənməsi və s.)

____________________________ əlavə maliyyə xidmətləri də göstərir.


2. FAKTORUN GƏLİRİ

2.1. Bu müqavilə üzrə Faktorun əldə etdiyi gəlir _______________________ manatdan ibarətdir.

2.2. Bu məbləğ Faktorun h/h-na köçürülməklə ödənilir.

2.3. Köçürmə müddəti ______________gündür.

3. TƏRƏFLƏRİN VƏZİFƏSİ VƏ MƏSULİYYƏTİ

3.1. Müştəri müqavilə bağlandığı andan ______________________ gün gec olmayaraq güzəşt edilən tələbin etibarlı
olması barədə sənədləri, yəni _____________________________________________________________________
(müvafiq sənədləri göstərmək: hesab-faktura, qəbz, akt və s.)

_______________________________________________________________________ Faktora təqdim etməlidir.

3.2. Müştəri Faktor qarşısında güzəşt olunan tələbin etibarlı olması barədə məsuliyyət daşıyır.

3.3. Güzəştin predmeti olan tələbin borclu tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini _______________________________________________________ çəkir.


(Faktor və ya Müştəri)

3.4. ________________________________________________________________________ pul tələbinin güzəşti


(Müştəri və ya Müştərinin vəkaləti ilə Faktor)

barəsində borcluya bildiriş verməlidir. Belə halda borclu ödənişi faktor üçün həyata keçirir.


3.5. Faktor güzəştin predmeti olan tələbi başqa faktora yenidən güzəşt edə ____________________________.


(bilər və ya bilməz)

3.6. Hazırkı Müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar.

3.7. Tərəflər arasında hazırkı Müqavilənin icrası ilə bağlı bütün mübahisələr, məsləhətləşmələr və danışıqlar yolu ilə razılaşdırıla bilmədiyi təqdirdə, Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilməlidir.

4. QARŞISIALINMAZ QÜVVƏ (FORCE MAJEURE)

4.1. Tərəflərin iradəsindən asılı olmayan, qabaqcadan nəzərdə tutulması və məntiqə uyğun ehtiyatlılıq şəraitində rəf edilməsi mümkün olmayan qarşısıalınmaz qüvvə (hərbi əməliyyatlar, fövqəladə hallar, hökumətin qərarları, mülki iğtişaşlar, mühasirə, zəlzələ, yanğın, daşqın və s. kimi hadisələr) ortaya çıxdığı təqdirdə Tərəflər üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşımırlar.
4.2. Öhdəlikləri yerinə yetirmək imkanı olmayan Tərəf bu barədə yazılı akt tərtib edir və digər tərəfi dərhal yaranmış şərait, onun nəzərdə tutulan davamlığı və sona çatması müddəti barədə məlumat verir.

5. MÜQAVİLƏNİN DÜZƏLİŞ OLUNMASI

5.1. Tərəflərin qarşılıqlı razılığı əsasında hazırkı Müqaviləyə, onun ayrılmaz hissəsi olan ayrı-ayrı Protokollarla müvafiq qaydada rəsmiləşdirilən, dəyişikliklər və əlavələr edilə bilər.

5.2. Qeyd olunan Protokollar hər iki Tərəf imzaladığı andan qüvvəyə minir.


6. MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏSİ


6.1. Hazırkı Müqavilə Tərəflərin səlahiyyətli şəxsləri tərəfindən axırıncı imzalandığı andan qüvvəyə minir və 00.00.20___-cu ilə qədər etibarlıdır.

6.2. Tərəflərdən heç biri müvafiq müddətin başa çatmasına 15 (on beş) gün qalmış hazırkı Müqavilənin ləğv etmək niyyəti barədə qarşı Tərəfə yazılı surətdə rəsmi xəbərdarlıq etməzsə, Müqavilənin qüvvəsi avtomatik olaraq növbəti 1 il müddətlərinə uzadılacaqdır.

6.3. Tərəflər hazırkı Müqavilənin müddətini vaxtından əvvəl dayandırmaq hüququnu özlərində saxlayırlar. Bu halda hazırkı Müqaviləni ləğv etmək istəyən tərəf 15 (on beş) gün əvvəl qarşı tərəfi yazılı surətdə öz niyyəti barədə rəsmi olaraq xəbərdar etməlidir.

Yuxarıda qeyd olunanlara təsdiq olaraq, hazırkı Müqavilə iki əsl nüsxədə, hər Tərəf üçün bir nüsxədə, tərtib olunmuşdur.

 

Müştəri adından Faktor adından



_______________ Sovmin Flankəsov

“___” _____________ 20___ il



 

_______________ Flankəs Vaydədənvayov




“___” _____________ 20___ il
Yüklə 22,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə