Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 443,56 Kb.

səhifə1/17
tarix29.01.2018
ölçüsü443,56 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   17


 

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI 



AZƏRBAYCAN DÖVLƏT IQTISAD UNIVERSITETI 

 

Fakultə : «Əmtəəşünaslıq» 



Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi 

 

B U R A X I L I Ş   I Ş I 



Mövzu:    Xəz yarımfabrikatlarının əmtəəlik xassələrinin  

ekspertizası 



 

Işin rəhbəri: dos. X.M.Abbasova 

Tələbə: Əliyev Mehman İmamverdi  

Bölməazərbaycan  

Qrup: 310 

«Təsdiq edirəm» 

Kafedra müdiri :_______________ prof.Ə.P.HƏSƏNOV 

 

 

B A K I   2015 

 


 

MÜNDƏRICAT 



GIRIŞ  



BIRINCI FƏSIL. NƏZƏRI HISSƏ 

 

1.1.  Xəz yarımfabrikatlarının əmtəəlik xassələri 

1.2.  Xəz yarımfabrikatlarının keyfiyyət göstəriciləri və keyfiyyətinə 



qoyulan tələblər 

14 


1.3.  Xəz yarımfabrikatlarının istehlak xassələrini formalaşdıran 

amillər 


17 

IKINCI FƏSIL. TƏCRÜBƏVI HISSƏ 

 

2.1.  Xəz-dəri yarımfabrikatlarının çeşidinin ekspertizası 

22 

2.2.  Xəz-dəri yarımfabrikatlarının keyfiyyətinin ekspertizası 



40 

2.3.  Təbii xəz məmulatlarının keyfiyytəinin ekspertizası 

52 

NƏTICƏ VƏ TƏKLIFLƏR 

55 

ƏDƏBIYYAT  

58 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



                                                                        


 

GİRİŞ 

 

Xəz məmulatlarının öz yüksək keyfiyyət  göstəricilərinə görə demək olar ki, 



ən qədim geyim kimi özünü cəmiyyətdə tanınmışdır. Bu gün də xəz malları özünü 

yaxşı  istilik  saxlama  xassələrinə,  istismar  zamanı  kifayət  qədər  sürtünməyə  qarşı 

qablaşdırma,  lazımı  estetik  xassələrə  malik  olduğu  üçün  və.s  yüksək  keyfiyyət 

göstəricilərinə görə hələ də öz əhəmiyyətini itirməmişdir. 

Müasir  dövrdə  xəz-dəri  xammal  bayasının  genişləndirilməsi  üçün  hər  cür 

şərait və imkanlardan istifadə edilir.Vəhşi heyvan təssərüfatları yaradılır və həmin 

təsərrüfatlarda  lazımı  heyvanların  bir  çox  növləri  artırılır.  Məsələn,  Belə  vəhşi 

heyvanlardan  qunduz,dələ,samur,yenot  və.s  göstərmək  olar.  Hazırda  xəz  dəri 

tədarükü  ilə  məşğul  olan  müəssisələr  gündən-günə  genişləndirilir.100-dən  çox 

növdə  dəri-xəz  xammalı  tədarük  edir.  Son  dövrdə  xəz-dəri  verən  heyvandarlıq 

müəssisələri  30  dəfədən  çox  artmışdır.Orta  Asiya  ”Qaragül”  xəzlərinin  sortunun 

müxtəlifliyinə və keyfiyyətinin yararlığına görə dünyada məhşurdur. Eyni zamanda 

Əfqanıstan  və  Cənubi    Afrika  kimi  xəzçilik  sahəsində  tanınmış  ölkələr  irəlidə 

gedir.Tədarük  edilən  xəz  dərilər  içərisində  əsasları  dələ  andatra  sünbülqıran  və.s 

tutur.  Məhz  bu  baxımdan  ölkəmizdə  xalq  istehlakı  mallarının  o  cümlədən  xəz 

mallarının  çeşidinin  və  keyfiyyətinin  yüksəldilməsi  daim  diqqət  mərkəzindədir. 

Belə ki,ölkəmizin xəz sənayesinin inkişaf tarixinə nəzər yetirsək onun nəaliyyətləri 

aydın  şəkildə  məlum  olur.  Aparılan  tədqiqatlar  göstərir  ki,  xəz  yarımfabrikatları 

insanların  ən  qədim  dövrlərdən  istifadə  etdikləri  xalq  istehlakı  malları  olmuşdur. 

Doğrudur,bunlar hamısı ilk dövrlərdə ibtidai texnikaya əsaslanmışdır. 

Xəz  istehsalı  və  xəz  ticarəti  Rusiyada  çoxdan  meydana  gəlməklə  Rus  xalq 

təsərrüfatının  əsas  tərkib  hissəsi  olmuşdur.  Xəzillik  Rusiyanın  iqtisadi  balansının 

əsas tərkib hissəsini təşkil etmişdir. Bununla yanaşı hətta Rusiyada xəz istehsalı ilə 

məşğul olan xüsusi rayonlar yaradılmışdır. 




 

  Qədim  Rusiyada  xəz  ovu  əsas  istehsal  müəssisəsi  olmuşdur.Vəhşi  xəzlik 



heyvanlarının  dəriləri  bir  növ  pul  işarəsi  kimi  qəbul  olunmuşdur.  Eyni  zamanda 

qədim  Rusiyada  xəz  vergi  kimi  də  qəbul  olunmuşdur  ki,  ovçular  da  bunu  çar 

ailəsinə vergi kimi təhvil verirdilər. 

  Xəz  yarımfabrikatları  və  xəz  məmulatları  ticarəti  1643-cü  ildən 

başlanılmışdır. Həmin dövrdə İrbinski şəhərində yəni Perm quberniyasında ilk dəfə 

xəz  üzrə  yarmarka  açılıb.  Bu  yarmarkada  satılan  xəzlər  isə  tamamilə  emal 

olunmamış dərilər olmuşdur. Bir qədər sonra isə Nijqorod şəhərində emal olunmuş 

xəz dərilərindən ibarət II ticarət yarmarkası açılmışdır.   

  İnqilaba  qədər  xəz  üzrə  ovçuluq  və  habelə  xəz  ticarəti  şəxsi  müsadirə 

növündə  olmaqla  bərabər  ölkənin  xəzlik  heyvanlarının  kəskin  azalıb  məhv 

olmasına  gətirib çıxarmışdır. Bütün vəhşı heyvanlar və  quşlar ovu dövlət ovçuluq 

fonduna daxil olundu. Bununla  yanaşı qəti olaraq ov müddəti  müəyyən olundu və 

onların törəmələri üçün lazımı şərait yaradıldı. Xəz tədarükü dövlət və koorperativ 

təşkilatlarının əlinə keçirilərək şəxsi müsadirə tamamilə ləğv edildi. 

  

Çətin tapılan  vəhşi heyvanların ovu tamamilə qadağan olundu,çoxlu sayda 



heyvan  qoruqları  təşkil  edildi.  Sonralar  isə  yeni  növlü  xəzlik  heyvanların 

artırılması  üçün(ondatda,qunduz,amerika  ov  samuru)lazımi  tədbirlər  işlənob 

hazırlandı. 

  Ovçular  arasında  xəzin  ilk  emalı  barəsində  aparılan  tədbirlərdən,ovçuluq 

vaxtlarının  düzgün  müəyyən  olunmasından  xəz  alınmasının  səmərəliliyinin 

yaxşılaşdırılmasından  asılı  olaraq  alınmış  xəz  xammalının  keyfiyyətləri  xeyli 

yaxşılaşdırılmışdır. 

  Xəz  və  kürk  emalı  sənayelərində  50  növdən  çox  heyvan  dəriləri  emal 

olunur.  Bu  sahədə  qoyunçuluqdan  alınan  yun  xəziləri  və  kürkləri  qaragül  dəriləri 

cavan  qoyun  dəriləri  (merluşka,lyumka)habelə  vəhşi  heyvan  dəriləri  xüsusi  yer 

tuturlar. 

 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə