Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 443,56 Kb.
Pdf görüntüsü
səhifə14/17
tarix29.01.2018
ölçüsü443,56 Kb.
#22930
1   ...   9   10   11   12   13   14   15   16   17

41 

 

optimal  variantın  seçilməsi  zamanı  normativ  texniki  sənədlərin  hazırlanmasında 



buraxılan  məhsulun  keyfiyyətinin  yaxşılaşdırılması  üçün  sənaye  işçilərinin  maddi 

və  mənəvi  cəhətdən  həvəsləndirilməsinin  artırılmasında  vaxtdan  asıılı  olaraq 

keyfiyyət  dinamikasının  dəyişilməsinin  öyrənilməsi  zamanı  keyfiyyətə  dair 

hesabatın  tərtibindən  və.s.  Xəz  mallarının  keyfiyyət  səviyyəsini  kompleks 

qiymətləndirilməsinin  ümumi  alqoritması  aşağıdakı  əməliyyatların  aparılmasını 

tələb edir. 

Xəz  mallarının  keyfiyyət  səviyyəsinin  qiymətləndirilməsinə  başlayan  zaman 

birinci  növbədə  onun  istismar  şəraitini  və  istehlakçıların  bu  amala  olan 

kontigentini  aydınlaşdırmaq  lazımdır.  Belə  təhlil  qiymətləndirilən  malın 

keyfiyyətinə  verilən  tələbləri  formalaşdırmağa  imkan  verir.  Bu  halda  yalnız  bir 

istehlakçının  tələbini  nəzərə  almaq  deyil,  bu  təyinatda  malın  istismarında  iştirak 

edən  bütün  istehalkçıların  tələbini  nəzərə  almaq  lazımdır.  Başqa  sözlə,  istehlak 

dəyərinin ictimai xarakterini nəzərə almaq lazımdır.  

  Məlum olduğu kimi hər bir xəz məmulatı xassələrini müxtəlifliyinə görə  bir-

birindən fərqlənirlər Xəz mallarının keyfiyyətini qiymətləndirən zaman həmişə ilk 

sual  olaraq  hansı  xassə  nomenklaturasının  əsas  götürülməsi  məsələsi  meydana 

çıxır.  Bu  zaman  düzgün  göstəricilərin  əldə  edilməsi  üçün    bir  çox  əmtəəşünas 

təcrübələri  və  təhlilləri  aparılır.Malların  xassələrinin  göstəricilərinin  hərtərəfli 

öyrənilməsi  üçün  aparılan  əmtəəşünas  təcrübələri  daha  geniş  və  ətraflı  sayılır. 

Təhlillərin  aparılması  zamanı  elmin  yeni  nəaliyyətlərindən  düzgün  istifadə 

edilməlidir.Təhlil  eyni  zamanda  keyfiyyətin  qiymətləndirilməsi  və  ya  onun  təyin 

olunması 

üçün 

metodikaların 



hazırlanmasında 

materialların 

xassələrinin 

göstəriciləri  haqqında  məlumatların  toplanması  məqsədilə  aparılır.  Təhlillərin 

əksəriyyəti standarta daxil olan normativ texniki göstəricilərə əsasən aparılır. Bəzi 

göstəricilər  az  əhəmiyyət  kəsb  etdiyinə  təhlilin  mürəkkəbliyinə  yaxud  işlənmiş 

metodların olmamasına görə standarta daxil edilmir. 



42 

 

  Ayrı-ayrı  xassə  göstəricilərinə  görə  əmttəşünas  təhlilləri  buraxılmış  yeni 



partiya  xəz  məmulatları  standartın  tələblərinə  uyğunluğunu  başqa  sözlə, 

göstəricilərin miqdar xarakteristikalarını təyin edir. 

  Xəz  mallarının  xassə  göstəricilərinin  təyin  edilməsi  üçün  aşağıdakı  üsullar 

istifadə edilir:Orqanoleptik və alət üsullarından istifadə edilir. 

  Orqanoleptik  üsul  sadə  olmaqla  malın  tək-tək  xassə  göstəricilərinin  insanın 

hiss  üzvlərinin  vasitəsilə  bilavasitə  qəbul  olunmasına  əsaslanır.  Bu  yoxlamaların 

nəticələrini əldə etmək üçün sadə cihazlar və vasitələrdən istifadə edilir ki, bunlara 

misal olaraq  lupaları,xətkeşləri və.s misal göstərə bilərik. Orqanopleptik üsulla  və 

xassə göstəriciləri  təyin edilərkən nəticələr ballarla ifadə edilir.Orqanoleoptik üsul 

əsas etibarılə bu və ya digər xassə göstəricilərinin təyin edilməsində alət üsulunun 

olmadığı və ya zəif inkişaf etdiyi halda geniş tətbiq edilir. Orqanoleptik üsulun bir 

çox üstün və çatışmayan cəhətləri vardır.Bu üsulun əsas etibarılə onun sadəliyində  

və  xassə  göstəricilərinin  tezz  qiymətləndirilməsindən  ibarətdir.  Bu  zaman  təhlil 

üçün  xüsusi  otaqların,  cihaz  və  alətlərin  olması  tələb  olunur.  Bu  üsulun 

çatışmmazlığı  onun  tədbiqinn  məhdudluğundan  və  nəticələrin  subyetktivliyindən 

ibarətdir.  Xassə  göstəricilərinin  alınmış  nəticələrinin  doğruluğu  mütəxəsislərin 

ixtisas  dərəcəsindən,onların  praktiki  təcrübəsindən  və  hiss  üzvlərinin  fizioloji 

xüsusiyyətlərindən  ibarətdir.  Orqanoleptiki  üsulda  xassə  göstəriciləri  həmişə 

hesablaşa  ğıçü  vahirlərilə  ifadə  edilə  bilmir,  bu  zaman  bu  və  ya  digər  malları 

uyğun  əlamətlərinə  görə  müqayisə  etmək  çətin  olur.  Bütün  bu  çatışmazlıqlara 

baxmayaraq orqanoleptik üsul əmtəəşünas təcrübəsində xüsusilə xəz məmulatların 

nöqsanlarına görə sortlarının müəyyən edilməsində geniş tədbiq edilir. 

  Xəz  mallarının  xassələrinin  seçilməsində  və  qiymətləndirilməsində  ən  çox 

yayılmış  üsul  demək  olar  ki,alət  üsulu  sayılır.  Bu  üsulda  xəz  mallarının  xassə 

göstəricilərinin  təyini  ölçü  vasitələrinin,cihazların  və  kimyəvi  reaktivlərin 

köməyilə  aparılır.  Bu  üsul  orqanoleptik  üsula  nisbətən  daha  obyektiv 




43 

 

olmaqla,xassələrin  asan  mənimsənilə  bilən  miqdar  göstəricilərinin  alınmasına 



imkan  verir.  Bu  üsulu  həyata  keçirən  zaman  təsadüflüyə  yol  verilmir.  Xassə 

göstəriciləri alət üsulunda dəqiq ölçü vahidlərilə  ifadə edilir.Alət üsulunun əsasını 

metrologiya  təşkil  edir.  Xassə  göstəricilərinin  təyini  üçün  olanbu  üsul  otağın 

temperaturasına,rütübtinə  dəqiq  riayət  olunmasının,  standart  nümunələrin 

hazırlanmasını,  cihazların  dəqiqliyini,  təcrübələrin  aparılması  üçün  standart 

metalların olmasını və xüsusi hazırlanmış kadrların olmasını tıələb edir. 

  Alət  üsulu  ilə  xəz  mallarının  xassə  göstəricilərinin  təyini  bəzən  çox  vaxt 

aparılır  və  əksər  hallarda  məmulatın  dağılaraq  sıradan  çıxmasına  səbəb  olur.  

Laborotoriya  şəraitində  alət  üsulunun  köməyilə  xəz  mallarının  təhlil  edilən  və 

öyrənilən  xassə  göstəriciləri  əsasən  3  qrupa  bölünür:tük  örtüyünün  xassələri,gön 

qatının xassələri,hazır məmulatın xassələri. 

  Tük örtüyünün xassələri.  Dərinin  tük örtüyü bir neçə xassələrə  malik olur 

ki,bunlar  da  birlikdə  onun  xarici  görünüşü,daha  doğrusu  xəzin  gözəlliyini,onun 

geyilməyə qarşı davamlılığını  və  istilik  mühafizəetmə qabiliyyətini  təyin edir.  Bu 

xassələr xəz dəriləri üçün eyni olmayıb, eyni zamandada müxtəlif kateqoriyalı xəz-

dəri xammalı üçün də müxtəlif olur. 

  Tük  örtüyünün  hündürlüyü.  Tükün  hündürlüyü  xəz  dəri  xammalaı  üçün 

vacib  xassələrdən  birisi  sayılır.  Tük  örtüyünün  hündürlüyündən  asılı  olaraq  xəz 

yarımfabrikatlarının  istiliksaxlama  xassəsi  də  müəyyən  olunur.  Bu  xassə  xəz-dəri 

xammalı  və  məmulatların  keyfiyyətinin  və  sortunun  təyin  edilməsində  həlledici 

rolu  vardır.  Hər  bir  növ  xəz-dəri  xammalının  özlərinə  məxsus  tük  hündürlüyü 

göstəriciləri vardır. Bu da tük örtüyünün kryaj üzrə sortundan və dərinin topoqrafik 

sahəsindən asılı olur. 

  Tükün hündürıüyü onu duzəldib,kökündən qurtaracağına qədər olan uzunluq 

göstəricisi ilə müəyyən edilir. Müxtəlif növ xəz dərilərinin tük hündürlüyü 10-dan 




Yüklə 443,56 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə