50
yaranması ilə təyin olunur.Adətən soyuq şəraitdə xəzdən olan boyunluqlarda nəfəs
təsirindən qırov örtüyü yaranır.Bu göstərici isə müxtəlif xəz-dəri novləri üçün eyni
olmur.
Gon qatının plastiki xasələri. Emal edilmiş xəz dərilərinin gön qatı lazımi
dərəcədə uzanma və plastiki göstəricilərə malik olmalıdır. Təcrübədə bunu tam
uzanma plastiki və elastiki uzanma kimi qiymətləndirirlər.
Tam uzanma dedikdə, gön qatının müəyyən qüvvə təsirindən uzanma
qabiliyyəti başa düşülür. Plastiki uzanma və ya gön qatının elastikiliyi dedikdə isə
gpn qatının dartılması zamanı ona verilmiş fomranı özündə saxlaması başa
düşülür.Gön qatının plastikliyi nə qədər çox olarsa,küyfiyyəti də bir o qədər çox
olar.
Elastiki uzanma
dedikdə,
müəyyən
qüvvə
ilə
gön
təbəqəsinə
dartıb,buraxarkən əvvəlki vəziyyətinin olması başa düşülməlidir. Bu göstərici
təcrübədə gön qatının rezinləşməsi qabiliyyəti kimi adlandırılır. Daha çox
elastiklik yaxşı nəticə hesab edilmir.
Dərilərin gön qatının plastikliyi xassələri onların dermasından,quruluşundan,
emalından və boyadılmasından, yağlama dərəcəsindən, texinki cəhətdən
arayışlandırılmasından çox asılıdır. Bu göstərici müxtəlif növ xəz-dəriləri üçün
eyni olmayıb, müxtəlifdir. Gön qatının plastikliyinin azalmasına ən çox xrom
aşılanması təsir göstərir. Turşulaşdırma zamanı gön qatının elastikliyi çoxalır.
Qalın gön qatı dərilərinə nisbətən də az dartılır.Yaxşı yığlaşmış dartılma qaba
müddətini artıra bilir. Daha çox nəmləndirilmiş dərliər yaxşı dartıla bilirlər.
Dərilərin gön qatının plastikliyi həm də onun yumşaqlığı ilə də sıx surətdə bağlıdır.
Gön qatı yaxşı emal edilmiş dərilər daha çox yumşaq həm də elastiki olur.
Ərimə temperaturu. Bu göstərici gön qatının yaxşı aşılanma dərəcini
müəyyən edən əsas amil sayılır.Yaxşı alınmış dərilər yüksək temperaturaya
müqavimət () 80 dərəcəyə qədər göstərirlər).Lakin yenicə pikel əməliyyatından
keçirilən və ya turşulu mühitdə islanmış dərilər hətta,45-yə belə davam gətirə
51
bilmirlər.Ərimə dərəcəsi artıqdca gön qatının plastikliyi azalır.Bu baxımdan da
bəzi növ xəz dəriləri aşılanma dərəcəsi müəyyənləşdirilir.
Gön qatının islanması. Gön qatının rütubətməşləsi xəz malların keyfiyyətdə,
qiymətləndirilməsində həlledici rol pyanayır. Belə ki,gön qatının islanması onların
elastiklik xassəsinə təsir göstərir.
Xəzçilik prosesində dərilər bir neçə dəfə isladılmaya rast gəlinir.İstifadə
zamanı da xəz malları islana da bilirlər.Əgər islanıb,qurudulduqdan sonra xəz
malının yumşaqlığı və plastikliyi zisləşirsə belə növ xəz məmulatı yarasız xəz
hesab olunur. Beləliklə,aşılanma dərəcəsindən asılı olaraq cərimə temperaturası
araşdıqca gön qatının islanma qabiliyyəti də azalır. Bu da gön qatının rütubətə
qarşı davamlılığını artıra bilir.
Gön qatının hikroskopikliyinə külün miqdarı,aşılanma dərəcəsi də və digər
göstəricilər təsir göstərir.Gön qatının da yağla əlaqəli vəziyyət də ola bilər. Normal
yağlıq göstəricisi dəridə 8-18 % ola bilər. Aztərkibli yağa malik gön qatı qaba, pis
dartılan olur,lakin çox tərkibli yağ da xoşa gələn hal deyilir. Külünün miqdarı
dərilərdən onların xammal növündən,emal və boyadılma üsullarından çox
asılıdır.Külün
tərkibinə
mineral
duzlar
daxildir.Xörək
duzu
xəzlərin
hikroskopikliyini təşkil edir.Artıq tərkibli xörək duzuna malik gön qatı qaba və
ağır olur.Buna görə də gön qatında xörək duzu çox olduqda,hazır məmulatın
keyfiyyəti pisləşir.Normal emal edilmiş xəz dərilərinin gön qatında külün miqdarı
5-8 % olmalıdır.Xrom duzunun miqdarının təyin edilməsinə görə,dərilərin
aşılanma dərəcəsini müəyyən etmək olur.
52
2.3. Təbii xəz məmulatlarının keyfiyyətinin ekspertizası
Təbii xəz məmulatlarının keyfiyyətinin ekspertizası bütün xassələrə malik
olmalıdır.Bunlar barəsində yuxarıda danışılmışdır. Lakin xassələrin cəmi kimi
istilik saxlama xassəsi,geyilməyə qarşı davamlılıq,əsas istehlak göstəricilərinə təsir
edən əsas əlamətlər hesab olunur.
Xəz məmulatlarının istiik saxlama xassəsi.Xəzlər ən yüksək istilik saxlama
qabiliyyətinə malik məmulatlar sırasına daxil olunur.İstilik saxlama hər şeydən
əvvəl xəz örtüyünün hava təbəqəsindən asılıdır.Xəz qatında hava təbəqəsi nə qədər
çox olarsa,istilik saxlama da bir o qədər çox olar. Şimal rayonlarında yaşayan
xəzlik vəhşi heyvanların tük örtüyünü sıx və hündür olduğundan belə xəzlər yaxşı
istilik saxlama qabiliyyətinə malik olurlar. Ən çox istilik saxalama qabiliyyətinə
malik olan xəz növlərinə şimal tülüküsü,ağ döş dovşan,su qunduzu,tülkü,şimal
maralı,habelə,qoyun dərisi hesab olunurlar.Seyrək və qısa tük örtüyünə malik olan
su iti,köstəbək,dayça dərisinin xəzi az istilik saxlama qabiliyyətinə malik olurlar.
Xəzlərin istilik saxlama qabilliyyətini prof.Q.M.Kondratyevin üsulu ilə təyin
edirlər.Üsulun mahiyyəti ondan ibarətdir ki,müəyyən istilik şəraitində saxlanmış
nümunəni daimi temperaturda da saxlayıb,soyudulması yolu xəzin istilik saxlama
qabiliyyətini öyrənilir.
Xəzlərin geyilməyə qarşı davamlılığı. Geyilmə zamanı xəz məmulatı və
yarımfabrikatları müxtəlif mexaniki və fizikimyəvi təsrilərə məruz qaldığından
onlar tədricən sürtünməklə yararsız vəziyyətə düşürlər. Xəz örtüyünün müxtəlif
xarici təsrilərinə əks dayanmasına onların geyilməyə qarşı davamlılığı başa
düşülür.Bu göstərici öz növbəsində xəz-dəri yarımfabrikatlarının növündən və
emal edilməsindən çox asılıdır.Müxtəlif xəz növlərinin geyilməyə qarşı davalılığı
çox geniş mənada fərlənir.Onların bəziləri tez və bəziləri isə gec dağılır. Məlum
olduğu kimi,dartılma zamanı tükü gövdəsində gərginlik yaranır.Bu gərginlik isə
53
təsir edici qüvvənin sürtünən səthinə tükün uzunluğuna olan nisbətilə düz
mütənasibdir. Əyrilik radiusu tükün qatlanma qabiliyyətindən çox olduqda,tük
parçalanmır ki,bu əyilmənin Kritiki-radiusu adlanır. Tük örtyünün parçalanması
və ya dağılması nəinki tüklərin dözümlülüyündən asılıdır,eyni zmanda
deformasiyanın
böyüklüyündən
də
asılıdr.Kritik
deformasiyanın
faktiki
deformasiyaya olan münasibəti nə qədər çox olarsa,tük örtüyünün dağılması da gec
olur. Müxtəlif növ xəzlik heyvanların tük örtüyünün dağılması və ya geyilməyə
qarşı davamlılığı eyni deyildir.Bu göstərici həm adxili tükün quruluğundan,tükün
diametri və uzunluğundan,tük örtüyünün sıxlığından və həm də xarici amillərdən
sürtünmənin gücündən,qatlanmanın sayından,əyilmə radiusundan asılıdır.
Xəzlərin geyilməyə qarşı davamlılığımı təyin etmək üçün xüsusi cihaz
hazılanmışdır.Qatnsov və Serevitinovun bu cihazında sürtünmə mexanizmi
istehlak şəraitindəki sürtünməyə uyğun gedir.
Qantsovun üsuluna görə 30 % sürtünməsinə sərf olunan sürtünmə
dövrlərinin sayına görə xəz yarımfabrikatlarının geyilmə dövründə hər aylara
düşən sürtünmə miqdarını müəyyən edib,xəzlərin dağılması barəsində fikir
yürütmək olar.
Xəz məmulatlarının çəki göstəriciləri.Geyimlərin çəkisinin insanlar üçün
böyük əhəmiyyəti vardır.Hamiya məlumdur ki,ağır çəkili geyilər hətta,qış
şəraitində belə yorğunlaşma yaradır,insanın iş fəaliyyətini azladır və rahatlığını
aşağı salır. Yay geyimlərinə nisbətən kişilər üçün qış geyimlərinin orta çəkisi 2.5
və qadınlar üçün isə 3 dəfə ağır olur.Kişilər üçün geyimlərin çəkisi qadınlara üçün
olan geyimlərə nisbətən 2 dəfə ağır olur. Qış vaxtından geyimin çəkisini insan
bədəninin çəkisinə olan nisbəti kişilər üçün 1:8:8 və qadınlar üçün isə 1:12.5 təşkil
edir.Yay vaxtında bu göstərici kişilər üçün 1:22.8,qadınlar üçün isə 1:39.3 təşkil
edə bilir.
54
Xəzdən olan qadın geyimlərinin çəkisi ümumi geyimin və ayaqqabının
çəkisini qış aylarında 65-70% təşkil edir. Çəki göstəriciləri xəz-dəri
yarımfabrikltlarının və məmulatların təyinatlarının müəyyənləşdirilməsində həll
edici rol oynayır.Beten növ xəz-dəri yarımfabrikatları çəkisinə görə 4əsas qrupa
ayrılırlaer.Bu, aşağıdakı cədvəldə göstərildiyi kimidir.
Çəki qrupları
Çəki qramla
Növləri
Daha ağır
olanlar
1600-dən-3000-ə
qədər
Sibir porsuğu,çöl pişiyi,it,canavar,su samuru,çay
qunduzu,qaytalanmış qoyun dərisi
Ağır
1100-dən 1500-ə
qədər
Qaragül,tülkü,şimal tülküsü,pişik,samur,mişovul,dəniz
pişiyi,dələ dəriləri
Orta
700-dən 1100-ə qədər
Sibir siçovulu,baybak,su smauru,ev
dovşanı,qunduz,andatra,qara safsar,sincab,qumsal
sünbülqıran dəriləri
Yüngül
250-dən 650-yə qədər Anbar siçovulu,su siçovulu,adı sünbülqıran,dağ
siçanı,gəlincik,köstəbək,ağ dovşan dəriləri
Xəz yarımfabrikatlarının çəki fərqlərindən asılı olaraq hazır xəz
yafımfabrikları çəkisi də çox fərqlənir.Belə ki,48 ölçüdə olan qadın xəz paltosunun
çəkisi 2239 qramdan 4700-qrama qədər ola bilir.Bu da hər şeydən əvvəl xəz
yarımfabrikatları-nın çəkisindən asılıdır.Ümumiyyətlə xəz yarımfabrikatlarının
hazır məmulatın çəkisinin 60-80%ni təşkil edir.
55
NƏTICƏ VƏ TƏKLIFLƏR
Hal-hazırda duran ən mühüm vəzifələrdən biri buraxılan məhsulun
keyfiyyətini yüksəltmək və çeşidi yaxşılaşdırmaqdır. Bu da əhalinin geniş çeşiddə,
yüksək keyifyyətli və iqtisadi cəhətdən səmərəli xəz mallarına olan tələbatını tam
və dolğun ödəməyə imkan yaratmaq deməkdir.
Təbii xəzlərdən istehsal olunan məmulatlar bir çox üstün cəhətlərə malikdir.
Məhz buna görə də təbii xəzlərin keyfiyyətinə müxtəlif tələblər verilir. Təbii
xəzlərin keyfiyyətinə qoyulan tələblər birinci onların təyinatına uyğun olmalıdır.Bu
da onun yüksək ixtisaslaşma qabiliyyəti ilə izah olunur.Təbii xəzlərə verilən
tələblər estetik,gigiyenik və istismar tələbləri olmaqla 3 qrupa bölmək olar.Təbii
xəzlərin keyfiyyətinin yüksəldilməsində əsas şərtlərdən biri də onların
keyfiyyətinin düzgün idarə edilməsidir. Onların keyfiyyətinin idarə olunması ilə
keyfiyyətə nəzarətin həyata keçirilməsi və onun səviyyəsinin vaxtaşırı
qiymətləndirilməsini tələb edir.Əksər hallarda təbii xəzlərin keyfiyyət səviyyəsinin
qiymətləndirilməsi xassələrin kompleks göstəricilərinə əsasən aparılır.
Təbii xəzlərin xassə göstəricilərinin təyin edilməsi üçün orqonaleptik və
alət üsullarından istifadə olunur.Orqonaleptik üsul sadə olmaqla,malın tək-tək
xassə göstəriciləri insanın hiss üzvləri və sadə cihazlardan-lupalardan,xərkeşlərdən
və.s istifadə olunur. Bu üsulun üstün və çatışmayan cəhətləri var. Bu üsulun ən
üstün cəhəti onun sadəliyi və xassə göstəricilərinin tez qiymətləndirilməsidir. Bu
üsulun çatışmazlığı onun təbliğatının
məhdudluğundan
və nəticlərinin
subyektivliyindən ibarətdir. Lakin bunlara baxmayaraq orqanoleptik üsul
əmtəəünas təcrübəsində,xüsusilə xəz məmulatlarının nöqsanlarına görə sortlarının
müəyyən edilməsində geniş təbliğ edilir.
Xəz mallarının xassələrinin seçilməsində və qiymətləndirilməsində ən çox
alət üsullarında istifadə olunur. Bu üsul orqonaleptik üsula nisbətən daha obyektiv
56
olmaqla,xassə göstəricilərinin təyini,cihazların kimyəvi rektivlərin köməyilə
aparılır.Bu üsulda əksər hallarda məmulat dağılaraq sıradan çıxır.
Laboratoriya şəraitində alət üsulunun köməyilə xəz mallarını təhlil edilən
və öyrənilən xassə göstəriciləri əsasən 3 qrupa bölünür: tük örtüyünün xassələri,
gön qatının xassələri, hazr məmulatın xassələri.
Tük örtüyünün xassələrinə tük örtüyünün hündürlüyü,sıxlığı,tükün
qalınlığı,
yumşaqlığı,davamlılığı,tüklərin
gön
təbəqəsi
ilə
əlaqəsinin
davamlılığı,tüklərin xüsusi və həcmi çəkisi tük örtüyünün əzilməsi,tük örtüyünün
elastikliyi,tük örtüyünün keçəllənməsi,tük örtüyünün rəngi,işığa davamlılığı,tük
örtüyünün quru halda sürtünməyə qarşı davamlılığı,tük örtüyünün gurluğu,tük
örtüyünün dalğavari rəngliyi,tük örtüyünün suya davamlılığı aiddir.
Gön qatının xassələri dedikdə,gön qatının qalınlığı əsas göstəricidir.Emal
edilmiş xzələrin gön qatının qalınlığı 0.2mm-dən(su iti),1.6 mm-ə qədər(qaragül,su
samuru) olur.Gön qatının qalınlığına görə dərilər 3 qrupa bölünür.Yəni zərif,orta
və qalın xəz dəriləri.
Gön qatının ikinci əsas xassəsi onun davamlılığıdır.Bu göstərici dərinin
derma
qatının
histologiya
quruluşundan,başlıca
olaraq,kolloca
liflərinin
qalınlığından və toxumasından,gön qatının qalınlığından və sıxlığından çox
asılıdır.Məslən,emal edilmiş müxtəlif növ qaragül dərilərinin cırılma qüvvəsi eyni
deyildir(kq-la).Qaragül dərisi üçün bu göstərici 8.9 kq olduğu halda,qaragülçə
dərisi üçün bu göstərici 10.0 kq-dır.
Gön qatının plastikliyi də onun əsas göstəricisidir.Çünki emal edilmiş xəz
dərilərinin gön qatı lazımi dərəcədə uzanma və plastiki göstəriciyə malik olmalıdır.
Nəhayət, yuxarıda deyilənləri nəzərə alaraq təbii xəzlərin əmtəəlik
xassələrini yüksəltmək üçün praktiki əhəmiyyəti olan təklifləri irəli sürürəm.
1. Respublikamız həm klimat,həm də təbii sərvətlərlə zəngin bir
ölkədir.Təbii xəz verən heyvanaların kifayət üdərə növlərini yetişdirmək
57
üçün ölkəmizdə imkan var.Ona görə də bu sahəyə də kifayət qədər fikir
verilməsi məqsədəuyğun olardı.
2. Azərbaycan Şərq ölkələri sırasındadır.Şərq aləminin təbii xəzlərə daimi
tələbatı olmuş və ondan kifayət qədər müxtəlif çeşidlərdə istifadə etmiş və
etməkdədir.Ona görə də təbii xəzlərin keyfiyyətinin istehlakçılarının
tələbatına uyğun olaraq daim artırılması günün vacib məsələsi kimi
qarşıya qoyulmalıdır.
3. Dövlətimizin müstəqilliynin inkişaf dövründə xəz sənayesinin inkişaf
etdriilməsi vaxtı məncə çatmışdır.Bu məsələ prezidentin verdiyi fərmana
əsasən yəni qeyri-neft sektorunun inkişaf etdirilməsi sərəncamı ilə üst-üstə
düşərdi.
58
ƏDƏBIYYAT
1. Я.П.Щясянов вя башгалары. Гейри-ярзаг малларынын експертизасы. Ы
щисся. Бакы; 2006.
2. Я.П.Щясянов, А.Щ.Щясянов, В.М.Аббасов. Эюн-айаггабы вя хяз
маллары ямтяяшцнаслыьы. Бакы. 1999.
3. Я.П.Щясянов вя башгалары. Истещлак малларынын експертизасынын нязяри
ясаслары. Бакы. 2003.
4. Н.М.Чечеткина, Т.И.Путилина. Экспертиза товаров. М.; 2000.
5. П.А.Красовский и др. Товар и его экспертиза. М.; Экономика. 1998.
6. М.А.Николаева. Товарная экспертиза. М.; Деловая литература.
1998.
7. Л.С.Осташенко. Товароведение обуви и пушно-меховых товаров.
М.; Экономика. 1990.
8. С.В.Семененко. Экспертиза товаров. Белгород. 1999.
9. Б.Ф.Церевитинов, А.Н.Беседин. Товароведение пушно-меховых
товаров. М.; 1997.
10. И.П.Стефанович и др. Товароведение меховых и овичношубных
полуфабрикатов и изделий. М.; 1992.
11. А.Н.Беседин, Л.В.Лопасова. Покупатели о мехах.М.; 1995.
12. А.М.Барыкин. Технология меховых скроев. М.; 1993.
13. А.Н.Беседин. Свойства меховых товаров и методы их оценки. М.;
1999.
14. М.З.Орлова и др. Швейные товары, головные уборы и меха. М.;
1994.
15. Е.В.Гоевой, К.Д.Синицын. Технология кожевенного мехового
сырья. М.; 1990.
16. О.Н.Аронина и др. Технология меха. М.; 1992.
59
17. И.П.Стефанович. Технология меха. М.; 1997.
18. А.П.Гайдаров. Технология кожи. М.; 1994.
19. А.С.Альбом каракуля и смушки. М.; 1992.
20. М.А.Николаева
и
др.
Идентификация
и
фальсификация
потребительских товаров. М.; Экономика. 1996.
21. Ж.Г.Нурийев вя башгалары. Эюмрцк експертизасы. Бакы. Ганун-
2003.
22. Ю.П.Зыбин. Технология изделий из меха. М.; Легкая индустрия.
1994.
23. А.Щ.Щясянов
вя
башгалары.
Сцни
эюнлярин
кимйа
вя
технолоэийасы. Бакы, 1998.
24. Е.А.Кедрин и др. Товароведение кожевенно-обувных и пушно-
меховых товаров. М.; Экономика. 1969.
25. Б.А.Кузнецов. Основы товароведения пушно-мехового сырья. М.;
Экономика. 1998.
26. ГОСТ 9209-99. Шнурки меховые и шубная овчина выделанные. М.;
1999.
27. ГОСТы на пушно-мехового сырья. М.; 1995.
28. А.М.Барыкин. Технология изделий из меха. М.; Экономика. 1995.
29. А.Н.Беседин. Пути повышения носкости изделий из шкурок
кролика. М.; 1990.
30. Б.А.Кузнецов. Каракуль-смушка. М.; 1995.
31. А.М.Машков. Меховая и шубная овчина. М.; 1995.
32. А.М.Родионов. Крашение мехов. М.; 1995.
33. Б.Ф.Церевитонов. Товарная классификация пушнины. М.; 1995.
34. Д.А.Мендельсон. Химия отбеливания и крашения меха. М.; Легкая
индустрия. 1990.
Dostları ilə paylaş: |