Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 443,56 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix29.01.2018
ölçüsü443,56 Kb.
#22930
1   2   3   4   5   6   7   8   9   ...   17

 

  Həcmi  çəkisinə  görə  xəz  istehsalı  icarəsində  hal-hazırda  qoyun  dəriləri 



birinci  yer  tutur.  Buraya  yarım  zərif  və  zərif  yunlu  qoyunların  dəriləri 

metisleşdirilmişdir(cinsləşdirilmiş)qoyunların dəriləri aid olunur. 

  Əvvəllər  qaragül  qoyun  xəz  istehsalı  yalnız  Özbəkistan  və  Türkmənistan 

Respublikalarında  istehsal  olunduğu  halda  hal-hazırda  Qazaxıstanda  Astarxanda 

Moldaviya və Ukraniyanın bəzi rayonlarında  da qaragül qoyun dərilərindən də xəz 

istehsal  olunur.  Xəz  istehsalında    dovşan  dərilərindən  alınan  xəz  xammalı  daha 

xüsusi yer tutur ki,bu da köməkçi təsərrüfat sahələrində əldə olunur. 

  Vəhşi  heyvanlar  xüsusi  fermalarda,savxozlarda  və  bəzi  kalxozlarda 

saxllanılır. Bunlardan çox qiymətli xəz xammalı,yəni gümüş,qara tülkü,mavi şimal 

tülküsü,samur,qunduz  diri  xammalları  tədarük  olunur.  Vəhşi  heyvan  dəriləri  üzrə 

emal olunan xəz istehsalı içərisində ovçuluqla əldə olunan xəz xammal xüsusi yer 

tutur.  Bu  yolla  alınan  dərilər  dələ,  qırmızı  rəngli  tülkü,  samur,  sincab,  ondatra, 

şimal  tülküsü,  sibir  siçovulu  ,su  samuru,  mişovul,  köstəbək,  baybak,  sünbülqıran, 

dağ sianı, dəniz heyvanlarının, dəniz pişiyi dərisi, su iti dərisi dərilərə aid olunur. 

  Rus  boyağı,  yəni  tük  örtüyünün  bəzi  qiymətli  heyvan  dəriləri  rənginə 

boyanması  premetiv  üsul  olmasına  baxmayaraq  xarici  dövlətlərdə  çox  baha 

qiymətə  satılırdı.  Rus  su  samuru  ustalarının    leypsiq  xəz  sənayesində  boyayıcl 

usatalar kimi işləməyə dəvət edirlər. 

  Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  Sovet  hakimiyyəti  dövründə 

yüksək  istehsal  heçminə  malik  xəz  müəssisələri  yaradılmışdır.  100-dən  artıq  xəz 

verən heyvan növləri mövcud idi ki,bunlardan daha xəz sənayesindən müxtəlif xəz 

malları istehsalı edilir. Digər ölkələrdə  müqayisə etsək  görərik  ki,  Avropada cəmi 

22, Şimali Amerikada 35, Cənubi Amerikada 16, Avstraliyada 10, Afrikada isə 12 

xəz verən heyvan növləri yetişdirilir. Ölkəmizdə xəz məmulatı açıq satışla satılır. 

 



 

BIRINCI FƏSIL. NƏZƏRI HISSƏ



 

1.1. Xəz yarımfabrikatlarının əmtəəlik xassələri 

 

Təbii  xəzlərin  əmtəəlik  xassələrinin  aşağıdakı  keyfiyyət  göstəricilərinə  görə 



ekspertiza etmək olar. 

Tük  örtüyü.  Dərinin  tük  örtüyü  çoxlu  sayda  tüklərdən  təkil  olunmuşdur. 

Heyvanın  tük  örtüyü  müxtəlif  fiziolji  funksiyaları  yerinə  yetirir.  Belə  ki,o 

termotənzimləyici  rolunu  oynayır  və  habelə  heyvan  bədənini  müxtəlif  mexaniki 

təsirlərdən qoruyur. 

  Ətraf mühitdə bəslənmı şəraitində asılı olaraq hər bir növ vəhşi heyvanların 

dərilərinin  özlərinəməxsus  tük  örtüyü  vardır.  Tükün  kökü  get-gedə  bir  qədər 

yoğunlaşır  və  tükün  sığınacağını  əmələ  gətirir.Onun  xarici  korpusla  təbəqəsi 

dərinin  derma  qatında  tük  çantalarını  əmələ  gətirir.  Daxili  təbəqəsi  isə,yəni 

emidermis  tərkiblisi  tükün  kök  yolunu  əmələ  gətirir.  Sığancaqda  böyüməyə 

başlayan  yeri  gön  birləşdiricilərindən  ibarət  olmaqla  müxtəlif  növlü  qan 

damarlarından təşkil olunmuşdur. 

  Tükün sığıncağı buynuzabənzər maddədən ibarət olub, aşağı tərəfdən dairəvi 

formaya  malikdir.  Tükün  gövdəsi  əksər  hallarda  3  təbəqədən  ibarət  olur.  Xarici 

tərəfdən  pulcuqlardan  ibarət  təbəqədən,buna  bəzən  xarici  tərəfdən  pulcuqlardan 

ibarət  təbəqədən,buna  bəzən  Kutikul(dəri)  pərdəsi  də  deyilir:daxili  tərəfdən  tükü 

qazmaq  təbəqəsi  əhatə  edilir,ortada  qalan  hissə  ilə  nüvəcik  (özəkcik)  adlanır.Hər 

bir qat isə özünəməxsus quruluşa məxsus olur. 

  Qazmaq  qatı  nüvəciyin  üzünü  örtür.Bu  qat  bir-birlərinə  söykənmiş 

qəfəslərdən  təşkil  olunmaqla  tükün  istiqaməti  boyu  yerləşdirilir.  Elektron 

mikroskopu   göstərir  ki,qəfəslər öz  növbəsində  bir-birlərinə  yapışmış fibrinlərdən 

təşkil  olunur.Qazmaq  qatından  asılı  olaraq  tüklərin  davamlılığı  bir-birilərindən 



 

fərqlənir. Çox nazik təbəqə şəklində qzamaq təbəqəsini buynuz qatı əhatə edir. Bu 



isə öz növbəsində çox zəif buynuz pulcuqlarından ibarətdir. 

  Elektro  mikroskopik  analizi  göstərir  ki,  kutikura  çox  mürəkkəb  quruluşdan 

ibarətdir.  Bu  da  öz  növbəsində  eşkutikuldan,eqzotikuldan  və  endekutikul 

təbəqəsindən  təşkil  olunmuşdur.  Bu  təbəqələr  kimyəvi  tərkibcə  bir-birilərindən 

asanlıqla  fərqlənir.  Bir  qayda  olaraq  daha  sıx  tüklü    dəriləri  təbəqələşməsi  də 

mürəkkəb  olur.  Hər  şeydən  əvvəl  tükləri  vibriz  (hissiyat)  və  əsas  tük  növlərinə 

bölürlər ki, bunlar da xəzlik heyvanlarının dərilərini əsas tük örtüyünü yaradırlar. 

Örtücü tüklər. Tiftik tüklərinin ən vacib mühafizəedici xassələrini  mexaniki 

təsirlərdən qoruya bilir. Bundan əlavə həm də ötürücü tüklər digər funksiyaları da 

yerinə  yetirəı  bilər.  Ötürücü  tüklər  özləri  istiqamətləndirici  və  əst  tüklərinə  də 

ayrlır.İstiqamətləndirici  tüklər  ən  uzun  tüklər  olub,  heyvanın  bir  növ  hissetmə 

qabiliyyətini  daha  da  artıra  bilir.  Bunun  dibi  dərmanın  daha  da  dərinliyinə 

işlədiyindən  bir  balaca  təsir  baş  verən  kimi  onu  bir  başa  orqanlarına  xəbər  verə 

bilir. İstiqamətləndirici tüklər tamamilə düz istiqamətlidir və uc nahiyyəsi bir qədər 

genişlənərək iyə bənzəyir. Kök nahiyyəsi get-gedə itiləşir.  Bu növ tüklər kökünün 

itilik 

dərəcəsinə 



və 

uzunluğuna 

görə 

ost 


tüklərindən 

asanlıqla 

fərqlənir.İstiqamətləndirici tüklərin sayı çox deyil. Belə ki,hər kvadtrat santimetrdə 

5-20yə  qədər  tük  ola  bilir.Ost(QIL)  tükləri  bir  çox  tüklərini  mexaniki 

zədələnmələrdən  qorumaqla  heyvan  bədənini  soyuqdan  da  mühafizə  edir.  O 

istiqamətləndirici tükə nisbətən qısa və nazik olur. Bu növ tüklər düz istiqamətli və 

əyilmiş formalı olmaqla tükün əsas gövdəsi dalğavari görkəm olur.  

 

 



 

  Tüklər  tiplərinə  görə  morfoloji  və  rəngli  tüklərə  bölünür.  Morfoloji 

kateqoriyaya  aid  olan  tüklər  o  növ  tüklərə  deyilir  ki,  formasına,  qalınlığına, 

uzunluğuna  və  qıvrımlıq  dərəcəsinə  görə  bir-birilərindən  fərqlənə  bilsin.  Rəngli 

kateqoriyalı  tüklər  elə  qrup  tüklərdi  ki,  morlfoloji  çərçivə  daxilində  piqmentlik 

dərəcəsinə uzunluğuna və qalınlığına görə bir-birindən fərqlənə bilsin. 




Yüklə 443,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə