Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 443,56 Kb.
Pdf görüntüsü
səhifə4/17
tarix29.01.2018
ölçüsü443,56 Kb.
#22930
1   2   3   4   5   6   7   8   9   ...   17

11 

 

rütubətli  rayonlarda  yaşayanların,  Məcələn,  Uzaq  Şərqdə  Qazaxıstanın  və  Orta 



Asiyanın  səhra  və  boş  çöllərində  yaşayan  xəzlik  heyvanların  dərisinin  tük  örtüyü 

ölgün və tutqun olur. Xüsusilə bunların rəngi qum boz rənginə çalır. 

  Müxtəlif  rayonlarda  yaşayan  xəzlik  heyvanların  dərilərinin  qalınlığı  daha 

müxtəlif olur. Bir qayda olaraq tük örtüyü daha çox inkişaf etmiş dəriləri çox nazik 

olur.Şimalda  yaşayan  vəhşi  heyvanların  tük  örtüyü  sıx  olur  və  bunların  dəriləri 

cənub rayonlarında yaşayan həmin növ vəhşi heyvanların dərilərindən nazik olur. 

Qış  və  yay  mövsümlü  xəzlik  heyvanların  tük  örtüyünüdə  müəyyən 

dəyişilmələri  baş  verir.  Belə  dəyişmələrə  tükün  rəngi,  hündürlüyü,  uzunluğu, 

sıxlığı, ost və tiftik yüklərinin say münasibəti, forması və quruluşu daxildir. 

  Cənub  isti  və  yaxud  rayonlarda  əgər  mövsüm  temperaturası  kəskin 

fərqlənmirsə  o  zaman  belə  rayonlarda  yaşayan  heyvanların  yay  və  qış  xəz 

xammalının quruluşunda o qədər dəyişiklik nəzərə çarpmır. 

  Vəhşi  heyvanların  tü  örtüyünün  təzələnməsi  prosesinə  tüktökmə  prosesi 

deyilir.  Tüktğkmə  prosesinin  özünəməxsus  coğrafiya  qanunauyğunluğu  vardır. 

Yəni vəhşi heyvanın növündən asılı olaraq heyvanın belindən,başından başlayaraq 

digər yerlərə yayılır. Bu yerə isə tüktökmə mərkəzi deyilir. 

  Müxtəlif  növ  xəzlik  heyvanlarından  tük  tökmə  miqdarı  müxtəlif 

olur.Məsələn,elə  heyvanlar  var  ki,onlar  ildə  1  yaxud  2  dəfə  tük  tökürlər.Qış 

yuxusuna  gedən  heyvanlar  ildə  1  dəfə  tük  tökürlər.  Bəzi  xəzlik  heyvan  növləri 

isə,məsələn,köstəbək  ildə  3 dəfə(yayda,yazda,payızda) tükünü  dəyişir. İldə  2  dəfə 

tükünü  dəyişən  xəzlik  heyvan  cinsləri  nə  sünbülqıran,  sincab,  su  siçovulu,  ağ 

dovşan,  boz  dovşan  samur,  dələ,  sibir  siçovulu,  sincab,  şimal  tülküsü,  su  samuru 

aiddir. Elə növ xəzlik heyvan cinsləri vardır ki, (adi sünbülqıran, baybak, sülüysin, 

burunduq,  porsuq)  qış  yuxusuna  getmə  müddəti  7-9  ay  davam  edir.  Bunlar  yatan 

zaman  yeni  tük  örüyü    yaratmır.Bunları  tüklərinin  tökməsi  tez  bir  zamanda  yəni 

yaydan  yuxuya  gedən  vaxt arasında  baş  verir.  Deməli,  heyvanlar  yayın ortalarına 




12 

 

qədər tüklərini tökürlər. Bu zaman tük örtüyü əvvəlkindən fərqlənməklə çox nazik 



olur  və  get-gedə  yuxuya  gedən  vaxta  qədər  tük  örtüyü  inkişaf  edərək  əvvəlki 

vəziyyətə düşə bilir. 

  Heyvanların  tük  tökməsi  iqlim  şəraitinin  dəyişilməsilə  çox  əlaqədardır.  İlin 

müxtəlif  vaxtlarında,hətta  ayrı  rayonlarda  yaşayan  heyvanların  yaz  və  payız 

mövsümünün tüktökmə müddəti də müxtəlifdir. 

  Bir  qayda  olaraq  vəhşi  xəzlik  heyvanlarının  tüktökmə  müddəti  20  gündən 

çox olmur. Çox çətin hallarda tüktökmə prosesinin müddəti arta bilir. 

Cinsi dəyişiliklər. Erkək və dişi xəzlik heyvanların xəz xammallarında kəskin 

fərqlilik  xüsusiyyətləri  nəzərə  çarpmır.  Buradakı  fərq  əlamətləri  onların 

dərilərindəki böyüklük və ya kiçiklik ,tüklərinin  uzunluğu və qalınlığı habelə,gön 

qatının  göstəricisidir.  Bir  qayda  olaraq  erkək  vəhşi  heyvan  cinslərinin  dərisi 

dişilərininkindən  böyük  olur.  Bundan  əlavə  erkək  xəzlik  heyvanların  tüklərinin 

uzunluğu,sıxlığı dəri təbəqəsinin qalınlığı dişilərininkindən çox olur. 

  Yaş dəyişikləri. Heyvan böyüdükcə  onun dərisinin tük  örtüyündə  müəyyən 

dəyişiliklər  baş  verir.yenicə  doğulmuş  heyvan  balalarının  dərisinin  tük  örtüyü 

demək olar ki,yox dərəcəsindədir. Doğulduğu andan etibarən heyvan balasının tük 

örtüyü  inkişaf  etməyə  başlayır.  Bəzi  növ  heyvan  balalarının  yenicə 

doğulmuşlarından tük örtüyü daha yaxşı inkişaf etmiş olur. 

  Kiçik  xəzlik  heyvan  balalarının  tük  örtüyü  böyüklərininkinə  nisbətən  çox 

fərqlənə bilir. Belə ki,onların tükləri yumşaqŞgödək,asanlıqla keçələşir, ost tükləri 

tiftik tüklərindən çox az fərqlənə bilir. 

  Müəyyən  vaxt  keçəndan sonra balaca  heyvanların tük  örtüyü  2-cisi  ilə  əvəz 

olunur. Belə dəyişilmə bir növ keyfiyyətli yaşlı heyvanların xəzlərinin xassələrinə 

yaxınlaşa bilir.buna görə də cavan xəzlik heyvanlarının istehsalına icazə verilmir. 

  Cavan ev heyvanlarının tük örtüyü çox qiymətli olur. Buraya dayça, qaragül 

və.s dəri növləri aiddir.  İri  ev  heyvanlarının  xəz  dəriləri  yararlı hesab edilmir.  Ev 



13 

 

heyvanlarından  olan  qaragül  cinsli  yenicə  doğulmuş  qoyun  balası  dərisi  çox 



qiymətli tük örtüyü ilə örtülmüş olur. 

  Fərdi dəyişiklik.  Xəz  dərilərin  yaş,cins ,mövsüm  vəö bəslənmə  şəraitindən 

aslı  olmayaraq  fərqli  xüsusiyyətlərinə  fərqi  dəyişiklik  deyilir.  Bəzi  növ  xəzlik 

heyvanların dərisinin tük örtüyündə fərdi dəyişiklik zəif və bəzilərində isə çox olur 

ki,dərinin keyfiyyətinə həlledici təsir göstərir. Belə ki,su samurunun dərisində fərdi 

fərqlənmə  xüsusiyyətləri  çox  zəif  olur.  Eyni  rayonda  bəslənən  bu  növ  xəzlik 

heyvanların  öz  aralarında  belə  fərdi  dəyişikliklər  hiss  olunmur.  Lakin  samurun 

dərisinin  tük  örtüyündə  çox  fərdi  dəyişiliklər  nəzərə  çarpmır.  Eyni  rayonda 

yaşayan  bir  partiya  dərinin  eyni  sortunda  fərdi  dəyişiklik  o  dərəcədədir  ki,  hətta 

onları rənginə, tükünün hündürlüyünə, yumşaqlığına və.s görə sortlara bölürlər. 

  Fərdi  dəyişiklik  xüsusiyyətləri  tədricən  hər  hansı  bir  əlamətdir.  Məsələn, 

tükün rəngində baş verə bilər. Belə dəyişiklik dələ və samur dərilərini xəz örtüyünə 

aiddir.  Bəzən  tük  örtüyünün  rənginin  normal  rənglərdə  fərqlənməsinə  də  rast 

gəlinir.  Xəz  dərilərinin  rəng  kənarlaşmasına  daha  tez  rast  gəlinir.  Bunlara  isə 

albenizim, mexanizm, xromizm deyilir. 

  Albinizm dedikdə, dərinin xəz örtüyündə piqmentin olmaması başa düşülür. 

Bu  xüsusiyyətə  malik  dərilər  tam  ağ  rəngə  malik  tüklə  örtülmüş  olur.  Albanizm 

dərilərdə  bütöv  hissə  və  zolaq  halında  rast  gəlinir.  Tam  albinizm  dedikdə,  tük 

örtüyünə  də  piqmentin  tam  olmaması  başa  düşülür.  Hissə-hissə  albinizm  xassəli 

dərilərdə  ağ  tüklər  dərinin  bir  neçə  yerlərində  olmur.Yerdə  qalan  tük  örtüyü  isə 

normal  tük  rənginə  malik  olur.  Zolaqlı  albinizmdə  tüklərin  piqmentlənməsi 

müəyyən  vaxt  davam  edir  və  bundan  sonra  isə  dayanır.  Buna  görə  də  tüklərin, 

məsələn, qurtaracağı rənglənmiş olur, əsas gövdəsi isə rənglənməmiş ağ qalır. 

  Mexanizm dedikdə, tük  örtüyünün  fasilə  və  yaxud  normal  halda  qara rəngə 

boyanması  başa  düşülür.  Mexanizmdə  bütöv  və  hissə-hissə  olur.  Tam  mexanizm 

dedikdə,tük örtüyündə sarı rəngli tüklərin olmaması başa düşülür. 




Yüklə 443,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə