Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi


 Xəz yarımfabrikatlarının keyfiyyət göstəriciləri



Yüklə 443,56 Kb.
Pdf görüntüsü
səhifə5/17
tarix29.01.2018
ölçüsü443,56 Kb.
#22930
1   2   3   4   5   6   7   8   9   ...   17

14 

 

1.2. Xəz yarımfabrikatlarının keyfiyyət göstəriciləri 



və keyfiyyətinə qoyulan tələblər 

 

Təbii xəzlərin  keyfiyyətinə  verilən  tələblər müxtəlif  səviyyədə  ola bilər.  Xəz 



məmulatlarına  qarşı  qoyulan  tələblər  maddi  və  mədəni  yaşayış  səviyyəsinin 

inkişafından,malların  təyinatından,xammal  ehtiyyatlarının  olmasından,istehsalın 

texnoloji və iqtisadi ikanlarından asılıdır. Xəz məmulatlarının keyfiyyətinə verilən 

tələblər cəmiyyətin inkişafı ilə, elmin və texnikanın texnologiyanın, iqtisadiyyatın, 

əhali tələbinin inkişafı ilə və yeni növ xammal mənbələrinin yaranması ilə əlaqədar 

olaraq keyfiyyətin yaxşılaşdırılması istiqamətində daim mükəmməlləşdirilir. 

  Xəz  məmulatları  birnci  növbə  insanı  onu  əhatə  edən  xarici  təsirlərdən 

mühafizə  edir.  İnsan  orqanizmi  məlum  olduğu  kimi  müəyyən  istilik  mənbəyidir. 

Bu  istilik  kimyəvi,  fiziloji  proseslər  nəticəsində  əmələ  gəlir.  Bu  proses  insanın 

üidanlanması  və  nəfəs  alması  ilə  əlaqədar  olaraq  daim  dəyişərək  insanın  həyat 

fəaliyyətini  təmin  edir.  Orqanizmin  fəaliyyətindən  və  onu  əhatə  edən  mühitdən 

asılı olaraq istilik  müxtəlif sürətlə dəyişilir.Lakin hər halda sağlam bədəndə  istilik 

dərəcəsi  bir  səviyyədə  qalmalıdır.  Odur  ki,müxtəlif  şəraitdə  yaşayan  və  əmək 

fəaliyyəti  ilə  məşğul  olan  insanlar  özlərini  isti  və  soyuqdan  mühafizə  etmək  və 

hərarətin  sabitliyini  saxlamaq  üçün  bədənlərini  örtməyə  başlayırlar.  Məhz  buna 

görə  də  xəz  məmulatlarının  ən  I  əhəmiyyəti  insan  bədəninin  soyuqdan  mühafizə 

etməkdən ibarətdir. 

 İnsanların  əmək  fəaliyyəti  genişləndikcə    mədəni  səviyyəsi  yüksəldikcə  xəz 

məmulatlarının  xarici  görünüşünə  zövqü  amillər  təsir  edərək  onların  bir  insan 

yaraşığı kimi işləndilməsinə səbəb olmuşdur. Beləliklə də xəz məmulatları da digər 

tikili  məmulatlar  kimi  insan  yaşayışında  xüsusi  əhəmiyyət  kəsb  edən  əşyaya 

çevrilmiş  və  insanların  yaşına,  peşəsinə,  ictimai  məşğuliyyətinə  uyğunlaşmışdır. 

İnsanları  mədəni  səviyyəsi  və  bədii  fəaliyyəti  inkişaf  etdikcə  onlar  xəz 



15 

 

məmulatlarının  formasına  və  zənginləşdirilməsinə  fikir  vermişdir.  Ona  görə  xəz 



məmulatlarının  forma  və  bəzəyinin  zənginləşməsi  cəmiyyətin  mədəniyyəti  və 

istehsal  münasibətinin  inkişafı  ilə  sıx  əlaqədardır.  Buradan  da  belə  bir  nəticəyə 

gəlmək  olur  ki,xəz  geyimləri  yalnız  istehsal  predmeti  olmayıb,  həm  də  tədbiqi 

incəsənətin obyektidir. 

  Xəz məmulatlarına qoyulan tələblər birinci növbədə onların təyinatına uyğun 

olmalıdır. Bu da onların yüksək istisaxlamaq qabiliyyəti ilə izah olunur. 

  Ümumiyyətlə,    xəz  məmulatlarına  verilən  tələblər  dövrü  xarakterinə  görə 

cari  və  prespektiv  tələblərə  bölünür.  Cari  tələblər  dedikdə,  cari  dövrdə  istehsal 

olunan  və  satışda  olan  inrixit  xəz  məmulatlarının  keyfiyyətcə  qiymətləndirilməsi 

üçün  nəzərdə  tutulan  kompleks  keyfiyyət  göstəriciləri  başa  düşülür.Bu  tələblər 

mövcud  və  qüvvədə  olan  standart və texniki şərtlərdə tədbiq  olunmuş olur.  Lakin 

dövr keçdikcə bu tələblərə yenidən baxılır və onlar təkmilləşdirilir. 

  Cari  tələblərdən  fərqli  olaraq  prespektiv  tələblər  nəticə  etbarılə  keyfiyyətin 

simvolunu yaradır. Belə ki,keyfiyyətin qiymətləndirilməsi üçün yaranan bu tələblər 

kompleksi  daha  geniş  əhatəyə  malikdir.  Burada  texniki  tərəqqinin  imkanları 

işçilərin  yaradıcılıq  qabiliyyəti  və  mütəşşəkkilliyi  cari  dövr  üzrə  istehsal  şəraiti 

texnoloji  imkanlar  yeni  modernizasiya  yeni  xammal  mənbələri  və,s  şərtlər nəzərə 

alınır.Xəz  məmulatlarına  verilən  prespektiv  tələblər  onların  istehlak  dəyərinin 

yüksəldilməsinə,onları 

yüksələn 

əhali 

tələbatını 



ödəməsi 

qabiliyyətini 

yaxşılaşdırılmasına  xidmət  edir.Prespektiv  tələblər  gələcək  dövrün  imkanlarını 

nəzərə almaqla yaranır. 

  Xəz  məmulatlarına  verilən  tələblər  xaralterinə  görə  isə  ümumi  və  spesifik 

tələbələrə  bölünür.  Xəz  məmulatlarının  keyfiyyətinə  verilən  ümumi  tələblərə 

onların  öz  təyinatına  uyğunluğu  öz  funkiyasını  yerinə  yetirməsi  istifadə 

rahatlığı,orqanizm üçün zərərsiz olması, təmiz saxlanmasının mümkünlüyü və asan 

olması estetik və iqtisadi tələblərə uyğunluğu aid edilir. 



16 

 

  Xəz məmulatlarına verilən tələbləri 3 qrupa bölmək olar: 



1.Xəz məmulatlarına verilən estetik tələblər 

2.Xəz məmulatlartına verilən gigiyenik tələblər 

3.Xəz məmulatlarına veriləns istismar tələblər 

Xəz  məmulatlarına  verilən  tələblərə  daha  konkret  yanaşsaq  aydın  olur  ki, 

ayrı-ayrı  məmulatlara  verilən  tələblər  onların  təyinatından  və  spesifik 

xüsusiyyətlərindən asılı olaraq müxtəlif ola bilir. 

Xəz  mallarının  estetik  xassələri  yalnız  modadan  deyil,onların  hazırlandığı 

materialın 

xassələrindən,konstruksiyasından,həmin 

məmulatın 

 

texnoloji 



emalından  və  digər  amillərdən  də  asılıdır.  Yuxarıda  göstərilən  amilləri  nəzərə 

almadan  müasir  tələbə  uyğun  gözəl,  yaraşıqlı,  yararlı,  zövqü  tələbi  oxşayan 

istehlakçını bəzəyən geyim yaratmaq olmaz. 

  Bütün  məmulatlardan  olduğu  kimi  xəz  mallarına  verilən  gigiyenik  tələblər 

insanların  həyat  fəaliyyəti  üçün  olduqca  zəruridir.  Belə  iş  xəz  məmulatlarının 

gigiyenik 

xassələrinin 

yüksəy 


olması 

istehlakçının 

istilik 

itirməsini 

azaldır,bədəndən  daimi  temperaturun  olması  üçün  şərait  yaradır,  orqanizmin 

mühafizə  edir  və  müxtəlif  iqlim  şəraitində  əmək  qabiliyyətini  saxlamağa  imkan 

verir.  Xəz  məmulatlarına  verilən  gigiyenik  tələblər  insan  orqanizminin  fizioloji 

xüsusiyyətlərilə sıx sürətdə əlaqədardır. Xəz məmulatlarının gigiyenik funksiyasını 

nəzərə alaraq bu tələbləri 2 əsas qrupa bölmək olar. 

Bədəni  onu  əhatə  edən  mühitdə  və  mexaniki  təsirlərdən  mühafizə  edən 

gigiyenik 

tələblər 

bu 

amillərə 



aşağı 

və 


yüksək 

temperatur,radiyasiya,külək,duman,yağış,qar və mexaniki təsirlər daxildir. 

Orqanizmin normal fəaliyyəti göztərməsi üçün zərərli şəraiti,yaradılması üçün 

olan  tələblər  bura  bədəndə  sabit  temperaturun  saxlanması,  bədəndə  müəyyən 

maddələrin  ayrılması,  bədənin  təmiz  saxlanması,  normal  qan  dövranının  təmin 

edilməsi, sərbəst nəfəs alma, maneəsiz adamın hərəkəti və.s tələblər daxildir. 




Yüklə 443,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə