Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 443,56 Kb.
Pdf görüntüsü
səhifə8/17
tarix29.01.2018
ölçüsü443,56 Kb.
#22930
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

23 

 

  Ayrı-ayrı xəz-dəri yarımfabrikatlarının sortu çox müxtəlifdir. Qış növlərinin 



çoxusu 1-ci,2-ci,3-cü sortlara bunların yaz növləri isə 1 və 3-cü sortlara ayrılır. 1-ci 

sorta dolğun tülkü və bütün sahəsində cod tükləri,hamar və tiftik tük dəsti sıx: 2ci 

sorta nisbətən az dolğun,belində və boynunda cod tükü və tikftik tükü nisbətən qısa 

olan: 3cü  sorta  isə  tükləri seyrək  və  cod  tükü  və tiftik  tükü  qısa xəz  dərilər daxil 

edilir. Ev dovşanının dərilərində olan  yarımfabrikatlar əla,1,2,3 sorta it  dərisindən 

olanlar  1,2,3  sorta,qoyun  dərisindən  olanlar  isə  1  və2ci  sorta  ayrılır.  Ən  çox  sort 

bölgüsü  xalis  cinsli  qara  rəngli  buxara  dərilərində  rast  gəlinir.  Bunlar  30  sorta 

bölünür və sortlar hərflər vasitəsilə işarələnir(PPP,PP,P,E,EA,İ,İİ,Z,N və.s). 

  Nöqsan  qrupları  şərti  işarə  olmaqla  dəridə  tikişləri,  keçəlliliyi,  sürtülmüş 

yerləri,  yatıq  tükləri,  düyünləri  və.s  nöqsanları  xarakterizə  edir.  Bundan  başqa 

dərinin  bu  və  ya  digər  hissəsinin,məsələn,başının  pəncələrinin  və  quyruğunun 

çatmaması da qüsur sayılır. 

Xəz  dəri  yarımfabrikatlarının bu  və  ya  digər nöqsan qruplarına salınması  bir 

qayda  olaraq  ,bal  sistemi  üzrə  aparılır.  Dəridə  müşahidə  olunan  hər  bir  nöqsan 

(keçəl,sürtülmə yerləri və.s), habelə tikiş yerləri həmi dəri növünün standartına və 

texniki şərtlərinə əsasən bal vahidlərinin ümumi sayına görə qruplaşdırılır.  



Qış  mövsümlü  xəz  yarımfabrikatları

Xəz  yarımfabrikatları  qış  növlərinin 



çeşidi  çox  müxtəlifdir.  Aşağıda  bunlardan  ən  çox  yayılmışların  xarakteristikası 

verilir. 

  Mişovul-çox  yayılmış  xəz növüdür, bunun  tükü qara rəngdən  başlamış  açıq 

boz və kül rənginə bənzər boz və kerənə çalan rəngə qədər olur. Mişovul daha çox 

təbii  aşılanmış halda buraxılır,  kryaja,o  cümlədən,  Yakutiya,  Zabaykal, amur  və.s 

bölünür. 

  Tülkü-bir neçə növdə rast gəlinir. Buraya Karaqanda tülküsü, qırmızı tülkü, 

bozdöş  tülkü,  gümüş-qara  tülkü,  platin  rəngli  tülküvə.s  daxil  olur.Karaqanda 

tülküsü  Zaqafqaziya  və  Orta  Asiyada  yayılmışdır.  Bu tülkünün tükü cod,  qaba  və 



24 

 

bozumtul  kürən  rəngində  olur.  Karaqanka  tülküsü  təbii  aşılanmış,boyalanmış  və 



gümüşü-qar tüklüyə bənzədilmiş halda satışa daxil olur. 

  Qırmızı  tülkünün  rəngi  yaşadığı  rayondan  asılı  olaraq  al  qırmızıdan 

başlayaraq  solğun  qırmızıya  qədər  çalır.Qırmızı  tülkü  təbii  aşılanmış  olur  və 

rənginə, tülkünün yumşaqlığı və sıxlığına görə 6 qrupa bölünür.  Hazır məmulatda 

təbii  rəngdə  aşılanmış  qırmızı  tülkü  kryajlarının(Kamçatka  tülküsü,Yakutiya 

tülküsü,Lena  tülküsü,Amur  tülküsü  və.s)  görə  ayrılır.  Qırmızı  tülkünün  tükü 

qara,qəhvəyi  və  bozumtul  rənginə  boyanır  və  habelə  gümüşü-qara  və  qonur-qara 

tülkülərə  bənzədilir.  Qara  və  qəhvəyi  rənglərə  boyanmış  dərilərdə  çox  zaman 

porsuq,  ağ,  ayı,  it  və  çəpiş  dərisindən  qoparılan  ağ  tüklər  yapışdırılır.  Qırmızı 

tülkülərdən şırxılmış və qara,yaxud digər rənglərə boyanmış xəz-dəri az rast gəlir. 

  Bozdöş  tülkünün  tük  örütüyü  qonur-tünd,  qonur  və  açıq-qonur  rənglərdə 

olur. Tük örtüyünün yumşaqlığına görə bu tülkünün dərisi yumşaq və (əksəriyyəti 

Qafqaz kryajı) cod xəz dərilərə bölünərək aşılanmış təbii növdə buraxılır. 

  Qara-gümüşü  tülkünün  cod  tükünün  bir  hissəsi  bozumtul  aspid 

şəklində,yaxud  dibi  qara,ortası  gümüşü  və  ucu  yenə  qara  rəngdə  olur.  Əsas  tük 

örtüyünün  rənginə  görə  tülkülər  3  rəngə  bölünür  və  bunlara  qara,  habelə  açıq-

gümüşü  və  belində  tünd  zolağı  olan  tünd  qonur  rəngə  çalan  olur.  Tülkünün 

dərisindəki  gümüşü  tüklərin  miqdarına  görə  30-dan  60%-ə  qədər,60-dan  90%dək 

və 90-dn 100%-ə qədər gümüşü rəngli tükü olan tülkü dərilərin bölünür. Gümüşü-

qara rəngli tlkülərin bir növünü də ağızburnu ağ rəngli olan tülkülər təşkil edir. 

  Platin  rəngli  tülkülərdə  cod  tükün  çox  hissəsi  ucu  qaramtıl-ağ  tüklərdən, 

habelə  xalis  ağ  və  xalis  tüklərdən  ibarət  olur,  bunların  tiftik  tükləri  isə  açıq  boz 

rəngə çalır. 

  Şimal  tülküsü-tülkü  fasiləsinin  xüsusi  bir  növünü  təşkil  edir.  Bunlar  2 

rəngdə,  yəni  mavi  və  ağ  rənglərdə  rast  gəlir.  Ağ  tülkü  xəzi  aşılanmamış  halda  3 

qrupa və hər qrup isə 2 kryaja bölünür.  




25 

 

  Dovşan-3 növə yəni ağ dovşan,çöl dovşanı və boz dovşan xəzlərinə ayrılır. 



  Boz dovşan xəz dəri üçün demək olar  ki,tədbiq olunmur. Ağ  dovşanın tükü 

qar  kimi  ağ,  qulaqlarının  ucu  isə  qara  ləkəli  olmaqla  bunlar  təbii  aşılanmış  və 

bahalı  xəzlərə,  məzələn,  dəniz  pişiyinə,  kor  siçana  və  belə  xəzlərə  bəzədilmiş, 

habelə qara və digər rənglərə boyanmış halda buraxılır. 

  Çöl  dovşanının-tükü  çox  zaman  bozumtul  rəngdə  cod  tükləri  is  tünd 

olur.Bunlar təbii aşılanmış və boyanmış halda buraxılır. 

  Su  samuru-olduqca  qiymətli  xəz  yarımfabrikatıdır.Su  samuru  həm 

davamlı,həm də gözəl olmaqla çox zaman uzun tükləri didilmiş halda rast gəlir. Su 

samurunun  xəzi  şabalıd  rəngində(ən  bahalısı),açıq  qəhvəyi,qum  rəngində  və 

qırmızıya  çalar(ən  ucuz)  olur.  Boyanmış  su  samuru  dəniz  pişiyinə  bənzədilərək 

qara rəngdə buraxılır. Su samurundan boyunluqlar və baş geyimləri hazırlıanır. 

 Qunduz-suda yaşayan heyvanın dərisidir və bu xeyli iri olur. Qunduz xəzinin 

rəngi  adətən,  bozumtul  qəhvəyi  olmaqla  təbii  halda  və  cod  tükləri  qopardılmaqla 

satışa buraxılır. Bu xəzdən boyunluq, papaq və digər məmulat hazılanır. 

Dələ-2 növdə olur. Bunlardan birinə yumşaq yaxud meşə dələsi və 2cisinə dağ 

və  yaxud  qayalıq  dələsi  deyilir.  Yumşaq  dələ  dərisinin  tiftiyi  boz  olmaqla  açıq 

qəhvəyidən(qum  rəngi)  tutmuş  göyümtül  boz  olmaqla  tünd  şabalıdı  rəngdə  rast 

gəlir.Dağ  dələsinin  tükləri  meşə  dələsinə  nisbətən  cod,tiftiyi  isə  ağımtıl  və 

boğazında  ağ  ləkəli  olur.Meşə  dələdində  bu  ləkə  sarıya  çalır.  Dələ  xəzi  başlıca 

olaraq qadınlara məxsus boyunluqlara sərf edilir. 

  Samur-zahiri  görünüşcə  dələ  xəzinə  oxşayır  və  bunlar  açıq  qəhvəyidən 

başlamış tünd  qəhvəyi rəngə qədər olur.  Samur əksəriyyətcə təbii  aşılanmış halda 

buraxılır və qadınlara məxsus boyunluqlar və paltolar hazırlanır. 

  Safsar-3 növdə rast gəlməklə bunlarqara,ağ və xallı olur.  Qara safsarın tükü 

tünd(cod  tükləri  parlaq  vəqaramtıl-qonur)  olur  və  kryajlara  bölünür.Ağ  safsarın 

tükü  açıq  olur  və  xam  halda  9  kryaja  təbii  aşılanmış  haıda  isə  4  qrupa  və 




Yüklə 443,56 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə