Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 355,21 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix06.02.2018
ölçüsü355,21 Kb.
#26426
  1   2   3   4   5   6   7   8   9   ...   13


 

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI 



AZƏRBAYCAN DÖVLƏT IQTISAD UNIVERSITETI 

 

 

Fakultə : «Əmtəəşünaslıq» 



Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi 

 

 

B U R A X I L I Ş   I Ş I 



Mövzu: İplik və saplarin fiziki-mexaniki xassələrinin  

              ekspertizası 



 

Işin rəhbəri: dos. M.A.Babayev 

Tələbə: Məmmədov Röyal Füzuli 

Bölməazərbaycan  

Qrup: 314 

 

«Təsdiq edirəm» 

Kafedra müdiri :__________ prof.Ə.P.HƏSƏNOV 

 

 

B A K I   2015 

 

 

 


 

MÜNDƏRICAT 



 

GIRIŞ  

1.  Iplik və sapların təsnifatı və çeşid ekspertizası 

2.  Iplik və sapların fiziki xassələrinin ekspertizası haqqında 



ümumi məlumat 

15 


3.  Iplik və sapların hiqroskopik xassələrinin onların keyfiyyətinə 

təsiri 


17 

4.  Kondisyon nəmlik və kondisyon kütlə 

19 

5.  Iplik və sapların hiqroskopik xassələrini təyinetmə üsulları 



22 

6.  Iplik və sapların istilik xassələri 

26 

7.  Iplik və sapların mexaniki xassələri haqqında ümumi məlumat 



28 

8.  Iplik və sapların yarımdövrlü qırılma xassələri 

30 

9.  Iplik və sapların birdövrlü, çoxdövrlü xassələri 



40 

10.  Iplik və sapların deformasiyası 

43 

NƏTICƏ VƏ TƏKLIFLƏR 

49 

ƏDƏBIYYAT  

50 

 



 

G I R I Ş 

 

Lifli  materialların  əksəriyyəti  qısa  və  davamsız  olduğuna  görə,  onlar 



bilavasitə lif halında toxuculuq materialında tətbiq edilmir. Bu liflərdən əyirmə və 

eşilmə yolu ilə iplik və sap alınır. Iplik nisbətən qısa liflərdən əyirilir. Sap isə uzun 

liflərin bir neçəsinin bir yerdə eşilməsi (burma) yolu ilə alınır. 

Əyirilmə zamanı qısa liflər eşilərək bir-biri ilə bükdərilir. Iplik üçün xammal 

pambıq,  yun,  kətan,  ştapel  lifi  və  s.  liflərdən  ibarətdir.  Təbii  ipəkdən  və  uzun 

kimyəvi liflərdən sap istehsal edilir. 

Iplik  əyirilməsində  əsas  məqsəd  qısa  liflərdən  uzun,  davamlı,  eyni 

yoğunluqda, toxuculuq  üçün  yararlı  iplik alınmasından  ibarətdir. Əyirilmə zamanı 

liflər arasında əmələ gələn sürtünmə əmsalı ipliyin davamlı olmasını təmin edir. 

Müxtəlif lifli materialların əyirilməsi üçün müxtəlif texnoloji proseslər tələb 

olunur.  Odur  ki,  ayrı-ayrı  növ  lifli  materiallardan  iplik  və  sapların  əmələ 

gətirilməsi xüsusiyyəti barədə məlumat vermək lazım gəlir. 



Pambığın  əyirilməsi.  Pambıq  əyirici  fabrikə  müxtəlif  çəkilərdə  olan 

taylarda  (kiplərdə)  daxil  olur.  Pambıqdan  iplik  əldə  etmək  üçün  kard,  darama  və 

apparat əyirmə sistemindən istifadə olunur. 

Pambığın  kard  sistemi  üzrə  əyirilməsində  orta  və  uzun  lifli  pambıqdan 

istifadə  olunur.  Bu  sistem  əyirmədə  təmiz  pambıq  lifindən  və  eləcə  də  kimyəvi 

liflərin  qarışığından  istifadə  edilə  bilər.  Kard  sistemi  üzrə  əyirmədə  pambıqdan 

83,3-11,8 teks iplik əldə edilir. 

Darama  sistemi  ilə  əyirmədə  kard  sistemindən  fərqli  olaraq  aşağı  və  orta 

yoğunluqda pambıq  və qarışıq  iplik emal edilir. Bu əyirmədə də  uzun  və orta  lifli 

pambıqdan  istifadə  olunur.  Ona  görə  də  kard  sistemi  ilə  yanaşı,  darama  sistemi 

üzrə  əyirmədən  də  istifadə  edilir  ki,  bu  da  daha  nazik  pambıq  ipliyi  əldə  etməyə 

imkan  verir.  Darama  sistemi  üzrə  əyirmədə  əsas  15,4-5,8  teks  iplik  alınır.  Bu 

ipliklər daha zərif, saya, bərabər yoğunluqda və möhkəm olur. 



 

Apparat  üsulu  ilə əyirmədə əsas qısa pambıq  liflərindən  və əyirmə  istehsalı 



zamanı  meydana  çıxan  tullantılardan  istifadə  olunur.  Aparat  üsulu  ilə  əyirilmiş 

ipliklər  daha  yoğun  olurlar (50-250 teks).  Bu  üsulla əldə edilən saplar boş, tiflikli 

olmaqla,  onların  yoğunluğu  və  möhkəmliyində  daha  çox  qeyri-bərabərlik  özünü 

göstərir. 

Kətan  lifinin  əyirilməsinin  özünəməxsus  xüsusiyyətləri  vardır.  Kətan  lifi 

xalis  kətan  və  eləcə  də  kimyəvi  liflər  ilə  qarışıq  halda  emal  edilir.  Kətan  lifləri 

xüsusi daraqlı maşınlarda daranır. Bu zaman kətan lifi və qısa liflərə (kilkə) ayrılır. 

Burada əsas məqsəd uzun lifləri paralelləşdirməkdən və onu toxuculuq üçün yararlı 

hala  salmaqdan  ibarətdir.  Liflərin  düzləndirilməsi  və  paralelləşdirilməsi  lent 

maşınlarında  icra  edilir.  Kətan  lifi  nazik  lentlər  vəziyyətinə  gətirildikdən  sonra 

fasiləsiz  işləyən  maşınlarda  əyirilir.  Kətan  lifi  quru  və  yaş  halda  əyirilir.  Daha 

doğrusu, 

əyirilmə 

əməliyyatı 

kətan 

lifi 


nəmləşdirildikdən 

sonra 


və 

nəmləşdirilməmiş  icra  edilə  bilər.  Nəmləşdirilmiş  vəziyyətdə  əyirilən  kətan 

lifindən əldə edilən ipliklər nisbətən orta və nazik olmaqla hamar və daha davamlı 

olur. Bu üsulla ən çox 69-20 teks ipliklər emal edilir. Yuxarıdakılardan aydın olur 

ki, yaş halda əyirmədə uzun liflərdən bu ipliklər daha keyfiyyətlidir. 

Quru  halda  əyirmə  zamanı  daha  yoğun  və  tiftikli  ipliklər  əldə  edilir.  Ona 

görə  ki,  bu  üsulda  uzun  liflərdən  istifadə  etmək  çətindir.  Quru  halda  əyirmədə  ən 

çox  kətan kilkəsindən  istifadə edilir.  Kilkə və  liflərin daranması  üçün kard əyirici 

maşınlarından  istifadə  edilir.  Belə  ki,  kilkə  iplikləri  quru  və  yaş  üsullarla  emal 

edilir. Kilkədən quru əyirmə üsulunda 667-200 teks, yaş əyirmədə isə 200-100 teks 

iplik emal edilir. Göründüyü kimi, kilkədən alınan ipliklər keyfiyyət və zərifliyinə 

görə uzun liflərdən alınan ipliklərə güzəştə gedir. 

Yunun  əyirilməsində  iki  əyirmə  sistemindən  –  apparat  (mahud)  və  darama 

əyirmə üsulundan istifadə olunur. Yun ipliklər pambıq və kimyəvi liflərin qarışığı 

ilə də alınır. 

Apparat əyirmə sistemi daha çox tətbiq olunan üsuldur. Bu üsul ən çox qısa 

yun  liflərindən  ipliklərin  alınması  üçün  tətbiq  edilir.  Apparat  üsulu  ilə  əyirmədə 



Yüklə 355,21 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə