Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 381,83 Kb.

səhifə1/14
tarix08.03.2018
ölçüsü381,83 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   14


 

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI 



AZƏRBAYCAN DÖVLƏT IQTISAD UNIVERSITETI 

 

 

Fakultə : «Əmtəəşünaslıq» 



Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi 

 

 

B U R A X I L I Ş   I Ş I 



Mövzu:   Mineral yapışdırıcı materialların ekspertizasının  

keçirilmə qaydaları 



Işin rəhbəri: dos. X.M.Abbasova 

Tələbə: Abbasquliyeva Aynur Nizam 

Bölmə: azərbaycan  

Qrup: 310 

 

«Təsdiq edirəm» 

Kafedra müdiri :__________ prof.Ə.P.HƏSƏNOV 

 

 

B A K I   2015 

 

 

 


 

MÜNDƏRICAT 



 

GIRIŞ  

1.  Mineral yapışdırıcı materialların keyfiyyətini formalaşdıran 

amillər 

2.  Mineral yapışdırıcı materialların təsnifatı və çeşidi 



10 

3.  Mineral yapışdırıcı materialların keyfiyyətinin 

qiymətləndirilməsi 

35 


4.  Mineral yapışdırıcı materialların keyfiyyət göstəriciləri və 

onların təyin olunması 

42 

5.  Mineral yapışdırıcı materialların qablaşdırılması, daşınması və 



saxlanması 

48 


NƏTICƏ VƏ TƏKLIFLƏR 

51 

ƏDƏBIYYAT  

53 

 



 

G I R I Ş 

 

Peşəkar  fəaliyyəti  növü  kimi  ekspertiza  xalq  təsərrüfatının  müxtəlif 



sahələrində çox geniş tətbiq edilir. Keyfiyyət ekspertizası uzun illərdir ki, malların 

keyfiyyətinin  qiymətləndirilməsində  müvəffəqiyyətlə  tətbiq  edilir.  Ekspertiza 

bütün sahələrdə həlli xüsusi bilik tələb edən məsələnin tədqiqi deməkdir.  

Əmtəə  ekspertizasının  məqsədi  xidmətin  xüsusiyyətinin  əsasını  təşkil  edən 

miqdari  və  sıra  qiymətləndirilməsini,  eləcə  də  onlara  təsir  edən  proseslərin 

qiymətləndirilməsinin  aparılmasıdır.  Lakin  çox  vaxt  mal  ölçüyə  uyğun 

gəlmədiyinə  görə  peşəkar  ekspert  mülahizələrinə  əsaslanır.  Ona  görə  də 

məmulatların  keyfiyyəti,  istehlakçıların  tələbinin  tam  ödənilməsinin  müəyyən 

edilməsi,  ekspertin  qarşısında  duran  vacib  məsələlərdən  biridir.  Müasir  dövrdə 

məişətimizi mineral yapışdırıcılarsız təsəvvür etmək mümkün deyil.  

Mineral  yapışdırıcı  maddələr  inşaatda  geniş  istifadə  edilir.  Mineral 

yapışdırıcıların  ekspertizası  çox  böyük  diqqət  tələb  edir.  Mineral  yapışdırıcı  nə 

qədər  keyfiyyətli  olsa  belə,  onun  keyfiyyətinin  qorunub  saxlanılmasında 

daşınmasının  və qablaşdırılmasının böyük  əhəmiyyəti  var. Çünki bu şərtlərə əməl 

etmədikdə  mal  keyfiyyətini  itirə  bilər  və  tamamilə  korlana  bilər.  Ona  görə  də  hər 

bir  ekspert  mineral  yapışdırıcılarla  işləyərkən  çox  ehtiyatlı  olmalı  və  mal 

saxlanılan  yerdə  hər  şeyə  -    şəraitə,  temperatura,  nəmliyə  fikir  verəndən  sonra 

keyfiyyəti yoxlanmalıdır. Ona görə də mən öz buraxılış işimdə mineral yapışdırıcı 

maddələrin 

çeşidini, 

keyfiyyətini 

formalaşdıran 

amillərdən 

keyfiyyət 

göstəricilərindən və ekspert qiymətləndirilməsindən məlumat vermişəm. 

 

 



 


 

1. MINERAL YAPIŞDIRICI MATERIALLARIN KEYFIYYƏTINI 



FORMALAŞDIRAN AMILLƏR 

 

Mineral  yapışdırıcı  materialların  keyfiyyətinin  formalaşmasına  onların 



hazırlandığı  maddələrin  keyfiyyət  göstəricilərinin  istehsal  rejiminin  düzgün 

aparılması, həmçinin daşınma və saxlanma şərtləri təsir göstərir. 

Havada  bərkiyən  əhəngə  karbonat  suxurlarının  yandırılması  yolu  ilə  alınan 

məhsuludur.  Yandırılma  şəklində  başlıca  olaraq  kalsium  oksigendən  və 

maqnezium  oksidi  qatqısından  ibarət  ağ,  yaxud  boz  parçalar  əldə  edilir.  Bu 

məhsula sönməmiş topa əhəng deyilir.  

Topa əhəngi döyəndə narın əhəng əldə edilir. Sönməmiş əhəngi az miqdarda 

suda (əhəng çəkilənə nisbətən 70-100%) emal edildikdə narın toz şəklinə düşür ki, 

buna  da  plyonka  deyilir.  Burada  aşağı  keyfiyyətli  əhəng  alınır,  çünki  buna  kül 

qarışır.  

Əhəng  çoxlu  suda,  yəni  əhəng  çəkilənə  nisbətən  3-4  qat  artıq  suda  əhəng 

xəmirinə, yaxud əhəng südünə çevrilir. 

Ilk  xammal  arasıkəsilmədən  yanan  şaquli  şaxta  peçlərində  900-1200

0

 



temperaturda atmosfer təzyiqində yandırılır. Burada temperaturun dərəcəsi əhəngin 

tərkibindəki  kənar  qatışıqların  miqdarından  asılıdır.  Kənar  qatışıqlar  az  olduğu 

üçün  əhəng  daha  yüksək  temperaturda  yandırılır  ki,  bu  da  əhəngin  keyfiyyətinin 

formalaşmasına mühüm təsir edir. 

Əhəng  yandırılan  zaman  əhəng  daşında  aşağıdakı  reaksiya  üzrə  istilik 

udulmaqla dissosasiya gedir. 

 

CaCO

3

 + 42,5 kkal = CaO + CO

2

 

 

Burada yanacaq yerinə daş kömür, antrosit, yaxud qaz tətbiq olunur. 



Bərk  yanacaq  tətbiq  olunanda  peçlər  tökmə  üsulu  ilə  işləyir,  yəni  yanacaq 

təbəqələrlə, hər təbəqə arasında əhəng daşı tökməklə verilir. 






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə