Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 381,83 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix08.03.2018
ölçüsü381,83 Kb.
#30821
1   ...   6   7   8   9   10   11   12   13   14

30 

 

Bişirilmiş gil məmulatları müəyyən temperaturda bişirilmiş və üyüdülüb toz 



halına gətirilmiş aktiv əlavələrdir. 

Bu  əlavələrdən  ən  sadəsi  kərpic  sınıqları  və  ümumiyyətlə  gil  məmulatı 

istehsalından  alınan  qırıqlardır.  Üyüdülmüş  kərpic  sınıqlarından  çox  qədim 

zamanlardan bəri istifadə olunur, lakin aktivliyi az olduğundan çox tətbiq edilmir. 

Təcrübələrlə  müəyyən  edilmişdir  ki,  gili  müəyyən  temperaturda  bişirdikdə 

aktivliyi  daha  yüksək  olur.  Adətən  bu  məqsədlə  gili  650-800

0

C-də  bişirirlər. 



Optimal temperaturda bişirilib toz halına gətirilmiş gilə qlinit deyilir. 

 

Putsolanlı sementlər 

 

Bu  qrup  hidravlik  yapışdırıcı  maddələrə  portlandsement  klinkerinin,  yaxud 



əhəngin  aktiv  mineral  əlavələrlə  birlikdə  üyüdülməsindən  və  ya  onların  hər  birini 

ayrıca  üyüdüb  sonra  mükəmməl  surətdə  qarışdırılması  yolu  ilə  alınan  sementlərə 

aiddir.  Həmin  sementlər  ucuz  və  yaxşı  keyfiyyətli  olduqları  üçün  onların 

istehsalına çox diqqət verilir və ildən-ilə artırılır. 



Putsolanlı portlandsement.  

Sement  klinkeri  ilə  aktiv  mineral  əlavənin  bir  yerdə  üyüdülməsindən  və  ya 

həmin  materialları  qabaqcadan  narın  üyütdükdən  sonra  mükəmməl  surətdə  bir-

birinə  qarışdırılmasından  alınan  hidravlik  yapışdırıcı  maddəyə  putsolanlı 

portlandsement  deyilir.  Sementin  tutma  sürəti  tənzimləmək  üçün  həmin  qarışığa 

3%-ə  qədər  iki  sulu  gips  əlavə  olunur.  Çox  zaman  aktiv  əlavə  olaraq  trepel, 

diatomit, süngər, tras, tuf və s. işlədilir. 

Putsolanlı  portlandsement  adi  portlandsementdən  daha  açıq  rəngli  olur. 

Aktiv əlavə yumşaq olduqda sementin həcm çəkisi nisbətən az – 850-1150 kq/m

3



xüsusi çəkisi 2,8-2,9 q/sm

3

 olur.  



Eyni 

miqdar 


sement 

götürdükdə 

putsolanlı 

portlandsement 

adi 

portlandsementə  nisbətən  daha  çox  sıx  xəmir  əmələ  gətirir  və  buna  görə  belə 



sementdən  hazırlanan  məhlul  və  betonlar  özündən  az  su  ukeçirir.  Normal  xəmir 


31 

 

almaq üçün putsolanlı portlandsementə 30-40%, yəni portlandsementdən daha çox 



su qatmaq lazım gəlir. 

Putsolanlı  portlandsementin  narınlığı,  tutma  sürəti,  həcmini  bərabər  surətdə 

dəyişdirməsi  adi  portlandsementinki  kimi  olmalıdır,  lakin  bu  sementin  tutması 

daha tədricən olur. 

Putsolanlı portlandsementin markaları: 200, 300, 400 və 500-dür. 

Putsolanlı portlandsementin birinci gün və həftələrdə möhkəmliyinin artması 

adi  portlandsementinkinə  nisbətən  tədricən  gedir.  Lakin  zaman  keçdikcə 

möhkəmliklər  arasındakı  fərq  yavaş-yavaş  azalır  və  6  ay  keçdikdən  sonra 

putsolanlı portlandsement əlavə qatılmamış sement kimi möhkəmliyə malik olur. 

Bərkimə  zamanı  putsolanlı  portlandsement  adi  sementə  nisbətən  daha  az 

istilik  ayırır.  Bu  hal  kütləvi  tikintiləri  betonladıqda  çox  əlverişlidir,  lakin  qış 

zamanı beton işləri apardıqda onu süni surətdə qızdırmaq lazım gəlir. 

Aşağı  temperaturun  putsolanlı  portlandsementə  təsiri,  adi  portlandsementə 

olan  təsirindən  daha  güclüdür.  Müsbət  10

0

C-dən  aşağı  temperaturda  həmin 



sementin  tutması  və  bərkiməsi  mühüm  dərəcədə  yavaşıyır.  Buna  görə  həmin 

sementi soyuq vaxtlarda işlətmək məsləhət deyildir. 

Putsolanlı  portlandsementə  yüksək  temperaturun  təsiri  portlandsementdən 

daha  güclüdür.  Bu  xassəsinə  görə  putsolanlı  portlandsementdən  hazırlanan 

məmulatı avtoklavlarda buxarlandırmaq məsləhət görülür. 

Putsolanlı 

portlandsementin 

özündən 


su 

keçirməsi 

adi 

portlandsementinkindən  azdır.  Götürülən  əlavə  aktiv  olduqca,  bu  xassə  daha 



yüksək olur. 

Putsolanlı portlandsementin şaxtaya davamlılığı adi portlandsementinkindən 

azdır.  Buna  görə  də  belə  sementi  su  hopan  və  suyun  səviyyəsi  dəyişilən  şəraitdə 

işlətmək olmaz. 

Putsolanlı portlandsementi beton və dəmir-beton konstruksiyalar düzəltdikdə 

və  yığma  inşaat  məmulatı  hazırladıqda  işlədirlər.  Ümumiyyətlə,  putsolanlı 




32 

 

portlandsementi  yüksək  fiziki-kimyəvi  davamlılıq  tələb olunan  və  bərkiməsi  üçün 



nəm şərait yaradılan yerlərdə işlətmək məsləhətdir. 

Sulfatlara davamlı putsolanlı portlandsement.  

Bu  adi  putsolanlı  portlandsementdən  sulfatlara  daha  davamlı  olması  ilə 

fərqlənir.  Həmin  sementi  hazırlamaq  üçün  klinkerdə  üçkalsiumlu  aluminatın 

miqdarı 8%-dən çox olmamalıdır. 

Sulfatlara  davamlı  putsolanlı  portlandsementdə  püskürülmüş  suxurlardan 

olan  əlavələrin  və  ya  qliyejin  miqdarı  25%-dən  az  və  40%-dən  çox,  çöküntü 

suxurlardan olan əlavələrin miqdarı 20%-dən az, 30%-dən çox olmamalıdır. Həmin 

sementin  markaları  200,  300  və  400-dür.  Bu  sementi,  sulfat  aqressiv  mühiti 

şəraitində, su altında  və  ya  yer altında olan beton  və dəmir-beton konstruksiyaları 

hazırlamaq üçün işlədirlər. 



Əhəng putsolan sementi.  

Əhənglə  aktiv  mineral  əlavənin  birlikdə  üyüdülməsindən  və  ya  həmin 

materialların qabaqcadan üyüdülərək mükəmməl surətdə qarışdırılmasından alınan 

hidravlik  yapışdırıcı  maddəyə  əhəng-putsolan  sementi  deyilir.  Belə  sementin 

tərkibi  10-30%  əhəngdən  və  70-90%  əlavədən  ibarət  olur.  Tutma  vaxtını 

tənzimləmək  üçün  üyütmə  və  qarışdırma  zamanı  ona  5%-ə  qədər  gips  və  ya 

portlandsement əlavə olunur. Əhəngi sönmüş və ya sönməmiş halda götürmək olar. 

Əhəng-putsolan  sementi  hazırlamaq  üçün  trepel,  diatomit,  süngər,  opoka, 

tras  və  tuflardan  istifadə  oluna  bilər.  Qlinit  işlədildikdə  sementə  əhəng-qlinit 

sementi, yanacaq külləri istifadə olunduqda əhəng-kül sementi deyilir. 

Əhəng-putsolan  və  ya  əhəng-qlinit  sementlərinin  markaları  50,  100  və  150, 

əhəng-kül  sementininki  25  və  50  olur.  Bu  sementlərin  markası,  1:3  nisbətli  bərk 

konsistensiyalı  məhluldan  hazırlanan  nümunələri  28  gündən  sonra  sıxılmada 

möhkəmlik  həddini  tapmaqla  müəyyən  edilir.  Nümunələri  7  gün  nəm  şəraitdə  və 

21 gün suda saxlayırlar. 

 

 




Yüklə 381,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə