Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 381,83 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix08.03.2018
ölçüsü381,83 Kb.
#30821
1   ...   6   7   8   9   10   11   12   13   14

33 

 

Posalı sementlər 

 

Posalı sementlər qrupuna tez soyudulmuş  domna posası  ilə  portlandsement, 



əhəng, gips və s.-nin qarışığından hazırlanan hidravlik yapışdırıcı maddələr aiddir. 

Bir sıra  mühüm  üstünlüklərinə  görə belə sementlərin  istehsalına  böyük əhəmiyyət 

verilir və buna görə də posalı sementlərin istehsalı bütün sementlərin 30%-ni təşkil 

edir. 


Posalı portlandsement.  

Portlandsement  klinkeri  ilə  tez  soyudulmuş  domna  posasının  müəyyən 

nisbətdə bir yerdə üyüdülməsindən və ya həmin materialların ayrılıqda üyüdülərək 

mükəmməl surətdə qarışdırılmasından alınan  hidravlik  yapışdırıcı  maddəyə posalı 

portlandsement deyilir. Həmin sementdə posanın miqdarı 30%-dən az və 60%-dən 

çox  olmamalıdır.  Tutma  sürətini  tənzimləmək  məqsədilə  5%-ə  qədər  gips  əlavə 

olunur. 

Posalı portlandsementin xassələri adi portlandsementdən çox az fərqlənir. 

Tökmə halda həcm çəkisi 1100-1300 kq/m

3

, sıxlaşdırılmış halda 1600 kq/m



3

 

və daha çox ola bilər. Xüsusi çəkisi 2,8-2,9 q/sm



3

-dür. 


Həmin  sementin  tutma  sürəti  posanın  kimyəvi  tərkibindən  və  klinkerlər 

posanın  nisbətindən  asılıdır.  Tutma  sürəti  adi  portlandsementin  tutma  sürətindən 

bir qədər azdır. Tutma başlanğıcı 4-6 saat, sonu isə 10-12 saatdır.  

Posalı portlandsementin markaları 200, 300, 400 və 500-dür. 

Posalı  portlandsement  tutduqda  və  bərkidikdə  çox  az  istilik  ayırır.  Bu 

xüsusiyyət  yay  beton  işlərində  əlverişlidirsə,  qış  işlərində  yaxşı  deyildir. 

Ümuimiyyətlə, posalı portlandsement teperaturun dəyişilməsinə çox həssasdır.  

Aşağı  müsbət  temperaturlarda  sement  çox  tədricən  tutur  və  bərkiyir, 

temperatur artdıqda isə bu proseslər tezləşir. Odur ki, həmin sementdən hazırlanan 

məmulatı buxara verirlər. 

Posalı  portlandsement  hazırladıqda  götürülən  klinkerdə  üçkalsiumlu 

alüminatın miqdarı 8%-dən az olarsa, alınan sement minerallı suların təsirinə daha 




34 

 

çox  davamlı  olur.  Bataqlıq  və  çirkli  sularda  rast  gələn  sərbəst  turşuların  təsirinə 



davamlı deyildir. 

Posalı  portlandsement  onun  içərisinə  qoyulan  polad  armaturla  çox  yaxşı 

yapışır,  ona  dağıdıcı  təsir  etmir.  Buna  görə  həmin  sementi  dəmir-beton 

konstruksiyalarda işlətmək mümkündür. 

 

 

 



 


35 

 

3. MINERAL YAPIŞDIRICI MATERIALLARIN KEYFIYYƏTININ 



QIYMƏTLƏNDIRILMƏSI 

 

Yapışdırıcı  materiallar  müasir  tikintinin  əsas  materialı  olub,  müxtəlif 



betonların,  bütün  mümkün  olan  tikinti  məmulatlarının  konstruksiyaları  və 

qurğuların,  həmçinin  suvaq  məhlullarının  hazırlanması  məqsədilə  geniş  tətbiq 

edilir. 

Mineral  yapışdırıcı  materialların  növləri  müxtəlifdir  və  bunlar  müxtəlif 

məqsədlər üçün istifadə olunur. Odur ki, mineral yapışdırıcı materialların ayrı-ayrı 

növlərinə müxtəlif keyfiyyət tələbləri qoyulur. 

Mineral  yapışdırıcı  materialların  əsas  keyfiyyət  göstəricilərinə  sıxlıq, 

narınlıq dərəcəsi, bərkimə müddəti, möhkəmliyi, korroziyaya davamlılıq və s. kimi 

göstəricilər  aiddir.  Bu  keyfiyyət  göstəricilərinin  tələb  olunan  həddi  uyğun 

standartlarda normalaşdırılır. 

Mineral  yapışdırıcı  materialların  ən  geniş  yayılmış  növlərindən  biri  olan 

sementlərin  keyfiyyətinə  verilən  standart  norma  QOST  10178-62  üzrə 

normalaşdırılır. 

Həmin 


standart 

üzrə 


sementlər 

aşağıdakı 

markalarda 

buraxılmalıdır. 

1.  Portland sement – 330, 400, 600 və 500. 

2.  Hidrofob portland sement – 300 və 400. 

3.  Plastik portlansement – 300, 400, 500. 

4.  Sulfata davamlı portlansement – 400. 

5.  Şlakolu portland sement – 200, 300, 400 və 500. 

Qeyd  olunan  markalar  üzrə  sementlər  cədvəl  1-də  verilən  mexaniki 

keyfiyyət göstəricilərinə malik olmaqdadır. 

Tez  bərkiyən  portland  sement  və  şlako-portland  sement  əyilmə  və  sıxılma 

möhkəmliyi standart üzrə dəlvəl 2-dəki kimi olmalıdır. 

 

 




36 

 

Cədvəl 1. 



Müxtəlif markalı sementlərin əyilmə və sıxılma möhkəmliyi 

Sementlərin 

markaları 

200 

300 

400 

500 

600 

200 

300 

400 

500 

600 

Sementlərin adları 

28 gün sonra əyilmə zamanı 

möhkəmliyin həddi kq/sm



2 gün sonra əyilmə zamanı 

möhkəmliyin həddi kq/sm

Portland sement 

45 


55 

60 


65 

300 



400 

500 


600 

Hidrofob portland 

sement 



45 



55 



300 


400 



Plastik portland 

sement 


45 


55 

60 


300 



400 

500 


Sulfata davamlı 

portland sement 



55 



400 



Şlako-portland 



sement 

35 


45 

55 


60 

200 



300 

400 


500 

 



 

Cədvəl 2. 

Tezbərkiyən sementlərin sıxılma və əyilmə möhkəmliyi 

 

Sementlərin adları 

1:3 nisbəti məhluldan hazırlanmış nümunə 3 gün 

bərkimədən sonra möhkəmlik həddi 

Əyilmə zamanı 

Sıxılma zamanı 

Tez bərkiyən portland sement 

40 

250 


Şlako-portland sement 

35 


200 

 

Hər  iki  sementlərə  28  gün  bərkimədən  sonra  400  kq/sm



2

  sıxılma 

möhkəmliyinə malik olmalıdır. 

Tikinti gipsi mineral yapışdırıcı materiallar içərisində ən geniş tətbiq olunan 

maddələrdən biridir. 

 



Yüklə 381,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə