Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 381,83 Kb.
Pdf görüntüsü
səhifə13/14
tarix08.03.2018
ölçüsü381,83 Kb.
#30821
1   ...   6   7   8   9   10   11   12   13   14

41 

 

Cədvəl 8. 



Göstəricilərin adı 

Əhənglər üçün normalar 

Zəif hidravlik 

Güclü hidravlik 

Quru maddədə hesablamanın CaO+MgO faizlə 

miqdarı 

az olmamalıdır 

çox olmamalıdır 

 

 



15 

60 


 

 



15 

Aktiv MgO-un faizlə miqdarı 



CO



2

-nin miqdarı faizlə çox olmamalıdır 



Itkisi faizlə çox olmamalıdır 



Sıxılma zamanı möhkəmlik həddi 



7 gün sonra 

28 gün sonra 

 



20 



 

10 


50 

Narınlıq dərəcəsi faizlə çox olmamalıdır 

№ 01 ələkdə 

№008 ələkdə 

 



10 



 

10 



 

Istehsaledici  müəssisələr  mineral  yapışdırıcı  materialların  standartın 

tələblərinə uyğunluğuna tam təminat verməlidirlər. 

 

 



 


42 

 

4. MINERAL YAPIŞDIRICI MATERIALLARIN KEYFIYYƏT 



GÖSTƏRICILƏRI VƏ ONLARIN TƏYIN OLUNMASI 

 

Mineral  yapışdırıcı  materialların əsas  göstəricilərinə onların  fiziki-mexaniki 



xassə  göstəriciləri  aiddir.  Buraya  xüsusi  çəki,  narınlıq,  normal  qatılıq,  tutuşma 

müddəti,  sıxılmaqda  möhkəmlik  həddi,  həcmi  bərabərlik  və  s.  kimi  xassələr 

daxildir. 

Mineral  yapışdırıcı  materialların  keyfiyyətli  olması  üçün  qeyd  olunan  bu 

göstəricilər tələb olunan normaya malik olmalıdır. 

 

Portland sement və gips xəmirinin normal qatılığının təyini 

 

Portland  sementin  və  ya  gipsin  xassələrini  öyrənmək  üçün  əvvəlcə  100  q 



yapışdırıcının  bərkiməsi  üçün  lazım  olan  suyun  miqdarı  təyin  edilir.  Suyun 

miqdarını  yapışdırıcı  inşaat  materialının  miqdarına olan  nisbətinin  faizlə  ifadəsinə 

həmin materialın normal qatılığı deyilir. 

Gips  xəmirinin  normal  qatılığı  viskozometrin  və  ya  avtomat  kapilyar 

viskozometrin köməyi ilə təyin edilir (AKV-3). 

Viskozometrin  diametri  3  sm,  hündürlüyü  isə  10  sm  tunc  silindrdən 

ibarətdir.  Silindrin  ağız  nahiyəsi  və  içəri  hissəsi  yaxşı  cilalanmış  olmalıdır. 

Təcrübənin gedişində üzərində 6-20 diametrli 16-dan 14-ə kimi hər bir sm-dən, 14-

dən  20-yə  kimi  hər  2  sm-dən  1  çevrə  çəkilməlidir  (konsentrik  çevrələr  çəkilmiş 

20x20 sm şüşə lövhəsi istifadə edilir). Əgər belə şüşə lövhə yoxdursa, onda üzərinə 

çevrələr çəkilmiş kağız 2 şüşə lövhə arasında yerləşdirilmişdir.  

Gips xəmirini hazırlamaq üçün çini kasaya su tökülür (quru gipsin 60-80%-ə 

qədər). Sonra 250-260 q gips suda həll edilir. Təcrübəni aparsmaq üçün silindr və 

şüşə  lövhə  yaxşı  təmizlənməlidir.  Təmizlənmədən  sonra  hər  ikisi  su  ilə  isladılır. 

Silindr  şüşə  lövhənin  üzərinə  elə  yerləşdirilir  ki,  silindrin  mərkəzi  konseptrik 

çevrənin mərkəzinə düşsün. 




43 

 

Gips suda yaxşı həll edilərək 2 dəqiqə müddətində sakit buraxmaq lazımdır. 



Sonra  cəld  hərəkətlə  xəmiri  silindrin  içərisinə  töküb,  bıçaqla  üstünü  hamarlamaq 

lazımdır.  Əməliyyat  üçün  30  saniyə  vaxt  sərf  olunur.  Silindri  cəld  qaldırmaq 

lazımdır. Inşaat gipsinin normal qatılığı 60-80% olmalıdır. Möhkəm gips üçün isə 

normal qatılıq 34-45%-dir. 

AKV-3  viskozimetr  vasitəsilə  gipsin  normalqatılığı  təyin etmək  üçün 100 q 

gips  xama  halına  düşənə  qədər  suda  həll  edilir.  Həlletmə  müddəti  30  saniyə 

olmalıdır. Hazır xəmir viskozimetrin kamerasına yerləşdirilir. Yayların köməyi ilə 

xəmir  kütləsi  silindrə  yerləşdirilir.  Cihazda  işin  nəticəsi  qrafikdə  karandaş 

vasitəsilə qeydə alınır. Kağızın üzərində alınmış əyrini nümunə əyrisi ilə müqayisə 

edərək gipsin normal qatılığını hesablayırlar. 

 

Sement xəmirinin normal qatılığının təyini 

 

Sement  xəmirinin  normal  qatılığını  təyin  etmək  üçün  VIK  cihazından 



istifadə edilir. Təcrübəyə başlamazdan əvvəl cihazın işləməsini yoxlamaq lazımdır. 

Cihazın  iynəsi  şüşə  lövhəyə  toxunan  zaman  şkala  0-ı  göstərməlidir.  Məhlul 

yapışmasın deyə halqanı və lövhəni yoxlamaq lazımdır.  

Normal  qatılığı  təyin  etmək  üçün  400  q  sement  su  ilə  qarışdırılır.  Suyun 

miqdarı  80-120  ml  olmalıdır.  Məhlul  5  dəqiqə  müddətində  qarışdırılır.  Hazır 

məhlul  cihazın  halqası  içərisinə  daxil  edilir.  Nəticənin  düzgünlüyü  üçün  məhlul 

halqaya  daxil  edilərkən  onu  silkələmk  lazımdır.  Sonra  bıçaq  vastəsilə  xəmirin 

halqanın qırağına yapışan və artıq qalan hissəsi kəsilib atılmalıdır. 

Iynəni  xəmirin  səthinə  yaxınlaşdıraraq  səthə  toxunan  anda  saniyəölçəni  işə 

salmaq  lazımdır.  30  saniyədən  sonra  iynənin  nə  qədər  dərinliyə  getməsi  qeydə 

alınmalıdır.  Iynə  qatın  dibinə  5-7  mm  qalınlığında  getməlidirsə,  bu,  normal 

qatılıqlı sement xəmiri alındığını göstərir. 

 

 



44 

 

Gipsin və sementin narınlıq dərəcəsinin təyini 

 

Təcrübə üçün 50-100 q miqdarında sement və ya gips götürülür və quruducu 



neçdə  105-110

0

C-də  1  saat  müddətində  qurudulur.  Sonra  bu  mexaniki  xəlbirdən 



keçirilir.  Xəlbirdən  keçən  və  xəlbirdə  qalan  hissələr  tərəzidə  çəkilir.  Narınlıq 

dərəcəsi aşağıdakı düsturla təyin edilir. 

 

100


1





a

a

a

T

 

 



Burada, T – narınlıq dərəcəsi, %-lə. 

a – qurudulmağa oqədər olan çəkisi, q-la. 

a

1

 – xəlbirdə qalan hissə, 2%-lə. 



 

Gipsin  normallıq  dərəcəsi  təyin  edilərkən  100  q  gips  götürülür  və  02№-li 

xəlbirdən istifadə edilir. Qalıq I sort üçün 15%, II sort üçün 30% olmalıdır. 

Sementin narınlıq dərəcəsi təyin edilərkən 008№-li xəlbirdən (5476 dm/sm

2



istifadə edilir. Qalıq 15%-dən çox olmamalıdır. 



 

Sementin və gipsin mexaniki xassələrinin təyini 

Gipsin sıxılmaqda möhkəmlik həddinin təyini 

 

Gipsin  sıxılmaqda  möhkəmlik  həddi  normal  özüllü  gips  xəmirindən 



hazırlanmış  tərəfi  70  mm  olan  3  ədəd  kub  nümunəsinin  sıxılması  ilə  müəyyən 

edilir. 


Təsir  edən  yük  nümunə  dolana  qədər  2-3  kq/sm

2

  sürətlə  artmalıdır. 



Nümunəni  (1)  prosesi  aşağı  meydançasında  (2)  elə  yerləşdirmək  lazımdır  ki, 

formaya yerləşərkən gipsin möhkəmliyi təmin olnsun. Nəticələrə görə standartların 




Yüklə 381,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə