Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 381,83 Kb.
Pdf görüntüsü
səhifə14/14
tarix08.03.2018
ölçüsü381,83 Kb.
#30821
1   ...   6   7   8   9   10   11   12   13   14

45 

 

tələblərinə uyğun olaraq gipsin növü müəyyən edilir. Sıxılmada gipsin möhkəmlik 



həddi I sort üçün 45%-dən çox, I sortda isə 35%-dən çox olmamalıdır. 

 

Əyilmədə və sıxılmada portland sementin həddinin təyini 

 

Sement  markası  28  günlük  möhkəmlənmədən  sonra  1  sm



2

  sahəyə  düşən 

möhkəmlik  bərabər  kürə  uyğun  olur.  Əyilmədə  möhkəmliyi  təyin  etmək  üçün 

100x40x40 mm ölçülü keramik nümunələr hazırlanır. 

Əyilmədə  möhkəmliyi  yoxlayandan  sonra  alınmış  yarım  tirciklər  sıxılmada 

möhkəmliyi yoxlamaq üçün istifadə olunur. 

Sınaq üçün nümunələr sement ilə kvars qumu qırıntısından hazırlanır. Bütün 

hallarda sınaq üçün dənələri 0,53-0,85 mm ölçüsü olan qumlardan istifadə edirlər. 

Sement və qum ümumi çəki miqdarında 1 dəqiqə müddətində kasada qarışdırılır və 

su əlavə edilir. 

Sıxılmada  möhkəmlik  həddi  sıx  daşıdıcı  yükün  nümunənin  işçi  sahəsinə 

nisbəti kimi təyin edilir. 

 

2

sm



kq

S

A



 

 

Bu vaxt su-sement nisbəti 0,4-dən az olmamalıdır. Su əlavə olunandan sonra 



məhlulu  1  dəqiqə  müddətində  əl  ilə  qarışdırıb,  fırlanma  sürəti  dövr/dəqiqə  olan 

xüsusi qarışdırıcıya daxil edirlər və 2,5 dəqiqə qarışdırırlar. 

Məhluldan  metal  formalarda  nümunələr  hazırlanır.  Hazır  qarışığı  xüsusi 

aparatlarda  sıxlaşdırırlar,  bundan  sonra  nümunənin  səthinin  forması  səviyyədə 

hamarlayırlar,  daha  sonra  onu  şüşə  lövhənin  üzərinə  qoyub,  1  sutka  hidravlik 

surtküsü olan vannaya yerləşdirirlər. 




46 

 

Nümunənin  formadan  çıxarıb  bərkimək  üçün  bir  neçə  sutka  su  vannasında 



yerləşdirirlər.  Vannadakı  suyu  2  həftədən  bir  dəyişdirirlər.  Möhkəmlənmiş 

nümunələri sudar çıxarıb, quruyunca silərək, sınaq üçün hazırlayırlar. 

Əyilmədə  möhkəmliyi  çiyinlərin  nisbəti  1:50  olan  dəstəkli  sistemdən  ibarət 

olan qatılma cihazında təyin edilir. Buna görə də sınaq zamanı qırıcı qüvvə 50 dəfə 

artır. 

Sınaqdan  əvvəl  yuxarı  dəstəyi  kiçik  çiyindəki  yükü  hərəkət  etdirərək 



dəstəklər sistemi tarazlığa gətirilir. Buna görə də sınaq zamanı qırıcı qüvvə 50 dəfə 

artır.  Onların  əvvəl  yuxarı  dəstəyin  kiçik  çiynindəki  yükün  hərəkət  etdirərək, 

dəstəklər sisteminin tarazlığa gətirirlər. 

Sistemin  məhlulunun  əyilmədə  möhkəmliyini  təyin  etmək  üçün  3  ədəd 

nümunə  götürüb  sınaqdan  keçirir  və  2  ən  böyük  nəticənin  ədədi  ortasına 

hesablayırlar.  Alınmış  nəticələrdən  standartların  tələblərinə  cavab  verən  portland 

sement markasını göstərən cədvəli tərtib edirlər. 

 

Cədvəl 9. 



Sementir 

markası 

Sıxılmada 

möhkəmlik 

həddi, kq/sm



Əyilmədə 

möhkəmlik 

həddi, kq/sm



Sıxılmada 

möhkəmlik 

həddi, kq/sm



Əyilmədə 

möhkəmlik 

həddi, kq/sm



Portland sement 

Şlakportland sement 

200 


200 



35 

300 


300 

45 


300 

45 


400 

400 


55 

400 


55 

500 


500 

60 


500 

60 


600 

600 


65 



 

Sıxılmada  möhkəmlik  həddinin  əyilməyə  sınmadan  sonra  alınan  yarım 

tircikləri  sınmaqla  tapırlar.  Bunun  üçün  yarım  tirciyə  xüsusi  lövhələrin  arasına 

qoyub,  hidravlik  presdə  yerləşdirirlər.  Təzyiqin  artma  sürəti  saniyədə  20  kq/sm

2

 

olmalıdır. 




47 

 

Hər bir möhkəmlik həddi üçün 6 nümunə hazırlanır. Hansı ki, bunlardan 4 əl 



böyük  nəicənin  orta  ədədi  qiyməti  tapılır.  Nəticələrə  əsasən  sementi  standartların 

tələblərinə cavab verən markası tapılır və cədvələ yazılır. 

 

Sönməmiş əhəngin tərkibindəki aktiv oksidlərin miqdarının təyini 

 

Sönməmiş əhəngin tərkibindəki CaO və MgO miqdarını təyin etmək üçün 4-



5  q  narın  döyülmüş  sönməmiş  əhəngdən  xəmir  hazırlanır.  Normal  qatılıqlı  əhəng 

xəmirindən  1-2  q  konusvari  kolbanın  içərisinə    yerləşdirib  üzərinə  150  ml  distillə 

suyu  əlavə  edərək  kolbanın  ağzını  saat  şüşəsi  ilə  örtürlər.  Kolbanı  qaz  lampası 

üzərində 5 dəqiqə müddətində qızdırırlar. 

Çalışmaq  lazımdır  ki,  məhlulun  qaynaması  3  dəqiqə  çəksin.  Sonra  kolbaya 

2-3  damcı  1%-li  fenolftalein  spirtinin  məhlulundan  əlavə  edirlər.  Belə  məhlul 

qələvi mühitdə çəhrayı rəng verir. 

Əgər  4  dəqiqə  keçəndən  sonra  çəhrayı  rəng  görünməzsə,  titrləmə  başa 

çatmış hesab olunur. 

T

K

X

280




 

 

 - titrlənməyə sərf olunan turşu məhlulunun miqdarı. 



T – əhəng xəmirinin kütləsi. 

K – əlavə titrləmə üçün sərf olunan turşu məhlulu. 

 

 

 




48 

 

5. MINERAL YAPIŞDIRICI MATERIALLARIN QABLAŞDIRILMASI, 



DAŞINMASI VƏ SAXLANMASI 

 

Bütün mineral yapışdırıcı materiallar bir qayda olaraq çəkisi 48x2 kq olan 4-



5  qat  kağızdan  hazırlanmış  kisələrə,  yaxud  çəkisi  1550  kq  olan  boçkalara 

doldurulur. 

Yapışdırıcı  materiallar  alıcılara  müşayiətedici  pasportları  olan  partiyalarla 

çatdırılır. Pasportda hazırlayıcı  müəssisənin adı, onun  markası, partiyanın nömrəsi 

və  kütləsi,  qatışıqların  növü  və  miqdarı,  materialın  keyfiyyət  sınaqlarının 

nəticələri, nəqliyyat sınaqlarının nəticələri, nəqliyyat vasitəsinin nömrəsi və yükün 

göndərildiyi  tarix  yazılır.  Lazım  olduqda  malgöndərən  37  və  28  gündən  sonra 

mineral yapışdırıcıların keyfiyyəti haqqında məlumatı alıcıya verə bilər. 

Mineral  yapışdırıcı  materiallar  xüsusi  etiketlərlə  markalanır  və  burada  onu 

hazırlayan zavodun adı, maddənin adı, markası, çeşidi, çəkisi, hazırlandığı tarix və 

buraxılma nömrəsi göstərilir. 

Yapışdırıjı  inşaat  materialları  markalananda  tarasına  etiket,  yaxud  birka 

asılıb  istehsal  edən  müəssisənin  adı  və  həmin  materialları  xarakterizə  edən  bütün 

digər məmulat (adı, markası, sortu və i.a.) göstərilir.  

Silikat kərpiji markalanmır, yapışdırıjı materiallar üzərində hazırlanmış digər 

məmulata  isə  istehsal  edən  zavodun  adı  və  sort  işarəsi  (sorta  bölünən  məmulatı) 

vurulur. 

Topa şəkildə olan söndürülməmiş əhəng, adətən kisəsiz, yəni qalaq şəklində 

örtülü  dəmiryolu  vaqonlarında  daşınır.  Hidrat  əhəngi  kağız  kisələrə  doldurulub 

konteynerlərdə, yaxud xüsusi sement nəqliyyatında daşınır. 

Döyülmüş,  lakin  söndürülməmiş  halda  olan  əhəng  xüsusi  hermetik  metal 

konteynerlərdə, yaxud kağızdan bitumlaşdırılmış kisələrdə daşınır.  

Inşaat  gipsi  kisəsiz  olaraq  örtülü  vaqonlarda,  yaxud  konteynerlərdə,  sement 

isə kağız kisələrdə (50 kq), yaxud boçkalarda (155 kq), bəzən də konteynerlərdə və 

kisəsiz daşınır.  



49 

 

Hər  göndərilən  sement  kütləsinə  zavod  tərəfindən  malalan  təşkilata  pasport 



verilir. Həmin pasportda göndərilən sementə dair bütün lazımi məlumat yazılır.  

Asbestsement  lövhəjikləri  daşınan  zaman  böyrü  üstündə,  vərəqlər  isə  qalaq 

şəklində  yığılır  və  elə  bərkidilir  ki,  bir-birinə,  yaxud  vaqonun  və  gəminin 

divarlarına  toxunmasın.  Dambeli  məmulat  paçkalara  bağlanıb  ştabel  şəklində 

yığılır, yenə burada da məmulatın bir-birinə toxunmasına yol verilməməlidir.  

Əhəng,  gips  və  sement  örtülü  anbarlarda  saxlanmalı  və  rütubətdən 

qorunmalıdır. Çünki rütubət bu materialları tamamilə yaramaz hala gətirə bilər.  

Bu materialları uzun müddət saxlamaqdan qaçınmalıdır. Sement dolu kisələr 

yaprıxmasın deyə, ən çox 120 sm ujalıqda ştabellərə yığılmalıdır.  

Nəzərdə  saxlamalıdır  ki,  söndürülməmiş  əhəng  yaş  dəriyə  toxunduqda  onu 

yandıra  bilər.  Bu  jəhətdən  söndürülməmiş  əhəngə  yalın  əl  ilə  toxunmamalıdır. 

Poroşokvarı  əhənglə  işləyən  zaman  qoruyuju  respirator  (maska)  tətbiq  edilməsi 

məsləhət görülür.  

Kərpij  və  kirəmit  –  açıq  meydançada,  yaxud  talvar  altında,  asbestsement 

məmulatı – talvar altında, yaxud örtülü binalarda quru suvaq və gips bəzəkləri isə 

yalnız örtülü quru binalarda saxlanmalıdır.  

Yapışdırıcı  mineral  maddələr  qablaşdırılmış  halda,  yaxud  açıq  daşınır.  Ən 

səmərəli  nəqliyyat  vasitəsi  konteyner,  yaxud  xüsusi  vaqonlar  və  sement 

avtomaşınlarıdır.  Çünki  bunlarda  yapışdırıcı  materiallar  rütubət  çəkmir,  itkiyə  yol 

verilmir, onların keyfiyyəti aşağı düşmür. 

Yapışdırıcı  materialların  uzun  müddət  saxlanması  zamanı,  hətta  yuxarıda 

qeyd  olunan  şəraitlərdə  belə,  tədricən  keyfiyyətinin  aşağı  düşməsi  prosesi 

(aktivliyin  itməsi)  baş  verir.  Buna  görə  də  standartlarda  yapışdırıcı  materialların 

müxtəlif  nümunə  üçün  yol  verilən  saxlama  müddəti  müəyyən  edilir.  Belə  ki,  iri 

kisələr  söndürülməmiş  əhəngin  keyfiyyətini  aşağı  salır.  Belə  əhəngin  saxlama 

müddəti  30  gün,  toz  halında  olan,  kağız  kisələrdə  qablaşdırılmış  söndürülməmiş 

əhəngin  saxlama  müddəti  15  gündən  çox  olmamalıdır.  Inşaat  gipsi  3  aydan  artıq 

saxlanıldıqda aktivliyini 30% itirir. 




50 

 

Havada  bərkiyən  və  hidravlik  yapışdırıcı  materiallar  anbarlarda  sortuna  və 



markasına görə ayrıca saxlanılmalıdır. Hər bir anbara üzərində materialın markası, 

hazırlandığı zavodun adı və saxlama müddəti olan markalar vurulur. 

Bəzi mineral yapışdırıcı materiallar qələvilik xassəsi ilə xarakterizə edilir və 

dəriyə,  gözə  düşən  zaman  yanıqlar  əmələ  gətirir.  Buna  görə  də  belə  materiallarla 

işləyən zaman təhlükəsizlik tədbirləri görülməlidir. 

 

 



 


51 

 

NƏTICƏ VƏ TƏKLIFLƏR 

 

Yapışdırıcı  materiallar  müasir  tikintinin  əsas  materialı  olub,  müxtəlif 



betonların,  bütün  mümkün  olan  tikinti  məmulatlarının  konstruksiyaları  və 

qurğuların,  həmçinin  suvaq  məhlullarının  hazırlanması  məqsədilə  geniş  tətbiq 

edilir.  Mineral  yapışdırıcı  maddələr  inşaatda  geniş  istifadə  edilir.  Mineral 

yapışdırıcıların  ekspertizası  çox  böyük  diqqət  tələb  edir.  Mineral  yapışdırıcı  nə 

qədər  keyfiyyətli  olsa  belə,  onun  keyfiyyətinin  qorunub  saxlanılmasında 

daşınmasının və qablaşdırılmasının böyük əhəmiyyəti var. 

Mineral  yapışdırıcı  materialların əsas  göstəricilərinə onların  fiziki-mexaniki 

xassə  göstəriciləri  aiddir.  Buraya  xüsusi  çəki,  narınlıq,  normal  qatılıq,  tutuşma 

müddəti,  sıxılmaqda  möhkəmlik  həddi,  həcmi  bərabərlik  və  s.  kimi  xassələr 

daxildir. Mineral  yapışdırıcı  materialların  keyfiyyətli olması  üçün qeyd olunan bu 

göstəricilər  tələb  olunan  normaya  malik  olmalıdır.  Bütün  mineral  yapışdırıcı 

materiallar  bir  qayda  olaraq  çəkisi  48x2  kq  olan  4-5  qat  kağızdan  hazırlanmış 

kisələrə, yaxud çəkisi 1550 kq olan boçkalara doldurulur. 

Yapışdırıcı  materiallar  alıcılara  müşayiətedici  pasportları  olan  partiyalarla 

çatdırılır. Pasportda hazırlayıcı  müəssisənin adı, onun  markası, partiyanın nömrəsi 

və  kütləsi,  qatışıqların  növü  və  miqdarı,  materialın  keyfiyyət  sınaqlarının 

nəticələri, nəqliyyat sınaqlarının nəticələri, nəqliyyat vasitəsinin nömrəsi və yükün 

göndərildiyi  tarix  yazılır.  Lazım  olduqda  malgöndərən  37  və  28  gündən  sonra 

mineral yapışdırıcıların keyfiyyəti haqqında məlumatı alıcıya verə bilər. 

Yapışdırıcı  materialların  uzun  müddət  saxlanması  zamanı,  hətta  yuxarıda 

qeyd  olunan  şəraitlərdə  belə,  tədricən  keyfiyyətinin  aşağı  düşməsi  prosesi 

(aktivliyin  itməsi)  baş  verir.  Buna  görə  də  standartlarda  yapışdırıcı  materialların 

müxtəlif  nümunə  üçün  yol  verilən  saxlama  müddəti  müəyyən  edilir.  Belə  ki,  iri 

kisələr  söndürülməmiş  əhəngin  keyfiyyətini  aşağı  salır.  Belə  əhəngin  saxlama 

müddəti  30  gün,  toz  halında  olan,  kağız  kisələrdə  qablaşdırılmış  söndürülməmiş 



52 

 

əhəngin  saxlama  müddəti  15  gündən  çox  olmamalıdır.  Inşaat  gipsi  3  aydan  artıq 



saxlanıldıqda aktivliyini 30% itirir. 

Havada  bərkiyən  və  hidravlik  yapışdırıcı  materiallar  anbarlarda  sortuna  və 

markasına görə ayrıca saxlanılmalıdır. Hər bir anbara üzərində materialın markası, 

hazırlandığı zavodun adı və saxlama müddəti olan markalar vurulur. 

Bəzi mineral yapışdırıcı materiallar qələvilik xassəsi ilə xarakterizə edilir və 

dəriyə,  gözə  düşən  zaman  yanıqlar  əmələ  gətirir.  Buna  görə  də  belə  materiallarla 

işləyən zaman təhlükəsizlik tədbirləri görülməlidir. 

Buraxılış  işindən  məlum  oldu  ki,  mineral  yapışdırıcı  maddələrin  çeşidi  və 

tətbiq sahələri çox genişdir. Onun ekspertizası çox çətin və  məsuliyyətlidir. Bütün 

bunları nəzərə alaraq aşağıdakı təklifləri irəli sürməyi məqsədyönlü hesab edirəm. 

1.  Respublikamızda  fəaliyyət  göstərən  mineral  yapışdırıcı  istehsal  edən 

zavodlara ekspertlər cəlb olunsun ki, onlar istehsaldan tutmuş qablaşdırmaya kimi 

bütün  proseslərdə  iştirak  etsinlər.  Burada  məqsəd  ondan  ibarətdir  ki,  təyinat 

yerində  mal  açılıb  yoxlanılmasın.  Çünki  bu  prosesin  aparılması,  yəni  malın 

yoxlanılması mal itkisinə gətirib çıxarır. 

2.  Malı  istehsal  edən  müəssisənin  verdiyi  zəmanətdən  başqa,  ekspertin 

verdiyi keyfiyyət şəhadətnaməsi malı müşayiət etsin. 

3.  Əgər  ekspertin  verdiyi  sənədlər  standarta  uyğun  deyilsə,  onlar  öz  işləri 

üçün cavabdehlik daşısınlar. 

4.  Mineral  yapışdırıcı  maddələr  xüsusiləşdirilmiş  mağazalarda  satılmalıdır. 

Həmin yerdə nəmliyin və temperaturun göstəricilərinə əməl olunmalıdır. 

5. Üzərində tarixi olmayan malların satışına icazə verilməsin. 

6.  Hər  bir  mağazada  şərait  yaradılsın  ki,  müəyyən  dəqiqələr  ərzində 

yoxlanması mümkün olan mallar elə oradaca yoxlanılsın. 

 

 



53 

 

ƏDƏBIYYAT 

 

1.  Həsənov Ə.P. və b. Qeyri-ərzaq mallarının ekspertizası. 2006. 



2.  Həsənov Ə.P. və b. Ekspertizanın nəzəri əsasları. 2003. 

3.  Həsənov Ə.P. və b. Qeyri-ərzaq mallarının əmtəəşünaslığı. 2000. 

4.  Həsənov  Ə.P.  və  b.  Qeyri-ərzaq  mallarının  laboratoriya  tədqiqatı.  Bakı. 

2000. 


5.  Bədəlov A.H. Inşaat materialları. Azərneftnəşr. Bakı, 1958. 

6.  Акимов  И.У.  Товароведение  промышленного  сырья  и  материалов. 

Ташкент. Укитувчи. 1989. 

7.  Алексеев  Н.С.,  Орлов  Д.М.,  Рязанов  М.Д.  Товароведение 

промышленных  товаров.  Товары  металлические,  строительные  и 

древесные. М.: Госторгиздат. 1959. 

8.  Алексеев  Н.С.  и  др.  Товароведение  промышленных  товаров. 

Руководство  к  лабораторным  и  практическим  занятиям  по 

товароведению промышленных товаров. М.: госторгиздат. 1961. 

9.  Алексеев  Н.С.  Товароведение  мебельных  и  строительных  товаров. 

М.: Экономика. 1968. 

10. Алексеев  Н.С.,  Орлов  Д.М.,  Рязанов  М.Д.  Товароведение 

промышленных товаров. 

11. Алексеев  Н.С.,  Зайцев  В.Г.,  Палладов  С.С.  Введение  и 

товароведение промышленных товаров. М.: Экономика. 1967. 

12. Алексеев 

Н.С. 

Товароведение 



хозяйственных 

товаров. 

М.: 

Экономика.  



13. Брозовский  Д.И.  и  др.  Товароведение  промышленных  товаров. 

Пластические  массы,  хозяйственные  и  строительные  товары.  М.: 

Экономика. 1979. 

14. Воробьев В.А. Строительные материалы. М.: 1960. 

15. Воробьев В.А. Строительные материалы. М.: Высшая школа. 1962. 



54 

 

16. Воробьев  В.А.  Лабораторный  практикум  по  обдщему  курсу 



строительных материалов. М.: 1968. 

17. Гурфинкель  И.Е.,  Бойка  Д.Я.,  Иванков  И.Д.  Товароведение 

силикатных, мебельных, строительных товаров. М.: 1964. 

18. Комар А.Г. Строительные материалы и изделия. М.: Высшая школа. 

1983. 

19. Эфенди М.А. Справочник по природным строительным материалам. 



Азнефтиздат. Баку. 1954. 

20. Материаловедение. Под ред. Арзамасова Б.Н. М.: Машиностроение. 

1986. 

21. Скрамтаев Б.Г. и др. Строительные материалы. М.: 1954. 



22. Соколов П.Н. Технология асбестоцементных изделий. М.: 1960. 

23. Слободяник  И.Я.  Строительные  материалы  и  изделия.  Киев. 

Будивильник. 1966. 

24. Технология  важнейших  отраслей  промышленности.  Под  ред. 

Ченцова И.В. Минск. Вышейша школа. 1977. 

25. Попов  Л.Н.  Лабораторные  испытания  строительных  материалов  и 

изделий. М.: Высшая школа. 1966. 

26. Шейкин А.Е. Строительные материалы. М.: Стройиздат. 1978. 

27. Юнг В.Н. и др. Технология вяжущих веществ. М.: Промстройиздат. 

1952. 


 

Yüklə 381,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə