Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 381,83 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix08.03.2018
ölçüsü381,83 Kb.
#30821
1   2   3   4   5   6   7   8   9   ...   14

 

Silikat  modulu  yüksək  olan  portlansementin  möhkəm  korroziyaya  qarşı 



davamlı  və  ya  bərkimə  qabiliyyətinə  malikdir.  Alüminium  oksidi  modulu  yüksək 

olan  portlandsement  bərkiyir,  lakin  bütün  möhkəmliyi  sulfat  turşularına  qarşı 

davamlılığı azdır. 

Portlansementin  istehsalında  əsas  proseslər  materialın  yandırılmasından  və 

sonra  dəyişilməsindən  ibarətdir.  Ilk  materiallar  müəyyən  çəki  miqdarında  olmalı, 

ayrı-ayrı,  ya  da  birlikdə  narın  döyülüb,  sonra  qarışdırılır.  Portlansement  2  üsulla, 

yəni yaş və quru üsullarda istehsal olunur. Bu üsulların hansından istifadə edilməsi 

ilk  xammalın  növündən  və  xammalın  xassələrindən  asılıdır.  Xammal  bərk  olanda 

quru üsul tətbiq edilmir.  

Qeyd  etmək  lazımdır  ki,  yaş  üsul  daha  geniş  yayılmışdır,  çünki  bu  üsul 

bircinsli və daha keyfiyyətli sement alınmasını təmin edir. Xammal yumşaq olanda 

yaş üsul tətbiq edilir. Həmin xammal xırdalanıb böyük bir miqdarda suya qatılır və 

əldə edilən qatı, 35-42% nəmliyi olan smetanaoxşar krem halına düşür. 

 

Xammalın yandırılması 

 

Portlansement istehsalında əsas proses xammal qatqısının fırlanan və şaxtalı 



peçlərdə  1400-1450

0

C  temperaturda  (quru  üsulla)  yandırılmasıdır.  Yandırılan 



zaman  yüksək  temperaturun  təsiri  altında  əhəng  daşı  parçalanır  və  aşağıda 

göstərilən miqdarda mineral əmələ gəlir. 

 

3CaO SuO

2

 – 37-60% 

2CaO SuO

2

 – 15-37% 

2CaO Al

2

O

3

 – 7-15% 

4CaO Al

2

O

3

 Fe

2

O

3

 – 10-18% 

Soyuduqda  50-150

0

C  temperaturda,  soyuduqdan  sonra  klipker  anbara 



göndərilib,  orada  10-15  gün  saxlanılır  və  tam  soyudularaq,  periodik  qaydada 

qarışdırılmaqla  klipkerin  tərkibi  orta  vəziyyətə  gətirilir.  Klipker  saxlanan  zaman 




 

onun  tərkibində  sərbəst  halda  qalan  kalsium  və  maqnezium  oksidləri  sönür. 



Bundan sonra klipker kürəvi halları dəyirmanlarda narın üyüdülür. 

Burada klipkerə 5%-ə qədər gips və 15%-ə qədər plastik qatılır. 

Gips portlansementin bərkiməsini artırır. Əldə edilmiş narın toz halında olan 

portlansement  soyudulub,  orta  hala  gətirilir  və  dördqat  kağız  kisələrə  doldurulur. 

Bütün  bu  proseslərin  düzgün  rejimdə  aparılması  nəticəsi  etibarilə  mineral 

yapışdırıcı materialların keyfiyyətinin yüksəldilməsinə səbəb olur. 

 

 

 




10 

 

2. MINERAL YAPIŞDIRICI MATERIALLARIN  



TƏSNIFATI VƏ ÇEŞIDI 

 

 Su  ilə  qarışdırdıqda  plastik  xəmir  halına  düşən,  sonra  fiziki-kimyəvi 



proseslər  nəticəsində  daş  halına  keçən  narın  üyüdülmüş  toz  halında  olan 

materiallara qeyri-ülvi (mineral) yapışdırıcı maddələr deyilir. 

Qeyri-üzvi  yapışdırıcı  maddələrdən  maqnezit  yapışdırıcı  maddələr  və 

turşuya  davamlı  sement  müstəsna  olaraq  su  ilə  deyil,  müvafiq  olaraq  maqnezium 

duzları və maye şüşə ilə qarışdırılır. 

Hazırda  inşaat  işlərində  bir  sıra  mineral  yapışdırıcı  maddələr  işlədilir. 

Bərkimə şəraitindən asılı olaraq həmin yapışdırıcılar iki qrupa bölünür: 

1. Ancaq havada bərkiyən və uzun  müddət öz möhkəmliyini saxlayan və ya 

artıran  yapışdırıcılara  havada  bərkiyən  yapışdırıcı  maddələr  deyilir.  Bu 

yapışdırıcılara  hava  əhəngi,  gips,  maqnezit  yapışdırıcı  maddələr  və  maye  şüşə 

aiddir. 

2.  Həm  havada,  həm  də  suda  bərkiyən  və  uzun  müddət  öz  möhkəmliyini 

saxlayan,  yaxud  artıran  yapışdırıcılara  suda  bərkiyən  (hidravlik)  yapışdırıcı 

maddələr deyilir. Belə yapışdırıcı maddələrdən hidravlik əhəngi və müxtəlif növlü 

sementləri  göstərmək  olar.  Bu  qrup  yapışdırıcı  maddələrin  möhkəmliyi  daha  çox 

olduğundan inşaat işlərində geniş miqyasda tətbiq olunur. 

Nisbətən  baha  olan  yapışdırıcı  maddələrə  qənaət  etmək,  onları 

ucuzlaşdırmaq  və  bəzi  yapışdırıcılara  müəyyən  xassələr  vermək  məqsədi  ilə, 

yapışdırıcı maddələrə müxtəlif əlavələr qatılır. 

Əlavələr  ya  yapışdırıcı  maddə  ilə  birlikdə  üyüdülür,  ya  da  ayrıca  narın 

üyüdüldükdən  sonra  yapışdırıcı  ilə  mükəmməl  surətdə  qarışdırılır.  Bəzi  hallarda 

əlavələri  toz  və  ya  sulu  məhlul  halında,  məhlul  və  beton  hazırlarkən  qarışdırmaq 

mümkündür. 

Təyinatına görə əlavələr yeddi qrupa bölünür: 



 


11 

 

Aktiv mineral maddələr.  

Bu  qrupa  elə  təbii  və  ya  süni  əlavələr  aiddir  ki,  onları  hava  əhənginə 

qarışdırdıqda  əhəng  suda    bərkimək  qabiliyyəti  əldə  edir.  Belə  aktiv  əlavələr  bir 

sıra xüsusi sementlərin istehsalında çox böyük əhəmiyyətə malikdir. 

Inert əlavələr.  

Bu  əlavələr  aktiv  deyildir  və  ancaq  qənaət  məqsədilə  yapışdırıcılara 

qarışdırılır.  Inert  əlavələri  qarışdırdıqda  yapışdırıcının  möhkəmliyinin  azalmasını 

nəzərdə  tutmaq  və  bunu  qabaqcadan  təcrübələrlə  müəyyən  etmək  lazımdır.  Inert 

əlavə  olaraq  kvars  qummu,  əhəngdaşılar,  qumdaşılar,  yanacaq  külləri,  posalar  və 

s.-dən istifadə olunur. 



Turşuya davamlı əlavələr.  

Belə  əlavələrdən  narın  üyüdülmüş  andeziti,  beştauniti,  qraniti,  farforu, 

əridilmiş diabazı, bazaltı və s. göstərmək olar. 

Istiliyə davamlı əlavələr.  

Bu  əlavələr  istiyə  davamlı  beton  istehsalında  işlədilir.  Bunlardan  narın 

üyüdülmüş  şamot,  kvars  qummu,  istilik-elektrik  stansiyalarının  külləri  və  s.  daha 

çox istifadə olunur. 



Yapışdırıcının tutmasını tezləşdirən əlavələr.  

Həmin əlavələrə kalsium-xlorid, xlorid turşusu, üyüdülmüş sönməmiş əhəng 

və  s.  aiddir.  Adətən,  bu  əlavələri  suda  əridilmiş  halda  məhlul  və  ya  betonlara 

qarışdırırlar. Qış zamanı iş görüldükdə bu əlavələr çox böyük əhəmiyyətə malikdir. 



Yapışdırıcının tutmasını gecləşdirən əlavələr.  

Bu əlavələrdən gips, sümük yapışqanı və dəmir 3-sulfat çox işlədilir. 



Aktiv səthli əlavələr.  

Bu  əlavələr  plastikləşdirici  və  hidrofob-plastikləşdirici  ola  bilər. 

Plastikləşdirici  əlavələrdən  ən  çox  işlənən  sulfit-spirt  bardası,  hidrofob-

plastikləşdirici maddələrdən mılonaft, asidol və olein turşusudur. 

Kimyəvi  tərkibinə  görə  havada  bərkiyən  yapışdırıcı  maddələr  dörd  qrupa 

bölünür: 




Yüklə 381,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə