Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 381,83 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix08.03.2018
ölçüsü381,83 Kb.
#30821
1   2   3   4   5   6   7   8   9   ...   14

12 

 

1.  Əhəng  yapışdırıcılarının  kimyəvi  tərkibi  çoxlu  miqdarda  kalsium 



oksidindən (CaO) və bir qədər də maqnezium oksidindən (MgO) ibaətdir. 

2. Gips yapışdırıcılarının əsas tərkibi CaSO

4

-dən ibarətdir. 



3.  Maqnezit  yapışdırıcılarının  əsas  tərkibi  MgO-dan  ibarətdir  və  başqa 

yapışdırıcılardan  fərqli  olaraq  MgCl

2

  və  MgSO



4

  məhlulları  ilə  qarışdırıldıqdan 

sonra  bərkiyir.  Bu  qrupdan  olan  dolomit  yapışdırıcılarının  tərkibi  MgO-dan  və 

qismən CaCO

4

-dən ibarətdir. 



4. Maye şüşənin tərkibi Na

2

OnSiO



2

 və K


2

OnSiO


2

-dən ibarətdir. 

Suda  bərkiyən  yapışdırıcı  maddələrin  tərkibi  çox  mürəkkəbdir  və  başlıca 

olaraq  dörd  oksidin:  CaO  –  SiO

2

  –  Al


2

O

3



  –  Fe

2

O



3

  birləşmələrindən  ibarətdir.  Bu 

maddələr  çox  müxtəlif  tərkibli  kimyəvi  birləşmələr  əmələ  gətirdiyindən,  cüröəcür 

xassəli bir sıra hidravlik yapışdırıcı maddələr alınır. 

Hidravlik  yapışdırıcı  maddələr  öz  tərkibinə  və  qatılan  əlavələrin  miqdarına 

görə üç qrupa bölünür: 

1. Əsas yapışdırı  maddələr. Bunlarda aktiv və ya inert əlavələr ya olmur, ya 

da 10-15%-dən az olur, məsələn, portlandsement, suda bərkiyən əhəng. 

2. Qarışıq yapışdırıcı maddələr. Bunlarda aktiv əlavələrin miqdarı 15%-dən, 

inert  əlavələrinki  isə  10%-dən  az  olur,  məsələn,  putsolanlı  portlandsement,  posalı 

portlandsement və s. 

3.  Xüsusi  tərkibli  yapışdırıcı  maddələr.  Məsələn,  hidrofob  sement, 

plastikləşdirilmiş sement, genişlənən sement və s. 

Mineral  yapışdırıcı  materiallar  bərkiməsinə  və  möhkəmliyinə  görə  2  qrupa 

bölünür. Bunlardan birincisinə havada bərkiyən materiallar, ikincisinə isə hidravlik 

yapışdırıcı materiallar deyilir. 

Havada  bərkiyən  yapışdırıcılar  yalnız  havada  bərkiyib,  uzun  müddət  öz 

möhkəmliyini  mühafizə  etməsi  ilə  xarakterizə  edilir.  Onlar  əsasən  yerüstü 

tikintilərdə  tətbiq  olunur.  Hidravlik  yapışdırıcı  maddələr  yalnız  havada  deyil, 

həmçinin  suda  da  bərkiyib  öz  möhkəmliyini  saxlaya  bilir.  Bunlardan  yerüstü  və 

yeraltı, yəni sualtı qurğuların tikintisində istifadə edilir.  



13 

 

Havada  bərkiyən  yapışdırıcı  maddələrə  havada  bərkiyən  gips,  əhəng, 



maqnezium yapışdırıcıları, habelə əriyən şüşə aiddir. 

Havada bərkiyən əhəng. 

Havada  bərkiyən  əhəng  xüsusi  ojaqlarda  1000-1200

0

  temperaturda 



yandırılmış əhəng daşı, təbaşir, dolomit və digər təbii materiallardan alınır. Havada 

bərkiyən  əsas  tərkib  hissəsi  kalsium  oksidindən  ibarətdir.  Bəzən  aktiv  material 

olaraq, əhəngin içinə maqnezium oksidi qatılır.  

Havada bərkiyən əhənglərin çeşidi.  

Havada  bərkiyən  əhənglər  üç  əsas  növlərə  ayrılır:  bunlar  sönməmiş  əhəng 

kəsəklərindən,  hidrat  əhəngindən  və  döyülmüş  halda  olan  sönməmiş  əhəngdən 

ibarətdir. 



Sönməmiş  əhəng  kəsiyi  –  ağ,  yaxud  boz  rəngdə  olan  tikələrdən  ibarətdir. 

Inşaatda istifadə edilməsi üçün bu əhəng söndürülməli, yəni su ilə qatışdırılmalıdır. 

Əhəng az miqdarda su ilə (1:1) qatışdırılanda sönüb toz halına, çox miqdarda su ilə 

(3:1) qatışdırılanda  isə xəmir  halına düşür. Qum  ilə qatışdırılan əhəng  xəmirindən 

əhəng  məhlulu əmələ  gəlir ki, bu da  iş  materialı sayılır. Əhəng söndürülən zaman 

külli miqdarda isti çıxır.  

Sönməsinin  sürətindən  asılı  olaraq  əhəng  kəsəyi  tezsönən  (20  dəqiqə 

içərisində)  və  yavaşsönən  (20  dəqiqədən  gej)  əhənglərə  bölünür.  Tezsönən  əhəng 

yüksək  keyfiyyətli  sayılır,  çünki  bu  söndürüləndə  xəmiri  çox  çıxır  və  içində 

sönməmiş zərrələri demək olar ki, çox az olur. 



Hidrat  əhəngi  –  toz  halında  olan  materialdır.  Bu  sönməmiş  əhəngdən 

döyülüb əmələ gətirilir.  



Döyülmüş halda olan sönməmiş əhəng – toza bənzər materialdan ibarətdir. 

Bu  əhəng  sönməmiş  əhəngdən  narın  döyülüb  əmələ  gətirilir.  Bu  əhəngin  hidrat 

əhəngdən  üstünlüyü  ondan  ibarətdir  ki,  bunun  məhlulu  tez  bərkiyir  və  daha  çox 

davamlı  olur.  Bundan  başqa,  həmin  əhəngin  istehsalında  itki  hidrat  əhəng 

istehsalında olan itkidən xeyli az olur.  

 



14 

 

Havada bərkiyən əhəngin keyfiyyət şərtləri.  

Havada  bərkiyən  əhəng  keyfiyyətjə  1-ji,  2-ji  və  3-jü  sorta  ayrılır.  Əhəng 

kəsəyinin sortu onun tərkibində olan kalsium və maqnezium oksidinin miqdarından 

(bunlar nə qədər az olsa, əhəngin sortu da o qədər aşağı olur) və söndürülən zaman 

çıxan əhəng xəmirinin sönməmiş zərrələrinin miqdarından asılıdır. Hidrat əhəngin 

və  döyülmüş  əhəngin  sortu  onun  tərkibində  olan  kalsium  və  maqnezium 

miqdarından  və  habelə, əhəngin  narın döyülməsindən (nə qədər  iri  hissəjiklər çox 

olsa, o qədər əhəngin sortu da aşağı olur) asılıdır. Döyülmüş halda olan sönməmiş 

əhəng sortlara ayrılmır. 



Inşaat gipsi.  

Inşaat  gipsinə  yanlış  olaraq  tijarətdə  alebastr  deyilir.  Inşaat  gipsi  200

0

 

temperaturdan yuxarı yandırılan təbii gips materialından ibarətdir.  



Inşaat  gipsi  tijarətə,  adətən  döyülmüş,  ağ,  əldə  yağlı  hiss  olan  toz  halında 

gətirilir. Inşaat gipsinin əsas tərkib hissəsi kalsium 2-sulfatdan ibarətdir. 

Inşaat gipsi çox tez bərkiyir. Inşaat gipsi 30 dəqiqədə tamamilə bərkiyir, ona 

görə də  xalis  gips  müxtəlif elektromontac  işlərində tətbiq edilir.  Bununla bərabər, 

inşaat  gipsinin  suya  qarşı  davamı  və  mexaniki  davamı  azdır.  Bununla  əlaqədar 

olaraq, inşaat  işində, o jümlədən taxtapuş işlərində inşaat  gipsi, adətən əhənglə və 

digər materiallarla qatışıq tətbiq edilir.  

Keyfiyyətjə  inşaat  gipsi  1-ji  və  2-ji  sortlara  ayrılır.  Gipsin  sort  bölgüsü 

gipsin narınlığından və onun nümunəsinin sıxılmağa davamından asılıdır. 

Hidravlik əhəng.  

Hidravlik  əhəng  900-1000

0

  temperaturda  əhəng  daşından  yandırılıb  əldə 



edilən materialdır. Gil maddəsi çox (15-20%) olan əhəng daşını yandıranda qüvvəli 

hidravlik  əhəng,  gil  maddəsi  az  olan  əhəng  daşı  yandırılanda  isə  zəif  hidravlik 

əhəng əldə edilir. I 

Hidravlik əhəng satışa, əksəriyyətlə toz halında gətirilir. Hidravlik əhəng su 

təsiri  ilə  rast  gələn  binaların  bünövrəsinə,  habelə  havada  bərkiyən  əhəng  yerinə 

diva  rvə  taxtapuş  üçün  işlənir.  Bərkiyən  zaman  hidravlik  əhəng  havada  bərkiyən 




Yüklə 381,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə