Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 381,83 Kb.
Pdf görüntüsü
səhifə5/14
tarix08.03.2018
ölçüsü381,83 Kb.
#30821
1   2   3   4   5   6   7   8   9   ...   14

15 

 

əhəngə  nisbətən az  miqdarda su buraxır  və ona  görə də binanın  divarları daha tez 



quruyur.  

Hidravlik əhəng sortlara bölünmür.  



Sement. Sementin çeşidi.   

Sement  ən  çox  yayılmış  hidravlik  bərkidiji  materialdır.  Sement  sənayesi 

tərəfindən  çox  müxtəlif  növdə  sementlər  buraxılır.  Bunlardan  tijarət  şəbəkəsinə 

gətirilən  portlandsement,  ağ  portlandsement,  şlak-portlandsement,  sulfat-şlak 

sement və romansement adlı sementlərdir.   

Portlandsement – narın döyülmüş klinkerdən alınan materialdır. Klinker isə 

1450 dərəjəyə yaxın temperaturda yandırılmış merqellərdən, yaxud əhəng daşı (75-

78%)  ilə  gil  materiallarının  (22-25%)  süni  qarışığından  ibarətdir.  Sement  boz 

rəngli, bəzən də yaşıla çalan tozdur.  

Portlandsement dörd markada buraxılır: «300», «400», «500» və «600». Bu 

rəqəmlər  sement  məhlulu  hazırlanan  gündən  etibarən  28  gündən  sonra  sement 

nümunəsinin sıxılmağa qarşı son davamını (kq/sm

2

) göstərir. 



Portlandsement geniş miqdarda beton və dəmir-beton işlərində tətbiq olunur. 

Dəniz  suyunun  və  minerallaşmış  suların  təsirinə  rast  gələsi  hallarda,  habelə  axar 

şirin  suların  və  güjlü  təzyiqlə  verilən  suların  təsiri  altında  olan  hallarda 

portlandsementin tətbiq edilməsi məsləhət görülmür. 



Ağ  portlandsement  –  portlandsementin  bir  növünü  təşkil  edir.  Bu, 

tərkibində az miqdarda dəmir olan klinkerdən hazırlanır.  

Ağlığının dərəjəsinə görə bu sement üç sorta (BS-1, BS-2, BS-3) və sıxanda 

son davamına görə isə markalara («250», «300», «400») bölünür. 

Ağ  portlandsement,  başlıja  olaraq  arxitektur-bəzək,  heykəltaraşlıq  və 

rəngsazlıq işlərində, habelə inşaat detallarının hazırlanması üçün tətbiq edilir. 



Şlak  –  portlandsement  adi  portlandsementdən  tərkibindəki  20-dən  85%-

dək  olan  narın  döyülmüş  domna  şlakı  ilə  fərqlənir.  Bu  sement  dörd  markada 

(«250», «300», «400» və «500») buraxılır.  



16 

 

Şlak  portlandsementi  portlandsementə  nisbətən  minerallaşdırılmış  sulara 



qarşı  daha  davamlı  olmaqla  polad  armaturası  ilə  yaxşı  bərkiyir  və  onu 

paslandırmır. Bu sement beton və dəmir-beton işlərində tətbiq edilir.  



Sulfat-şlak sementi – domna şlakı (çəki etibarilə ən azı 80%), qips və bəzən 

digər  materialların  qarışdırılıb  döyülmüş  məhsulundan  ibarətdir.  Bu  sement  dörd 

markada («100», «150», «200», «250») buraxılır. 

Sulfat-şlak  sementinin  minerallaşdırılmış  sularına  qarşı  davamı  şlak-

portlandsementinə  nisbətən  daha  yuxarıdır.  Bununla  əlaqədar  olaraq  sulyat-şlak 

sementi  dəniz  suyunda  tikilən  hidravlik  qurğularda  və  çox  minerallaşdırılmış 

suların təsiri altında olan yeraltı qurğularda tətbiq edilir.  

Romansement  –  800-1100

0

  temperaturda  bişinjə  yandırılmış  təbii 



merqellərdən,  yaxud  əhəng  daşı  ilə  kilin  süni  qarışığından  narın  döyülüb  alınan 

materialdır.  Romansement  portlandsementdən  ujuzdur,  lakin  davamlıq  jəhətjə 

ondan  aşağıdır.  Romansement  üç  markada  («25»,  «50»  və  «100»)  buraxılır. 

Romansement qurğuların yerüstü və yeraltı hissələrinin hörülməsində, habelə aşağı 

markalı beton hazırlanması üçün tətbiq edilir.  

Sementin keyfiyyət şərtləri.  

Sementlər  hamısı  sortlara  bölünmədən  satışa  buraxılır.sementlərin  əsas 

keyfiyyət  göstərijiləri  narınlıq  dərəjəsindən,  bərkiməsinin  başlanması  və 

qurtarması vaxtından və sıxan zaman son davamından ibarətdir. Bu göstərijilər hər 

sement  üçün  standartda  dərj  edilir.  Məsələn,  portlandsement  üçün  standartda 

göstərilmişdir ki, 90 nömrəli (hər 1 sm

2

 sahəsində 4900 deşiyi olan) ələkdə ələyən 



zaman  sementin  ən  azı  85  faizi  keçməli,  bərkiməsi  45  dəqiqədən  sonra  başlamalı 

və  ən  gej  12  saatdan  sonra  qurtarmalı  və  sıxan  zaman  son  davamı  sementin 

markasına müvafiq gəlməlidir. 

 

Inşaatda  yapışdırıjı  materiallar  əsasında  çoxlu  müxtəlif  məmulat  hazırlanır 



və bunların da çeşidi ildən-ilə genişlənir. 

Bu  məmulatdan  hazırda  ən  çox  rast  gələn  silikat  kərpiji,  sement-qum 

kirəmiti, asbestsement məmulatı, quru suvaq və gips bəzəkləridir.  



17 

 

Silikat kərpiji kvars qumu (92-94%) və sönmüş əhəng (6-8%) qatışığından 

ibarət olaraq qəliblənib, sonra isə davam  kəsb etməsi üçün tiyanlarda buğa  verilib 

hazırlanır. Belə kərpij düz paralelepiped formasında 250x120x65 mm ölçüdə olur. 

Sıxanda  son  davamına  görə  silikat  kərpiji  «200»,  «150»,  «125»,  «100»  və  «75» 

işarəli  markalara  bölünür.  Silikat  kərpiji  bina  tikintisində  (hamam  və  paltaryuyan 

binalardan  başqa)  divar  materialı  yerində  tətbiq  edilir.  Özül,  soba  və  boru  üçün 

silikat  kərpiji  yaramır,  çünki  uzun  müddət  sürən  rütubət  və  yüksək  temperatur 

təsiri altında bu kərpij dağılır.  

Sement-qum  kirəmiti  ujuz  və  uzun  vaxt  xidmət  edən  dam  örtüyü 

materialıdır. Kirəmitin qüsur jəhəti onun çəkisinin ağır olmasıdır. 

Asbestsement məmulatı.  

Asbestsement  məmulatı  asbest  (20  faizədək)  və  portlandsementin  su  ilə 

qarışdırılıb bərkidilməsi nətijəsində alınan məmulatdan ibarətdir.  

Bu  məmulata  müəyyən  rəng  (qırmızı,  yaşıl  və  i.a.)  vermək  üçün  həmin 

tərkibə piqment qatılır. Asbestsement məmulatı bir sıra müsbət xassələrə malikdir. 

Bunlar  yüngüldür,  oddan  qorxmur,  pas  tutmur,  boya  tələb  etmir  və  uzun  müddət 

xidmət  edir.  Asbestsement  məmulatının  qüsur  jəhəti  odur  ki,  zərbə  yə  qarşı 

müqaviməti azdır və özünün də əyilmək ehtimalı vardır.  

Asbestsement məmulatının çeşidi çox zəngindir. Bunlardan ən çox rast gələn 

dam örtüyü materiallarıdır (lövhə, dalğalı vərəq, yarımdalğalı vərəq, dambeli və s. 

detallar) ki, bunlara da adətən şifer deyilir.  

Yastı dam örtüyü lövhələri aşağıdakı üç tipdə hazırlanır: 

1. Iki  bujağı  kəsik  sıra-kvadrat  formalı  lövhə  (marka  PK-1).  Bu  lövhə  əsas 

növ sayılır. 

2. Damın  kənarının  aşağı  xəttinə  düzülən  beşbujaqlı  kənarlıq  lövhə  (marka 

PK-2). 

3. Damın  kənarlarını  tərtibə  salan  iki  bujağı  kəsik  düzbujaq  formalı  friz 



lövhəsi (marka PK-3). 

Hər lövhədə mismar və kütləyə qarşı düymə üçün deşiklər açılır.  




Yüklə 381,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə