Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 381,83 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix08.03.2018
ölçüsü381,83 Kb.
#30821
1   2   3   4   5   6   7   8   9   ...   14

18 

 

Lövhələrə  aid  dambeli  məmulatı  təknə  formasında  olmaqla  damın  pipiyini 



örtmək üçün tətbiq edilir. Bunların bir uju digərindən bir qədər enli olur.  

Dalğalı vərəqlər asbestsement dam örtüyü materialları içərisində ən çox rast 

gələndir.  Bunlar  adi  profili  (marka  BO)  və  qalın  profili  (marka  BU)  vərəqlərə 

bölünür.  

BO  markası  daşıyan  dalğalı  vərəqlər  ən  çox  yayılmışdır,  bunlar,  adətən,  6 

dalğadan  (örtən  və örtülən kənarları da daxil  olmaqla)  ibarətdir.  Lakin 4-5 dalğalı 

vərəqlərə  də  rast  gəlir.  Dalğalı  vərəqlər  boyaqsız,  habelə  qırmızı,  sarı,  yaşıl  və  s. 

rənglərdə buraxılır.  

BU  markası  daşıyan  dalğalı  vərəqlər  BO  markalı  vərəqlərdən  qalın  və  iri 

olur. Dalğalı vərəqlərin detalları dambeli, bujaqlıq və novçalardan ibarətdir.  

Yarımdalğalı  vərəqlər  dalğalı  vərəqlərdən  fərqlidir.  Bunların  ortadan  bir 

dalğası olur və vərəqin uzunu boyunja kənarları qatlanır. Yarımdalğalı vərəqlər də 

dalğalı  vərəqlər  kimi  boyaqsız  və  qırmızı,  sarı,  yaşıl  və  qara  rənglərdə  buraxılır. 

Yarımdalğalı vərəqlər dalğalı vərəqlərə nisbətən az rast gəlir. 



Asbestsement borular təyinat etibarilə su borularına (ən çox rast gələn) və 

kanalizasiya borularına ayrılır.  

Su  boruları  dörd  markada  (BT-3,  BT-6,  BT-9  və  BT-12)  buraxılır.  Burada 

rəqəmlər  borunun  hesablandığı  hidravlik  təzyiq  kəmiyyətini  göstərir.  Həmin 

boruların uzunluğu 3-4 m, daxili diametri isə 50 mm və daha çox olur.  

Kanalizasiya boruları iki markada (KM-qolbaqlı boru və KM-gen ağız boru) 

buraxılır. 

Qolbaqlar (muftalar) su borularının və KM markalı kanalizasiya borularının 

birləşdirilməsi üçün tətbiq edilir. Bunlar da müxtəlif markalarda buraxılır.  



Quru suvaq (üzlük gips vərəqləri). Bu  məmulat inşaat gipsindən hazırlanıb 

kartonla  möhkəm  birləşdirilmiş  lövhələrdən  ibarətdir.  Quru  suvaq  qalınlığına  (8 

mm  və  10  mm)  və  ölçüsünə  görə  (uzunluğu  2700,  2900  və  3300  mm,  eni  1200 

mm) bölünür.  



 


19 

 

Gips bəzəkləri.  

Bunlar  karnizdən,  tavan  rozetkasından  və  inşaatda  tətbiq  edilən  mürəkkəb 

formalı digər məmulatdan ibarətdir.  



Asbestsement məmulatının keyfiyyət şərtləri.  

Quru suvaq və gips bəzəkləri keyfiyyət etibarilə 1-ji və 2-ji sortlara bölünür. 

Həmin  qrupa  aid  sair  məmulat  msə  sortlara  ayrılmır.  Quru  suvağın  və  gips 

məmulatının  sortu  zahiri  görünüşdəki  qüsurlardan  (formasının  əyri  olması, 

kənarlarının zədələnməsi və s.) asılıdır.  

Məmulatın  forması  düzgün,  kənarları  düz  və  hamar,  səthi  isə  üz  tərəfdən 

hamar olmalıdır. Bu  məmulatda çat rast gəlməməlidir. Yastı lövhələr ən çox 18%, 

bütün yerdə qalan digər məmulat isə ən çox 30% su hopdurmalıdır. Asbestsement 

məmulatı 25 dəfə dondurulub 25 dəfə də dondan azad edilə bilməlidir. 

Portlandsementin xüsusi növləri.  

Aşağıda  izah  etdiyimiz  portlandsementin  növləri,  adi  portlandsementdən 

fərqli  olaraq,  tamamilə  müəyyən  və  xüsusi  xassələrə  malikdir.  Bu  xassələr, 

sementin  tərkibini  və  texnologiyasını  dəyişdirmək,  habelə  müxtəlif  əlavələr 

qarışdırmaqla əldə edilir. 

Sulfatlara davamlı portlandsement.  

Sulvatlara  davamlı  portlandsement  almaq  üçün  sement  klinkerində 

sulfatlarla  əlaqəyə  girən  üçkalsiumlu  alüminatın  miqdarını  azaltmaq  lazımdır. 

Klinkerdə  3CaOAl

2

O

3



  tamamilə  olmadıqda,  «sement  basili»  əmələ  gələ 

bilmədiyindən,  belə  sement  sulfatlı  sularda  davamlı  olacaqdır.  Buna  görə  də 

sulfatlara davamlı sement almaq üçün götürülən klinkerdə  3CaOSiO

2

 – 50%dən, 



3CaOAl

2

O



  5%-dən  və  3CaOAl

2

O

3



  +  4CaOAl

2

O



3

Fe


2

O

3



  –  22%-dən  çox 

olmamalıdır.  Belə  tərkibli  portlandsement  klinkerinin  üyüdülməsindən  alınan 

sementə  sulfatlara  davamlı  portlandsement  deyilir.  Bu  sementə  aktiv  və  ya  inert 

mineral əlavələr qarışdırılmamalıdır.  

Dəniz  sularında  olan  beton  və  dəmir-beton  konstruksiyalar,  səviyyəsi 

dəyişilə  bilən  su  içərisindəki  başqa  tikintilər  üçün  həmin  sementdən  istifadə 




20 

 

olunur;  çünki  belə  tikintilər  dəfələrlə  donu  rvə  donu  açılır,  yaxud  dəfələrlə 



nəmlənmə və qurumaqla bərabər sulfatlı suların təsirinə məruz qalır. 

Sulfatlara davamlı portlandsementin markaları 300 və 400-dür. 



Plastikləşdirilmiş portlandsement.  

Adi  portlandsement  klinkeri  ilə  plastikləşdirici  əlavələrin  birlikdə 

üyüdülməsindən  alınan  sementə  plastikləşdirilmiş  sement  deyilir.  Plastikləşdirici 

əlavə  kimi  spirt  sənayesində  tullantı  halında  alınan  sulfat-spirt  bardası  (SSB) 

konsentratından  istifadə  olunur  və  bu  əlavə  sementin  çəkisinin  0,15-0,25%-i 

miqdarında  götürülür.  Sulfit-spirt  bardası  aktiv  səthli  maddə  olduğundan  sement 

dənəciklərinin üzündə adsorbsiya xassəli pərdələr əmələ gətirir. Buna görə də belə 

sementdən hazırlanan beton və məhlulların plastikliyi yüksək olur. 

Plastikləşdirilmiş  sement  işləndikdə,  su-sement  nisbətini  azaltmaq 

mümkündür.  Bu,  betonun  möhkəmliyini  artırır,  ya  da  sərf  olunan  sementin 

miqdarını  8-10%  azaltmaq  imkanı  verir.  Plastikləşdirilmiş  portlandsementdən 

hazırlanan betonun su keçirməsi azalır, şaxtaya və sulfatlara davamlı artır. 

Tikinti  yerində  beton  və  məhlul  hazırladıqda,  onların  plastikliyini  artırmaq 

məqsədilə, plastikləşdirici əlavə qarışdırmaq da mümkündür. 

Plastikləşdirilmiş  sement  əvvəllər  bir  qədər  yavaş  bərkiyir,  lakin  sonralar 

nəzərdə tutulan möhkəmliyi əldə edir. 

Plastikləşdirilmiş sementin markaları adi portlandsementinki kimidir. 

Hidrofob portlandsement.  

Adi  portlandsement  klinkeri  ilə  aktiv  səthli  hidrofob  əlavələrin  birlikdə 

üyüdülməsindən  alınan  sementə  hidrofob  portlandsement  deyilir.  Hidrofob  əlavə 

olaraq asidollar, asidol-mılonaft, mılonaft və olein turşusu sementin çəkisinin 0,06-

0,30%-i miqdarında götürülür. 

Hidrofob  əlavələrin  ən  xırda  hissəcikləri  sement  dənəciklərinin  üzündə 

adsorbsiya  xassəli  pərdə  əmələ  gətirir.  Həmin  pərdə  sementin  su  ilə  islanma 

qabiliyyətini  azaldır  və  bununla  onu  nəm  şəraitdə  daşıdıqda  və  ya  uzun  müddət 

saxladıqda xarab olmaqdan qoruyur. 



Yüklə 381,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə