Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 381,83 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix08.03.2018
ölçüsü381,83 Kb.
#30821
1   ...   6   7   8   9   10   11   12   13   14

27 

 

Gips-alüminatlı  genişlənən  sement  tezbərkiyən  hidravlik  yapışdırıcı  maddə 



olub,  yüksək  alüminatlı  domna  posaları  ilə  təbii  iki  sulu  gips  daşının  birlikdə 

üyüdülməsindən və ayrı-ayrı üyüdülərək diqqətlə qarışdırılmasından alınır. 

Gips-alüminatlı  genişlənən  sement  suda  bərkidikdə  genişlənmə  xassəsinə 

malikdir; havada bərkidikdə isə yığılmayan olur və ya suda bərkidiyinə nisbətən az 

genişlənir. 

Gips  alüminatlı  genişlənən  sementin  markaları  400  və  500-dür.  Həmin 

sementdən  hazırlanan  kub  nümunələrinin  sıxılmada  möhkəmlik  həddi  3  gündən 

sonra  tapılır  və  müvafiq  olaraq  24  saatdan  sonrakı  möhkəmlik  həddi  350  və  450 

kQ/sm

2

-dən  az  olmamalıdır.  Sementin  28  gündən  sonrakı  möhkəmlik  həddi 



üçgünlük möhkəmlik həddindən az olmamalıdır. 

Gips alüminatlı sementin tutma başlanğıcı  22 dəq-dən tez, tutma sonu  isə 4 

saatdan gec olmamalıdır. 

Sement  nümunəsinin  008№-li  ələkdən  keçirdikdə  qalıq  10%-dən  çox 

olmamalıdır.  

Gips  alüminatlı  genişlənən  sementdən  hazırlanan  40x40x160  mm  ölçülü 

nümunələri  hazırladıqdan  1 saat sonra suya saldıqda  xətti  genişlənməsi:              1 

gündən  sonra  0,15%-dən  az,  28  gündən  sonra  3,30%-dən  az,  1%-dən  çox,  birinci 

üç gün suda, sonra 28 günə qədər havada bərkidikdə – 0,10%-dən az olmamalıdır. 

Gips  alüminatlı  genişlənən  sement  su  keçirməməlidir.  Təmiz  sement 

xəmirindən  hazırlanan  nümunələri  10  atm  təzyiq  altında  sınadıqda  su  sızma 

əlamətləri  müşahidə  olunmamalıdır.  1:3  nisbətli  sement  məhlulundan  hazırlanan 

nümunələr 3 gündən sonra 10 atm təzyiq altında suyu keçirməməlidir. 

Həmin  sementin  genişlənməsinin  fiziki-kimyəvi  mahiyyəti  onun  tərkibində 

kalsiumun  hidrosulfoalüminatının  əmələ  gəlməsidir.  Buna  görə  də  genişlənən 

sementdən hazırlanan məmulat sıx quruluşlu və tamamilə se keçirməz olur. 

Genişlənən  sementlər  tikintilərin  hidroizolyasiyası,  yığma  konstruksiyaları 

birləşdirmək,  qurğuşun  əvəzinə  boruları  birləşldirmək,  su  neft  məhsullarını 

keçirməyən çənlər düzəltmək və s. üçün müvəffəqiyyətlə tətbiq olunur. 



28 

 

Aktiv mineral maddələr 

 

Əhəngə  qarışdırdıqda  ona  suda  bərkimə  qabiliyyəti  verən  narın  üyüdülmüş 



təbii və ya süni maddələrə aktiv mineral əlavələr (hidravlik əlavələr) deyilir. Aktiv 

əlavələri  adi  portlandsementə  qarışdırdıqda  bərkimə  zamanı  əmələ  gələn  sərbəst 

əhənglə birləşir, onu suda həll olmayan kalsium silikatı halına keçirir və beləliklə, 

sementi minerallı suların təsirinə davamlı edir. 

Aktiv əlavələr, təklikdə bərkimə qabiliyyəti olmayan (vulkan tufları, süngər, 

diatomit, trepel, qlinit və s.) və təklikdə bərkimə qabiliyyəti olan (tez soyudulmuş 

əsas və turş domna posaları) iki qrupa bölünür. 

Aktiv  mineral  əlavələr  çox  qədim  zamanlardan  məlum  olan  maddələrdir. 

Qədim Romanın dəniz tikintilərində püskürülmüş suxurlara putsolan torpağı əlavə 

edilmişdir.  Buna  görə  də  əvvəllər  bütün  təbii  aktiv  əlavələrə  çox  zaman  putsolan 

adı verilirdi. 

Aktiv mineral əlavələr təbii və süni olaraq iki qrupa bölünür. 

Təbii aktiv əlavələr çöküntü və püskürülmüş suxurlardan olur. 

Çöküntü  suxurlardan  olan  əlavələrə  diatomit,  trepel,  opoka  və  qliyejlər 

aiddir. 

Diatomit  yumşaq  çöküntü  suxur  olub,  tərkibi  başlıca  olaraq,  amorf  halda 

silisiumdan ibarətdir. 

Trepel  yumşaq  çöküntü  suxuru  olub,  bunun  da  tərkibi  əsasən  amorf  halda 

silisiumdan ibarətdir.  

Opoka,  məsaməli  və  möhkəm  suxur  olub,  tərkibi  əsas  narın  dənəli  amorf 

silisiumdan ibarətdir. 

Qliyejlər,  kömür  laylarında  əmələ  gələn  yeraltı  yanğınlar  nəticəsində  gil 

suxurlarının yanmasından əmələ gəlmişdir.  

Püskürülmüş  suxurlardan  vulkan  külü,  tuf,  süngər,  vitrofir  və  traslar 

məşhurdur. 



29 

 

Vulkan küllərinin tərkibi başlıca olaraq aluüminium silikatlardar ibarət olub, 



çox  zaman  dənəvər  halda  rast  gəlir.  Bunlardan  Nalçik  vulkan  külünü, 

Azərbaycanda olan birsıra vulkan küllərini göstərmək olar. 

Vitrofirlər əsasən tünd vulkan şüşəsindən ibarətdir. 

Traslar  vulkan  tuflarının  metamorfik  növlüsüdür.  Quruluşu  çox  sıx  və 

tərkibində amorf silisium vardır. Yüksək keyfiyyətli tras Krımda (Qaradağ trası) və 

Azərbaycanda (Tovuz trası) vardır.  

Süni  aktiv  əlavələrdən  ən  çox  işlədilənləri  tez  soyudulmuş  domna  posaları, 

belit (nefelin) şlamı və yanacaq külləridir. 

Tez  soyudulmuş  domna  posaları  çuqun  əridikdə  alınan  tullantılardır  ki, 

tərkibi silikat və alüminium silikatlardan ibarətdir və tez soyudulmaq yolu ilə xırda 

dənəli hala gətirilir. 

Domna  posasının  tərkibi  filizin,  yanacağın  və  əhəng  daşının  əriməsi 

nəticəsində alınan gil, əhəng və başqa qatışıqlardan ibarətdir. 

Domna posasının kimyəv tərkibi başlıca olaraq CaO, SiO

2

, Al


2

O

3



, Fe

2

O



3

 və 


MgO-dan ibarətdir. Beləliklə, posanın tərkibi portlandsementə çox yaxındır. 

Domna posasını tez soyutmaq üçün yaş və yarımquru üsul tətbiq olunur. 

Posanı  yaş  üsulla soyutduqda onu domna  sobasından  nazik cərəyan  halında 

su  ilə  doldurulmuş  hovuzlara  doldururlar.  Posa  burada  tez  soyuyur  və  dənələr 

halına keçir.  

Bu üsulla posanın tez soyudulması çox sadə olmaqla bərabər, posa çox nəm 

(15-40%)  alınır  və  üyütmədən  qabaq  qurudulmasına  çoxlu  istilik  tələb  olunur  ki, 

bu da həmin üsulun ən böyük nöqsanıdır. 

Yarımquru üsulla soyuduqda əridilmiş posa, novdan fırlanan pərli barabanın 

üzərinə  tökülür.  Həmin  nova  4-5  atm  təzyiq  altında  az  miqdar  su  verilir.  Bu  su 

buxarlandıqda  posanı  kəskins  urətdə  soyudur  və  onu  yarımbərk  hala  keçirir. 

Fırlanan barabanın pərləri isə posanı xırdalayır və 20-25 m məsafəyə tullayır, posa 

hissəcikləri havada soyuyur. Bu üsulla posanın nəmliyi az, ancaq 2-10% olur. 



Yüklə 381,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə