Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 379,8 Kb.
Pdf görüntüsü
səhifə1/14
tarix07.04.2018
ölçüsü379,8 Kb.
#36239
  1   2   3   4   5   6   7   8   9   ...   14


 

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI 



AZƏRBAYCAN DÖVLƏT IQTISAD UNIVERSITETI 

 

 

Fakultə : «Əmtəəşünaslıq» 



Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi 

 

 

B U R A X I L I Ş   I Ş I 



Mövzu:   Şüşə məmulatların bəzəndirilmə növlərinin  

keyfiyyətinin  ekspertizası 



Işin rəhbəri: prof. Ə.P.Həsənov 

Tələbə: Əkbərov Elman Loğman 

Bölmə: azərbaycan  

Qrup: 310 

 

«Təsdiq edirəm» 

Kafedra müdiri :__________ prof.Ə.P.HƏSƏNOV 

 

 

B A K I   2015 

 

 

 


 

MÜNDƏRICAT 



 

GIRIŞ  

1.  Istehlak mallarının keyfiyyətinin ekspertizasının məqsəd və 

vəzifələri 

2.  Şüşə məmulatlarının keyfiyyətinin ekspertizası 



13 

2.1.  Ekspertiza aparılmasının qayda və metodları 

18 

2.2.  Konteynerlərdə gələn şüşə məmulatlarının ekspertizası 



19 

2.3.  Nəqliyyatla daşınma zamanı zədələnmiş şüşə məmulatlarının 

ekspertizası 

21 


3.  Şüşə məmulatlarının istehlak xassələrini formalaşdıran amillər 

27 


4.  Şüşə məmulatının ekspertizası zamanı naxışlanmanın və naxış 

növlərinin əhəmiyyəti 

38 

5.  Şüşə məmulatlarının istehsalında işlədilən xammalın və naxış 



növünün keyfiyyətinin qiymətləndirilməsinə təsiri 

48 


NƏTICƏ VƏ TƏKLIFLƏR 

50 

ƏDƏBIYYAT  

53 

 



 

G I R I Ş 

 

Istehlak  malları  içərisində  xüsusi  çəkiyə  görə  başlıca  yerlərdən  birini  tutan 



mallar sırasına şüşə malları aid edilir.  

Şüşə  mallarının  ekspertizası  və  istehlak  xassələrinə  həsr  olunmuş  buraxılış 

işinin  mövzusu  nəzəri  və  təcrübi  maraq  doğuran,  bazar  münasibətlərinin,  bazar 

iqtisadiyyatı şəraitinin bir nömrəli problemlərindən sayılır.  

Şüşə dedikdə amorf-kristalik maddə nəzərdə tutulur. Bu da temperaturdan və 

kimyəvi  tərkibindən  asılı  olmayaraq  əridilmiş  kütlənin  soyudulması  nəticəsində 

alınır.  Suvaşqanlığın  tədricən  artması  nəticəsində  əridilmiş  kütlə  bərk  kütlə 

xassələrini qəbul edir. Belə ki, həmin bu proses əksinə də aparıla bilsin, yəni bərk 

şüşə kütləsi yenə də yapışqan, suvaşqan maddəyə çevrilə bilsin. 

Şüşədən  hazırlanmış  məişət  məmulatlarının  təsnifatı  kimyəvi  tərkibinə, 

rənginə,  istehsal  edilməsinə,  formasına,  ölçüsünə,  cörünüşünə  və  dekorativ 

görünüşünün mürəkkəbliyinə, təyinatına və komplektləşdirilməsinə görə verilir. 

Məlum  olduğu  kimi,  respublikanın  Milli  Məclisində  «Istehlakçıların 

hüququnun  mühafizə  edilməsi  barədə»  xüsusi  qanun  qəbul  edilmişdir.  Müstəqil 

inkişaf yolunda olan respublikamız dünya bazar iqtisadiyyatı sisteminə inteqrasiya 

olunma  prosesi  yaşayır,  respublikanın  daxili  bazarına  müxtəlif  xarici  ölkələrdən 

şüşə  malları  daxil  olmaqdadır.  Bu  şüşə  mallarının  keyfiyyətinin  beynəlxalq 

standartların  tələblərinə  uyğun  gəldiyini  yoxlamaq  üçün  bu  malların  təcrübəli 

ekspertlər tərəfindən ekspertizası günün vacib məsələlərindəndir. 

Buraxılış işinin məqsədi şüşə mallarının istehlak xassələri və ekspertizasının 

mahiyyətindən  ibarətdir,  bu  məqsədə  nail  olmaq  üçün  aşağıdakı  vəzifələr  yerinə 

yetirilməlidir. 

1.  Şüşə mallarının ekspertizasının məqsəd və vəzifələri. 

2.  Şüşə mallarının keyfiyyətinin təyin edilməsində ekspertizanın rolu. 

3.  Şüşə mallarının istehlak xassələri. 

4.  Şüşə mallarının istehlak xassələrini formalaşdıran amillər. 




 

Buraxılış işinin sonunda nəticə və təkliflər işlənib hazırlanmışdır. 



Buraxılış  işinin əsas tədqiqat obyekti respublikanın daxili bazarına xaricdən 

və  yerli  istehsal  müəssisələrindən  daxil  olan  şüşə  mallarının  istehlak  xassələri 

təşkil edir. 

Buraxılış  işinin  ümumi  metodikasını  normativ-texniki  sənədlərdə,  yəni 

standatlarda şüşə mallarının xassələrinin təyini metodları təşkil edir. 

Buraxılış  işinin  yazılmasında  yerli  və  xarici  ədəbiyyat  mənbələrindən, 

normativ-texniki  sənədlərdən,  ticarət  sənaye  palatasının  ekspert  şöbəsinin 

materiallarından,  yerli ticarət təşkilatının  və Azərdövlətstandartın  materiallarından 

istifadə olunmuşdur. 

 

 



 


 

1. ISTEHLAK MALLARININ KEYFIYYƏTININ EKSPERTIZASININ 



MƏQSƏD VƏ VƏZIFƏLƏRI 

 

Malların  keyfiyyətinin  yüksəldilməsi  hər  bir  dövlətin  iqtisadi  siyasətinin 



daha  da  gücləndirilməsinin  ən  başlıca  amillərindən  biridir.  Bu  isə  dövlət 

səviyyəsində  malların  keyfiyyətinin  idarə  edilməsi  sisteminin  məqsədəuyğun 

qaydada  təşkil  edilməsini  tələb  edir.  Bu  məsələlərin,  habelə  proqnozlaşdırma, 

planlaşdırma,  optimallaşdırma,  habelə  digər  məsələlərin  həlli  üçün  malların 

keyfiyyətinin  kəmiyyət  üzrə  qiymətləndirilməsi  məqsədilə  obyektiv  metodların 

işlənib  hazırlanması  çox  vacibdir.  Bu  baxımdan  keyfiyyətin  kəmiyyət  üzrə 

qiymətləndirilməsi  içərisində  ekspert  üsulu  xüsusi  əhəmiyyətə  malikdir  ki,  bu  da 

mütəxəssislərin fikirləri və mülahizələrinin təhlilinə əsaslanır. 

«Ekspert»  sözü  latın  sözü  olub  ekspertus  sözündən  götürülməklə,  təcrübəli, 

bacarıqlı  mənasını  daşıyır  və  iqtisadi  ədəbiyyatlarda  bu  termin  çoxdandır  ki, 

istifadə  edilir.  Lakin  50  ilə  yaxındır  ki,  bu  terminin  istifadəsi  kəskin  surətdə 

çoxalmışdır.  Bu,  onunla  əlaqədardır  ki,  ekspert  qiymətləndirmə  iki  tədqiqat 

sahəsində əsas alətə çevrilmişdir. Yəni proqnozlaşdırma və məhsulun keyfiyyətinin 

qiymətləndirilməsində bu üsul daha çox işlədilir. 

Ümumiyyətlə,  buraxılan  malların  keyfiyyətinin  yüksəldilməsi  həmin 

dövlətin  iqtisadi  strategiyasının  əsasını  təşkil  edir.  Bu  məsələlərin  həllində  ən 

səmərəli  üsullardan  biri  istehlakçı  baxımından  malların  keyfiyyətinin  ekspert 

qiymətləndirilməsi təşkil edir.  

Ekspert  qiymətləndirmənin  məqsədi  ondan  ibarətdir  ki,  malların  keyfiyyət 

göstəricilərinin hər birini diqqətlə araşdırıb, onların istehlak dəyərliliyini, sosioloji 

səmərəliliyini, yararlılığını, istifadəsinin rahatlığını və estetik baxımdan müasirliyi 

müəyyən edilir. Keyfiyyətin kompleks  idarə edilməsinin əsas elementlərindən biri 

sayılan  ekspertiza  istehlakçılara  keyfiyyətsiz  malların  göndərilməsinin  qarşısını 

almaq üçün əsas sipərdir. 




Yüklə 379,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə