Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 379,8 Kb.
Pdf görüntüsü
səhifə14/14
tarix07.04.2018
ölçüsü379,8 Kb.
#36239
1   ...   6   7   8   9   10   11   12   13   14

44 

 

dəyişməklə  zərif  naxışdan  iri  dənəvər  naxışa  qədər  fakturalı  naxış  almaq  olar.  Bu 



növ naxışlar adətən tutqun qalır, bəzən naxışın ayrı-ayrı elementləri pardaqlanır. 

Enli  düz  til  naxışı.  Şayba  naxışı  məmulatın  uzunu  boyu  yerləşən  və  tam 

şəffaf olunana qədər pardaqlanan enli tillərə deyilir. Bu üsulla naxışlanan məmulat 

adətən qalın divarlı  istehsal edilir. Məmulat  içərisində tilləri olan  metal  formalara 

üfürülür. Formaya salınmış məmulat əvvəlcə cilalanır, sonra isə parlaq səth alınana 

qədər  diqqətlə  pardaqlanır.  Enli  tillər  naxışının  müxtəlifliyi  millərin  qarşı-qarşıya 

olmasından ibarətdir. Adətən tilli məmulatda 8, 10, 12 və 16 til olur. 



Qumvari  emal.  Bu  prosesin    mahiyyəti  belədir:  emal  olunacaq  səthə 

trafaret  qoyulur  və  təzyiq  altında  verilən  qum  axını  ilə  işlənir.  Qum  hissəcikləri 

trafaretin kəsik yerlərində oyuq yaradaraq verilən naxışı əmələ gətirir. 

Şüşə məmulatları kimyəvi üsulla da naxışlanır. Aşındırma geniş yayılmış və 

ftorid  turşusunun  köməyi  ilə  aparılır,  bu,  şüşə  komponentinin  əsasına  – 

kremnezena təsir edir. 



SiO

2

 + 2H

2

F

2

 = SiF

4

 + 2H

2

Alınan silisium floridin az bir hissəsi uçur. Aşındırma şəffaf və tutqun olur. 

Şəffaf  aşındırma  yeyici  və  kükürd  turşusunun  qarışığında  aparılır.  Tutqun 

aşındırma  üçün  antrium  sulfat  və  duz  turşusu  əlavə  etməklə  yeyici  turşu  ilə 

işlədilir,  bu  zaman  həll  olmayan  duzların  kristalları  ayrılır  ki,  bu  da  şüşə 

məmulatının  səthində  tutqun  qat  əmələ  gətirir.  Kimyəvi  üsulla  naxış  əmələ 

gətirməyə sadə (qloşer), pantoqraf və dərin aşılama daxildir. 

Sadə aşındırma  (qlişer). Sadə aşındırma  naxışı  məmulatın  üzərində  maşın 

vasitəsilə əmələ gətirilir. Məmulat tərkibində bal mumu, kanifol, serezin və parafin 

olan xüsusi mastika qatı ilə örtülür. Və fırlanan maşının stoluna yerləşdirilir. Nazik 

iynələr  mastikada  naxışlar  açır.  Məmulat  aşındırma  vannasına  doldurulur. 

Aşındırıcı  məhlul  yeyici  və  kükürd  turşusunun  qarışığından  ibarətdir.  Məmulat 

burada  40-60

0

  temperaturda  15-30  dəqiqə  saxlanır.  Flüroid  turşusu  mum 



mastikasına  təsir  edə  bilmədiyi  üçün  məmulatın  üzərində  yalnız  iynə  vasitəsilə 

cızılıb  mastikadan azad edilmiş  yerlərə  naxış düşür.  Aşındırmadan sonra  məmulat 




45 

 

suda  yuyulub  turşu  qalığından,  ən  sonda  isə  qaynar  suya  salınıb  mastikadan  və 



turşu qalığından azad edilir. 

Sadə aşındırma naxışı düz və qövs xətlərinin kombinasiyasından ibarət olub, 

şloşer  maşınında  əmələ  gətirilir.  Bu  maşın  eyni  vaxtda  1-8  qədər  məmulat 

naxışlayır. 



Pantoqraf aşındırması. Bu, qiloşir aşındırmasından özünün daha mürəkkəb 

naxışları  ilə  fərqlənir.  Qloşir  və  pantoqraf  maşınları  üçün  adətən  nazik  divarlı 

məmulatlar  götürülür.  Burada  da  sadə  aşındırmada  olduğu  kimi  məmulatın  üzəri 

mastika  ilə  örtülür,  sonra  pantoqrafın  köməyi  ilə  naxış  əmələ  gətirilir  və  yeyici 

turşunun  içərisinə  salınır.  Pantoqraf  maşınında  eyni  vaxtda  12-24  və  daha  çox 

məmulat hazırlanır. 



Dərin aşılama. Dərin aşındırma şüşə məmulatlarının naxışlanmasında tətbiq 

edilən  yüksək  bədii  naxışlardan  biridir.  Bu  üsula  Qople  üsulu  deyilir  (ixtiraçının 

adı).  Dərin  aşındırma  əlvan  qatlı  məmulatda  tətbiq  edilir.  Burada  məmulatın 

üzərinə  fırça  vasitəsilə  aşındırılası  olmayan  yerlərə  mastika  sürtülür,  sonra 

məmulat  florid  turşusu  içərisinə  salınır.  Nəticədə  məmulatın  mastika  sürtülməmiş 

yerləri  aşınır  və  məmulatın  üzərində  qabarıq  naxışlar  qalır.  Naxış  bir  dəfə  deyil, 

hissə-hissə  vurularsa,  məmulat  hər  mastika  sürtüldükdən  sonra  turşuya  salınır. 

Beləliklə,  əlvan  qatlı  şüşə  məmulatın  müxtəlif  sahələrində  müxtəlif  qalınlıqda 

çıxır. 

Rəssamlar  asfalt  lakının  köməyilə  məmulatın  üzərində  naxış  əmələ 



gətirirlər.  Məmulatın  mastika  ilə  örtülməyən  hissələri  yeyici  turşu  vasitəsilə 

müxtəlif  dərinlikdə  aşındırılır.  Həmin  aşındırılmış  yerlər  asfalt  lakı  və  ya  xüsusi 

mastika ilə örtülür. Və müəyyən dərinlikdə yeni naxışlar açılır. 

Rəssamlıq.  Bu  üsulla  naxış  əmələ  gətirmək  üçün  flyus  (borqurğuşun 

birləşməsi)  və  boyaqdan  ibarət  olan  keramika  boyağından  istifadə  edilir.  Rəssam 

məmulatın  üzərinə  naxışı  fırça  ilə  çəkir,  sonra  məmulatın  boyağı  bərkisin  deyə 

içərisində  550

0

  temperatur  olan  Mufel  peçinə  qoyulur.  Bu  proses  nəticəsində 



borqurğuşun  birləşməsi  yumşalır  və  şüşə  məmulatın  səthinə  möhkəm  birləşir. 


46 

 

Rəssamlıq naxışı əl üsulu, ayroqraf və basma ilə əmələ gətirilir. Əl üsulu ilə (fırça) 



mürəkkəb naxışlar əmələ gətirilir. 

Ayroqraf  –  sıxılmış  hava  ilə  boyağı  səpələyən  cihazdır.  Məmulat  naxış 

kəsilmiş şablonla örtülür. Sonra ayroqrafla boyaq səpilir. 

Basma  –  çox  rəngli  naxış  olub,  kağızın  üzərində  litoqrafiya  üsulu  ilə 

hazırlanır  və  məmulata  köçürülür.  Hazır  naxış  aşağıdakı  qaydada  yerinə  yetirilir: 

Əvvəl  kağız  skipidar  və  kakifol  qarışığından  ibarət  mastikada  isladılır,  sonra 

məmulatın üzərinə yapışdırılır. Bir neçə dəqiqədən sonra kağız yaş qubka ilə kənar 

edilir.  2-4  saatdan  sonra  artıq  qələvi  məhlulunu  rədd  etmək  üçün  məmulat  təmiz 

yuyulur  və  qurudulur.  Naxış  bərkimək  üçün  məmulat  elektrik  Mufel  peçində 

bişirilir.  Mufel  peçinin  temperaturu  avtomatik  nizamlanır  və  məmulat  520    3

0

 

temperaturda saxlanılır. 



Silikat-boyaq  naxışı.  Silikat  boyaqları  –  boyaq  və  flyusdan  ibarət  olan 

əlvan  rəngli,  tez  əriyən  şüşədir.  Onlar  şəffaf  və  qeyri-şəffaf  olur.  Bu  boyaqlar 

məmulatın  üzərinə  MOS-1  maşınının  və  ya  pulverizatorun,  fırçanın  və  ştampın 

köməyilə  çəkilir.  Boyağın  bərkidilməsi  üçün  məmulat  xüsusi  peçlərdə  600

0

-yə 


yaxın  temperaturda  bişirilir.  Bu  emal  nəticəsində  boyaq  əriyib  məmulatın  üzərinə 

möhkəm  yapışır  və  parlaq  şəffaf  rəngli  təbəqə  əmələ  gətirir.  Silikat  boyaqları 

müxtəlif  rənglərdə  –  göy,  yaşıl,  qırmızı,  bənövşəyi,  mavi  olur.  Silikat  boyaqların 

qatışmayan  tərəfi  ondan  ibarətdir  ki,  müəyyən  vaxt  keçdikdən  sonra  parlaqlığını 

itirərək tutqunlaşır. 

Qeyri-şəffaf boyaqlar adi şəffaf boyaqlardan tutqun olması ilə fərqlənir. 



Metal təbəqəsi ilə əmələ gətirilən naxış. Bu naxış üçün maye qızılın və ya 

qızıl tozunun 12%-li preparatından istifadə olunur. Bu naxışı əmələ gətirmək üçün 

məmulat  əvvəlcə  sodalı  suda  təmiz  yuyulur  və  silinərək  qurudulur.  Sonra  onun 

üzərinə  duru  qızıl  preparatı  çəkilir,  10-20  dəqiqə  müddətində  qurudulur. 

Məmulatın  üzərində  parlaq  qəhvəyi  təbəqə  əmələ  gəlir  ki,  konveyr  tipli  elektrik 

Mufel peçində 580-620

0

 temperaturda bişirilərək bərkidilir. 




47 

 

Lyustr  naxışı.  Lyustr  boyaq  –  ağır  metalların  qətran  turş  duzlarından 

ibarətdir.  Dəmir-bismut  (narıncı),  bismut-xrom-kadmium  (sarı),  bismut-qızıl-titan 

(mavi), bismut-qızıl-mis (çəhrayı-yasəməni) lyustraları və s. tətbiq edilir. 

Lyustr boyağının təbəqəsi aşağıdakı kimi alınır. Şüşə məmulatın səthi təmiz 

yuyulur,  qurudulur,  üzərinə  lyustr  boyağının  hamar  qatı  çəkilir,  qurudulur  və 

bişirilir. Bişirmə zamanı üzvi birləşmələr yanır və məmulatın səthində xüsusi metal 

oksidlərinin möhkəm nazik təbəqəsi qalır. 



Preslənmiş məmulatların naxışlanması. Presləmə qablar az hallarda naxış 

əməliyyatından keçirilir. Yuxarıda göstərildiyi kimi, presləmə məmulatının səthinə 

presləmə  prosesində  müxtəlif  naxışlar  vurulur.  Məmulatın  xırda  kələ-kötürlükləri 

isə  od  vasitəsilə  pardaqlanması  yolu  ilə  rədd  edilir.  Presləmə  məmulatın  ən  çox 

yayılmış naxış üsulları aşındırma və cilalamadır. 

Presləmə salatqabı, güldan və s. bu kimi məmulatların bütün səthinə, yaxud 

ayrı-ayrı  sahələrinə  aşındırma  naxışı  vurulur.  Aşındırıcı  pastanın  tərkibi 

ammonium-flüroid, yeyici turşu, qatı duz turşusu və nişastadan ibarətdir. Məmulat 

bu  pastada  3-4  dəqiqə  saxlanılır  və  su  ilə  yuyulur.  Bəzi  presləmə  məmulatlarının 

səthi (gülqabı, duzqabı, salatqabı və s.) cilalanır. 

 

 

 




48 

 

5. ŞÜŞƏ MƏMULATLARININ ISTEHSALINDA IŞLƏDILƏN XAMMALIN 



VƏ NAXIŞ NÖVÜNÜN KEYFIYYƏTININ QIYMƏTLƏNDIRILMƏSINƏ 

TƏSIRI 

 

Şüşə  məmulatında  isti  və  soyuq  halda  əmələ  gələn  naxışlar  məmulatın 



keyfiyyətinə mənfi və müsbət təsir edir. Məsələn, isti halda əmələ gətirilən krakle 

naxışı  məmulatın  xarici  səthindən  əridilib  təmizlənmiş  səliqəsiz  düzülmüş  nazik 

tük çatlarından  ibarətdir. Bu  naxışı əmələ  gətirmək  üçün şüşə kütləsi, yaxud  hazır 

məmulat  formaya  salınma  temperaturuna  qədər  qızdırılır,  soyuq  suya  salınır, 

bundan  sonra  qızdırılır.  Soyuq  suya  salınması  nəticəsində  məmulatın  səthi  çat 

torları  ilə  örtülür.  Məmulatın  qırılmasının  qarşısını  almaq  üçün  səthindəki  çatlar 

əridilir və onlar şüşə daxilində qalır. Krakle naxışlı məmulat az termiki davamlılığa 

və az möhkəmliyə malik olur. 

Şüşə  parça  ilə  naxışlanan  məmulat  müxtəlif  rəngi  və  toxunma  naxışlı 

strukturu  ilə  fərqlənir.  Şüşə  parça  armaturlaşdırılmış  materialdan  ibarətdir  və 

məmulatın  mexaniki  möhkəmliyini  atırır.  Bu  naxışı  almaq  üçün  hazır  məmulat 

müəyyən  rəngli  və  naxışlı  şüşə  parça  ilə  örtülür  və  son  dəfə  üfürülür.  Şüşə  parça 

hazır məmulata qəşəng görünüş verərək şüşə kütləsi ilə möhkəm birləşir. 

Plyonka  ilə  naxışlanma  plyonka  əmələ  gətirici  maddənin  narın  dispersiyalı 

məhluluna  əsaslanır  ki,  bu  da  məmulatın  isti  səthinə  ayrola  səpilir.  Bu  zaman 

şüşənin səthi məhlulla qarşılıqlı əlaqəyə girərək möhkəm plyonka əmələ gətirir. Bu 

üsul məmulata qəşəng xarici görünüş verməklə, eyni zamanda kimyəvi davamlılıq, 

elektrik  keçirmə  və  başqa  xassələr  verir,  həmçinin  onun  möhkəmliyini  2  dəfə 

artırır. 

Şüşə  məmulatda  isti  halda  əmələ  gətirilən  naxışlar  krakle  naxışından  başqa 

onlara mənfi təsir etmir, əksinə mexaniki və kimyəvi davamlılığını artırır. 

Məmulatda  soyuq  halda  əmələ  gətirilən  naxışlar  nisbətən  müxtəlifdir.  Belə 

naxışlı  məmulatın  çeşidi  isti  halda  əmələ  gətirilən  naxışa  nisbətən  genişdir  və 

onlara nisbətən daha çox xüsusi çəkiyə malikdir. 




49 

 

Hazır  məmulatda  mexaniki  üsulla əmələ  gətirilən  naxışlar  (tutqun  lenta, saf 



və  mürəkkəb  cilalama,  almaz  naxışı,  nəqqaşlıq)  onların  möhkəmliyinə  və  termiki 

davamlılığına  mənfi  təsir  edir,  lakin  onların  estetik  cəhətdən  üstünlüyünü  artırır. 

Belə  naxış  məmulatın  səthindəki  tillərə  və  künclərə  düşən  işığı  sındırır  və  əks 

etdirir. 

Şüşə  məmulatda  əmələ  gətirilən  kimyəvi  üsulla  naxışlama,  həmçinin 

rəssamlıq  naxışı  onların  xarici  görünüşünü  gözəlləşdirir  və  keyfiyyətinin 

qiymətləndirilməsinə  müsbət  təsir  edir.  Şüşə  məmulatın  üzərinə  naxış  çox  tətbiq 

edilərsə, onun qiymətinin baha olmasına səbəb olur. 

 

 

 




50 

 

NƏTICƏ VƏ TƏKLIFLƏR 

 

Malların  keyfiyyətinin  yüksəldilməsi  hər  bir  dövlətin  iqtisadi  siyasətinin 



daha  da  gücləndirilməsinin  ən  başlıca  amillərindən  biridir.  Bu  isə  dövlət 

səviyyəsində  malların  keyfiyyətinin  idarə  edilməsi  sisteminin  məqsədəuyğun 

qaydada  təşkil  edilməsini  tələb  edir.  Bu  məsələlərin,  habelə  proqnozlaşdırma, 

planlaşdırma,  optimallaşdırma,  habelə  digər  məsələlərin  həlli  üçün  malların 

keyfiyyətinin  kəmiyyət  üzrə  qiymətləndirilməsi  məqsədilə  obyektiv  metodların 

işlənib  hazırlanması  çox  vacibdir.  Bu  baxımdan  keyfiyyətin  kəmiyyət  üzrə 

qiymətləndirilməsi  içərisində  ekspert  üsulu  xüsusi  əhəmiyyətə  malikdir  ki,  bu  da 

mütəxəssislərin fikirləri və mülahizələrinin təhlilinə əsaslanır. 

Buraxılan  malların  keyfiyyətinin  yüksəldilməsi  həmin  dövlətin  iqtisadi 

strategiyasının  əsasını  təşkil  edir.  Bu  məsələlərin  həllində  ən  səmərəli  üsullardan 

biri istehlakçı baxımından malların keyfiyyətinin ekspert qiymətləndirilməsi təşkil 

edir.  


Şüşə dedikdə amorf-kristalik maddə nəzərdə tutulur. Bu da temperaturdan və 

kimyəvi  tərkibindən  asılı  olmayaraq  əridilmiş  kütlənin  soyudulması  nəticəsində 

alınır.  Suvaşqanlığın  tədricən  artması  nəticəsində  əridilmiş  kütlə  bərk  kütlə 

xassələrini qəbul edir. Belə ki, həmin bu proses əksinə də aparıla bilsin, yəni bərk 

şüşə kütləsi yenə də yapışqan, suvaşqan maddəyə çevrilə bilsin. 

Şüşədən  hazırlanmış  məişət  məmulatlarının  təsnifatı  kimyəvi  tərkibinə, 

rənginə,  istehsal  edilməsinə,  formasına,  ölçüsünə,  cörünüşünə  və  dekorativ 

görünüşünün mürəkkəbliyinə, təyinatına və komplektləşdirilməsinə görə verilir. 

Şüşə  məmulatının  bədii-dekorativ  dəyərini  artırmaq  üçün  müxtəlif  naxış 

üsulları tətbiq edilir. 

Hazır  məmulatda  mexaniki  üsulla əmələ  gətirilən  naxışlar  (tutqun  lenta, saf 

və  mürəkkəb  cilalama,  almaz  naxışı,  nəqqaşlıq)  onların  möhkəmliyinə  və  termiki 

davamlılığına  mənfi  təsir  edir,  lakin  onların  estetik  cəhətdən  üstünlüyünü  artırır. 



51 

 

Belə  naxış  məmulatın  səthindəki  tillərə  və  künclərə  düşən  işığı  sındırır  və  əks 



etdirir. 

Şüşə  məmulatda  əmələ  gətirilən  kimyəvi  üsulla  naxışlama,  həmçinin 

rəssamlıq  naxışı  onların  xarici  görünüşünü  gözəlləşdirir  və  keyfiyyətinin 

qiymətləndirilməsinə  müsbət  təsir  edir.  Şüşə  məmulatın  üzərinə  naxış  çox  tətbiq 

edilərsə, onun qiymətinin baha olmasına səbəb olur. 

«Məişət  şüşə  məmulatlarının  bəzi  istehlak  xassələrinin  tədqiqi  və 

ekspertizası» mövzusuna həsr olunmuş dissertasiya işini yekunlaşdıraraq aşağıdakı 

təklifləri irəli sürmək məqsədəuyğundur: 

1.  Bazar  iqtisadiyyatına  keçid  şəraiti  ilə  əlaqədar  olaraq  şüşə  mallarının 

istehsalı  respublika  daxilində  əhalinin  tələbini  ödəyəcək  həcmdə  deyildir  və  həm 

də  xammalın  keyfiyyəti  normativ  texniki  sənədlərin  və  ya  standartların  tələbinə 

cavab  vermədiyinə  görə  onların  hazırlanan  şüşə  məmulatlarının  keyfiyyəti 

ekspertiza  zamanı  qənatbəxş  sayılır.  Ona  görə  də  respublikanın  daxili  bazarına 

müxtəlif  xarici  ölkələrdən  şüşə  məmulatları  daxil  olur.  Bu  şüşə  məmulatlarının 

keyfiyyətinin dəqiq təyin edilməsi yalnız yüksək ixtisaslı mütəxəssislər tərəfindən, 

yəni  ekspertlər  tərəfindən  ekspertiza  zamanı  təyin  oluna  bilər.  Buna  görə  şüşə 

məmulatlarının  ekspertizasının  keçirilməsi  istehlakçıların  hüququnun  mühafizə 

edilməsi deməkdir.  

2. Şüşə məmulatlarının ekspertizası keçirilən zaman ilk növbədə ekspertizanın 

keçirilməsi  metoduna  böyük  diqqət  yetirilməlidir.  Məlum  olduğu  kimi 

ekspertizanın  metodları  obyektiv  və  evristik  metodlara  bölünür.  Obyektiv 

metodlara  ölçmə,  qeydə  alma  metodları,  evristik  metodlara  isə  orqonoleptiki, 

ekspert,  sosioloji  metodlar  aid  edilir.  Şüşə  məmulatlarının  keyfiyyətinin  təyin 

edilməsində  ən  çox  tətbiq  olunan  orqonoleptiki  və  ekspert  metodlarına  böyük 

üstünlük verilməsini məqsədəuyğun sayılır. 

3.  Şüşə  məmulatlarının  ekspertizasının  keyfiyyətli  keçirilməsində  əsas 

göstəricilərdən  biri  də  ekspertizanın  mateial-texniki  vasitələrlə  nə  dərəcədə  təmin 

olunması  sayılır.  Ekspertin  iş  yeri  zəruri  mebellərə,  o  cümlədən  yazı  və  ya 




52 

 

laboratoriya  stolu,  stul,  gündüz  işığına  oxşar  işıqlandırıcı  ilə,  taranı  açmaq  üçün 



vəsait,  orta  nümunənin  götürülməsi  üçün  vəsait,  kimyəvi  təhlillərin  aparılması 

üçün kimyəvi reaktivlər, sınaq şüşələri, menzurka və s. təmin olunmalıdır. Ticarət-

texnoloji, sınaq laboratoriya avadanoıqlarının dünya standartına uyğun keyfiyyətdə 

olması  ekspertizanın  keyfiyyətlə  aparılması  üçün  təminat  verir.  Ona  görə 

ekspertizanın  keçirilməsi  üçün  material-texniki  vasitələrin  təminatı  işinə  diqqət 

artırılmışdır. 

4.  Ekspertizanın  keçirilməsi  üçün  bina  daxilində  standarta  uyğun  şərait 

yaradılmalıdır,  bu  şəraitin  təyin  olunması  üçün  termometr,  termoqraf,  havanın 

nisbi rütubətini ölçmək üçün psixometr, qiqroqraf, hava mübadiləsinin təyini üçün 

anemometr,  qaz  tərkibini  yoxlamaq  üçün  qazoanalizatorlardan  istifadə  etməklə 

bina daxilindəki şəraitin normativ texniki sənədlərdə göstərilmiş şəraitə uyğunluğu 

dəqiq  ölçülə  bilər.  Buna  görə  də  təklif  edirik  ki,  ekspertizanın  keçirilməsi  zamanı 

ölçü vasitələrinin tətbiqinə geniş yer vermək lazımdır. 

5.  Şüşə  məmulatlarının  ekspertizasının  keçirilməsi  üçün  ekspert  sorğuları  da 

müəyyən  əhəmiyyətə  malikdir.  Ən  çox  tanınmış  metodlara  misal  olaraq  Delfi, 

Pattern və kombinələşmiş metodları göstərmək olar. Bu metodun adı qədim yunan 

şəhəri  Delfinin  adı  ilə  bağlıdır,  bu  şəhərdə  gələcəkdən  xəbər  verən  münəccimlər 

yaşayırdı, bu metodda ekspertlərin birgə işindən imtina olunur, qrup halında cavab 

qeyri-qənaətbəxş  sayılır,  Patterk  metodunun  adı  «Texniki  məmulatların 

kəmiyyətcə  qiymətləndirilməsində  planlaşmanın  köməyi»  sözlərinin  ingiliscə  baş 

hərfindən  əmələ  gəlmişdir.  Bu  mərhələli  ekspertizaya  əsaslanır.  Təklif  edirik  ki, 

ekspert sorğusunda kombinələşmiş metoda üstünlük verilsin. 

 

 

 




53 

 

ƏDƏBIYYAT 

 

1.  Həsənov  Ə.P.,  Həsənov  N.N.  və  Vəliməmmədov  C.M.  Qeyri-ərzaq 



mallarının əmtəəşünaslığı. Bakı. Maarif. 1987. 

2.  Həsənov Ə.P. və b. Əmtəəşünaslığın nəzəri əsasları. Bakı, 2003. 

3.  Həsənov Ə.P. və b. Qeyri-ərzaq mallarının ekspertizasının nəzəri əsasları. 

AzDIU-nun dərslikləri. Bakı. 2010. 

4.  Həsənov Ə.P. və b. Qeyri-ərzaq mallarının ekspertizası. I hissə. Çaşıoğlu. 

2006. 


5.  Həsənov  Ə.P.  və  b.  Şüşə  və  keramika  mallarının  əmtəəşünaslığı.  Bakı. 

Maarif. 1997. 

6.  Həsənov Ə.P. və b. Silikat mallarının əmtəəşünaslığı. Bakı. 2000. 

7.  Николаева М.А. Товарная экспертиза. М.: 1998. 

8.  Бешелев  С.Д.,  Гурвич  Ф.Г.  Математико-статистические  методы 

экспертных оценок. М.: 1974. 

9.  Вольпер  И.М.,  Гримм  А.Н.,  Зайцев  В.Н.  и  др.  Органолептические 

методы оценки продовольственных товаров. М.: 1967. 

10. Воронов Ю.П., Ершова  И.П. О моделировании принятия решений  в 

группе экспертов. М.: 1986. 

11. Горбунова  В.П.,  Тесля  Э.П.  Порядок  и  сроки  приемки  товаров  по 

количеству и качеству. М.: 1998. 

12. Малюгин  В.Д.  Оценка  компетентности  эксперта  в  процедурах 

принятия коллективного решения. Баку, 1971. 

13. Колесник 

А.А., 


Елизарова 

А.Т. 


Теоретические 

основы 


товароведения продовольственных товаров. М.: 1990. 

14. Михалков  П.М.,  Левиц  Б.И.  Приборы  для  измерения  температуры. 

М.: 1979. 

15. Николаева М.А., Карчошева А.В. Средства информации о товарах. 

16. Николаева М.А. Товароведение потребительских товаров. М.: 1997. 



54 

 

17. Николаева  М.А.,  Лычников  Д.С.,  Неберов  А.Н.  Идентификация  и 



фальсификация пищевых продуктов. М.: 1996. 

18. Николаева  М.А.,  Парамонова  Т.И.  Пути  совершенствования 

органолептической оценки качества пищевых продуктов. М.: 1988. 

19. Птужников М.С., Рязанцев С.В. Среди запахов и звуков. М.: 1997. 

20. Райтман Э.П., Азгальдов Г.Г. Экспертные методы в оценке качества 

товаров. М.: 1974. 

21. Родина Т.Г., Вукс Г.А. Дегустационный анализ продуктов. М.: 1994. 

22. Стеризат  М.С.  Метеорологические  приборы  и  наблюдения.  М.: 

1968. 

23. Тильгнер  Д.Е.  Органолептический  анализ  пищевых  продуктов.  М.: 



1962. 

24. Федоров М.Д. Товароведение экспертизы. М.: 1968. 

25. Валицкий  С.П.,  Зотова  И.А.  и  др.  Экспертиза  потребительских 

свойств новых товаров. М.: 1981. 



 

Yüklə 379,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə