Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 379,8 Kb.
Pdf görüntüsü
səhifə2/14
tarix07.04.2018
ölçüsü379,8 Kb.
#36239
1   2   3   4   5   6   7   8   9   ...   14

 

Malların  keyfiyyətinin  ekspert  qiymətləndirilməsi  artıq  bir  neçə  ildir  ki, 



əmtəəşünaslıq  sferasında  müvəffəqiyyətlə  tətbiq  edilməkdədir.  Lakin  son  dövrlər 

bədii konstruksiyalaşdırmanın daha da inkişaf etməsi ekspertizanın genişlənməsinə 

səbəb oldu.  

Hazırda  xalq  istehlakı  mallarının  keyfiyyətinin  ekspert  üsulu  ilə 

qiymətləndirilməsi  nəinki  ticarətdə  və  dizayn  işlərində,  eyni  zamanda  yeni  növ 

malların  istehsalı  ilə  məşğul  olan  sənaye  sahələrində  də  müvəffəqiyyətlə  istifadə 

olunur.  Bununla  belə  ekspert  üsulu  məmulatın  hazırlanmasına  başlanması 

mərhələsindən  tutmuş,  onun  satılması  və  istehlak  edilməsi  mərhələsindən,  habelə 

keyfiyyəti də əhatə edir.  

Keyfiyyətin  ekspertizasının  nəticələrindən  layihələndiricilər  və  bədii-

konstruksiya  ilə  məşğul  olan  dizaynerlər  yeni  mal  növlərinin  hazırlanmasında, 

istehlakçıların  hansı  növ  mallara  olan  tələbatının  öyrənilməsi  üçün  məlumatların 

toplanmasında,  yeni  yaradılan  malların  analoji  olan  məmulatların  keyfiyyətindən 

üstünlüklərini araşdıran zaman geniş istifadə olunur. 

Bunların  köməyi  ilə  ekspert-əmtəəşünaslar  ticarət  daxili  olan  malların 

keyfiyyət  səviyyəsinin  normativ-texniki  sənədlərin  tələblərinə  uyğunluğunu, 

nöqsanların  aşkar  edilməsini,  əhali  tələbinin  ödənilməsi  səviyyəsini  təyin  edə 

bilirlər.  Əvvəllər  bu  üsuldan  malların  keyfiyyət  akkreditasiyası  keçirilərkən  və 

müasir  elmin  və  texnikanın  tələblərinə  cavab  verməyən  köhnəlmiş  modellərin 

istehsaldan çıxarılması zamanı da mütəxəssislər daha çox istifadə edirdilər. 

Malların keyfiyyət ekspertizasının keçirilməsinin elmi-metodiki səviyyəsinin 

yüksəldilməsinə  son  vaxtlar  daha  ciddi  fikir  verilir.  Bu  baxımdan  mütəxəssislər 

tərəfindən çoxlu sayda elmi  və kütləvi ədəbiyyatlar,  habelə  istehlakçı baxımından 

malların  keyfiyyətinin  təhlili  və  qiymətləndirilməsi  məsələlərinin  həlli  üçün 

normativ-texniki və metodik materiallar buraxılmışdır. 

Lakin  bununla  belə,  həqiqi  yaşayış  tərzi  ekspertlər  qarşısında  daha  ciddi 

tələblər qoyur. Birincisi, ekspert fəaliyyətinin metodik və nəzəri məsələlərinin daha 

dərindən  və dəqiq surətdə  tədqiq  olunması,  məmulatın  istehlak  xassələrinin  təhlili 




 

və qiymətləndirilməsinin daha da təkmilləşdirilməsi, habelə keyfiyyətin ekspertiza 



edilməsinin yeni spesifik üsulları və qaydalarının yeniləşdirilməsi tələb olunur. 

Ikincisi,  keyfiyyətin  ekspertiza  olunması  prosesində  bir  neçə  yeni 

məqamların  tətbiq  edilməsi  vacibliyi  meydana  çıxır  ki,  bunlar  da  təkcə  istehlakçı 

və  cəmiyyət  üçün  yox,  bütövlükdə  malların  keyfiyyət  aspekti  üçün  vacib 

əhəmiyyətə  malikdir.  Belə  ki,  malların  keyfiyyətinin  ekspertr  qiymətləndirilməsi 

ərəfəsində elektrik məişət cihazlarının, radioelektrik  maşın və cihazlarının elektrik 

energisi və material tutumunun azaldılması imkanlarına ciddi fikir verilməlidir. 

Üçüncüsü,  sənaye  və  ticarətdə  malların  keyfiyyətinin  kompleks  idarə 

edilməsi  çərçivəsində  ekspertizanın  yeni  üsullarından  daha  geniş  istifadə  edilməsi 

çox vacibdir. Eyni zamanda ekspert xidmətinin özünün və bölmələrinin işinin daha 

da səmərəli təşkil edilməsi tələb olunur. 

Göründüyü  kimi,  son  dövrlər  keyfiyyətin  ekspert  qiymətləndirilməsi 

metodunun  istifadəsi  dairəsi  daha  da  genişlənməkdədir.  Bu  hadisənin  miqyasının 

genişlənməsi təsadüfi deyildir. Bun ə ilə izah olunur? Bu suala cavab vermək üçün 

hər  şeydən  əvvəl  müxtəlif  məsələlərin  həllinin  həm  elektron  hesablama  maşınları 

və insan düşüncəsi ilə həlli zamanı baş verən ümumi cəhətləri izah etmək lazımdır. 

Əlbəttə  insanın  özünün  apardığı  hesablamalardan  fərqli  olaraq  hesablama 

texnikasının  tətbiqi  hesablamanın  sürətini  ölçülməz  dərəcədə  yüksəldir.  EHM  bu 

zaman  hesablama  üçün  çox  böyük  miqdarda  məlumatlardan  istifadə  edə  bilər  ki, 

bu ərəfədə insan beyni bu hesablamanı eyni vaxtda yerinə yetirə bilməz. Lakin bir 

neçə  sinif  məsələlərin  həllində  insan  beyni  hələlik    istənilən  EHM-lərin  effektli 

olmasından  qat-qat  üstündür.  Məsələn,  insan  tez  bir  anda  praktiki  olaraq  dəqiq 

surətdə  baxmaqla,  eşitməklə,  iyi  və  dad  bilməklə  və  s.  yollarla  nümunələri  bir-

birindən fərqləndirə bilər.  

Müxtəlif  oyun  vəziyyətlərində  məsələlərin  optimal  həllində  insanların, 

yaxud ekspertlərin rolunu heç bir müasir elektron hesablayıcı maşınlar belə sürətlə 

yerinə  yetirə  bilmir.  Onu  yada  salmaq  kifayətdir  ki,  ən  ağıllı  EHM  şahmat 

oyununda beynəlxalq qrosmeysterlərlə  yarışda qalib  gələ bilmir.  Lakin  iş bununla 




 

bitmir,  çünki  əksəriyyət  hallarda  vəziyyətin  qeyri-müəyyən  olan  bir  şəraitdə, 



ehtimal olunan xarakterində belə daha dəqiq məlumat almaq  mümkün deyil. Buna 

görə  də  keçmiş  insanların  təcrübəsinin  ümumiləşdirilməsi  yolu  ilə  ekspertlərin 

çıxardığı  qərarlar  və  hesablamalar  riyazi  üsullarla  hesablanmış  nəticədən  daha 

dəqiq olur. Bəs onda insan fəaliyyətinin hansı şəraitində ekspertlərin təcrübəsindən 

və əvvəlcədən duya bilməsi qabiliyyətindən istifadə etmək olar? Həyati təcrübələr 

göstərir ki, belə sahələrin ən vacib hallarına aşağıdakılar aiddir: 

1.  Elmi-texniki proqnozlaşdırma. 

2.  Əməliyyatların tədqiqi. 

3.  Idarəetmə qərarlarının qəbul edilməsi. 

4.  Məhsulların keyfiyyətinin qiymətləndirilməsi. 

Qısaca  da  olsa  bu  göstərilən  sahələr  arasında  ekspert  üsulunun  tətbiqinin 

vacibliyini izah etməyə çalışaq. 



Elmi-texniki  proqnozlaşdırma.  I.V.Bestujev-Lada  düzgün  olaraq  göstərir 

ki,  elmi  proqnozlaşdırma  ehtimal  olunan  prosesdir  ki,  natamam  informasiya 

şəraitində özünü biruzə verir. Belə bir vəziyyətdə elmi-texniki proqnozlaşdırmanın 

yaradılması üçün ekspert üsulundan istifadə edilmə daha məqsədəuyğundur. 



Əməliyyatların  tədqiqi.  Əməliyyatların  tədqiq  edilməsi  2  sinfə  ayrılır: 

yaxşı  və  pis  struktura  malik  olan  məsələlər.  Yaxşı  struktura  malik  olan  məsələlər 

dəqiq  riyazi  qoyuluşla  həllə  malikdir,  ikincisi  isə  çox  rahat  gəlindiyindən  ona  yol 

verilmir.  Məsələn,  pis  quruluşa  malik  olan  məsələlərə  alqoritmləşdirilmiş 

məsələlər,  bunun  da  alqoritmi  məlum  deyil,  praktiki  olaraq  alqoritmləşdirilməsi 

mümkün  olmayan,  çoxlu  sayda  ilkin  məlumatı  və  əlaqədə  malik  olan  tapşırıqlar, 

natamam və bir-birinə zidd olan məlumatlar. Təbiidir ki, daha zəif quruluşa malik 

olan  məsələlərin  həlli  üçün  ekspert  üsulundan  daha  çox  istifadə  olunur. 

Bütövlükdə, əməliyyatların tədqiq edilməsi üçün ekspert qiymətləndirmənin tətbiqi 

evristik  proqnozlaşdırma  çərçivəsi  daxilində  toplanır.  Belə  halda  insan  düşüncəsi 

ilə həll ediləcək geniş dövrəyə malik olan problemlərin tədqiqi nəzərdə tutulur. 



Yüklə 379,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə