Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi


Idarəetmə qərarlarının qəbul edilməsi



Yüklə 379,8 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix07.04.2018
ölçüsü379,8 Kb.
#36239
1   2   3   4   5   6   7   8   9   ...   14

 

Idarəetmə qərarlarının qəbul edilməsi. N.N.Moiseyev qeyd edir ki, nəzərə 

alınmamalıdır  ki,  istehsal  sferasının  idarə  edilməsində  meydana  çıxan  bütün 

məsələlərin həllində riyazi hesablamalar universal vasitədir. Keçmiş təcrübənin və 

intuisiyanın  nəticələrinə  əsaslanan  üsullar  hələ  də  öz  əhəmiyyətini  saxlamış  və 

gələcəkdə də saxlayacaqdır. 



Məhsulların  keyfiyyətinin  qiymətləndirilməsi.  Ümumiyyətlə,  məhsulun 

keyfiyyətinin ekspert  üsulu  ilə qiymətləndirilməsindən daha çox  istifadə olunması 

iqtisadiyyatın  sürətlə  inkişafından  çox  asılıdır.  Malların  keyfiyyətinin  təhlilində 

ekspert  üsulu  keyfiyyət  səviyyəsinin  müəyyənləşdirilməsi  üçün  müxtəlif 

əməliyyatların yerinə yetirilməsinə tətbiqi aşağıdakı kimidir: 

-  keyfiyyət  göstəriciləri  nomenklaturasının  və  bunların  ardıcıl  tabeçilik 

strukturunun müəyyənləşdirilməsi; 

-  keyfiyyət göstəricilərinin sanballı əmsalının təyin edilməsi; 

-  orqanoleptik üsulla keyfiyyət göstəricilərinin ölçülməsi; 

-  keyfiyyətin orqanoleptiki üsulla qiymətləndirilməsi; 

-  keyfiyyət göstəricilərinin kompleks qaydada qiymətləndirilməsi. 

Buradan  belə  bir  sual  çıxır  ki,  bəs  məhsulun  keyfiyyətini  necə 

qiymətləndirmək  olar?  Malların  keyfiyyətinin  qiymətləndirilməsi  zamanı  ola 

bilərmi  ki,  ancaq  malların  kütləvi  alıcılıq  imkanları  haqqındakı  məlumatlarla 

kifayətlənilsin? 

Son vaxtlar bu və ya digər texniki məsələlərin həllində istifadə olunan qayda 

və  funksiyaların  sayı  50-ci  illərə  nisbətən  həddindən  çox  atmışdır.  Bununla  da 

malların  çeşidinin  yeniləşdirilməsi  sürəti  artmışdır.  Eyni  zamanda  son  illər  xarici 

ticarət  əlaqələrinin  genişlənməsi  ekspert  üsulunun  daha  geniş  tətbiq  edilməsini 

tələb edir. 

Bu da real bir  faktdır ki, keyfiyyətin qiymətləndirilməsinin obyektiv əsasını 

məhsulun  ictimai  yararlığını  təşkil  edir.  Belə  bir  halı  yaddan  çıxarmaq  olmaz  ki, 

mal  alan  hər  bir  adam  və  əmtəəşünaslıq  biliyinə  malik  olmayan  istehlakçı  sadəcə 

olaraq  özünə  lazım  olan  bütün  malların  keyfiyyətini  lazımi  səviyyədə 




10 

 

qiymətləndirə bilməz.  Hətta kütləvi  istehlakçılar  heç də həmişə keyfiyyətə qiymət 



verə bilməzlər, özü də bu prosesin başa çatmasına çoxlu zəhmət tələb olunur. Istər 

xarici ölkələrdə  və  istərsə də  bizim  respublikamızda kifayə qədər ekspert qrupları 

fəaliyyət  göstərir.  Hətta  zavod  və  fabriklərin  nəzdində  attestasiya  komissiyaları 

yaradılmışdır. 

Lakin  məhsulun  keyfiyyətinin  qiymətləndirilməsi  ilə  məşğul  olan  bəzi 

mütəxəssislər  ekspert  üsulundan  istifadə  edilmənin  əksinə  çıxırlar.  Belə  ki, 

keyfiyyət  göstəricilərinin  sanballıq  əmsalının  təyin  edilməsində  məsləhət  görürlər 

ki,  bacarıqlı  mütəxəssislərin  fikirlərini  yox,  keyfiyyət  göstəricilərinin  elmi 

cəhətdən əsaslandırılmış nəticələri əldə əsas tutmaq lazımdır. 

Bununla  bərabər,  keyfiyyətin  ekspertizası  əksəriyyət  hallarda  mövcud  olan 

vəziyyəti  özündə  əks  etdirir,  proqnozlaşdırılmış  vəziyyəti  işıqlandırır.  Məsələn, 

tamamilə  yeni  növ  məmulatın  keyfiyyətinin  qiymətləndirilməsi  bir  qayda  olaraq 

adi  istehlakçı  üçün  əlçatmaz  bir  prosesdir,  yəni  ənənəvi  olaraq  məmulatların 

istehlakı  zamanı  keyfiyyət  haqqındakı  fikirləri  ancaq  təcrübənin  nəticəsi  sayılır. 

Belə  halda  ekspert  qiymətləndirmənin  obyektivliyi  ancaq  həmin  növ  məmulatın 

satışa daxil olmasından sonra təsdiq edilə bilər. 

Bununla  yanaşı,  keyfiyyətin  ekspert  qiymətləndirilməsi  üsulunun  tətbiq 

edilməsinin  hüquqi  baxımdan  doğruluğu  haqqında  çoxlu  sayda  mütəxəssis 

mülahizələri  mövcuddur.  Əlbəttə,  bu  o  deməkdir  ki,  ekspert  üsulu  istənilən 

problemlərin  həllində  tətbiq  edilə  bilməz.  Bunun  istifadə  edilməsi  ancaq  xüsusi 

sinfə mənsub olan məsələlərin həll edilməsində daha məqsədəuyğundur. 

1.  Bəzi  məsələlərin  qüvvədə  olan  metodlardan  istifadə  etməklə  həlli 

mümkün deyil. 

2.  Bəziləri  isə  ekspert  üsulundan  başqa,  dəqiq  məlumat  alınmasına  imkan 

vermir və çoxlu əmək sərf edilməsini tələb edir. 

Birinci  qrup  məsələlərə  malların  keyfiyyətinin  qiymətləndirilməsində 

aşağıda  göstərilən  əməliyyatları  aid  etmək  olar:  keyfiyyət  göstəriciləri 

nomenklaturasının  müəyyənləşdirilməsi  və  onların  struktur  sxeminin  qurulması; 




11 

 

malların  keyfiyyətinin  orqanoleptik  üsulla  qiymətləndirilməsi;  laboratoriya 



üsulunda olmayan bir neçə keyfiyyət göstəricilərinin müəyyən edilməsi. 

Əksəriyyət 

hallarda 

keyfiyyət 

göstəricilərinin 

sanballıq 

əmsalının 

müəyyənləşdirilməsində və məhsulun keyfiyyət attestasiyasında ekspert üsulundan 

istifadə  edilir.  Məsələn,  orqanoleptik  üsulla  ərzaq  məhsullarının  keyfiyyətinin 

qiymətləndirilməsində  ekspert  üsulundan  istifadə  etmə  daha  düzgün  nəticə  əldə 

etməyə  imkan  verir.  Lakin  fiziki  və  kimyəvi  üsullarla  belə  dəqiq  nəticə  almaq 

olmur. Hətta bəzi tədqiqatçıların fikirlərinə görə ərzaq məhsullarının keyfiyyətinin 

qiymətləndirilməsində  alət  üsulu  bir  növ  köməkçi  üsul  kimi  istifadə  edilə  bilər. 

Məsləhət  görülür  ki,  hesablama  və  tədqiqat  yolu  ilə  müəyyənləşdirilmiş 

nəticələrdən istifadə etməklə keyfiyyətin qiymətləndirilməsində ekspert üsulundan 

istifadə  edildikdə  daha  effektli  nəticə  almaq  olur.  Ekspert  üsulunun  hüquqi 

baxımdan  istifadə  edilməsinə  əsas  sübut  onun  keyfiyyətinin  qiymətləndirilməsi 

miqyasının  genişliyi  və  alınan  nəticənin  daha  müsbət  olmasıdır,  o  cümlədən 

əmtəəşünaslıq  ekspertizasında  bunun  əhəmiyyəti  daha  çoxdur.  Bu  cür  ekspertiza 

növü  müxtəlif  ölkələrdə  daxili  və  xarici  ticarət  sahəsində  geniş  istifadə  edilir. 

Bunun  nəticələrinə  əsaslanaraq  daxil  olan  mal  partiyasının  hansı  keyfiyyət 

kateqoriyasına aid edilməsi məsələsi həll edilə bilir, eyni zamanda malların topdan 

və pərakəndə satış qiymətlərini də müəyyənləşdirmək mümkündür. Habelə ekspert 

qiymətləndirmənin  nəticələrinə  əsaslanmaqla,  daha  böyük  məbləğdə  ticarət 

müqavilələri bağlamaq olur. 

Əmtəəşünaslıq  sahəsində  ekspert  üsulunun  tətbiq  edilməsi  təcrübəsi  onun 

daha  etibarlı  olmasını  sübut  edir.  Elə  bunun  nəticəsidir  ki,  bir  çox  ölkələrdə 

əmtəəşünas-ekspertlərin çıxardıqları nəticə hüquqi qüvvəyə malikdir. 

Tez-tez  hallarda  ekspert  üsulundan  istifadə  edilməsinə  əks  çıxan  problem 

xarakterli  məsələlərdən  biri  bu  sahədə  alınan  nəticələrin  elmi-tədqiqat  və  praktiki 

məsələlərin  yenidən  işlənməsində  istifadə  edilə  bilməməsidir.  Elmi  məlumatların 

doğruluğu haqqında nə kimi fikirlər öz əksini tapa bilir? Adətən elmi məlumatlar o 




Yüklə 379,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə