Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 379,8 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix07.04.2018
ölçüsü379,8 Kb.
#36239
1   2   3   4   5   6   7   8   9   ...   14

12 

 

halda  doğru  sayılır  ki,  iki  halda  qoyulan  tələbi  ödəyə  bilir,  yəni  dəqiqliyi  və 



yenidən istifadə edilməni. 

Ekspert  qiymətləndirmənin  dəqiqliyi.  Ekspert  qiymətləndirmə  üsulu 

müxtəlif hallarda çox az tədqiq edilmişdir. Ekspertlərin çıxardıqları mühakimələrin 

psixofizioloji  mexanizmi  hələ  təzə-təzə  öyrənilməyə  başlanmışdır.  Bununla 

əlaqədar  bəzən  ekspertlərə  kibernetika  terminində  işlənən  «qara  qutu»  kimi 

baxırlar.  Lakin  ekspertlərin  çıxardıqları  mühakimələrin  orta  səviyyəsinin 

müəyyənləşdirilməsi  imkanları  da  mövcuddur.  Xüsusi  məqsədlə  qoyulmuş 

tədqiqatların  gedişi  zamanı  tədqiq  ediləcək  obyektləri  subyektiv  ehtimalla 

müəyyənləşdirirlər.  

Aparılan  tədqiqatlar  aşağıdakı  məlumatları  verir.  Həqiqi  ehtimala  görə 

hadisələrin  baş  verməsi  2%,  adi  halda  tədqiqatın  subyektiv  ehtimalı  40%,  lakin 

yaxşı  hazırlanmış  və  bacarıqlı  ekspertlər  isə  10  dəfə  çox  olan  daha  dəqiq 

məlumatlar  vermişlər  ki,  bunların    subyektiv  ehtimalı  4%-dən  çox  təşkil 

etməmişdir.  Xüsusilə,  ekspert  qiymətləndirmənin  nəticəsinin  dəqiqliyinin  daha 

rahat  olmasını  qısamüddətli  proqnozlaşdırma  məsələlərinə  tətbiq  edilməsində 

görmək  olar.  Məsələn,  sovet  və  amerika  mütəxəssislərinin  kosmik  proqramlarının 

mənimsənilməsi  proseslərində  alınan  nəticələr  qısamüddətli  proqnozlaşdırmanın 

dəqiqliyinə sübutdur. 

 



13 

 

2. ŞÜŞƏ MƏMULATLARININ KEYFIYYƏTININ EKSPERTIZASI 

 

Şüşədən  hazırlanmış  məmulatların  keyfiyyət  və  sayının  ekspertizası  eyni 



zamanda aparılır. Malları  müşaiət edən sənədlərlə sazişlərin texniki şərtləri və alış 

nümunəsi  ilə  tanışlıqdan  sonra  ekspert  aşağıdakıları  qeyd  edir:  naryadın  nömrəsi, 

tarixi,  təşkilatın  adı,  ekspertizada  iştirak  edən  vəzifə  adamlarının  telefonu, 

familiya,  adı,  dəmir  yolunda  verilən  yerlərin  sayı,  kontrakt,  trans,  dəmir  yol 

fakturasının  nömrəsi,  vaqonun  (konteynerin)  nömrəsi,  istehsalçının,  mal 

göndərənin,  mal  alan  haqqında  məlumat,  qablaşdırmanın  və  markalanmanın 

vəziyyəti. 

Bütün  xarici  silikat  məmulatların  keyfiyyətinə  görə  yüz  faiz  saf-çürük 

edilməsidir.  Məmulatların  qüsuru  tuş  və  ya  xüsusi  qələmlə  qeyd  edilir.  Ekspertə 

təqdim  edilən  mallar  əvvəlcədən  yerlərinin  nömrəsinə  və  ya  çeşidinə  (adına, 

sayına, ölçüsünə) görə seçilməlidir. 

Iş  partiyalardan  birinin  yoxlanması  ilə  başlanır.  Qablaşdırılmamış  mal 

yeşiklərini  açdıqca  üst  hissədən  vurulmuş  yapışqanlı  kontrol  lentləri  kəsilməli, 

lakin  cırılmamalı,  qopardılmamalı.  Yeşiklərdəki  mallar  stolun  üstünə  yığılır, 

ordaca saf-çürük edilir, keyfiyyət və say kəmiyyətləri müəyyənləşdirilir. 

Sayın  uyğun olub  olmaması  yeşiklərin  üstündə  olan  müşaiət  vərəqələrindən 

(qablaşdırma  vərəqələrindən,  yeşiklərin  sayı  və  ya  konteynerlərin  sayı)  bilmək 

olar. 


Ekspertlər  tərəfindən  açılmış  yeşiklərdə  uyğunsuzluq  olarsa,  bu  zaman 

mallar  daha  diqqətlə  yoxlanır,  yeşiklərin  üstünldəki  kontrol  lentləri,  yeşiyə 

vurulmuş mismarların vəziyyəti, müşaiət vərəqələrindəki yazılar diqqətlə nəzərdən 

keçirilir. Əcər yuxarıda göstərilənlərdə qüsur yoxdursa, bu zaman malların netto və 

brutto kütlə çəkisini dəqiqləşdirməmiş bunu da ancaq malların üstündə olan marka 

və sənədlərdən müəyyənləşdirmək olar. 

Tərtib  edilmiş  aktda  ayrı-ayrı  çatışmamazlıq,  artıq  mal,  asortimentdəki 

uyğunsuzluq  ətraflı  təsvir  edilir.  Sənəddə  göstərilən  ölçülərin  uyğun  olmasını 




14 

 

yoxlamaq  üçün  millimetrlik  xətkeşlərdən,  şpangen  sirkullardan,  şuplardın 



(qüsurları ölçmək üçün lupa, ölçülü stəkan, silindr) istifadə edilir. 

Qabaritli  ölçülər  xətkeşlər  vasitəsilə  –  məmulatın,  diametri  və  hündürlüyü 

(oval  şəkilli  məmulatların  hündürlüyünə,  kiçik  və  böyük  diametrlər)  ölçülür.  Iki 

düz  xəttin  (horizontal  və  vertikal)  kəsişmə  nöqtəsinə  görə  məmulatın  hündürlüyü 

təyin  edilir.  Məmulatın  tutumu  sm

3

-lə  və  ya  məmulatın  içinə  tökülmüş  20°C 



qızdırılmış suyun qramla ölçülməsi nəticəsində təyin edilir. 

Flakon,  qrafin,  butulkaya  boğaz  hissəyə  çatana  qədər  su  tökülür.  Dolça  və 

bankalara  isə  qapağın  aşağı  kəsiyinə  qədər,  qalan  məmulatlara  isə  ləbələb  su 

tökülməklə tutum ölçülür. Məmulatın divarlarını, ağzının, gövdəsinin, oturacağının 

(dibinin) qalınlığını ölçmək üçün ştangensirkullardan istifadə edilir. 

Məmulatdakı  çatın  səbəbini  öyrənmək  üçün  laborotoriya  şəraitində 

polyariskop  cihazından  istifadə  edirlər  (bu  cihaz  şüşənin  daxili  gərginliyini  təyin 

etmək  üçündür).  Daxili  gərginlik  olduqda  bu  qüsuru  gizli  istehsalat  qusuru  kimi 

qəbul edirlər, əks halda isə bu mexaniki qüsur hesab edilir. 

Şüşə məmulatları – şüşədən hazırlanmış məmulatın ekspertizasının metod və 

qaydalarının unifikasiya (vahid şəklə salınma) edilməsidir. Həmin bu unifikasiyaya 

istinad olaraq məişət, təsərrüfat qablarının, bədii-dekorativ məmulatların, laborator, 

optik,  pəncərə  şüşələrinin,  şüşə  taraların  və  şüşədən  hazırlanmış  bir  çox  başqa 

məmulatların ekspertizasını aparmaq olar. 

Həmin  ekspertizanın  aparma  qaydaları,  əsas  qüsurların  xarakteristikası, 

onların  yaranma  səbəbləri  və  şüşədən  hazırlanmış  məmulatların  keyfiyyət  itkisi 

faizi  haqqında  istiqamətləndirici cədvəl  üzrə ekspertiza aparılmasının sıra qaydası 

müəyyən edilir. 

Xarici və yerli malların say və keyfiyyətinin yoxlanması qaydaları haqqında 

instruksiyalar, bağlanmış müqavilənin şərtləri haqqında metodik Moskva şəhərində 

ekspertlər tərəfindən, onların praktik işi nəticəsində yaradılmışdır. 

Şüşə dedikdə amorf-kristalik maddə nəzərdə tutulur. Bu da temperaturdan və 

kimyəvi  tərkibindən  asılı  olmayaraq  əridilmiş  kütlənin  soyudulması  nəticəsində 



Yüklə 379,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə