Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 300,28 Kb.
Pdf görüntüsü
səhifə1/11
tarix30.12.2017
ölçüsü300,28 Kb.
#18594
  1   2   3   4   5   6   7   8   9   10   11


 

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI 



AZƏRBAYCAN DÖVLƏT IQTISAD UNIVERSITETI 

 

 

Fakultə : «Əmtəəşünaslıq» 



Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi 

 

 

B U R A X I L I Ş   I Ş I 



MövzuYarımkeçiricilərin çeşidi və keyfiyyət ekspretizası   

Işin rəhbəriprof. Ə.P.Həsənov 

TələbəƏliyev Ozal Asim 

Bölmə: azərbaycan  

Qrup310 

 

«Təsdiq edirəm» 

Kafedra müdiri :__________ prof.Ə.P.HƏSƏNOV 

 

 

B A K I   2015 

 

 

 


 

MÜNDƏRICAT 



 

GIRIŞ  



BIRINCI FƏSIL. NƏZƏRI HISSƏ 

 

1.1.  Yarımkeçiricilərin elektrik keçirməsinin sirri 

1.2.  Yarımkeçirici elementlər və onların xarakteristikaları 



13 

IKINCI FƏSIL. TƏCRÜBI HISSƏ 

 

2.1.  Yarımkeçiricilərin radiotexnikada tətbiqi 



19 

2.2.  Yarımkeçiricilərin televiziya sistemində və məişət maşınlarında 

tətbiqi 

28 


2.3.  Yarımkeçiricilərin fotoqrafiyada tətbiqi 

33 


2.4.  Yarımkeçiricilərin xalq təsərrüfatının başqa sahələrində tətbiqi 

38 


NƏTICƏ VƏ TƏKLIFLƏR 

45 

ƏDƏBIYYAT  

47 

 



 

G I R I Ş 

 

Elektronikada  bütün  maddələr  elektrik  cərəyanını  keçirmək  qabiliyyətinə 



görə 33 əsas qrupa – keçiricilərə, dielektriklərə və yarımkeçiricilərə bölünür. 

Keçiricilər özləri 2 qrupa ayrılır. 

Elektrik  cərəyanını  keçirərkən  heç  bir  kimyəvi  dəyişikliyə  uğramayan 

keçiricilərə  birinci  növ  keçiricilər  deyilir.  Metalların  hamısı,  qrafit  və  s.  bu  qrupa 

daxildir. Bu cisimlərdə elektrik yükünü elektronlar daşıyır. 

Elektrik  cərəyanını  keçirərkən  kimyəvi  dəyişikliyə  uğrayan  keçiricilər  isə 

ikinci  növ  keçiricilər  adlanır.  Bu  növ  keçiricilərə  misal  olaraq  duzları,  turşuları, 

qələviləri,  onların  sulu  məhsullarını  və  s.  göstərmək  olar.  Ikinci  növ  keçiricilərdə 

elektrik yükünü ionlar daşıyır. 

Hələ 1916-cı  ildə  metallarda sərbəst elektronların olduğu  faktı  təcrübə  yolu 

ilə  müəyyən  edilmişdir.  Bu  sərbəst  elektronlar  metal  kristalını  əmələ  gətirən 

atomların 

ayrılıqda 

heç 


birinə 

mənsub 


olmayıb, 

onların 


bir 

növ 


«kollektivləşdirilmiş» elektronlarıdır.  

Metal atomları öz elektronlarının hamısının deyil, ancaq kənar orbitində olan 

və atomdan asanlıqla ayrıla bilən elektronları kollektivləşdirir. Metalların elektriki 

yaxşı  keçirməsinə  səbəb,  onlarda  olan  sərbəst  elektronlardır.  Metallarda 

elektronların  kinetik  enerjisinin  qiyməti  ümumi  enerjinin  təxminən  90%-ni  təşkil 

edir. Qalan 10%-ni isə kimyəvi rabitə və atomların istilik enerjisi təşkil edir. 

Ilk  baxışda  elə  düşünmək  lazımdır  ki,  metaldakı  elektronların  hərəkət 

istiqaməti  metalın  səthinə  şaquli  olduqda  ondan  qopub  uzaqlaşmalıdır.  Lakin  adi 

şəraitdə  heç  bir  metalda  bu  hadisə  baş  vermir.  Bunun  səbəbi  odur  ki,  metaldan 

qopan elektron iki qüvvənin təsiri altında yenidən metala qaytarılır. 

Həmin  qüvvələrdən  birincisi  qopan  elektronun  metalda  induksiya  ilə  əmələ 

gətirdiyi  müsbət  elektrik  yükünün  cazibəsidir.  Ikincisi  isə  metaldan  qopan 

elektronların itələmə qüvvəsidir. 



 

Dielektriklər  keçiricilərin  əksinə  olaraq  elektriki  və  istiliyi  demək  olar  ki, 



keçirmirlər.  Dielektriklərə  misal  olaraq  kəhrəbanı,  kvarsı,  kükürdü,  almazı, 

mərməri, qətranı, ağ nefti, yağları və s. göstərmək olar. 

Texnikada dielektriklər də metallar qədər əhəmiyyətlidir. 

Elektrik  xətləri  və  cihazlardan  cərəyanın  kənara  axınının  qarşısını  almaq, 

habelə  istilik  qurğularında  istilik  itkisinə  yol  verməmək  və  s.  məqsədlər  üçün 

dielektriklərdən texnikada geniş istifadə olunur.  

Metallarla dielektriklər arasındakı fərqin səbəbini onların daxili quruluşunda 

axtarmaq  lazımdır.  Dielektriklərin  elektrik  keçirməmələrinə  əsaslanaraq,  demək 

olar  ki,  adi  şəraitdə  onların  daxilində  elektrik  yükü  daşıyan  sərbəst  elektronlar 

yoxdur. 


Yarımkeçiricilər 

öz 


elektrikkeçirmə 

xassələrinə 

görə, 

keçiricilərlə 



dielektriklər arasında olub, 3 qrupa ayrılır: 

1.  Ion yarımkeçiriciləri – bunlarda elektriki keçirən hissəciklər ionlardır; 

2.  Elektron  yarımkeçiriciləri  –  bundarda  elektriki  keçirən  hissəciklər 

elektronlardır; 

3.  Qarışıq  yarımkeçiricilər  –  bunlarda  elektriki  keçirən  hissəciklər  həm 

ionlar, həm də elektronlardır. 

Ikinci növ keçiricilərdə olduğu kimi, ion yarımkeçiriciləri də elektrik sahəsi 

qüvvəsi altında  müsbət  və  mənfi  ionlar elektrodlara doğru  hərəkət edərək elektrik 

cərəyanını  əmələ  gətirir,  beləliklə  də  yarımkeçiricilərin  kimyəvi  parçalanmasına 

səbəb olur.  

Ion  yarımkeçiricilərində  dielektriklərdən  fərqli  olaraq  adi  temperaturda 

istilik  hərəkəti  nəticəsində  kristalda  ion  öz  yerindən  qopa  bilər.  Bununla  da 

elektrikkeçirmə mümkün olur. 

Elektron yarımkeçiricilərində isə istilik hərəkəti nəticəsində elektronlar dolu 

zolaqdan çıxıb boş zolağa keçə bilər. Burada elektronlar özlərini sərbəst aparır. Adi 



Yüklə 300,28 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə