Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 300,28 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix30.12.2017
ölçüsü300,28 Kb.
#18594
1   2   3   4   5   6   7   8   9   10   11

12 

 

Fotomüqavimətlərin  xarakterik  əlaməti  onların  hər  iki  istiqamətdə  cərəyanı 



eyni  keçirmələridir.  Lakin  müəyyən  xarakterli  xüsusiyyətə  malik  olan  başqa 

fotoelementlər də vardır. 

Bizim  nəzərdən  keçirdiyimiz  halda  fotonlar  yarımkeçiricidə  xeyli  miqdar 

elektronları  sərbəstləşdirir.  Xarici  sahə  isə  onları  istiqamətləndirib,  əsas 

yükdaşıyıcılara əlavə edir. Nəticədə isə keçən cərəyan böyüyür. 

 

 



 


13 

 

1.2. Yarımkeçirici elementlər və onların xarakteristikaları 

 

Bərk  cismin  xassələrinin  öyrənilməsinə  ən  əvvəl  onun  atomlarının 



yerləşməsinə  təxminən  uyğun  gələn  həndəsi  quruluşundan  (strukturundan) 

başlamaq lazımdır. Bu həndəsi quruluş kristal qəfəsi adlanır. 

Belə  fərz  olunur  ki,  sistem  öz  əsas  (həyəcanlanmış)  halında  olduğu  vaxt 

kristal  qəfəsində  atomların  tutduqları  vəziyyət  tam  nizamlı  vəziyyətdədir.  Bu  isə 

ideallaşdırılmış  qəfəsdir.  Əslində  real  kristallarda  strukturun  düzgünlüyündən 

mütləq kənara çıxmalar olur. Məsələn, vakansiya, dislokasiya və s.  

Beləliklə,  mikroskopmik  cəhətdən  nə  qədər  dəqiqliklə  hazırlanmış 

monokristall  olursa-olsun,  onda  strukturun  mütləq  dövriliyi  ola  bilməz.  Bu  halda 

yuxarıda verilən tərifdə atom və ya ionun yaranması nəzərə alınmır. Belə ki, atom 

nüvəsi  ətrrafında  olan  elektron  buludu  nüfuzetmə  və  defıormasiyaya  uğrama 

qabilyyətinə malikdir. Atom özü isə (rəqslər öz tarazlıq vəziyyəti ətrafında həmişə 

rəqs edir. 

Məlum  olduğu  kimi,  yarımkeçiricilərin  əksəriyyəti  də  kristallik  quruluşa 

malikdir. Kristalı əmələ gətirən struktur elementləri – atomlar, ionlar və molekullar 

yuxarıda  qeyd  etdiyimiz  kimi,  həndəsi  cəhətdən  düzgün  periodik  qəfəs  yaradır. 

Struktur  elementlərinin  bu  cür  nizamlı  fəza  paylanması  kristal  cisimləri  amorf 

cisimlərdən fərqləndirən əsas amildir.  

Bu  və  ya  digər  kristal  əmələ  gətirən  struktur  elementləri  fəza  qəfəsinin 

təpələrində  yerləşərək,  təpələr  ətrafında  istilik  rəqsləri  edir.  Beləliklə  də 

hissəciklərin  rəqsi  hərəkətlərinin  mərkəzinə  çevrilir.  Temperatur  artdıqca 

hissəciklərinin  rəqs  amplitudaları  da  böyüyür,  deməli,  rəqs  amplitudu  keçildikcə 

cismin temperaturu uyğun olaraq aşağı düşür. 

Məlum olduğu kimi, qaz  və  mayelərdə  molekullar bütün  həcm  üzrə hərəkət 

edə  bilirlər.  Bərk  cisimlərdə  isə  istilik  hərəkəti  nizamlı  xarakter  daşıyır.  Əgər  bu 

hərəkəti  nəzərə  almasaq,  onda  kristalın  zərrəcikləri  məlumdur  ki,  fəza  qəfəsinin 



14 

 

uclarına  bərkidilmişdir.  Ona  görə  də  bubunla  əlaqədar  olaraq  təpələr  arasındakı 



məsafədən və qəfəsin başqa parametrlərindən danışmaq olar. 

Müasir  dövrdə  işlədilən  yarımkeçirici  maddələrin  sayı  get-gedə  artır. 

Hazırda  texnikada  ən  geniş  tətbiq  olunan  yarımkeçiricilərdən  selen,  geranium, 

silisium və s. haqqında aşağıda məlumat verilmişdir. 



Selen.  Bu  element  yarımkeçirici  maddələr  içərisində  ilk  dəfə  geniş  tətbiq 

olunan  elementdir.  Selenin  fotoelektrik  xassələri  XIX  əsrin  axırlarında  tədqiq 

edilməyə  başlanmışdır.  Əsrimizin  30-cu  illərində  isə  selendən  ilk  dəfə  olaraq 

düzləndiricilər hazırlamışlar.  

Selen yalnız yarımkeçirici cihazlarda deyil, başqa sahələrdə də tətbiq olunur. 

Məsələn,  qumdan  şüşə  hazırlandıqda  onun  tərkibindəki  dəmir  oksidləri  şüşəyə 

yaşıl rəng verir. Bu cür şüşəyə selen qatıldıqda, həmin qatılmış selen şüşə kütləsini 

rəngsizləşdirir.  Selen  pəncərə  şüşələrinə  şəffaflıq  verir.  Şüşə  kütləsinin  içərisinə 

nisbətən çox miqdarda selen qatmaqla gözəl rənglərə çalan stəkanlar və başqa şüşə 

qablar hazırlanır. 

Paslanmayan polada qatılmış cüzi  miqdarda selen poladın sonrakı  mexaniki 

davamlılığını artırır. 

Təbiətdə selenin  miqdarı çox azdır. Yer qabığında selen atomlarının payına 

faizin cəmi mində bir hissəsi düşür. 

Selen texnikada əsas etibarilə sulfat turşusu zavodlarının  tullantılarından  və 

misin  elektroliz  yolu  ilə  təmizlənməsindən  yaranan  çöküntülərdən  alınır.  Selenin 

ilk  dünya  istehsalı  cəmi  bir  neçə  yün  tondur.  Germanium  və  silisium 

yarımkeçiricilərinə nisbətən selen ucuzdur.  

Bu  element  1817-ci  ildə  tapılmışdır.  «Selen»  yunan  sözü  olub,  mənası  ay 

deməkdir.  Selenə  bu  adın  verilməsinə  səbəb  onun  tellur  elementinə  çox 

oxşamasıdır.  Belə  ki,  tellur  «tellus»  sözündən  olub,  mənası  yer  deməkdir.  Ay 

həmişə yer ətrafına fırlanıb onu müşayiət etdiyi kimi, selen də tellura çox oxşayıb, 

demək olar ki, onunla bir yerdə tapılır. 



15 

 

Selen çox zəhərli maddədir. O, orqanizmə daxil olarsa, baş ağrısına, saçların 



tökülməsinə və s. səbəb olur. 

Germanium

Bu 


element 

yarımkeçiricilər 

qrupunun 

səciyyəvi 

nümayəndəsidir.  Germaniumu  bəzən  «qələmin  ucunda  ixtira  olunmuş  element» 

adlandırırlar.  Bu,  təsadüfi  deyildir.  Hələ  germanium  elementi  kəşf  olunmamışdan 

əvvəl,  1871-ci  ildə  böyük  rus  kimyaçısı  D.I.Mendeleyev  özünəməxsus  dahiliklə 

həmin  elementin  təbiətdə  tapılacağını  söyləmişdir.  Bu  əhvalatdan  15  il  keçdikdən 

sonra alman kimyaçısı Vinkler Meqndeleyevin  təsəvvür etdiyi elementi tapmış  və 

vətəninin şərəfinə onu germanium adlandırmışdır. 

Yarımkeçirici  maddə  kimi  germanium  müəyyən  xüsusiyyətlərinə  görə 

selendən üstündür. Lakin selenin də özünəməxsus üstünlükləri vardır. Germanium 

təbiətdə çox yayılmışdır. Yer qabığında germaniumun  miqdarı qurğuşununkundan 

yeddi dəfə çoxdur. Lakin germanium yer qabığında çox səpələnmiş haldadır. Onun 

yeganə filiz mənbəyi olan germanit Cənubi Afrikadadır.  

Germaniuma  sink  filizlərində,  kömür  tozunda  və  hətta  dəniz  suyunda  da 

təsadüf edilir. Lakin bununla bərabər onun miqdarı faizin onda və yüzdə biri qədər 

olur. Cəmi 1 kq germanium almaq üçün 2500 ton sink filizi işlətmək lazım gəlir. 

Germaniumdan  yarımkeçiricilər  texnikasında    əsas  etibarilə  radio 

lampalarını əvəz edən kristallik diod və triodlarda istifadə olunur. 



Silisium.  Bu  fotoelementlər  ilk  dəfə  olaraq  1953-cü  ildə  Q.L.Pirson, 

D.M.Çanin  və  K.S.Füler  tərəfindən  ixtira  edilmişdir.  Silisium  təbiətdə  ən  çox 

yayılmış elementlərdən biridir. O, yer qabığının 27%-ni təşkil edir. Öz xassələrinə 

görə silisium germaniuma çox oxşayır.  

Silisium boz rəngli bərk  maddə olub, yüksək ərimə temperaturuna malikdir. 

Silisium  elementini  ilk  dəfə  1825-ci  ildə  isveç  kimyaçısı  Borselius  kəşf  etmişdir. 

Silisium  yarımkeçirici  maddələrdən  ən  çox  yayılmışı  və  eyni  zamanda  ən 

bahalısıdır.  




Yüklə 300,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə