Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 300,28 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix30.12.2017
ölçüsü300,28 Kb.
#18594
1   2   3   4   5   6   7   8   9   10   11

23 

 

nəticəsində  diod  «kobud»  şəkildə  Om  qanunu  pozur.  Onun  voltamper 



xarakteristikasında  «düşən»  oblast  əmələ  gəlir.  Bu,  o  deməkdir  ki,  müəyyən 

intervalda  dioda  tətbiq  olunmuş  gərginliyin  azalması  cərəyanın  çoxalması  ilə 

nəticələnir, yəni diod özünü «mənfi müqavimət» kimi aparır. 

Aydındır ki,  müqavimət elektrik siqnalını  zəifləndirə bilər. Bu diodların bir 

çox  xüsusiyyətləri  var.  «Tunel  diodun»  işləməsi  üçün  gücü  ağcaqanad  gücünə 

bərabər  olan  cərəyan  mənbəyi  tələb  olunur.  «Tunel  diodun»  çəkisi  qramın  yüzdə 

biri  ilə  ölçülür.  «Tunel  diodlar»  əsasında  hazırlanmış  radioqəbuledicilər  sancaq 

başına yerləşə bilərlər.  

Yüzlərlə  kvadrat  metr  sahəni  tutan,  cəld  işləyən  hesablayıcı  elektron 

maşınları  isə  bir  şeir  kitabından  böyük  olmazlar.  Belə  maşınlar  çox  yararlı 

olacaqdır.  Ədəbiyyatçılar  onun  köməyi  ilə  qədim  xalqların  öyrənilə  bilməmiş 

yazılarını  araşdıra  bilərlər.  Astronom  uzaq  qalaktikaların  sadə  gözlə  görünməyən 

uzaq orbitlərini hesablaya bilər və s. Kiçik ölçülərə və az çəkiyə malik olduqlarına, 

az  enerji  işlətdiklərinə  görə,  «tunel  diodlar»  əsasında  düzəldilmiş  gücləndiricilər 

kosmik  uçuş  aparatlarında,  məsələn,  kosmik  rabitə  peyklərində  və  s.  geniş  tətbiq 

olunurlar.  

Kosmosun fəth edilməsində onların daha bir əvəzolunmaz üstünlüyü vardır. 

Belə  ki,    fəzanın  uzaq  qatarına  çıxan  kosmonavtı  yüksək  enerjili  kosmik  şüaların 

zərərli  təsirindən,  hər  cür  radiasiyadan  müdafiə  etmək  lazımdır.  Radioaktiv 

şüalanma  nəinki  insan  üçün  təhlükəlidir,  elektron  aparatları  da  ona  son  dərəcə 

həssasdır.  Amerikan  peyki  «Telster-1»  yalnız  son  səbəbə  görə  fəaliyyətdən 

dayanmışdır.  Şüalanma  peykə  təsir  etmiş  və  onun  bir  neçə  tranzistoru  sıradan 

çıxmışdır. 

Amma  «tunel  diodları»  radiasiyadan  qorxmur,  onlar  hətta  atom 

reaktorlarından  da  belə  qorxmurlar.  «Tunel  diodu»  adı  dioda  iki  çıxışı  olmasına 

görə,  yarımkeçirici  trioda  isə  onda  rəqs  generasiya  etmək  və  gücləndirmək  üçün 

istifadə etməyin mümkün olmasına görə oxşayır. 



24 

 

«Tunel  diodları»  əsasında  işləyən  generatorlar  vakuum  generator 



lampalarına  nisbətən  bir  çox  üstünlüklərə  malikdirlər.  Belə  ki,  onlar  ucuzdurlar, 

onların  işləməsi  üçün  lazım  olan  gərginlik  voltun  hissələri  qədərdir,  mexaniki 

cəhətdən daha möhkəçmdirlər və ağır iş şəraitində daha möhkəmdirlər. 

«Tunel  diodları»  az  səs-küy  edirlər.  Biz  radioqəbuledicini  kökləyən  zaman 

otaq  maneələrlə  dolur.  Uzaqdakı  şimşək,  yaxından  keçən  avtomobil,  qonşuluqda 

olan poliklinikadakı rentgen qurğusu və ya telefon stansiyası radiomane yaradırlar. 

Biz  radioqəbuledicini  köklədikdə  müəyyən  səs-küy,  xışıltılar,  vızıltılar  eşidirik. 

Bütün bunların səbəbi radiolampalardır. Buna görə də radioqəbuledicilərdə az səs-

küy salan lampalardan istifadə edirlər. 

Yarımkeçirici  triodlar.  Tranzistor  adlanan  yarımkeçirici  triodlar  diodlardan 

fərqli  olaraq  bir  deyil,  iki  p  keçidinin  birləşməsindən  əmələ  gəlir.  Yarımkeçirici 

triodlardan  elektrik  rəqslərini  gücləndirmə,  generasiya  və  çevrilmə  sxemlərində 

istifadə olunur. Iki p-n və ya n-p keçidinin təbii şəkildə birləşməsindən əmələ gələn 

triod  üç  oblastdan  ibarət  olur.  Ortaq  oblast  müəyyən  tip  keçiriciliyi  olan 

yarımkeçiricidən, kənar oblastlar isə başqa tip yarımkeçiricilərdən hazırlanır. 

Beləliklə, yarımkeçirici triodlar onlardakı oblastların növbələşməsindən asılı 

olaraq  iki  tipdə  p-n-p,  n-p-n  quruluşda  hazırldanır.  Bunlardan  ən  çox  istifadə 

olunanı p-n-p triodlarıdır.  

Yarımkeçirici ferritlər hələ kristal gücləndiricilər yaradıldıqda aydın oldu ki, 

radiocihazların  ölçülərini  son  dərəcə  kiçiltmək  olar.  Induksiya  makaraları, 

kondensatorların  ölçüləri  əvvəlki  iki  qalarsa,  onda  qeyri-mütənasiblik  alınar.  Bu, 

nəinki  cihazın  hissələrinin  ölçüsünə,  həm  də  onların  texniki  səviyyəsinə  aiddir. 

Əgər hissələr əvvəlki qalarsa, onda biz yəqin ki, müasir qəbuledicini hazırlayarkən 

məftildən sarınmış çox iri makara ilə sadəliyinə və mükəmməlliyinə görə ideal və 

həcmcə  kibrit  çöpünün  ucu  boyda  yarımkeçirici  gücləndiricini  yan-yana  qoymalı 

olacağıq. 




25 

 

Radiotexnikanın bütün hissələrini yenidən dəyişmək zərurəti var idi. Burada 



da  köməyə  yarımkeçiricilər,  birinci  növbədə  ferrit  adlanan  materiallar  gəldi. 

Ferritlərin  görünüşü  tamamilə  sadədir.  Onlar  ən  adi,  təbiətdə  geniş  yayılan 

maddədən – dəmir oksidlərindən və başqa metallardan düzəldilmişdir. Adi  maqnit 

filizi  də  buraya  daxildir.  Ferritlərin  bu  son  xassəsi  onun  radiotexnikada  geniş 

yayılmasına vüsət vermişdir. Ferrit lövhə üzərinə hopdurulmuş, tükdən bir az qalın 

yay, əvvəlki  radioqəbuledicilərin  induksiya  makarasının  gördüyü  vəzifələri  yerinə 

yetirir.  Birləşdirici  məftilləri,  müqaviməti  və  başqa  hissələri  də  adicə  ferrit  lövhə 

üzərinə həkk etmək olar.  

Nəhayət, 

hətta 


kondensatorları 

da 


yarımkeçirici 

titan-barium 

seqnoelektriklərin  üzərinə  həkk  etmək  olar.  Bu  yarımkeçirici  kondensatorların 

ölçüsü  qəpikdən  bir  neçə  dəfə  kiçik  olmasına  baxmayaraq,  tutumu  20  mikofarad 

elektrolit  kondensatorları  əvəz  edir.  Yalnız  ferrit  hissələrin  köməyi  ilə  avtomat 

qələmdə  və  eynəkdə  yerləşdirilə  bilən  radioqəbuledicilərin  konstruksiyasını 

vermək  mümkün  olmuşdur.  Ferrit  materialların  içərisində  elələri  vardır  ki,  onlar 

hətta  zəif  maqnit  sahəsində  ildırım  sürəti  ilə  maqnitlənir  və  sahə  dəyişən  olduqda 

maqnitlənmə  qabiliyyətini  dərhal  dəyişdirir.    Belə  materiallardan  hazırlanmış 

çubuğa  məftil  sarıdıqda  o,  antenna  olur.  Bu  tip  antenna  o  qədər  balacadır  ki,  onu 

birbaşa korpusa yerləşdirirlər. 

Yarımkeçirici  gücləndiricilərin,  ferrit  hissələrin,  varikondaların  tətbiq 

olunması  göstərir  ki,  hətta  mürəkkəb  radiosistemləri  kiçildib  saat  korpusunda 

yerləşdirmək olar. 

Nalaoxşar metal maqnit səsucaldan cihazda, istənilən elektrik generatorunda 

və  s.  yerlərdə  işlənir.  Bunlara  sabit  maqnitlər  deyilir.  Lakin  sabit  maqnitin  də 

nöqsanlı  cəhətləri  vardır.  Onlar  çox  ağırdırlar.  Digər  bir  xüsusiyyəti  də  onların 

elektrik  cərəyanını  yaxşı  keçirməməsidir.  Əlbəttə,  bu  xassənin  bir  sıra  hallarda, 

məsələn,  yüksəktezlikli  bərkitmə  işlərində,  metal  əridən  sobalarda  göstərdiyi 

xidməti  göstərmək  olar.  Onların  mexanizmi  çox  sadədir.  Yüksəktezlikli  dəyişən 




Yüklə 300,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə