Fakültə: Beynəlxalq münasibətlər və Regionşünaslıq



Yüklə 22,45 Kb.
səhifə3/3
tarix13.01.2022
ölçüsü22,45 Kb.
#82844
1   2   3
Kəşmir problemi

Kəşmir problemi

Kəşmir problemi-Pakistan və Hindistan arasında tarixi Kəşmir vilayəti üstündə həll olunmamış problemdir.Qədimdə və orta əsrlərdə Hindistan ərazisində yaranmış müxtəlif dövlət birləşmələrinin tərkibinə qatılmışdır.Kəşmir 1586-cı ildə Böyük Moğollar imperiyasının tərkibinə qatıldı.1756-cı ildə əfqanlar,1819-cu ildə siqhlər işğal etdilər.1846-cı ildə ingilis müstəmləkəçiləri Kəşmiri işğal edib 7,5 milyon rupi ödənc verməklə Cammu knyazlığına verdilər.1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan və Pakistan dövlətləri Kəşmiri öz ərazilərinə birləşdirməyə cəhd göstərdilər.Pakistanının Kəşmirə 22 oktyabr 1947-ci il silahlı müdaxiləsi BMT Təhlükəsizlik Şurasının vasitəçilik komissiyası tərəfindən 1 yanvar 1949-cu il tarixində dayandırıldı.Kəşmirin şimal-qərbi Pakistanın,qalan hissəsi isə Hindistanın nəzarəti altına keçdi.1952-ci ilin iyulundan Kəşmirlə Hindistanın imzaladığı Dehli sazişinə əsasən Kəşmir ştatı(Cammu və Kəşmir)hüququnda Hindistanın tərkibinə daxil oldu.1956-cı il noyabrın 17-də Kəşmir Müəssisələr Məclisinin qəbul etdiyi Konsitutsiyaya görə,Kəşmir “Hindistan İttifaqının tərkib hissəsi”elan edildi.1955,1962,1963-cü illərdə Kəşmir məsələsi üzrə BMT-dəki müzakirələr,Hindistan-Pakistan danışıqları nəticə vermədi.1965-ci ilin sentyabrında baş vermiş Hindistan-Pakistan hərbi münaqişəsi

1971-ci ilin dekabrında yeni Hindistan-Pakistan hərbi münaqişəsindən sonra hər iki dövlət başçısının 30 iyun-3 iyul 1972-ci il tarixlərində Simla görüşündə münaqişəli məsələləri dinc yolla nizama salmaq barədə razılıq əldə edildi.1972-ci ilin avqustunda Dehlidə baş tutmuş Hindistan-Pakistan danışıqlarına əsasən Kəşmirdə yeni nəzarət xətti müəyyən edildi.Pakistanın Kəşmirə olan iddiaları Hindistana nisbətən daha çox sübutlara əsaslanır.(https://az/m.wikipedia.org/wiki/Kəşmir)

Kəşmir və Cammu münaqişəsi 1947-ci ildə Hindistan koloniyasının ərazisində yeni dövlətin yaranması zamanı öz təşəkkülünü tapdı.Hindistan ərazisi hesabına yaranan yeni dövlət müsəlman dövləti olan Pakistan oldu.Hindistan ərazisindəki knyazlıqlar bu 2 dövlətdən birinin ərazisinə daxil olmalıydı.Pakistan əsasən müsəlman dövləti kimi yaradıldığı üçün müsəlmanların çoxu bu dövlətin ərazisinə qatılmağa üstünlük verirdilər.1947-ci il oktyabrın 21-də puştin tayfalarının qoşunlarının və onların ardınca pakistan könüllülərin hərbi yolla Kəşmir məsələsini həll etmək üçün əraziyə daxil olmaları vəziyyəti qəlizləşdirmişdi.24 oktyabrda ərazini zəbt edəcək suveren Azad Kəşmirin yarandığını və bütün knyazlığın Pakistanın ərazisinə daxil olduğunu elan etdilər.Nəticədə 1947-48-ci il birinci Hindistan-Pakistan müharibəsi oldu.Kəşmir faktiki 3 hissəyə bölündü:Azad Kəşmir,Hindistanın və Pakistanın nəzarətinə daxil olan ərazilər.1965-ci ildə Hindistan və Pakistan dövlətləri arasında 2-ci silahlı toqquşma baş verdi.1971-ci ildə iki dövlət arasında üçüncü müharibə başladı.Bu zaman Hindistanın uğursuzluğu nəticəsində Şərqi Pakistan müstəqillik əldə etdi.1990-cı ilin sonlarında iki dövlət bri-birinin ardınca nüvə silahını sınaqdan keçirməklə nüvə dövlətinə çevrildi.2001-ci il 11 sentyabr hadisələri də 2 dövlətin münasibətlərinə təsirsiz ötüşmədi.2005-ci ildə Dehli prezidenti Corc Buşla müqavilə imzaladı.(Nüvə müqaviləsi)Bu zaman ərzində Hindistan və Pakistan dövlətlərinin beynəlxalq əlaqələri dəyişən xətt üzrə inkişaf edir.Bu gün bu ölkələr arasında istiləşmə hiss olunsa da,münaqişənin müsbət həllindən danışmaq üçün tezdir.Kəşmir və Cammu ştatlarında hələ də terror aktları davam etməkdədir.Həmçinin belə bir məlumatlar da daxildir ki,bu hərəkatlarda Əfqanıstan qaçmış “Taliban”hərəkatının və “Əl-Qaidə”təşkilatının üzvləridirlər.Bu fakt Kəşmir problemini daha da dərinləşdirir.Hindistan tərəfi öz fikirlərində qətidir:Kəşmir Hindistanın ayrılmaz hissəsi olduğunu”dəfələrlə bəyan edib.Pakistana gəlincə isə o Kəşmiri həll olunmamış problem kimi qəbul edir və tələb edir ki,Kəşmir xalqına öz müqəddəratını,hüquqlarını referendurmla həll etməyə şərait yaradılsın.Pakistan və Hindistan eyni zamanda kəşmirlilərin maraqlarını nəzərə alsınlar və ona hörmətlə yanaşsınlar.Kəşmirli siyasətçilər problemin həllindən danışarkən ərazinin Pakistana

və ya Hindistana birləşdirilməsini deyil,Kəşmir xalqının taleyinin nəzərə alınmasının əsas olduğunu bildirirlər.



Kəşmir xalqına gəlincə isə onlar da özlüklərində 3 hissəyə-Pakistanyönlü,Hindistanyönlü və müstəqil kəşmirlilərə bölünüblər.Problemin dərinliyi də bəlkə elə burasındadır.Referenduma isə Kəşmirdə Hindistanın və Pakistanın qanunları nəzərə alınmaqla,ortaq məxrəcdə keçirilməlidir.Bir çox müəlliflər belə hesab edirlər ki,BMT-nin 1948-49 rezolyusiyası artıq köhnəlib.Yəni Kəşmir nə Hindistana,nə də Pakistana verilməlidir.Bir sıra Beynəlxalq ekspertlər tərəfindən irəli sürülən yeni qətnaməyə əsasən müstəqil Kəşmir dövləti yaradılmalıdır.

Problemin həlli ilə bağlı olan ən son variantlardan biri Pakistan Prezidenti P.Müşərrəf tərəfindən səslənmişdir.P.Müşərrəf Kəşmir bölgəsinin Pakistan və Hindistan arasında birgə idarəsinə verilməsi və bununla da məsələnin öz həllini tapması ilə çıxış etmişdir.Cammu və Kəşmir Azad Cəbhəsinin liderlərindən olan Əmənulla xanın fikrinə görə Kəşmir üzrə Beynəlxalq Komitə yaradılmalıdır.Həmçinin 15 illik sınaq müddəti üçün federal sistemli dünyəvi Kəşmir dövləti yaradılmalıdır.Təbiiki,fikirlər müxtəlifdir.Amma hər bir bu məsələnin həllində kəşmirlilərin hüquq və maraqlarına uyğun çıxış yolu tapılmalıdır.(Məmmədova A.H Kəşmir probleminin yaranma səbəbləri haqqında,BM qlobal problemləri.Məqalələr toplusu)
Yüklə 22,45 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə