##Fakültə: Filologiya ##İxtisas: Azərbaycan ədəbiyyatı tarixi (qədim dövr) ##Bölmə


##num= 2// level= 1// sumtest=50 // name= XİLAFƏT DÖVRÜ ƏRƏBDİLLİ AZƏRBAYCAN ƏDƏBİYYATI (VII - XII ƏSRLƏR) . ƏDƏBİ TƏNQİD, ƏDƏBİYYATDA TƏRİQƏTÇİLİKxxx //



Yüklə 350,5 Kb.
səhifə2/8
tarix20.08.2018
ölçüsü350,5 Kb.
#63646
1   2   3   4   5   6   7   8

##num= 2// level= 1// sumtest=50 // name= XİLAFƏT DÖVRÜ ƏRƏBDİLLİ AZƏRBAYCAN ƏDƏBİYYATI (VII - XII ƏSRLƏR) . ƏDƏBİ TƏNQİD, ƏDƏBİYYATDA TƏRİQƏTÇİLİKxxx //


1. Hökmdarların, ya onun yaxın adamlarının, ayrı - ayrı tanınmış adamların ölümü ilə bağlı yazılan hüzn və kədər ifadə edən şeirlər necə adlanır ?

A) Fəxriyyə

B) Qitə

C) Həcv

D) Mərsiyə

E) Mədhiyyə

2. Əruzda yaranan klassik şeir şəkillərini göstərin.

1 – Qoşma

2 – Rübai

3 – Müstərad - qoşma

4 – Qəsidə

5 – Gəraylı

6 – Qitə

A) 2, 3, 4

B) 2, 3, 5

C) 1, 2, 3

D) 2, 4, 6

E) 1, 5, 6

3. Dövrünün ən görkəmli şairlərindən olan İsmayıl ibn Yəsar haqqında ən ümdə məlumat bu təzkirələrin hansında verilmişdir ?

A) Oufi Məhəmməd, “Zubab ol - əlbab”

B) Əbu Übeydullah Mərzubani, “ Mücəm üş - şüəra”

C) Əbül Fərəc Əl – İsfahani, “Əl – Əğani”

D) Lütfəli bəy Azər “Atəşkədə”

E) Əttar Fəridəddin, “Təzkirət ol – övliya”

4. Əməvilər dövründə yaşamış, evlənmək üçün zadəgan Xalid ibn Əsiddən borc pul almış və şeirində o insanı tərif etmiş əslən ərəbdilli azərbaycanlı şair kimdir ?

A) İskafi Zəncani

B) Musa Şəhavat

C) İsmayıl ibn Zəncani

D) Mənsur Təbrizi

E) Əbül Abbas Əl - Əma

5. “Şüubiyyə” fikir cərəyanına qoşulmuş “məvali” azərbaycanlı şair

A) Musa Şəhavat

B) Səhl ibn Harun

C) Əbülhəsən Zəncani

D) İsmayıl ibn Yəsar

E) Əbül Abbas Əl - Əma

6. Bu misralar X əsrdə ərəbcə yazan hansı azərbaycanlı şairə aiddir ?

Güllər sənə təbib, şərabsa həmdəm,

Sevsən insanları səndən qaçar qəm.

Gör nələr yaratmış ötən nəsillər.

Hörmətə layiqdir hər böyük əsər.

A) İsmayıl ibn Yəsar

B) Müğləsi Marağayi

C) Bərakəveyh Zəncani

D) İskafi Zəncani

E) Əbülhəsən Əli Marağayi

7. Anadan kor doğulmuş, Əməvilərə rəğbət göstərmiş “məvali” şair kimdir ?

A) Musa Şəhavət

B) Ömər Fərrux

C) İsmayıl ibn Yəsar

D) Əbül Abbas Əl - Əma

E) Əhməd Nəsai

8. Dostlarının ayrılığına dözməyən, həsrətlə qəlbi döyünən X yüzildə ərəbcə yazan bu Azərbaycan şairi kimdir ?

Dəvələrə süvar olub yollandılar səhər - səhər.

Hönkür - hönkür ağaldıqca tor gətirib söndü gözlər.

Axıtdığım göz yaşları qaytarmadı gedənləri,

Dərd üstündən dərd gətirdi, birdə sonsuz qəm kədəri.

A) Əli Marağayi

B) Müğləsi Marağayi

C) Bərakəveyh Zəncani

D) Xəttat Nizami Təbrizi

E) Musa Şəhavət

9. Xəttat Nizami Təbrizi bu rübaisində “böyük sahib” deyəndə kimi nəzərdə tuturdu:

Yalnız yaxşı ad qalar bu vəfasız dünyada,

Hamı bunu dərk edib, anlayıb, bilsin gərək.

Gülər üzlə, açıq əl xeyirə səbəb olar,

Bizim böyük sahibin, nəcib əməlləri tək.

A) Xəlifə Məmunu

B) Sultan Mahmud Qəznəvini

C) Sultan Səncəri

D) Nizam əl - Mülkü

E) Əmir Teymuru

10. “Qələm” haqqında yazılmış bu şeir:

Tanrı lütf eyləmiş, ey əhli qələm,

Bizə sirlə dolu elə bir aləm.

Orda qırıb tökək xəbisləri biz,

Xalqa dayaq olsun hər hünərimiz

Kimə məxsusdur ?

A) Nizami Təbriziyə

B) Müğləsi Marağayiyə

C) Əbül Abbas Əl - Əmaya

D) Mənsur Təbriziyə

E) Qətran Təbriziyə

11. Aşağıdakı şairlər arasından Əl Baxərzinin “Dumyat əl qəsr. . . ” təzkirəsinə daxil edilmiş Azərbaycan şairlərini seçin.

1 – Musa Şəhavat

2 – Mənsur ibn Mümkan Təbrizi

3 – Xəttat Nizami Təbrizi

4 – Bərakəveyn Zəncani

5 – İskafi Zəncani

6 – İsmayıl ibn Yasar

A) 3, 4, 5

B) 2, 4, 6

C) 1, 2, 4

D) 2, 3, 5

E) 1, 5, 6

12. X əsrdə Əbu Mənsur Səalibinin təzkirəsində adları çəkilən və haqlarında məlumat verilən şairləri seçib göstərin

1 – Xətib Təbrizi

2 – Qətran Təbrizi

3 – Müğləsi Marağayi

4 – İskafi Zəncani

5 – Hüseyn Təbrizi

6 - Bərakəveyh Zəncani

A) 2, 5

B) 2, 4

C) 1, 5

D) 3, 6

E) 3, 4

13. Divanı dövrümüzə qədər gəlib çatan şairləri seçib müəyyənləşdirin.

1 – Xətib Təbrizi

2 – Zəfər Həmədani

3 – Qətran Təbrizi

4 – Hüseyn Təbrizi

5 – Fələki Şirvani

6 – Mücirəddin Beyləqani

A) 1; 3; 5

B) 1; 3; 4; 6

C) 2; 3; 5;

D) 3; 5; 6

E) 2; 3; 4; 5

14. Aşağıdakı şairlərdən sırf ərəbcə əsərləri qalmışları seçin.

1 – Kafi Zəfər Həmədani

2 – İsmayıl ibn Yəssar

3 – Baba Kuvi Bakuvi

4 – Məsud ibn Namdar

5 – Xaqani

6 - Qivami Təbrizi

7 – Məhsəti

8 – Xətib Təbrizi

9 – Nizami Gəncəvi

10 - Məhsəti Gəncəvi

A) 5, 7, 10

B) 1, 2, 5

C) 3, 4, 7

D) 2, 4, 8

E) 1, 4, 9

15. Ərəbcə yazıb yaratmış Azərbaycan şairlərini seçin.

1 - Qətran Təbrizi

2 - Musa Şəhavat

3 - Mucirəddin Beyləqani

4 - Məsud ibn Namdar

5 - Xətib Təbrizi

6 - Qivami Mütərrizi

A) 4, 5, 6

B) 2, 3, 6

C) 1, 4, 5

D) 2, 4, 5

E) 2, 3, 5

16. Əsərləri ərəb dilində bizə gəlib çatan şairləri seçin.

1 - Məsud ibn Namdar

2 - İzəddin Şirvani

3 - Ədülüla Gəncəvi

4 - Musa Şəhavat

5 - Ömər Gənci

6 - Kafi Zəfər Həmədani

A) 2, 3, 5

B) 2, 4, 5

C) 1, 3, 6

D) 3, 4, 6

E) 1, 4, 5

17. VII – XII əsrlər “Xilafət dövrü” (ərəb dilli) Azərbaycan şairlərini ardıcıllıqla düzün.

1 – Mügləsi Marağayi

2 – Məsud İbn Namdar

3 – Musa Şəhavat

4 – Ömər Gənci

A) 4; 2; 3; 1

B) 1; 2; 3; 4

C) 3; 1; 2; 4

D) 4; 3; 2; 1

E) 2; 1; 4; 3

18. Ardıcıllığı təmin edin:

1 – Qətran Təbrizi

2 – Bərakəveyh Zəncani

3 – Məhsəti Gəncəvi

4 – Əbül Abbas Əl – Əma

A) 4; 3; 2; 1

B) 4; 2; 1; 3

C) 1; 2; 3; 4

D) 2; 1; 4; 3

E) 3; 1; 4; 2

19. Ardıcıllıq necə olmalıdır?

1 – “Qutadqu bilik”

2 – “Avesta”

3 – “Mədain xərabələri”

4 – “Kitabi – Dədə Qorqud”

A) 2; 1; 4; 3

B) 1; 2; 3; 4

C) 4; 3; 2; 1

D) 2; 4; 1; 3

E) 3; 4; 1; 2

20. Sizcə verilmiş əsərlərin ardıcıllığı necə olmalıdır?

1 – “Töhfətül – İraqeyn”

2 – “Şərəfnamə” (Nizami)

3 – “Tomris” hekayəti

4 – “Gültəkin” abidəsi

A) 1; 2; 3; 4

B) 4; 3; 2; 1

C) 2; 1; 4; 3

D) 3; 4; 1; 2

E) 2; 3; 4; 1

21. Əsərlərin yazılma tarixinə diqqət yetirib ardıcıllığı təmin edin:

1 – “Həmasə”nin şərhi (X. Təbrizi)

2 – “Munişnamə” (X. Əl – Ustad)

3 – “Mərsiyə” (Davtək)

A) 2; 3; 1

B) 1; 2; 3

C) 3; 2; 1

D) 3; 1; 2

E) 1; 3; 2

22. Müxtəlif mövzulu əsərlərin xronoloji ardıcıllığına diqqət yetirin:

1 – “Qəsideyi – şiniyyə” (Xaqani)

2 – “Yeddi gözəl” poeması (N. Gəncəvi)

3 – “Cavanşirin ölümünə mərsiyə” (Davtək)

4 – “Astiaq” hekayəti

5 – “Mufəzzəliyyatın şərhi” (X. Təbrizi)

6 – “Əs – Səalibinin “Yətimətud – dəhr. . . ” təzkirəsi

A) 1; 3; 5; 2; 4; 6

B) 1; 2; 3; 4; 5; 6

C) 6; 5; 4; 3; 2; 1

D) 4; 3; 6; 5; 1; 2

E) 3; 2; 1; 6; 5; 4

23. Aşağıdakı Azərbaycan şairlərini qruplaşdırın.

I – Məvali - mühacir şairlər

II – Əs - Səalibinin təzkirəsinə daxil edilmişlər

III – Əl - Baxərzinin antologiyasına düşənlər

IV – Saray şairləri

1 – Qətran

2 – M. Şəhavat

3 – M. Marağayi

4 – Əbülüla Gəncəvi

5 – Xəttat Nizami Təbrisi

6 – Əbül Abbas əl - Əma

7 – Mücirəddin Beyləqani

8 – İsmayıl ibn Yassar

9 – Hiblətullah Təbrizi

10 – Bırakəveyh Zəncani

11 – Hüseyn Təbrizi

A) I – 7, 9, 10; II – 6, 9, 11; III – 1, 7, 8; IV – 4, 6, 8

B) I – 1, 3, 7; II – 2, 4, 8; III – 3, 5, 9; IV – 1, 7, 10

C) I – 4, 6, 7; II – 3, 4, 7; III – 1, 7, 8; IV – 2, 3, 5

D) I – 2, 6, 8; II – 3, 10; III – 5, 9, 11; IV – 1, 4, 7

E) I – 2, 6, 11; II – 2, 4, 5; III – 2, 6, 7; IV – 6, 8, 9

24. Aşağıdakı əsərləri yazıldığı dilə uyğun qruplaşdırın.

I – Türk (qədim)

II – Ərəb

III – Fars - dəri

1 - “Kitabi - Dədə Qorqud”

2 - “Xosrov və Şirin”

3 - “Dumyat əl qəsr. . . ”

4 - Ömər Gəncinin əldə olan qəzəli

5 - Fələki Şirvaninin “Divan”ı

6 - Məsud ibn Namdarın əlyazması

7 - “Qutadqu - bilik”

8 - Orxon abidələri

9 - “Tövhətül - İraqeyn”

A) I – 2, 5, 8; II – 4, 7, 9; III – 1, 3, 8

B) I – 2, 7, 8; II – 2, 3, 4; III – 1, 5, 8

C) I – 3, 4, 7; II – 1, 2, 6; III – 2, 4, 7

D) I – 1, 7, 8; II – 3, 4, 6; III – 2, 5, 9

E) I – 1, 2, 4; II – 2, 4, 7; III – 2, 3, 9

25. Adı çəkilən şairləri aid olduqları qruplara uyğunlaşdırın

I – Məvali şairlər

II – X əsr Azərbaycan şairləri

III – Şirvan saray şairləri

IV – Təriqət şairləri

I – Fələki

2 – Bərakəvey Zəncani

3 – Ş. Sührəverdi

4 – Əbül Abbas əl Əma

5 – Mugləsi

6 – Xaqani

7 – Əbülüla Gəncəvi

8 – Baba Kahi Bakuvi

9 – Musa Şəhavat

10 – Eynəlqüzzat Miyanəçi

11 – İsmayıl ibn Yəsar

A) I – 3, 4, 9; II – 2, 6, 9; III – 1. 5, 8; IV – 3, 6, 10

B) I – 2, 6, 11; II – 3, 5, 8; III – 2, 6; IV – 4, 8, 11

C) I – 2, 4; II – 1, 3, 5; III – 4, 6, 10; IV – 32, 8, 11

D) I – 4, 9, 11; II – 2, 5; III – 1, 6, 7; IV – 3, 8, 10

E) I – 1, 4, 6; II – 2, 3, 5; III – 6, 8, 11; IV – 9, 10

26. Şərq, o cümlədən Azərbaycan ədəbiyyatı tarixində iz buraxmış fikir cərəyanlarına:

I – “Süubiyyə”

II – “İşraqiyyə”

III – “Sufizm” – qoşulmuş ədiblərin aidliyini təyin et.

1 - Eynəlqüzzat Miyanəçi

2 - Şihabəddin Sührəvərdi

3 - Baba Kuhi Bakuvi

4 - İsmayıl İbn – Yəsar

A) I – 2; II – 1, 3; III – 4

B) I – 3; II – 1; III – 4

C) I – 1, 4; II – 3; III – 2

D) I – 4; II – 2; III – 1, 3

E) I – 4; II – 3; III – 1, 2

27. Ədibləri verilmiş qruplara uyğunlaşdırın:

I – Mühacirətdə olan şairlər

II – Təriqətçi şairlər

III – Saray şairləri

1 - İzzəddin Şirvani

2 - Ömər Gənci

3 - Əbül Abbas Əl – Əma

4 - Əbülula Gəncəvi

5 - İsmayıl İbn Yəsar

6 - Eynəlqüzzat Miyanəçi

7 - Mücir Beyləqani

8 - Ş. Sührəvərdi

9 - Baba Kuhi – Bakuvi

A) I – 7; 8; 9, II – 4; 5; 6, III – 1; 2; 3

B) I – 2; 4; 6, II – 1; 7; 9, III – 3; 5; 8

C) I – 1; 2; 3, II – 4; 5; 6, III – 7; 8; 9

D) I – 2; 3; 5, II – 6; 8; 9, III – 1; 4; 7

E) I – 3; 5; 9, II – 1; 7; 8, III – 2; 4; 6

28. Uyğunluğu gözləyin:

I –Sarayda yaşayıb – yaradan ədiblər

II – Saraya getməmiş şairlər

1 - N. Gəncəvi

2 - Əbubəkr Xosrov Əl – Ustad

3 - Qətran Təbrizi

4 - Q. Mütərrizi

5 - Zəki Marağayi

6 - Xətib Təbrizi

7 - Məhsəti Gəncəvi

8 - E. Miyanəçi

A) I – 2; 3; 5; 7, II – 1; 4; 6; 8

B) I – 1; 2; 3; 4, II – 5; 6; 7; 8

C) I – 3; 5; 7; 8, II – 1; 2; 4; 6

D) I – 2; 4; 6; 8, II – 1; 3; 5; 7

E) I – 1; 3; 5; 7, II – 2; 4; 6; 8

29. Əsərləri müəlliflərə uyğun olaraq sıralayın:

I – Məsud İbn Namdar

II – Eynəlqüzzat Miyanəçi

III – Şəhabəddin Sührəvərdi

1 – “Şəkvəəl – qərib”

2 – “Hikmətül – işraq”

3 – “Mücməəti qisəs və rəsail və əşar”

A) I – 2; II – 3; III – 1

B) I – 1; II – 2; III – 3

C) I – 2; II – 1; III – 3

D) I – 3; II – 2; III – 1

E) I – 3; II – 1; III – 2

30. Bu alim şair Bağdad həbsxanasında olarkən “ Şəkvəəl - qərib” əsərini yazmış və ona qarşı edilən ittahamlara cavab vermişdir. Bu sufi ideoloqunu göstərin

A) Ömər Gənci

B) Şihabəddin Sührəvərdi

C) Əhməd Qəzzali

D) Əbuhəfs Sührəvərdi

E) Eynəlqüzzat Miyanəçi

31. Bir şəhid olmaqdır arzum, ey Xuda,

Ucuz üç şey də ver mənə dünyada.

Ey dost, mən deyənə əməl eylə sən,

Həsir ver, neft gətir, od vur sonra da.

Bu rübai hansı sufi şairin qələmindən çıxmış və aqibətinin sonu ilə uyğun gəlmişdir?

A) Fələki Şirvani

B) Şihabəddin Sührəvərdi

C) Məhsəti Gəncəvi

D) Eynəlqüzzat Miyanəçi

E) Qivami Mütərrizi

32. Aşkarda, gizlində Allahı gördüm,

Aşağıda, yuxarıda Allahı gördüm.

Gözlərimi Onun nuruna açdım,

Şölələrin arasında Allahı gördüm – deyib hər yanda, hər nədə Allahı görən sufi – panteist şair kimdir?

A) Sührəvərdi

B) Həllac Mənsur

C) Baba Kuhi – Bakuvi

D) Nəimi

E) Miyanəçi

33. Mənbələrə görə böyük sufi mütəfəkkiri Əhməd Qəzzali Həmədanda olarkən bir gənc azərbaycanlı mütəfəkkir və şairlə görüşmüş və bu görüş bir müddət Həmədanın qazısı olmuş şairin dünyagörüşünə ciddi təsir göstərmişdir. Kimdən danışılır ?

A) Şihabəddin Sührəvərdi

B) Eynəlqüzzat Miyanəçi

C) Baba Kuhi Bakuvi

D) Yusib ibn Tahir

E) Məhəmməd Miyanəçi

34. Sultan Səncərin vəziri Əbülqasim Dərgəzinin əmri ilə əvvəl həbs olunub Bağdad həbsxanasına salınan sonra isə dərs dediyi mədrəsə önündə edam olunan sufi şair kim olmuşdur.

A) Eynəlqüzzat Miyanəçi

B) Həllac Mənsur

C) Fəzlullah Nəimi

D) İmadəddin Nəsimi

E) Şihabəddin Sührəvərdi

35. “Eşqinə gərək hasil ola, o yoxdur

Ümidə gərək sahil ola, o, yoxdur

Səbr eylə, deyirsən ki, işin yaxşı olar,

Qəlb ola, ona qabil ola, o yoxdur”. –Sahilsiz və hüdudsuz eşqi olan, cavabında isə “səbr eylə” - sözü ilə ümidi kəsilməkdə olan aşiq - şair kim olmuşdur ?

A) Məhsəti Gəncəvi

B) Xaqani Şirvani

C) Eynəlqüzzat Miyanəçi

D) Qətran Təbrizi

E) İzzəddin Şirvani

36. “Özləri bərk azıblar xalqa yol göstərənlər,

Beyləqanda küfr ilə məşğul olur ərənlər.

Alçaqlar gəlib olub ucaların əmiri,

İstedadlar, zəkalar nakəslərin əsiri . . . ” – bu misraların müəllifi XI əsrin axırları (Beyləqanda doğulmuş) XII əsrin birinci yarısında yaşamışdır . O kimdir ?

A) Mücirəddin Beyləqani

B) Məsud ibn Namdar

C) Ömər Gənci

D) Baba Ruhi Bakuvi

E) Xosrov əl - Ustad

37. Rəvayətdə deyilir ki, Şirvanşahın qızı ona vurulur, lakin sağlığında ona qovuşa bilmir. Şairin ölümündən sonra onun qəbri üzərinə gəlib ziyarət edən şah qızı qərara gəlir ki qalıb onun qəbrinə xidmət etsin. Qəbri Şirazda ziyarətgaha çevrilən şair kim olmuşdur ?

A) Cəlaləddin Rumi

B) Şihabəddin Sührəvərdi

C) Eynəlqüzzat Miyanəçi

D) Əhməd Qəzzali

E) Baba Kuhi Bakuvi

38. Orta əsr Azərbaycanının tanınmış alimi və şairi Hələbdə öldürülmüş və qəbrinin üstündə bu sözlər yazılmışdır:

Bu qəbrin sahibi gizli bir inci,

Tanrı cilalayıb vermişdi şərəf.

Onun qiymətini bilmədi zaman,

Onu zənn eylədi adi bir sədəf. – 37 yaşında qətlə yetirilmiş filosof - şair kim idi ?

A) Əbulfəs Sührəvərdi

B) Eynəlqüzzat Miyanəçi

C) İmadəddin Nəsimi

D) Məcidəddin Cili

E) Şihabəddin Sührəvərdi

39. XI – XII əsrlər şair – filosofları arasındakı təriqətçiləri seçin:

1 – Xaqani Şirvani

2 – Şəhabəddin Sührəvərdi

3 – Tahir Xoylu

4 – Qətran Təbrizi

5 – Baba Kuhi Bakuvi

6 – Eynəlqüzzat Miyanəçi

7 – İzzəddin Şirvani

A) 2; 4; 7

B) 1; 2; 5

C) 2; 5; 6

D) 1; 2; 6

E) 2; 5; 7

40. XI – XII əsr şairləri içərisindən ideya və fəlsəfi baxışlarının qurbanı olmuş ədibləri seçin:

1 – İzzəddin Şirvani

2 – Xaqani Şirvani

3 – Eynəlqüzzat Miyanəçi

4 – Qətran Təbrizi

5 – Xətib Təbrizi

6 – Şəhabəddin Sührəvərdi

A) 2; 4; 5

B) 1; 3; 5; 6

C) 3; 4; 6

D) 3; 6

E) 3; 4; 5; 6

41. Yusif Xoylunun əsərlərini seçin:

1 – “Məqsurə”nin şərhi

2 – “Tənvir”

3 – “Şəkvəəl qərib”

4 – “Həmasə”nin şərhi

5 – “Quran”ın hərəkələrindəki nöqsanlardan və təhriflərdən təmizlənməsinə dair traktat. ”

A) 2; 3

B) 1; 2; 4

C) 3; 4; 5

D) 2; 3; 4

E) 2; 5

42. Məşhur ərəb şairi Əbüləla əl – Məərrinin “Səqt əz – zənd” (“Çaxmaq daşının ilk qığılcımları”) divanına şərh yazmış Azərbaycan ədəbiyyatşünaslarını seçin.

1 – Yaqut əl – Həməvi

2 – Əs – Səalibi

3 – Xətib Təbrizi

4 – Əl – Baxərzi

5 – İbn Xəlliqan

6 – Yusif Xoylu

A) 1; 3

B) 2; 3; 4

C) 1; 4; 5

D) 3; 6

E) 4; 5; 6

43. Əsərlərin içərisindən E. Miyanəçiyə aid olanları seçin.

1 – “Fütüvvətnamə”

2 – “Zübdətül – həqayiq”

3 –“Nameha”(məktublar)

4 – “Riyazül – arifin”

5 – “Tutinamə”

A) 2; 3

B) 1; 2; 4

C) 2; 3; 5

D) 1; 4

E) 3; 4; 5

44. Verilmiş əsərlərdən üçü Ş. Sührəvərdiyə aiddir.

1 – “Əl – Əğani”

2 – “Kitab ül - ərəb”

3 – “Pərtövnamə”

4 – “Fütüvvatnamə”

5 – “Həyakil - ən nur” (“İşıq heykəllər”)

6 – “Həqiqətül – eşq”

A) 1; 2; 3

B) 1; 3; 5

C) 2; 4; 6

D) 3; 5; 6

E) 3; 4; 5

45. Eynəlqüzzat Miyanəçinin sufi məzmuna əsərlərini başqalarınınkından ayırın.

1 – “Riyazül Arifin”

2 – “Peyğəmbərliyin mənası haqqında maraqlı bəhs”

3 – “Hədiqətül – həqayiq”

4 – “Təmhidat”

A) 3; 4

B) 1; 3

C) 1; 2

D) 2; 4

E) 2; 3

46. Əsərləri və müəllifləri tarixi ardıcıllıqla sıralayın.

1 – “Təbriz zəlzələsi və Məmlanın tərifi”(Q. Təbrizi)

2 – “İşıq Heykəllər”(Ş. Sührəvərdi)

3 – “Banət – suad” qəsidəsinin şərhi”(X. Təbrizi)

A) 2; 3; 1

B) 1; 2; 3

C) 3; 2; 1

D) 3; 1; 2

E) 1; 3; 2

47. Əsərlərin ardıcıllığı necə olmalıdır?

1 – “Təmhidat”(E. Miyanəçi)

2 – “Xətmül – qəraib” (Xaqani)

3 – “Səid İbn Xalidə qəsidə”(Musa Şəhavat)

4 – “Məqsurə”nin şərhi (X. Təbrizi)

A) 3; 1; 4; 2

B) 4; 3; 2; 1

C) 1; 2; 3; 4

D) 2; 1; 4; 3

E) 3; 4; 1; 2

48. Təriqətçi ədiblərin əsərlərini müəlliflərinə görə uyğunlaşdırın:

I – Baba Kuhi Bakuvi; II – E. Miyanəçi; III – Ş. Sührəvərdi

1 – “Həqiqətül – eşq”

2 – “Büğəl – bəhs”ən mənəl bəhs”(“Peyğəmbərliyin mənası haqqında maraqlı bəhs”)

3 – “Əxbar əl – Arifin”

4 – “Hədislər”

5 – “Şəkvəəl – qərib”

6 – “İşıq heykəllər”

A) I – 5; 6, II – 3; 4, III – 1; 2.

B) I – 1; 2, II – 3; 4, III – 5; 6.

C) I – 2; 3, II – 1; 6, III – 4; 5.

D) I – 3; 4, II – 2; 5, III – 1; 6.

E) I – 4; 6, II – 2; 5, III – 1; 3

49. Verilmiş fikirləri ünvanlarına uyğunlaşdırın:

I – Eynəlqüzzat Miyanəçi; II – Ş. Sührəvərdi; III –Baba Kuhi Bakuvi

1 – Onun əslən Bakıdan olub ruhani ailəsində doğulduğu yazılır.

2 – Şair mütəfəkkir Həmədanda doğulmuşdur.

3 – Əslən Cənubi Azərbaycanın Sührəvərdi qəsəbəsindəndir.

4 – Yaradıcılığından divanı, “Hədislər”i və sufi görüşlü əsərləri qalmışdır.

5 – Babası, atası və özü Həmədan şəhərində qazilik etmişlər.

6 – Çoxsaylı nəsrlə nəzmin növbələşməsindən ibarət əsərləri vardır.

A) I – 4; 6, II – 2; 5, III – 1; 3

B) I – 1; 2, II – 3; 4, III – 5; 6.

C) I – 5; 6, II – 1; 2, III – 3; 4.

D) I – 1; 6, II – 4; 5, III – 2; 3.

E) I – 2; 5, II – 3; 6, III – 1; 4.

50. Uyğunluğu gözləyin:

I – Şəhabəddin Sührəvərdi; II – Baba Kuhi Bakuvi; III – Eynəlqüzzat Miyanəçi

1 – Əhməd Qəzzali ilə görüş onun həyata baxışını dəyişdirdi.

2 – Sufi şairi Nişapur və Şirazda yaşamış müridlərə rəhbərlik etmişdir.

3 – Şair – filosof “İşraqiyyə” cərəyanının ideoloqu olmuşdur.

4 – Sufi məzmunlu əsərlərinə görə həbs edib Bağdad həbsxanasına salmış, sonra Həmədanda edam etmişlər.

5 – Onu bədxahların fitvası ilə Hələb zindanına saldılar, sonra isə öldürdülər.

6 – Sufi şairinin Şirazda dağdakı qəbri bu gün də ziyarətgahdır.

A) I – 1; 6, II – 2; 5, III – 3; 4.

B) I – 1; 3, II – 4; 6, III – 2; 5.

C) I – 5; 6, II – 3; 4, III – 1; 2.

D) I – 3; 5, II – 2; 6, III – 1; 4.

E) I – 3; 4, II – 1; 6, III – 2; 5

Yüklə 350,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə