##Fakültə: Filologiya ##İxtisas: Azərbaycan ədəbiyyatı tarixi (qədim dövr) ##Bölmə


##num= 8// level= 1// sumtest=23 // name= İSGƏNDƏRNAMƏ xxx //



Yüklə 350,5 Kb.
səhifə8/8
tarix20.08.2018
ölçüsü350,5 Kb.
#63646
1   2   3   4   5   6   7   8

##num= 8// level= 1// sumtest=23 // name= İSGƏNDƏRNAMƏ xxx //


1. Nizami Gəncəvi “İqbalnamə” poemasında “bərabərliklər şəhəri”ni təsvir edərkən “Avesta” nın hansı kitabından və neçənci fəsildən faydalandığı ehtimal olunur ?

A) “Vispered” , 11 - ci karde

B) “Yəsna”, 17 - ci qat

C) “Vendidad”, 21 - ci fərgərd

D) “Yəştlər”, 7 - ci himn

E) “Vendidad”, 1 - ci fəsil

2. “Xoşbəxtlər ölkəsi”Nizaminin hansı əsərində təsvir edilir ?

A) “İsgəndərnamə” də

B) “Sirlər Xəzinəsi”ndə

C) “Xosrov və Şirin”də

D) “Sevgili canan”qəzəlində

E) “Qocalıq” qəsidəsində

3. «İsgəndərnamə» poemasında İsgəndər kimin oğlu kimi təsvir edilir?

A) Dara

B) Feyləqus

C) Kəsra

D) Hörmüz

E) Mənzər

4. “Şərəfnamə” və «İqbalnamə» ilə bağlı uyğunluğu tapın.

I. “Şərəfnamə”

II. «İqbalnamə»

1 - “İsgəndərnamə” poemasındadır

2 - Qəhrəmanlığı, şərəfi ifadə edir.

3 - Ağlı, biliyi ifadə edir

4 - Poemanın birinci hissəsidir

5 - İsgəndər peyğəmbərlik səfərinə çıxır

A) I – 1, 2; II - 1, 3, 2

B) I – 1, 3, 4; II – 1, 2, 5

C) I – 1, 4, 2; II – 2, 4, 5

D) I - 1, 2, 4, 5; II – 1, 3, 5

E) I - 2, 1, 5; II - 2, 3, 4

5. «İsgəndərnamə» poemasında «Şərəfnamə»nin tərcüməsi kimə məxsusdur?

A) M. Rzaquluzadəyə

B) R. Rzaya

C) S. Rüstəmə

D) S. Vurğuna

E) A. Şaiqə

6. Zəngibar şahının hansı hərəkətini elçi ilə gedənlər İsgəndərə danışdı?

A) təslim olmayacağını

B) səmimiyyətini

C) elçini öldürtdürüb qanını şüşə ilə içməsini

D) qəhrəmanlığını

E) elçini əsir etməsini

7. Poemaların yazılma ardıcıllığını tarixilik baxımından müəyyənləşdirin.

1 - «İsgəndərnamə»

2 - «Xosrov və Şirin»

3 - «Yeddi gözəl»

4 - «Leyli və Məcnun»

5 - «Sirlər xəzinəsi»

A) 3, 2, 4, 5, 1

B) 5, 2, 4, 3, 1

C) 1, 5, 3, 4, 2

D) 5, 3. 4. 2, 1

E) 4, 2, 1, 3, 4

8. Daranın elçiləri İsgəndərə nəyi xatırlatdı?

A) köhnəlmiş xəracı verməməsini

B) Daraya etinasızlığını

C) müharibə aparmaq istədiklərini

D) müharibələri dayandırmasını

E) Zəngibar hökmdarına nahaq hücum etməsini

9. Dara İsgəndərə nələri göndərdi?

A) Top, çövqan, bir çuval küncüd

B) bir çuval küncüd

C) top, çövqan

D) iki çuval üzərlik

E) top və üzərlik

10. Dara və İsgəndər obrazları ilə bağlı uyğunluğu müəyyənləşdirin.

I. Dara obrazı

II. İsgəndər obrazı

1 - “İsgəndərnamə” poemasındadır

2 - Hökmdar obrazıdır

3 - İran hökmdarıdır

4 - Feyləqusun oğludur

5 - Peyğəmbərlik səfərinə çıxır

A) I – 1, 3, 4; II – 1, 2, 5

B) I - 1, 2, 3; II – 1, 2, 4, 5

C) I – 1, 4, 2; II – 2, 4, 5

D) I – 1, 2; II - 1, 3, 2

E) I - 2, 1, 5; II - 2, 3, 4

11. Dara kim tərəfindən və harada öldürülür?

A) özünün iki sərkərdəsi tərəfindən, döyüşdə

B) yatdığı yerdə

C) İsgəndər tərəfindən

D) xidmətçisi tərəfindən

E) öz əcəli ilə

12. Ərəstu İranın işğalından sonra kimlə Yunana gəlir?

A) İsgəndərusla

B) İsgəndərlə

C) əsirlərlə

D) Daranın qızı Rövşənəklə

E) belə bir hadisə olmur

13. İsgəndər İranı işğal etdikdən sonra hara səfər edir?

A) Ərəbistana, Kəbə ziyarətinə

B) Bərdəyə

C) Misirə

D) Çinə

E) Hindistana

14. Ərəstu və İsgəndər obrazları ilə bağlı uyğunluğu müəyyənləşdirin

I. Ərəstu obrazı

II. İsgəndər obrazı

1 - “İsgəndərnamə” poemasındadır

2 - Daranın qızı Rövşənəklə Yunana gəlir

3 - Alim obrazıdır

4 - Feyləqusun oğludur

5 - Peyğəmbərlik səfərinə çıxır

A) I – 1, 2; II - 1, 3, 2

B) I – 1, 3, 4; II – 1, 2, 5

C) I – 1, 4, 2; II – 2, 4, 5

D) I - 1, 2, 3; II – 1, 4, 5

E) I - 2, 1, 5; II - 2, 3, 4

15. Hind hökmdarı İsgəndərə hansı hədiyyələri göndərir?

A) qızını, yaqutdan cam, filosof, təbib

B) yaqutdan cam

C) təbib, filosof

D) qızını

E) heç bir hədiyyə göndərmir.

16. Rum və Çin nəqqaşlarının yarışı hansı poemadadır?

A) «Sirlər xəzinəsi»

B) «Xosrov və Şirin»

C) «Yeddi gözəl»

D) «Leyli və Məcnun»

E) «İsgəndərnamə»

17. Aşağıdakı misralarda ardıcıllığı müəyyənləşdirin.

1 - O böyük , ağıllı, ayıq hökmdar,

2 - Öz şahlıq taxtında tutarkən qərar,

3 - Əmr etdi, verildi belə bir fərman:

4 - Alimdir gözümdə ən əziz insan.

5 - Elmə hünərlə başqa cür heç kəs. . .

A) 5, 3. 4. 2, 1

B) 3, 2, 4, 5, 1

C) 1, 5, 3, 4, 2

D) 1, 2, 3, 4, 5

E) 4, 2, 1, 3, 4

18. «Əflatunun çalğı aləti qayırması» hansı poemadadır?

A) «İsgəndərnamə»

B) «Xosrov və Şirin»

C) «Yeddi gözəl»

D) «Leyli və Məcnun»

E) «Sirlər xəzinəsi»

19. İsgəndər hindli qoca filosofdan nələri şərh etməyi xahiş edir?

A) yuxu görməni

B) Yuxu görmə və göz dəyməni

C) göz dəyməni

D) ölümü

E) insan təbiətini

20. İsgəndər yeddi alimlə nə haqqında danışır?

A) həyatın yaranmasından, dörd ünsürdən

B) yuxu görmə

C) göz dəymə

D) ölüm

E) insan təbiəti

21. Aşağıdakı epik qəhrəmanlardan Nizami Gəncəviyə aid olmayanları seçib göstərin.

1 - Şirin

2 - Vamiq

3 - Bəhram

4 - Xosrov

5 - Gündöğdu

6 - Qeys

7 - Ramin

8 - Leyli

9 - Fərhad

10 - İsgəndər

A) 4, 7, 10

B) 1, 3, 8

C) 2, 5, 7

D) 3, 8, 9

E) 5, 8, 10

22. “İsgəndərnamə” poemasına aid olan obrazları seçib göstərin.

1 - Şirinə

2 - Şapura

3 - Hörmüz

4 - Xosrov

5 - İsgəndər

6 - Dara

7 - Nüşabə

A) 1, 4, 5, 2

B) 5, 6, 7

C) 3, 4, 7, 8

D) 2, 3, 5, 6

E) 1, 2, 3, 4

23. “İsgəndərnamə” poemasına aid olmayan obrazları seçib göstərin.

1 - Rövşənək

2 - Şapura

3 - Şəkər

4 - Xosrov

5 - İsgəndər

6 - Dara

7 - Nüşabə

A) 2, 3, 5, 6

B) 1, 4, 5, 2

C) 3, 4, 7, 8

D) 2, 3, 4

E) 1, 2, 3, 4


Yüklə 350,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə