Fakultə: Ümumi İqtisadiyyat Qrup: 22 a tələbənin adı: Asif İsmayılov



Yüklə 11,78 Kb.
tarix01.04.2018
ölçüsü11,78 Kb.


Azərbaycan Dövlət İqtisad Universiteti.


Fakultə: Ümumi İqtisadiyyat
Qrup: 22 A
Tələbənin adı: Asif İsmayılov
Sərbəst iş
Hazır məhsulun buraxılışı və satışının uçotu
Kalkulyasiyaedici hesablara o hesablar daxildir ki, onların vasitəsilə istehsal olunmuş və satılmış məhsulların maya dəyəri müəyyən olunur. Bu qrup hesablara «Əsas istehsalat», «Köməkçi istehsalat» və «Kapital qoyuluşu» hesabları daxildir.
İqtisadi məzmununa görə «Əsas istehsalat» hesabında aşağıdakı mühasibat uçotu yazılışları aparılır: «Əsas istehsalat» hesabı müəssisənin yaradılmasının əsas məqsədi hesab olunan məhsulun (işin, xidmətin) istehsalına çəkilən məsrəflər haqqında məlumatların ümumiləşdirilməsi üçün nəzərdə tutulmuşdur. «Əsas istehsalat» hesabının debetində bilavasitə məhsul buraxılışı, yerinə yetirilən iş və göstərilən xidmətlərlə əlaqədar birbaşa məsrəflər, eləcə də köməkçi istehsalatların xərcləri, əsas istehsalata xidmət və onun idarə edilməsi ilə bağlı qeyri-müstəqim xərclər və zay edilmədən əmələ gələn itkilər əks etidirilir. Bilavasitə məhsul baraxılışı, yerinə yetirilən iş və göstərilən xidmətlərlə əlaqədar olan birbaşa xərclər, istehsalat ehtiyatlarını, əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaları və s. uçota alan hesabların kreditindən «Əsas istehsalat» hesabının debetinə silinir.
İstehsalı başa çatmış məhsulun, yerinə yetirilmiş iş və xidmətlərin faktiki maya dəyərinin məbləğləri əks etdirilir. Bu məbləğlər «Əsas istehsalat» hesabının kreditindən «Hazır məhsul», «Məhsul (iş, xidmət) satışı», «Məhsul (iş, xidmət) buraxılışı» və s. hesabların debetinə yazılmaqla silinir. «Əsas istehsalat» hesabı üzrə ayın axırına olan qalıq bitməmiş istehsalın dəyərini göstərir.
İqtisadi məzmununa görə «Köməkçi istehsalat» hesabında aşağıdakı mühasibat yazılışları aparılır: «Köməkçi istehsalat» hesabı müəssisənin əsas istehsalı, yaxud əsas fəaliyyəti üçün köməkçi (yardımçı) olan istehsalatların məsrəfləri haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.
«Köməkçi istehsalat» hesabının debeti üzrə bilavasitə məhsul buraxılışı işinin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar birbaşa xərclər, habelə köməkçi istehsalatlara xidmət və onların idarə edilməsi ilə əlaqədar qeyri-müstəqim xərclər və zay nəticəsində itkilər əks etdirilir. Bilavasitə məhsul buraxılışı, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar istehsalat ehtiyatlarını, əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaları və s. uçota alan hesabların kreditindən «Köməkçi istehsalat» hesabının debetinə silinir.
«Köməkçi istehsalat» hesabının krediti üzrə istehsalı başa çatmış məhsulların, yerinə yetirilmiş işlərin faktiki maya dəyərləri əks etdirilir.
Toplayıcı-bölüşdürücü hesabların təyinatı istehsalın ayrı-ayrı forma və mərhələlərində məsrəflərin toplanması və bölüşdürülməsindən ibarətdir. Bu qrup hesablara misal olaraq «Ümumi istehsalat xərcləri», «Ümumtəsərrüfat xərcləri» və «Tədavül xərcləri»ni göstərmək olar. Həmin hesabların xüsusiyyəti ondadır ki, hesabat dövrünün sonunda hesablar bağlanır, yəni onlarda toplanmış bütün xərclər uçot obyektləri üzrə bölüşdürülür və qalıq qalmaqla müəssisə balansında əks olunmur.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə