Fakultə: Ümumi İqtisadiyyat Qrup: 22a tələbənin adı: İsmayılov Asif



Yüklə 11,43 Kb.
tarix22.11.2017
ölçüsü11,43 Kb.


Azərbaycan Dövlət İqtisad Universiteti


Fakultə: Ümumi İqtisadiyyat
Qrup: 22A
Tələbənin adı: İsmayılov Asif


Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin uçotu
Hər bir müəssisənin təsərrüfat fəaliyyəti üçün müəyyən əsas vəsaitləri lazım olur. Yəni əsas vəsaitlərsiz təsərrüfat prosesini düşünmək olmaz. Buna görə də, müəssisənin mühasibat uçotunda əsas vəsaitlərin və onların uçota alınmasının böyük rolu var.

Əsas vəsaitlər – hər bir müəssisənin maddi-texniki əsasını təşkil etməklə qeyri dövriyyə aktivi sayılır. Əsas vəsaitin əsas xüsusiyyətləri ondadır ki, əsas vəsaitlər müəssisənin istehsal və xidmət təsərrüfat fəaliyyətində uzun müddət iştirak edir, köhnəldikcə öz dəyərini hissə-hissə istehsal olunan məhsulun dəyərinə keçiri. Bundan başqa əsas vəsaitlər istehsal əməliyyatlarında özünün natural formasını saxlayır və əlavə olaraq iqtisadi fayda verir.

Əsas vəsaitlər mühasibat uçotunda ilkin dəyəri ilə əks etdirilir. Qeyd etmək lazımdır ki, ilkin dəyərə əsas vəsaitin alınmasına, quraşdırılmasına, hazırlanmasına çəkilən faktiki xərc məbləğləri daxildir. Öz mülkiyyətində torpaq sahələrindən başqa əsas vəsaitlərin ilkin dəyəri onlar yenidən qiymətləndirildikdə, yenidən qurulduqda, onlarda yeni tikinti işləri aparıldıqda, onlara yeni avadanlıqlar quraşdırdıqda və onların müvafiq obyektləri qismən ləğv edildikdə dəyişdirilə bilər.

Əsas vəsaitlər istehsal əməliyyatının mühüm amillərindən biri olduğuna görə onların dəyəri məhsul istehsalına çəkilən xərclərin tərkibində öz əksini tapır. Bu da əsas vəsaitlərin dəyərini müəyyən dövr ərzində istehsal olunmuş məhsulların, görülmüş işlərin maya dəyərinə və ya tədavül xərclərinə silinməsi yolu ilə icra olunur. Bununlada bağlı olaraq əsas vəsaitlərin amortizasiyası yəni başqa sözlə köhnəlməsi hesablanır.



Qeyri-maddi aktivlərə təsərrüfat fəaliyyətində uzun müddət istifadə edilən (bir ildən artıq vaxta), gəlir gətirən vəsaitlər daxildir. Bu əmlak qrupuna gəlir gətirən torpaq sahələri, təbii ehtiyatlardan istifadə hüquqları, patentlər, lisenziyalar, proqram məhsullar, xüsusi fəaliyyət növünə verilən lisenziyalar, ticarət markaları, əmtəə nişanları və s. aiddir.
Mühasibat uçotu və hesabatında qeyri-maddi aktivlər onların alınması, hazırlanması və nəzərdə tutulmuş məqsəd üçün istifadə olunma vəziyyətinə satılması üçün sərf olunmuş məsrəflər məbləği üzrə əks olunur.
Yoxlamada auditor xatırında saxlamalıdır ki, qeyri-maddi aktivlər uçotda o vaxt əks oluna bilər ki, onun forması (sxem, nümunəsi, müəllif vəsiqəsi, layihəsi və s.) olmaqla alqı-satqı obyekti kimi istifadə olunsun qanunla müəyyən olunmuş real qiyməti olsun və gəlir gətirməklə, alınmasına dair sübutedici sənədlər rəsmiləşdirilsin.
Auditor qeyri-maddi aktivlərin düzgün qiymətləndirilməsini, hərəkətinin uçotunu və dəyəri üzrə köhnəlmə (amartizasiya) hesablaşmasını yoxlamalıdır.
Qeyri-maddi aktivlər müəssisəyə təsisçilər tərəfindən nizamnamə kapitalına qoyulmuş formasında, alış vasitəsliə və müəssisənin özündə yaranmaqla, debitor borcla əlaqədar daxil olan və əvəzsiz verilmə əsasında daxil olur.
Auditor onu da xatırlamalıdır ki, qeyri-maddi aktivlərin alınması, yaradılması ilə əlaqədar olan məsrəflər kapital qoyuluşu xarakteri daşıyır və onlar bilavasitə istifadə yerinə verilənə qədər uzunmüddətli kapital qoyuluşu kimi 08 №-li «kapital qoyuluşu» hesabında əks olunur.
Qeyri-maddi aktivlərin uçotu əsas vəsaitlərin uçotu qaydasında aparılır. Ona görə də yoxlama üçün əsas informasiya mənbəi analitik uçot üzrə aparılmış uçot, qəbul-təhvil aktı, ləğv olunma aktı və s. sənədlərdən istifadə edilməlidir.
Müəssisənin mülkiyyətində olan qeyri-maddi aktivlərin, mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün mühasibat uçotu hesablar planında 04№-li «Qeyri-maddi aktivlər» hesabı nəzərdə tutulmuşdur.





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə