##Fakültənin adı: Coğrafiya və ÇH ##İxtisas: Coğrafiya


##num=4// level= 1// sumtest=24 // name= Böyük coğrafi kəşflərdən əvvəl orta əsrlərdə ərəblərin və türk dünyasının coğrafiyanın inkişafında rolu //



Yüklə 0,69 Mb.
səhifə4/14
tarix23.11.2017
ölçüsü0,69 Mb.
#11875
1   2   3   4   5   6   7   8   9   ...   14

##num=4// level= 1// sumtest=24 // name= Böyük coğrafi kəşflərdən əvvəl orta əsrlərdə ərəblərin və türk dünyasının coğrafiyanın inkişafında rolu //


1. Magellanın dünya səyahətinə çıxma tarixi:

A) 20. 09. 1519

B) 19. 09. 1520

C) 15. 04. 1512

D) 17. 08. 1521

E) 20. 09. 1523

2. Magellanın hansı gəmisi qəzaya uğramaqla ekspedisiya sırasından çıxmışdır?

A) Santyaqo

B) Viktoriya

C) Konsepsion

D) Trinidad

E) San - Antonio

3. Magellan ekspedisiyasının əsas əhəmiyyəti nədən ibarət olmuşdur?

A) Yerin kürə formasında və dünya okeanının vəhdəti sübut olunmuşdur

B) Yerin kürə formasında olması və Cənubi Amerikanın mövcudluğu sübut olunmuşdur

C) Yerin kürə formasında olması və Dreyk boğazı aşkar olmuşdur

D) Yerin kürə formasında olması və Antraktidanın mövcud olması aşkar edilmişdir

E) Yerin kürə formasında olması və Avstraliyanın mövcudluğu sübut olunmuşdur

4. Neçənci tarixdə və hansı gəmi 18 nəfər heyyətlə vətənə qayıda bilmişdir?

A) 6. X. 1522 – ci il “Viktoriya”

B) 6. X. 1522 – ci il “Konsepsion”

C) 15. X. 1523 – cü il “San – Antonio”

D) 6. XII. 1522 – ci il “Santyaqo”

E) 10. XI. 1522 – ci il “Trinidad”

5. Sakit okeandakı adalarda avropalıların məskunlaşması hansı səyyahın ekspedisiyasından sonra başlamışdır?

A) Ceyms Kukun

B) Abel Tasmanın

C) Fernando Magellanın

D) Vasko da - Qamanın

E) Ameriqo Vespuççinin

6. 1610 - 1611 - ci illərdə Şimali Amerikada tədqiqat aparan səyyah Henri Hudzonun əsas məqsədi:

A) Amerikanın şmalından qərb istiqamətdə keçid tapmaq

B) Hazırda adına olan körfəzi müəyyən etmək

C) Labrador yarımadasını tapmaq

D) Ərazilərin relyefini öyrənmək

E) Əhalinin məskunlaşdığı əraziləri müəyyən etmək

7. Magellan ekspedisiyasının üzvləri “Viktoriya” gəmisində hansı tarixdə vətənə qayıda bilmişlər?

A) 1522 – ci il oktyabr 6 - da

B) 1519 – cu il oktyabr 6 - da

C) 1498 – ci il dekabrın 15 – də

D) 1520 – ci il oktyabr 6 - da

E) 1622 - ci il noyabrın 19 - da

8. Ameriqo Vespuççi səyahəti zamanı 22 cənub enliyinə çatması nəyin aydın olması ilə nəticələndi?

A) Kolumbun Hindistanı kəşf etməsi

B) Cənubi Amerikanın bütövlükdə cənub yarımkürəsində yerləşməsi

C) Amerikanın iki materikdən ibarət olması

D) Materiklərin Panama bərzəxi ilə birləşməsi

E) Cənubi Amerikanın Antarktidadan Dreyk boğazı ilə ayrılması

9. Tarix, coğrafiya, astranomiya, riyaziyyat elmlərinə aid 150 - dən yuxarı elmi əsərin müəllifi olan türk dünyasının məşhur alimi?

A) Abu Reyhan Biruni

B) Hacı Zeynalabdin Şirvani

C) Nəsrəddin Tusi

D) İbn Sina

E) Əl Məsudi

10. Norveçlilər neçənci ildə Xəzər dənizi sahilinə çatmışlar?

A) 914 - cü ildə

B) 984 - cü ildə

C) 1005 - ci ildə

D) 1250 - ci ildə

E) 1340 - cı ild

11. 922 - ci ildə Ladoqa gölü ətrafında səyahət etmiş ərəb səyyahı kim olmuşdur?

A) Əhməd İbn Fadlan

B) Əli İbn Rusta

C) İbn Bətutə

D) Əl Məsudi

E) Əl İdrisi

12. 1502 - ci ildə Misir, İskəndəriyyə, Tripoli, Damask, Beyruta səyahət edən və müsəlmanların ilk dəfə müqəddəs yerlərində olan avropalı səyyah kim olmuşdur?

A) Ludovik Vartema

B) Petro Vallenin

C) Marko Polo

D) David Livinqston

E) Henri Stenli

13. Magellana qədər okeanlar arasında boğazın olması haqqında məlumatın mövcud olması, lakin onun gizli saxlanılması fikri hansı alimə məxsusdur?

A) Hellemarda

B) Kopernikə

C) Barasiyə

D) Piri Rəisə

E) Biruniyə

14. Leyf Erikson tərəfindən Şimali Amerika neçənci şimal en dairəsinə qədər kəşf olunmuşdur?

A) 400 şm. e

B) 200 şm. e

C) 550 şm. e

D) 800 şm. e

E) 620 şm. e

15. Rodriqo Triananın ilk gördüyü Amerika qitəsinə aid olan ada hansı adalara məxsus idi?

A) Bahan adalarına

B) Böyük antil adalarına

C) Kiçik antil adalarına

D) Zond adalarına

E) Havay adalarına

16. Hansı türk aliminin XVI əsrə məxsus xəritəsində Qrenlandiyanın üç adadan ibarət olması öz əksini tapır?

A) Piri Rəisin

B) Nəsrəddin Tusinin

C) Əl – Məsudinin

D) İbn – Bətutənin

E) İbn Sinanın

17. Dünyanın ikinci böyük adası olan Yeni Qveniya neçənci ildə kəşf olundu?

A) 1526 – cı ildə

B) 1530 – cu ildə

C) 1714 – cü ildə

D) 1492 – ci ildə

E) 1513 – cü ildə

18. Cordono Brunonun yandırılmasının səbəbi?

A) Heliosentrik nəzəriyyənin təbliğatçısı idi

B) Geosentrik nəzəriyyənin təbliğatçısı idi

C) Yeri qalxana bənzədirdi

D) Günəş sisteminin düzülüşünü səhv verirdi

E) Günəşi planetə bənzədirdi

19. 1538 - ci ildə tərtib olunmuş xəritədə hər iki materiki “Şimali” və “Cənubi Amerika” kimi əks etdirən Holland mənşəli kartoqraf:

A) Merkator

B) Toskanelli

C) Ptolomey

D) Behaym

E) Kosmo İndikoplo

20. 1502 - ci ildə Avropada Misirə yola düşən səyyah:

A) Ludovik Vartema

B) Marko Polo

C) Aleksandr Humbolt

D) Qriqori Şelixov

E) Vasili Qolovin

21. 1056 - cı ildə Bermen “Ada elə böyükdür ki, kifayət qədər insanların yaşamasına şərait yaradır” sözləri ilə hansı adanı təsvir edir?

A) İslandiyanı

B) Qrenlandiyanı

C) Böyük Ayı adasını

D) Novaya Zemlya adasını

E) Vrangel adasını

22. 1515 - ci ildə kim tərəfindən düzəldilmiş qlobusda hazırda Magellan adlanan boğazın olmasının məlum olması öz əksini tapmışdır?

A) Şenerin

B) Behaymin

C) Toskonellinin

D) Voldzemjilterin

E) Pirinin

23. 1502 - ci ildə Avropadan Misirə yola düşən, İskəndəriyyə, Tripoli, Damask, Beyrut, Məkkə və Mədinədə olan Avropalı səyyah:

A) Ludovik Vartema

B) Duarte Baposa

C) Vasili Kolesnikov

D) Toskanelli

E) Mixluko - Maklay

24. London krallığının elmi cəmiyyəti tərəfindən təşkil olunmuş ekspedisiyasının əsas məqsədi:

A) Cənubda materikin mövcudluğunu müəyyən etmək

B) Amerikanın cənubundan Sakit okeana dəniz yolu tapmaq

C) Dünya okeanının vəhdətini müəyyən etmək

D) Avrasiyanın şimalından şərq istiqamətdə Çinə dəniz yolu tapmaq

E) Cənubi Amerikanı tədqiq etmək

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə