##Fakültənin adı: Coğrafiya və ÇH ##İxtisas: Coğrafiya


##num=5// level= 1// sumtest=67 // name= Böyük coğrafi kəşflər, Xristofor Kolumb //



Yüklə 0,69 Mb.
səhifə5/14
tarix23.11.2017
ölçüsü0,69 Mb.
#11875
1   2   3   4   5   6   7   8   9   ...   14

##num=5// level= 1// sumtest=67 // name= Böyük coğrafi kəşflər, Xristofor Kolumb //


1. Yeni Zelandiyanı kəşf etməklə onu cənubda yerləşən materikin yarımadası olması fikrini inkar edən səyyah:

A) Ceyms Kuk

B) Vasko Balboa

C) Fernando Magellan

D) Abel Tasman

E) Mikluxo Maklay

2. 1610 – 1611 – ci illərdə Atlantik okeanından Şimal Buzlu okeanı keçməklə Sakit okeana dəniz yolu axtaran ingilis mənşəli səyyah:

A) Henri Hudzon

B) Robert Piri

C) Robert Skott

D) Ceyms Kuk

E) Rual Amundsen

3. Amerika qitəsinin avropalılarla məskunlaşmasının əsası kim tərəfindən və neçənci ildə qoyulmuşdur?

A) Xristofor Kolumb, 1492 – ci ildə

B) Xristofor Kolumb, 14928– ci ildə

C) Fernando Magellan, 1519 - cu ildə

D) Fransisko Pissaro, 1524 – cü ildə

E) Qonsalo Pisarro, 1525 – ci ildə

4. Yeni Zelandiyanı cənubda hər hansı bir materikin yarımadası olması fikrini əsaslandırmağa çalışan səyyah:

A) Abel Tasman

B) Ceyms Kuk

C) Luis de Torres

D) Pedro de Kiros

E) Xoriton Laptyev

5. Yeni dövrün 1502 – ci ildən başlayaraq müsəlmanların müqəddəs şəhərləri Məkkə və Mədinə şəhərlərində olan ilk avropalı səyyah:

A) Ludovik Vartema

B) Pedro Vallenin

C) Çezare Trederiko

D) Duarte Barbosa

E) Xariton Laptyev

6. Şimal Buzlu okeandan Qara dənizədək, Fin körfəzindən Urala qədər olan ərazidə 880 çayı, 60 gölü, 400 şəhəri özündə əks etdirən çertyoju xatırladan xəritə neçənci ildə tərtib olunmuşdur?

A) 1600 – cü ildə

B) 1650 – ci ildə

C) 1620 – ci ildə

D) 1580 – cı ildə

E) 1595 – ci ildə

7. Novaya Zemlyanın iki müstəqil adadan ibarət olması kimtərəfindən və neçənci ildə müəyyən edilmişdir?

A) Yakov Çirakin, 1767 – ci ildə

B) Robert Piri, 1767 – ci ildə

C) Prityof Nansen, 1888 – ci ildə

D) Qriqori Sedov, 1879 – cu ildə

E) Villem Barens, 1580 – cı ildə

8. 1570 – 1579 - cu illərdə ingilis kartoqrafiyasının atası sayılan kim idi?

A) Kristofer Sekston

B) Andres Bure

C) Con Selendin

D) Kelvin

E) Timoti Pont

9. 1627 – ci ildə Skandinaviya yarımadası, Baltik dənizi və onun körfəzlərinin xəritəsi kim tərəfindən tətib olunmuşdur?

A) Andres Bure

B) Timoti Pont

C) İvan Krilov

D) Yakov Çirakin

E) Vasili Şpilkin

10. Xristofor Kolumbun ilk “Hindistan” səyahəti hansı gəmilərlə başlayır?

A) “Santa Maria”, “Pinta”, “Nina”

B) “Santa Maria”, “Pinta”, “San – Antonio”

C) “Pinta”, “Nina”, Santyaqo

D) “Nina”, “Santa Maria”, “Konsepsion”

E) “Trinidad”, “Konsepsion”, “Viktoriya”

11. Avropalıların Amerikada məskunlaşmasının başlanğıcı neçənci ilə təsadüf edir?

A) 1492 – ci ilə

B) 1570 – ci ilə

C) 1458 - ci ilə

D) 1518 - ci ilə

E) 1513 - cü ilə

12. Xristofor Kolumbun neçənci səyahətindən sonra Antil adalarına Avropalıların kütləvi axımı başlanır?

A) 3 - cü

B) 1 - ci

C) 2 - ci

D) 4 - cü

E) Heç birində axım olmadı

13. Amerikanın Kolumbdan 500 il əvvəl Leyf Erikson tərəfindən kəşf olunmasını təsdiq edən sənəd?

A) 1440 – cı ildə tərtib olunmuş xəritənin aşkar olunması

B) 1430 – cu ildə ildə tərtib olunmuş xəritənin aşkar olunması

C) 1420 - ci ildə tərtib olunmuş xəritənin aşkar olunması

D) 1340 – cı ildə tərtib olunmuş xəritənin aşkar olunması

E) 1390 - cı ildə tərtib olunmuş xəritənin aşkar olunması

14. Kolumb Amerikanın kəşf olunmasında istifadə etdiyi xəritə kimə mənsub idi?

A) Paolo Taskanelliyə

B) Nəsrəddin Tusiyə

C) Leyf Eriksona

D) Rodriqo Trianaya

E) Bartolomeyə

15. Neçənci ildə “Yeni Dünyanın” Amerika adlandırılması Martin Valdizemüller tərəfindən təklif olunmuşdur?

A) 1507 – ci ildə

B) 1513 - cü ildə

C) 1502 - ci ildə

D) 1506 - cı ildə

E) 1520 - ci ildə

16. İngilislər Şimali Amerikanın ucqar şimal ərazilərini tədqiq etmək üçün ilk ekspedisiya 1789 –cu ildə kimin rəhbərliyi altında təşkil olundu?

A) Aleksandr Makkenzinin

B) Aleksandr Humboltun

C) La - Salın

D) Fransisko Koronadonun

E) Ponse de Leon

17. Ceyms Kukun dünya səyahəti neçənci ilə təsadüf edir?

A) 1768 – ci ilə

B) 1778 - ci ilə

C) 1755 - ci ilə

D) 1792 - ci ilə

E) 1771 - ci ilə

18. Yeni Zelandiyanın cənubda hər hansı bir materikin olması fikri hansı Hollandiyalı səyyaha aiddr?

A) Abel Tasmana

B) Bassa

C) Kuka

D) Kirosa

E) Mikluxo – Maklaya

19. Ceyms Kukun üçüncü ekspedisiyasında əsas məqsəd nədən ibarət olmuşdur?

A) Amerikanın şımalından qərb istiqamətdə Sakit okeana dəniz yolunu kəçf etmək

B) Antartidanı kəşf etmək

C) Veneranın Günəşin hərəkət diskindən keçməsini müşahidə etmək

D) Asiyanın şimalından şərq istiqamətində Sakit okeanına dəniz yolunu müəyyən etmək

E) Qrenlandiyada tədqiqat işlərini davam etdirmək

20. Ceyms Kukun 1722 – 1775 – ci illəri əhatə edən ikinci ekspedisiyasının qarşıya qoyduğu məqsəd nədən ibarət olmuşdur?

A) Cənubda materikin olmasını müəyyən etmək

B) Yeni Zelandiyanı kəşf etmək

C) Avstraliyanı kəşf etmək

D) Afrikanın cənubundan Hind okeanına su yolunu tapmaq

E) Cənubi Amerikanın cənubundan Sakit okeanına dəniz yolunu müəyyən etmək

21. İtalyan mənşəli Antonio Piqadettanın “İlk dünya səyahəti” əsərində hansı ekspedisiya müddətində baş verən hadisələr öz əksini tapır?

A) Magellan

B) Lisyanski

C) Darvin

D) Tasman

E) Torres

22. 1578 – ci ildən başlayaraq ispan və portuqalların dənizdə monopoliyalarına son qoymuşdur:

A) Frensiz Dreyk

B) Magellan

C) Ceyms Kuk

D) Makkenzi

E) Torres

23. Atlantik okeanından Hind okeanına keçidin əsasını qoyan Bartolomey Diaş neçənci ildə Fırtına burnuna çatmışdır?

A) 1488 – ci ildə

B) 1458 - ci ildə

C) 1592 - ci ildə

D) 1597 – ci ildə

E) 1598 - ci ildə

24. Vasko da Qama hansı çayın mənsəbindən neçənci ildə Hindistana yola düşmüşdür?

A) Taxo, 1497 - ci ildə

B) Sena, 1497 - ci ildə

C) Qorona, 1497 – ci ildə

D) Po, 1498 - ci ildə

E) Temza, 1499 - cu ildə

25. Qərbi Avropa ilə Hindistan, Hind – Çin yarımadası və Çini yaxınlaşdıran Süveyş kanalı neçənci ildə çəkilmişdir?

A) 1869 - cu ildə

B) 1915 – ci ildə

C) 1875 - ci ildə

D) 1809 - cu ildə

E) 1876 - cı ildə

26. Avstraliya materikinə “Terra Avstralis” (Cənub torpağı) adının verilmə təklifi kimə məxsusdur?

A) Flindersə

B) Torresə

C) Tasmana

D) Kirosa

E) Yanszona

27. Hollandiya dənizçisi Abel Tasmanın Yeni Zelandiyanın kəşfində hansı səhv fikrə gəlmişdir?

A) Başqa bir materikin yarımadasıdır

B) Ən böyük adadır

C) Üç adadan ibarətdir

D) Qərbdən şərq istiqamətdə uzanmışdır

E) Məskunlaşmamış adadır

28. Ceyms Kuk kimin arxiv materiallarını Manilada aşkar etməklə özündən 150 il əvvəl başqa bir səyyahın Avstraliyada olmasını müəyyən etmişdir?

A) Torresin

B) Kirosun

C) Tasmanın

D) Bassın

E) Mikluxo - Maklay

29. 1779 – cu il fevralın 22 – də Ceyms Kuk yerli əhali tərəfindən harada öldürülmüşdür?

A) Havay adalarında

B) Antil adalarında

C) Yava adasında

D) Sulavesi adasında

E) Banda adasında

30. 27. 04. 1521 – ci il tarixində yerli əhali toqquşmada Magellan hansı adada həlak oldu?

A) Moktan

B) Komandor

C) Antipod

D) Saxalin

E) Mərcan

31. 1776 - 1779 – cu illərdə Ceyms Kukun neçənci ekspedisiyası Amerikanın şimalından şimal – qərb istiqamətdə Sakit okeana dəniz yolunun kəşf olunmasına həsr olunmuşdur?

A) Üçüncü

B) Dördüncü

C) Birinci

D) İkinci

E) Üçüncü və dördüncü

32. Ceyms Kuk neçənci ildə Yeni Zellandiyaya çatmaqla tədqiqat aparır?

A) 1777 - ci ildə

B) 1771 - ci ildə

C) 1785 - ci ildə

D) 1765 - ci ildə

E) 1585 - ci ildə

33. 1579 – cu ildə Kasparo, 1581 – ci ildə Trederiko hansı ölkələr haqqında avropalılara daha düzgün məlumat verə bilmişdir?

A) İran, İrak, Pakistan, Hindistan

B) İrak, Hindistan Pakistan, İndoneziya

C) Hindistan, Çin, Laos, Myanma

D) Çin, Yaponiya, Koreya, Tailand

E) Laos, Kamboca, Myanma, Hindistan

34. Vasko da Qama 1497 – ci ildə Hindistana səyahəti zamanı sahildən 1000 km qərbə üzməsinin səbəbi nə idi?

A) Cərəyanların təsir dairəsindən çıxmaq

B) Magellan boğazından keçmək

C) Dreyk boğazından keçmək

D) Su və ərzaq təlabatını ödəmək

E) Cənubi Amerika sahilləri ilə tanış olmaq

35. Aleksandr Makkenzinin 1789 – cu ildə başlanan ekspedisiyasında məqsəd:

A) Böyük Nevolniçye gölü ilə Şimal Buzlu okean arasında olan əlaqənin olub – olmamasını müəyyən etmək

B) Amerikanın şimalından sakit okeana qərb yolunu müəyyən etmək

C) Buzlaqların hərəkət istiqamətini müəyyən etmək

D) Tektonik gölləri müəyyən etmək

E) Çay şəbəkəsini tədqiq etmək

36. Ceyms Kukun cənub materikini tapmaq məqsədli ekspedisiyası neçənci illəri əhatə edir?

A) 1772 – 1775 - ci illəri

B) 1773 – 1775 - ci illəri

C) 1774 – 1776 – cı illəri

D) 1775 – 1777 - ci illəri

E) 1773 – 1778 – ci illəri

37. Ceyms Kukun üçüncü ekspedisiyasında məqsəd nə idi?

A) Şimali Amerikanın şimalından qərb istiqamətdə sakit okeana dəniz yolu tapmaq

B) Mərkəzi Amerikadan sakit okeana boğaz axtarmaq

C) Kanadanın şimalında tədqiqat işləri aparmaq

D) Qütb parıltılarını müşahidə etmək

E) Qütb gündüzlərini müşühidə etmək

38. Qrenlandiyanın kəşfi kimə məxsusdur?

A) Erik Raudana

B) Leyf Eriksona

C) Kosmo İndikoploya

D) Hilem de Rubrikə

E) Cerald Bariyə

39. 1610 - 1611 - ci illərdə Şimal Buzlu okeandan qərb istiqamətdə üzməklə Sakit okeana su yolunu tapmağa cəhd göstərən səyyah?

A) Henri Hudzon

B) Robert Piri

C) Rual Amundsen

D) Robert Skott

E) Raudan Erikson

40. İslandiya kimlər tərəfindən, neçənci ildə kəşf olunmuşdur?

A) İrlandlar, 795 - ci ildə

B) Finlər, 879 - cu ildə

C) Norveçlilər, 896 - cı ildə

D) İngilislər, 1020 - ci ildə

E) Portuqallar, 976 - cı ildə

41. Qrenlandiya neçənci ildə kəşf olunub, kəşfi kiminlə bağlıdır?

A) 982 - ci ildə, Erik Raudonla

B) 1000 - ci ildə, Leyf Eriksonala

C) 1250 - ci ildə, Robert Piri

D) 1492 - ci ildə, Xristofor Kolumb

E) 985 - ci ildə, Bartolomey Diaş

42. Veneranın Günəşin hərəkət diskindən keçməsini müşahidə etmək bəhanəsi altında 1769 - cu ildə cənub qütbünə doğru 71cənub en dairəsinə qədər üzən səyyah?

A) Ceyms Kuk

B) Rual Amundsen

C) Robert Piri

D) Robert Skott

E) Bellinshauzen və Lazaryev

43. Çin ərazisinə səyahət etməklə 1863 - cu ildə ilk dəfə onun geoloji xəritəsini tərtib edən amerikan səyyahı?

A) Pampelli

B) Piri

C) İlias

D) Zibold

E) Kar

44. 1515 – ci ildə hansı coğrafiyaşünasın düzəltdiyi qlobusda Cənubi Amerikanın cənubunda boğazın olması öz əksini tapmışdır?

A) Şenerin

B) Kopernikin

C) Jan - Farelin

D) Ptolomeyin

E) Tusinin

45. İspanlar Flippində ilk kaloniyalarını neçənci ildə yarada bildilər?

A) 1565 – ci ildə

B) 1665 – ci ildə

C) 1440 –ci ildə

D) 1750 – ci ildə

E) 1870 – ci ildə

46. Dünyanın sahəsinə görə ikinci böyük adası Yeni Qvineya neçənci ildə kimlər tərəfindən kəşf edildi?

A) 1526 – ci il, portuqallar

B) 1526 – cı il, ispanlar

C) 1560 – cı il, normanlar

D) 1556 – cı il, fransızlar

E) 1605 – cı il, italyanlar

47. 1578 – ci ildə digər dövlətlərin dəniz monopoliyasına son qoymaqla ingilislərə dünya şöhrəti qazandıran kim olmuşdur?

A) Dreyk

B) Torres

C) La - Sal

D) Bonplan

E) Kuk

48. 8. VII. 1497 – ci il tarixdə Taxo çayı mənsəbindən səyahətə çıxan Vasko da Qama hansı tarixdə Hindistana çatmışdır?

A) 20. V. 1498

B) 30. IX. 1498

C) 20. XII. 1497

D) 14. XI. 1499

E) 12. I. 1499

49. Tonqa Arxipelaqı və Fici adaları neçənci ildə, kim tərəfindən aşkar edilmişdir?

A) 1643 – cü ildə Tasman tərəfindən

B) 1543 – cü ildə Tasman tərəfindən

C) 1642 – ci ildə Yanç tərəfindən

D) 1778 – ci ildə Kuk tərəfindən

E) 1740 – cı ildə Berinq tərəfindən

50. Ceyms Kuk 1768 – ci ildə Veneranın hərəkətlərini müşahidə etmək adı altında cənuba üzməkdə məqsədi nədən ibarət olmuşdur?

A) Cənubda ola biləcək kontinenti axtarmaq

B) Hazırki Magellan boğazının mövcudluğunu saxlmaq

C) Folklend adalarını tədqiq etmək

D) Cənubi Amerikanın sahil xəritələrini öyrənmək

E) Hind okeanına dəniz yolu axtarmaq

51. X. Kolumbun ikinci ekspedisiyasının əhatə etdiyi tarixlər?

A) 1493 – 1496 – cı illər

B) 1500 – 1502 – ci illər

C) 1495 – 1497 – ci illər

D) 1492 – 1494 – cü illər

E) 1498 – 1499 – cu illər

52. Xristofor Kolumb üç əsr sonra belə hansı türk aliminin hesablama koordinatlarından səyahəti zamanı istifadə etmişdi?

A) Nəsrəddin Tusinin

B) Əbu Reyhan Biruninin

C) Yaqut - əl – Həmavinin

D) Piri Rəisin

E) İbn Sinanın

53. Vasko da Qamanın Afrikanın cənubundan su yolu axtarmasında məqsəd?

A) Hindistana dəniz yolunu müəyyən etmək

B) Avstraliyaya dəniz yolunu tapmaq

C) Ərəbistan yarımadasına su yolunu müəyyən etmək

D) Çinə su yolunu müəyyən etmək

E) Sakit okeana şərq istiqamətdə su yolunu müəyyən etmək

54. Erik Raudanın ən böyük kəşfi olmuşdur?

A) Qrenlandiyanın kəşfi

B) İrlandiyanın kəşfi

C) Qvineyanın kəşfi

D) İslandiyanın kəşfi

E) Kubanın kəşfi

55. Xristofor Kolumbun istifadə etdiyi xəritə kim tərəfindən tərtib edilmişdir?

A) Taskanelli tərəfindən

B) Valdzemüller tərəfindən

C) Behaym tərəfindən

D) Kepernik tərəfindən

E) Ptolomey tərəfindən

56. Minaylarla Misir arasında ticarət əlaqələri yaranmışdır:

A) E. ə. 2000 - ci ildə

B) E. ə. 4000 - ci ildə

C) E. ə. 3400 - cü ildə

D) 300 - cü ildə

E) 350 - ci ildə

57. Vasko da Qama hansı çayın mənsəbindən çıxmaqla Hindistana yola düşmüşdür?

A) Taxo

B) Qorona

C) Po

D) Reyn

E) Sena

58. 1502 - ci ildə Cənubi Amerikanın cənub - şərqindəki Folklend adaları kim tərəfindən kəşf olunmuşdur?

A) Con Devis

B) Fernando Magellan

C) Ameriqo Vespuçi

D) Vitvos Berinq

E) Yerofey Xabarov

59. Çinə çatmaq ideyasını həyata keçirmək üçün kimin səyahətə çıxması üçüncü dovrün başlanğıcı kimi əlamətdar hadisə sayılır?

A) X. Kolumbun

B) F. Magellanın

C) B. Diaşın

D) V. Balboanın

E) M. Polonun

60. 1524 - cü ildə Kortesanın hərbi dəstəsinin meksikanı zəbt etməsi ə ilə nəticələndi?

A) Latın Amerikasında ispanların məskunlaşması ilə

B) İngilislərin məskunlaşması ilə

C) Meksikanın yerli xalqının inkişafı ilə

D) Sənaye sahələrinin yaranması ilə

E) Vasko Balboanın Sakit okeanı müəyyən etməsi ilə

61. 1466 - cı ildə Tverdən başlayaraq Hindistana səyahət edən rus səyyahı:

A) Afanasi Nikitin

B) Yuri Fyodoroviç

C) Vasili Mixayloviç Qolovin

D) Fyodor Pavloviç Litke

E) Mikluxo - Maklay

62. Nəsrəddin Tusinin hesablama kordinantlarından 3 əsr sonra belə istifadə edən avropalı səyyah kimdir?

A) X. Kolumb

B) A. Vespuçi

C) F. Magellan

D) Leyf Erikson

E) Erik Raudan

63. Şimali Amerikanın ilk tərtib olunmuş xəritəsi kimə məxsusdur?

A) Piri Rəisə

B) Ameriqo Vespuçiyə

C) Fernando Magellana

D) Xristofor Kolumba

E) Eratosfen Kerenskiyə

64. Türk dünyasının ən görkəmli alimlərindən hansı Qrenlandiyanın üç adadan ibarət olması fikrini söyləmiş və tərtib etdiyi xəritədə göstərmişdir?

A) Piri Rəis

B) Yaqut Əl - Hərami

C) Biruni

D) Tusi

E) Çələbi

65. “Rodriqo Osmanlı dəniz qüvvələrinə aid bir kişi idi” sözləri ilə Rodriqonun türk olmasına işarə edən kim olmuşdur?

A) Xristofor Kolumb

B) Ameriqo Vespuçiyə

C) Piri Rəis

D) Katib Çələbi

E) Marko Polo

66. 1768 - ci ildə “Endevor” gəmisində Veneranın Günəşin hərəkət diskini keçməsini müşahidə etmək bəhanəsi ilə cənubda materikin axtarılması ekspedisiyasına rəhbərlik kimə məxsus olmuşdur?

A) Ceyms Kuka

B) Rual Amundsen

C) Robert Skotta

D) Robert Piriyə

E) Kruzenştern və Lazaryevə

67. Ceyms Kukun 1776 - 1779 - cu illəri əhatə edən ekspedisiyasının məqsədi:

A) Amerikanın şimalından Sakit okeana su yolu axtarmaq

B) Cənubi Amerikanın cənubundan Sakit okeana su yolu axtarmaq

C) Antarktida materikini kəşf etmək

D) Avstraliyanı kəşf etmək

E) Yerin kürə şəklində olmasını sübut etmək

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə