Fakultəsi “İqtisadiyyat Marketinq və Menecment Kafedrası


İnvestisiya qoyuluşlarının dövlət



Yüklə 365,5 Kb.
səhifə2/4
tarix14.09.2018
ölçüsü365,5 Kb.
#68653
1   2   3   4

1.2. İnvestisiya qoyuluşlarının dövlət

tənzimlənmsinin zəruriliyi
İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsi dedikdə, öl­kədə vahid iqtisadi, elmi-texniki, sosial siyasətin həyata keçiril­məsi üçün kompleks tədbirlər sistemi başa düşülür. Bu tədbirlərin maliyyələşdirilməsi respublika və yerli büdcələr və şəxsi vəsait­lər hesabına yerinə yetirilir. İnvestisiya qoyuluşları başlıca olaraq ölkənin ictimai tələbatının ödənilməsinə, iqtisadiyyatın strateji sahələrinin inkişafına yönəldilir. Təsərrüfat və mülkiyyət forma­larından asılı olmayaraq respublikada investisiya qoyuluşları fəa­liyyətdə olan ölkə qanunvericilik aktları ilə tənzimlənir. Dövlət, respublikanın sosial-iqtisadi inkişafını tənzimləmək və habelə, xalq təsərrüfatında lazımi nisbətlərin yaradılması, istehsal və so­sial infrastrukturunun formalaşmasına da ciddi nəzarət edir.

Məlum olduğu kimi, hər hansı bir istehsal və sosial sahələ­rinin yaradılması, yenidən qurulması, genişləndirilməsi və belə­liklə, məşğulluğun təmin edilməsi müvafiq investisiya qoyuluşla­rını və ondan daha səmərəli istifadə edilməsini tələb edir.

Bunun üçün ölkə lazımi maliyyə, material resurslarına malik olmalıdır. Əks halda milli iqtisadiyyatın formalaşdırılmasını və inkişafını təmin etmək məqsədilə ölkəyə xarici investorların cəlb edilməsi zəruriyyətə çevrilir. Məhz buna görə də, müasir bazar iqtisadiyyatı şəraitində respublikamızda xarici ölkələrin marağına və Azərbaycan milli iqtisadiyyatının inkişafına tam uyğun olaraq, qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirilməsi imkanı ya­radılır.

Cəmiyyət üzvlərinin artmaqda olan sosial-iqtisadi tələbatı­nın ödənilməsi mövcud istehsal potensialından tam və səmərəli isti­fadə edilməsini bir vəzifə kimi qarşıya qoyur. Bu baxımdan xarici investisiya qoyuluşlarının rolu və əhəmiyyəti son dərəcə yüksəl­miş olur. Ölkədə makroiqtisadi göstəricilərin yüksəldilməsi milli daxili məhsulun strukturunda aparıcı sahələrin, xüsusilə, strateji sahələrin rol və əhəmiyyətinin getdikcə artırılmasını tələb edir. Bu cəhətdən, respublikaya xarici investisiya qoyuluşlarının artırılması və onun dövlət tərəfindən tənzimlənməsi, iqtisadiyya­tın inkişa­fında lazımi proporsiyaların təmin edilməsi böyük elmi və prak­tiki əhəmiyyət kəsb edir.

Respublikada artıq çoxukladlı bazar iqtisadiyyatı inamla formalaşmaqdadır. Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasə­tin nəticəsində iqtisadiyyatımızın dünya iqtisadiyyatına geniş in­teqrasiya zəminində qurulması və inkişaf etdirilməsi real zəru­riyyətə çevrilmişdir. Respublikanın uzaq xaric və MDB ölkələri ilə iqtisadi əlaqələrinin inkişafı milli iqtisadi mənafelərin gözlə­nilməsinə təminat verən dövlət proqramları əsasında həyata keçi­rilir. Həmin proqramda bir tərəfdən xarici investisiyaların cəlb edilməsi əsasında ölkənin ixracat potensialını artırmaq, digər tə­rəfdən, xarici-iqtisadi əlaqələrin getdikcə daha da genişləndiril­məsi nəzərdə tutulur. Bu baxımdan hələ 1994-cü il 20 sentyab­rda imzalanmış «Əsrin müqaviləsi»nin sosial-iqtisadi əhəmiyyəti əvəzedilməzdir. Belə ki, 1999-cu ilin 19 avqustunda «Əsrin mü­qa­viləsi»nin beşinci il dönümünün keçirilməsi haqqında Azərbay­can Respublikası Prezi­dentinin imzaladığı xüsusi sərəncam tarixi əhəmiyyət kəsb edir. Həmin sərəncamda göstərilir ki, beynəlxalq aləmdə «Əsrin müqaviləsi» adını almış bu sazişin bağlanması müstəqil Azər­baycan Respublikasının həyatında tarixi hadisə kimi qiymətləndi­rilir. «Əsrin müqaviləsi»nin imzalanması Azərbayca­nın müstəqil dövlət olaraq öz milli sərvətinə tam sahib olduğunu dünyaya bir daha göstərdi. Azərbaycan iqtisadiyyatının dünya iq­ti­sa­diyyatına inteqrasiyası üçün tam əsas yaratdı. Beləliklə, bey­nəlxalq konser­sium yaradılaraq, indiyədək respublikada 19 neft müqaviləsi bağlanmış və bu mühüm problemdə 14 xarici ölkədə 33 iri məş­hur şirkətlərin iştirakları təmin edilmişdir. Hesablama­la­ra görə bu mühüm sazişlər respublikada karbohidrogen ehtiyat­la­rından isti­fadə sahəsində ölkəni Xəzər regionunda aparıcı möv­qe­yə çıxa­racaqdır. Təhlil göstərir ki, indiyədək «Əsrin müqavi­ləsi»nin həyata keçirilməsi ilə bağlı 2,4 milyard ABŞ dolları məbləğində investisiya qoyulmuşdur. Ümumiyyətlə, neft-qaz ha­si­latı üzrə bağlanmış müqavilələr 30 il müddətinə nəzərdə tu­tul­muşdur ki, bunun da nəticəsində respublikamıza ümumilikdə 60 milyarda yaxın ABŞ dolları məbləğində investisiya qoyuluşları nəzərdə tutulur. Bu barədə daha geniş təsəvvürə malik olmaqdan ötəri 1№-li cədvəlin rəqəmlərinə nəzərə salmaq lazımdır.
Cədvəl 1

Neft yataqlarının layihə istismarına nəzərdə tutulmuş

xarici inve­stisiyaların həcmi




Neft yataqları

İstehsalın həcmi (mln.t.)

İnvestisiya (mlrd. ABŞ dol. hesabı ilə)

Azər­bayca­nın payı (fa­izlə)

1.

«Azəri», «Çıraq», «Gü­nəşli»

630,0

12-14

10,0

2.

«Qarabağ»

80-150

1,7-2,0

7,5

3.

«Şahdəniz»

100,0

4,0

10,0

4.

«Dan ulduzu-Əşrəfi»

100-150,0

1,5-2,0

20,0

5.

«Lənkəran-Talış-dəniz»

100,0

1,5-2,0

25,0

6.

«Yalama» (D-222)

100,0

1,5-2,0

40,0

7.

«Abşeron»

150-300

3-3,5

50,0

8.

«Naxçıvan» (Keçmiş D-3)

75-100

5,0

50,0

9.

«Oğuz»

75,0

2,0

50,0

10

«Kürdaşı»

90-120

2,0

50,0

11

«Güney-Qərib-Qobustan»

30-60

0,3-0,5

20,0

12

«İnam»

150-250

3-4

50,0

13

«Muradxanlı»

80-80

1-1,5

50,0

14

«Alov», «Araz», «Şərq»

150-300

9,0

40,0

15

«Kürsəngi», «Qarabağlı»

60-90

0,5-0,8

50,0

16

«Atəşgah»

100,0

2,0

50,0

17

«Zəfər», «Məşəl»

120-150

2,0

50,0

18

«Lerik-dəniz», «Savalan»

100-120

2,0

50,0

19

«Padar»

50-100

0,8-1,0

20,0

Aparılan hesablamalardan məlum olduğu kimi, Azərbayca­nın müqavilələrdə iştirak payı 7,5 faizdən 50 faizə qədərdir (bax: 1№-li cədvəl). Qeyd etmək lazımdır ki, müqavilələrdə iştirak edən hər bir şirkətin payı müəyyənləşdirilmişdir. Məsələn, «Əs­rin müqaviləsi» ilə dünyanın 6 ölkəsindən 2 şirkət arasındakı pay bölgüsü aşağıdakı kimi nəzərdə tutulmuşdur. «Britiş Petrolium» (İngiltərə) – 17,12%, «Yunokal» (ABŞ) – 10,5%, «Statoyl» - 8,56%, «Ekson» - 8,0%, «Türk petrolları» (Türkiyə) – 6,75%, «Penzoyl» (ABŞ) – 4,81%, «İtoçu» (Yaponiya) – 3,92%, «Ramko» (İngiltərə) – 2,08%, «Delta» (Səudiyyə Ərəbistanı) – 1,68%-dır. Qeyd etdiyimiz kimi, neft yataqlarının birgə işlənməsi 25-30 il müddətinə nəzərdə tutulur ki, bu da XXI əsrin astana­sında Azərbaycan sosial-iqtisadi inkişafının daha da yüksəldilmə­sinin təməlini qoymuş olacaqdır. Nəzərdə tutulan milyardlarla xarici investisiya qoyuluşları ümumilikdə iqtisadiyyatın, xüsusilə, neft-kimya sənayesinin elmi, istehsal, texniki bazasının key­fiyyətcə yeniləşməsini təmin edəcəkdir ki, bu da ölkənin makro­iqtisadi göstəricilərinin artımı ilə yanaşı, kadr potensialının daha da möhkəmləndirilməsinə real şərait yaratmaqla, yeni peşə və iş yerlərinin açılmasına şərait yaradacaqdır. Beləliklə, dənizin dərin qatlarından karbohidrogen yataqlarının müştərək istifadəsi yolu ilə qabaqcıl xarici təcrübəyə yiyələnməklə gələcəkdə neft-qaz yataqlarından sərbəst istifadəyə nail olunacaqdır. İnvestisiya fəa­liyətinin dövlət tərəfindən tənzimlənməsi nəticəsində faktiki ola­raq 1994-cü ildən indiyədək, ardıcıl surətdə hər bir neft yataqları üzrə sazişlərin Milli Məclis tərəfindən ratifikasiya edilməsi ilə əlaqədar geniş və intensiv iş həyata keçirilir. Belə ki, im­zalanmış 19 sazişdən 2-nin həyata keçirilməsindən az vaxt keçməsinə baxmayaraq, yeni sazişlər üzrə birbaşa sər­mayələrin məbləği 700 milyon ABŞ dollarından çox olmuşdur.

Respublikada geniş miqyas almış xarici ölkələrin investisiya fəaliyyəti Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş «İnvestisiya fəaliyyəti haqqında» qanunu əsasında tənzimlənir. Həmin qanunda qeyd edilir ki, mulkiyyət formandın asılı olmaya­raq bütün investorların hüquqlarının müdafiəçisi dövlətdir. Bu­nanla belə, dövlət orqanlarının və vəzifəli şəxslərin həddən artıq mövcud qa­nunvericilik aktları ilə müəyyənləşdirilmiş investi­siya fəaliyyəti subyektlərinin müqavilə münasibətlərinə müdaxilə et­məsinə yol verilmir. Məlum olduğu kimi, investisiya fəaliyyəti investorların müəyyən məqsədlər üçün investisiya qoyuluşları ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan bütün fəaliyyətin məc­musu hesab edilir və dövlət tərəfindən tənzimlənir. Beləliklə, mulkiyyət və təsərrüfatçılıq fəaliyyətindən asılı olmayaraq, inve­stisiya qoyuluşları ölkədə mövcud qanunvericilik aktlarına tam uyğun formada tənzimlənir. Odur ki, dövlət ölkədə sosial-iqtisadi inkişafı tənzimləmək, xalq təsərrüfatında lazımi proporsiyaların yaradıl­masını təmin etməklə investisiya qoyuluşlarından və ha­be­lə, inve­stisiya fəaliyyətindən əldə edilən gəlirlərdən tam və sə­mə­rəli is­tifadəni ciddi surətdə tənzimlənməlidir. Şübhəsizdir ki, hər hansı istehsal və sosial sahələrin yaradılması, yenidən qurul­ma­sı, ge­nişləndirilməsi və habelə məşğulluğun təmin edilməsi, müvafiq investisiya qoyuluşlarından və xüsusi ilə də ondan əldə edilmiş gəlirdərdən səmərəli istifadə olunmasını tələb edir. Bu baxımdan, investisiya fəaliyyətinin dövlət tərəfindən tənzimlən­mə­si birinci dərəcəli əhəmiyyətə malikdir. Odur ki, müasir müs­təqillik və ba­zar iqtisadiyyatı şəraitində xarici ölkələrin marağına və milli iqti­sadiyyatın inkişafına tam uyğun olaraq, investisiya fəaliyyətini daha da dərinləşdirmək tələb edilir. Belə bir real şə­raitdə, inve­stisiya fəaliyyətinin dövlət tənzimlənməsi və idarə edilməsi müasir reallıqdan irəli gəlir. Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri çoxşaxəli olmaqla bərabər, onun əsas istiqamət­lə­rindən biri respublikaya investisiya axınının getdikcə güclən­di­ril­məsidir. Təhlil göstərir ki, son illərdə neft-qaz hasilatı sahə­sin­də sazişlərin çoxalması ilə bağlı xarici investisiya fəaliyyəti il­dən-ilə geniş­lənməkdədir. Bu barədə ətraflı təsəvvürə malik ol­maq üçün 2№-li cədvəlin məlumatlarına nəzər salmaq kifayət­dir.

Cədvəl 2.



Azərbaycan Respublikasına xarici investisiya axınının inkişaf dinamikası (milyon ABŞ dolları ilə)





1995

1996

1997

1998

Xarici investisiyaların cəmi:

375,1

620,5

1307,3

1472,0

Ondan:













Maliyyə kreditləri

220,4

101,5

196,3

120,0

Neft sənayesinə

139,8

416,2

780,1

891,8

Birgə müəssisələr və xarici fir­ma­lar

14,0

102,8

330,9

460,2


Ondan:













Türkiyə

6,8

45,3

129,6

160,3

ABŞ

2,1

41,5

97,5

56,7

İran

0,9

1,0

2,6

40,7

Almaniya

1,2

4,2

16,0

2,1

Rusiya

0,7

2,3

5,5

10,3

Böyük Britaniya

0,7

0,2

47,2

47,4

BƏƏ (Birləşmiş Ərəb Əmir­liyi)

0,7

1,7

8,0

16,6

Sair ölkələr

0,4

0,5

7,6

118,5

Cədvəlin materiallarından aydın göründüyü kimi, xarici in­ve­stisiya qoyuluşunda sürətli artım tempi mövcuddur. Belə ki, 1995-ci ilə nisbətən 1998-ci ildə investisiya qoyuluşunun həcmi 3,7 dəfə artmışdır. Beləliklə, xarici investisiya resurslarının artı­rılması və xüsusilə, investisiya fəaliyyətindən əldə edilən gəlir­ləndən istifadə istiqamətlərinin tənzimlənməsi yolu ilə milli iqti­sadiyyatın strukturunda səmərəli proporsiyaların yaradılması, ha­belə, güclü istehsal potensialına uyğun sosial infrastrukturun for­malaşması və inkişafı dövlətin tənzimləyici rolunun və funkiyası­nın bir daha artırılmasını təkidlə tələb edir. Bu barədə birmənalı düşünənlər də az deyildir. Belə ki, bazar iqtisadiyyatı hər şeyə qadirdir və o hər şeyi öz yerinə qoyacaqdır – deyənlər və birmə­nalı fikirləşənlər keçid iqtisadiyyatı şəraitində dövlətin iqtisa­diyyata hər tərəfli müdaxilə etməsi zəruriliyini ənənəvi bazar iq­ti­sadiyyatlı qərb ölkələrində olduğu kimi dövlətin iqtisadiyyata müdaxilə həddilə eyniləşdirirlər. Şübhə ola bilməz ki, sabit bazar iqtisadiyyatı şəraitində dövlətin iqtisadiyyata müdaxiləsinin müəyyən həddi olmalıdır. Lakin, müasir keçid şəraitində dövlətin güclü tənzimləyiji siyasəti olmadan real bazar münasibətlərini formalaşdırmaq qeyri-mümkündür.

Müasir dövrdə neft sənayesinə qoyulan investisiyaların 60%-dən çoxunu xarici investisiyalar təşkil edir. Cəlb olunmuş xarici investisiyalarda xarici dövlətlərdən Türkiyənin payı 34,7%, ABŞ-ın payı 12,4%, İranın payı 8,9%, Böyük Britaniya­nın payı 10,4%, BƏƏ-nin payı 3,6%, Rusiyanın payı 2,3% təşkil etmişdir.

Xarici investisiya fəaliyyətini stimullaşdırmaq məqsədilə nor­mativ hüquqi aktları dünya standartlarına uyğun olaraq tək­mil­ləş­dirmək lazımdır. Məlum olduğu kimi, bu istiqamətdə res­pub­lika hökuməti lazımi tədbirlər həyata keçirmişdir. Belə ki, xa­rici iqtisadi əlaqələrin inkişafı və tənzimlənməsi istiqamətində qiy­mətlərin liberallaşdırılması, xarici ticarətin stabilləşdirilməsi və respublikaya xarici investisiyaların cəlb edilməsi ölkələrarası sər­bəst mal mübadiləsinin həyata keçirilməsi üzrə bir sıra təd­birlər də yerinə yetirilmişdir və bunun da nəticəsində respubli­kaya xa­rici ölkələrin marağı daha da artmışdır. Lakin xarici inve­storların normal fəaliyyətini tənzimləməkdən ötəri geniş tədbirlər həyata keçirməlidir. Daha doğrusu, xarici investisiya fəaliyyətinin sti­mullaşdırılması sahəsində dövlət iqtisadi mexanizmdən xüsu­silə, güzəştli vergi sisteminin, sürətli amortizasiya, qiymətqoyma siya­sətinin həyata keçirilməsi və s. iqtisadi vasitələrdən daha fəal və çevik istifadə edilməsini təmin etməlidir.

Məhz buna görə də ölkədə geniş xarici investisiya fəaliyyə­tinin bərqərar olduğu şəraitdə dövlətin tənzimləyici funksiyası bir daha artmış olur. Bu istiqamətdə başlıca problemlərdən biri inve­stisiya fəaliyyətində sosial infrastrukturun kompleks inkişa­fına nail olunmasıdır. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, res­publikamızda birbaşa sərmayə qoyuluşlarından az da olsa, sosial istiqamətdə 15,5 milyon ABŞ dolları həcmində məbləğ sərf edilmişdir ki, onun da 9,5 milyon dolları respublikada işçi heyəti­nin təhsilinə və ixtisaslarının artırılmasına yönəldilmişdir. İndi investisiya fəaliyyətinin ölkəmizdə getdikcə genişləndiril­məsi ilə əlaqədar olaraq güclü xidmət-servis komplekslərinin ya­radılma­sına və inkişafına yüksək dövlət qayğısı lazımdır. Araş­dırmalar göstərir ki, xarici şirkətlərin böyük əksəriyyəti özləri ilə xidmət servisini də gətirirlər. Təhlil göstərir ki, indi Azər­pbaycanda böyük Britaniyadan 230-dan çox, ABŞ-dan 110 xid­mət şirkəti fəaliyyət göstərir. Bu istiqamətdə fəaliyyət Almaniya, Fransa, Yaponiya, Türkiyə, İsveç, İtaliya və İran şirkətləri tərə­findən də təşkil edilmişdir. Şübhə yoxdur ki, xarici ölkələrin servis dix­mətlərinin rolu və əhəmiyyəti inkar edilməzdir. Bu ba­xımdan həmin zəngin təcrübədən bəhrələnərək, gələcəkdə qis­mən olmuş olsa da, servis xidmətləri həyata keçirilərsə, onda məşğulluq pro­bleminin həllinə müsbət təsir etməklə bərabər, öl­kədə valyuta gəlirlərinin artmasına da şərait yaradılmış olardı. Deməli, neft-qaz istehsalının intensivləşdirilməsi və bununla bağlı, müvafiq sənaye sahələrinin inkişafı, respublikamızda xüsusi neft fondunun təşkil edilməsini zərurətə çevirmişdir. Odur ki, neft fondunun yaradıl­ması, xalq təsərrüfatının proporsional və tarazlı inkişafında mühüm rol oynamaqla yanaşı, ölkədə sosial infrastrukturun for­malaşması və inkişafına öz real təsirini göstə­rəcəkdir. Beləliklə, neft fondundan səmərəli istifadə edilməsi respublikada sosial sa­hələrin güclü və kompleks inkişafına da müsbət təsir göstərə bi­lər. Odur ki, investisiya fəaliyyətinin döv­lət tənzimlənməsinə birtərəfli deyil, kompleks yanaşmaq daha faydalı hesab olunur.

Bütün bunlarla yanaşı dövlət investisiya fəaliyyətinin tən­zimlənməsində iqtisadi mexanizmlərdən daha fəal istifadə etmə­lidir. Bu mexanizmlərə əsasən aşağıdakıları aid etmək olar:

- subyekt və obyektlərdə vergi dərəcələrinin və vergi gü­zəştlərinin tətbiqi;

- kredit və amortizasiya siyasətinin həyata keçirilməsi, o cüm­lədən, əsas fondların sürətli amortizasiyası ilə bağlı güzəşt­lər, ayrı-ayrı istehsal sahələri üzrə dəyişkən və fərqli güzəştlərin müəyyən edilməsi;

- ayrı-ayrı region və istehsal sahələrinin inkişafı üçün sub­versiya, subsidiya və büdcə borclarının verilməsi;

- dövlət norma və standartlarının müəyyənləşdirilməsi və antiinhisar tədbirlərinin həyata keçirilməsi;

- torpaqdan, sudan və s. təbii ehtiyatlardan istifadə şərtləri­nin müəyyənləşdirilməsi;

- qiymətlərin müəyyənləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi;

- investisiya layihələrinin ekspertizası və s. tədbirlər nə­zərdə tutulur.

Beləliklə, respublikada milli iqtisadiyyatın dirçəlməsində və onun inkişafında investisiya qoyuluşları bir tərəfdən bazar iqti­sa­diy­yatının mahiyyətindən və habelə, ölkənin zəngin yeraltı sər­vətlərə malik olmasından, digər tərəfdən, respublikada bu geniş strateji məq­sədlərə çatmaq üçün lazımi vəsaitin olmaması xarici investorları respublikaya cəlb edilməsini zəruriətə çevirmişdir.


1.3. İnvestisiya fəaliyyətinin obyektləri və subyektləri
Bazar iqtisadiyyatının inkişafı təsərrüfat subyektlərindən və onların rəqabət qabiliyyətinin artmasından digər tərəfdən isə bi­namik dəyişən iqtisadiyyat şəraitində onların fəaliyyətinin sabit­liyinin və sarsılmazlığının təmin olunmasını tələb edir. Bütöv­lük­də cəmiyyətin və onun ayrı-ayrı təsərrüfat obyektlərinin inkişafı maddi nemətlərin geniş təkrar istehsalına əsaslanır ki, bu da milli məhsulun və gəlirLərin artırılmasını təmin edir. Bu artı­mın təmin olunması üçün əsas vasitələrdən biri investisiya fəa­liyyətidir ki, bu da özündə investisiya qoyuluşu prinsiplərini, həmçinin investi­si­yanın reallaşdırılması üzrə praktiki fəaliyyəti əks etdirir.

Bazar iqtisadiyyatının formalaşmasında, onun inkişafında düzgün və səmərəli investisiya siyasətinin həyata keçirilməsində onun obyekt və subyektlərinin müəyyənləşdirilməsi mühüm rol oynayır. Onu da qeyd etmək lazımdır ki, ölkədə investisiya qoy­uluşları üçün bütün istehsal və sosial sahələr obyektlər hesab edilə bilər. Lakin investisiya qoyuluşunda başlıca məqsəd Res­publikada strateji əhəmiyyət kəsb edən istehsal sahələrinə və bu­nunla bağlı xidmət sferasının, xüsusilə də, ümumilikdə sosial in­frastrukturun yaradılması və son nəticədə lazımi mənfəətin əldə edilməsidir. Odur ki, investisiya fəaliyyətinin obyekti dedikdə, iqtisadiyyatla bağlı bütün sahələrdə əmlak, o cümlədən əsas fond­lar, dövriyyə vəsaiti, qiymətli kağızlar, məqsədli pul əma­nət­ləri, intellektual sərvətlər, elmi-texniki məhsullar və digər mül­kiyyət obyektləri, habelə, əmlak hüquqları və s. investisiya fəaliyyətinin obyekti hesab edilə bilər. Bununla belə, cəmiyyətdə ölkənin qanunvericilik aktları ilə nəzərdə tutulmuş ekoloji, sanita­riya-gigiyena və s. normaların tələblərinə uyğun olmayan, vətən­daşların, hüquqi şəxslərin mənafelərini pozan obyektlərə investi­siya qoyuluşu qadağandır. Beləliklə, cəmiyyətdə investisiya qoy­uluşlarının obyektləri konkret olaraq ölkənin qarşısında duran ictimai-iqtisadi və sosial vəzifələrdən asılı olaraq müəyyənləşdi­rilir. İnvestisiya qoyuluşlarının müxtəlif obyektlərə sərf edilməsi­nin nəzərdə tutulması maraqlı tərəflərin mənafelərinə tam uyğun formada həyata keçirilir. Öz mahiyyəti etibarı ilə investisiya qoy­uluşları qarşıda duran strateji problemlərin həcmindən, miqyasın­dan asılı olaraq müəyyən müddətlərə nəzərədə tutulur. Respubli­kamızda yeraltı və yerüstü sərvətlərdən tam və səmərəli istifadə edilməsi məqsədilə müxtəlif müddətə, əsasən uzun dövr üçün (30 və daha çox ilə), xarici investisiya qoyuluşları sahəsində, xüsusilə, neft-qaz hasilatı üzrə ikitərəfli müqavilə imzalanmışdır. Bu da ölkədə nəinki neft-qaz hasilatının güclü inkişafına və ha­belə, ümumilikdə iqtisadiyyatın strukturunda əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb olacaqdır.

Deməli, respublikamızda xarici inve­stisiya qoyuluşlarının əsas obyektləri düzgün olaraq neft-qaz sə­nayesi hesab edilmişdir. Xarici investorlar Azərbaycan ərazisində aşağıdakı istiqamətlər üzrə investisiya qoymaq hüququna malik­dirlər:

- Azərbaycan Respublikasında müvafiq filialların yaradıl­ması;

- müəssisələrin, binaların, qurğuların, müəssisələrdə iştirak payının, səhmlərin, istiqrazların və digər qiymətli kağızların və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər əmlakın alınması;

- torpaqdan və digər təbii resurslardan istifadə etmək hüqu­qunun alınması;

- borc, kredit, əmlak və digər əmlak hüququnun verilməsi.

Azərbaycan ərazisində fəaliyyət göstərən qanunveri­ci­lik­lə müəyyən edilmiş digər normaların tələblərinə cavab ver­məyən və dövlətin hüquq və mənafelərinə zidd olan ob­yektlərin yaradıl­ması və istifadəsinin investisiyalaşdırılması qanunla qadağan edi­lir.

İnvestisiya prosesi, investisiya bazarında həyata keçirilir ki, bu da öz növbəsində kapital qoyuluşu bazarını (əsas fond­la­rın tə­krar istehsalı üçün), əmlak bazarını, qiymətli kağızlar bazarını, intellektual mülkiyyət və hüquqlar bazarını, inves­ti­si­ya layihələri bazarını özündə birləşdirən bir sıra müstəqil seqmentlərə bölünür. İnvestisiya fəaliyyətinin ümumi prin­sip­lə­rində bu bazarlar investi­siyaların obyektlərinə görə fərqlə­nir­lər. Bu isə aparılan təhlilin forma və metodlarının iqtisadi səmərəliliyinin qiymətləndirilmə­sini, investisiyanın risklik səviyyəsini və etibarlığını müəyyən edir.

İnvestisiya fəaliyyətinin səmərəliliyinin yüksəldilmə­sin­də subyektlərin də düzgün seçilməsi həlledici amilə malikdir. Məhz buna görə də Azərbaycan Respublikasının «İnvestisiya fəa­liyyəti haqqında» Qanununda qeyd edilmişdir ki, xarici ölkələrin vətən­daşları və hüquqi şəxslər, vətəndaşlığı olmayan şəxslər, dövlətlər investisiya fəaliyyətinin subyektləri hesab edilə bilər. Məlum ol­duğu kimi, investisiya obyektlərinə cəlb edilən maliyyə, maddi və intellektual sərvətlərin istifadə olunmasına yönəldilməsi üçün müvafiq qərar qəbul edən və həmin qərarlara tam əməl edilmə­sini təmin edən subyektlər investorlar hesab edilir. İnve­storlar, investisiya fəaliyyəti ilə əlaqədar olan əmanətçi, kreditor və alıcı qismində çıxış etməkdə investisiya fəaliyətinin iştirak­çı­sı­nın fun­ksiyalarını yerinə yetirirlər. Mülkiyyət formasından və tə­sərrüfat fəaliyyətinin növündən asılı olmayaraq inves­ti­siya fəa­liyyətinin həyata keçirilməsi sahəsində bütün investorlar eyni və bərabər hüquqlara malikdirlər. Azərbaycan Respublikasının əra­zi­sin­də investisiya prosesinin həyata keçirilməsi zamanı yara­nan mü­nasi­bətlər «İnvestisiya fəaliyyəti» haqqında Azərbaycan Res­pub­lika­sının 13 yanvar 1995-ci il tarixli Qanunu və digər qa­nunvericilik aktları ilə tənzimlənir.

Bütün investisiya fəaliyyəti Azərbaycan Respublikasının qa­nun­vericilik aktları çərçivəsində dövlət tərəfindən tənzimlənir. Hər bir investor müstəqil olaraq investisiya qoyuluşlarının məq­sədini, istiqamətini və həcmini müəyyənləşdirir və onun həyata keçirilməsində nəzərdə tutulmuş müqavilələr əsasında fəaliyyə­t aparır. Adətən, müsabiqə (tender) və hərrac yolu ilə fiziki və hüquqi şəxslər investisiya fəaliyyətinə cəlb edilə bilərlər

Ölkələrin müvafiq qanunvericilik aktlarına tam uyğun olaraq hər bir investor investisiya obyektlərinə, onların nəticələrinə sa­hiblik etməklə bərabər, sərəncam vermək, ticarət əməliyyatları həyata keçirmək hüququna malikdirlər. Eyni zamanda, «İnvesti­siya fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanunda və onun nəticələrinə sahib ol­maq, istifadə etmək hüququnun, həmçi­nin, digər hüquqi və fiziki şəxslərə verilməsi göstərilmişdir. İn­vestorun belə hərəkəti müstəqil qaydada qarşılıqlı müqavilə əsa­sında həyata keçirilir.

İnvestisiya fəaliyyətində subyektlərin də üzərinə bir sıra mühüm vəzifələr düşür. Bu vəzifələrə əsasən aşağıdakıları aid etmək olar:

- nəzarətdə tutulmuş maliyyə vəsaiti, maddi sərvətlər əsa­sında həyata keçirilən investisiyanın həcmi və onun maliyyələşdi­rilmə mənbəyi bəradə yerli banklara və ya maliyyə orqanlarına vaxtaşırı arayış təqdim etmək;

- əsaslı tikinti və icazə tələb edən obyektlər üçün müvafiq dövlət orqanlarından razılıq əldə etmək;

- respublika qanunvericilik aktlarında nəzərdə tutulmuş standartlara əməl etmək;

- investisiya layihələri üçün texnoloji, sanitariya-gigiyena, radiasiya, ekologiya və arxitektura tələblərinə düzgün əməl edil­məsi baxımından ekspertiza rəyi almaq, nəzərdə tutulmuş qay­da­da mühasibat və statistika hesabatları təqdim etmək, haqsız rə­qa­bətə yol verməmək və antiinhisar tənzimlənməsinin tələblərinə əməl etmək;

- xüsusi attestasiya tələb edən iş növlərinin yerinə yetiril­məsi üçün investisiya fəaliyyətinin iştirakçıları lizensiya almalı­dırlar.

Qanunvericilik aktlarına tam uyğun olaraq bu cür işlərin siy­ahısı Respublikanın Milli Məclisi tərəfindən müəyyənləşməklə, onlara lisenziya verilməsi Nazirlər Kabineti tərəfindən həyata ke­çirilir. Bütün bunlarla yanaşı, investisiya fəaliyyətinin hər bir subyektləri arasında münasibətlərin tənzimlənməsi müqavilələr əsasında həyata keçirilir.

İnvestisiya fəaliyyəti subyektlərinin müstəsna səlahiyyətinə müqavilənin bağlanması, tərəflərin seçilməsi, öhdəliklərin müəyyənləşdirilməsi və s. daxildir.

Məlum olduğu kimi, investisiya fəaliyyətinin həyata keçi­ril­mə­si şərtlərinə, onun subyektlərinin hüquqlarının və qanuni mənafelərinin təminatçısı dövlət hesab edilir. İnvestisiya fəa­liyyətinin subyektləri arasında bağlanmış müqavilənin şərtlərinin dəyişdirilməsinə hər iki tərəfin razılığı olmalıdır. İnvestisiya fəa­liyyəti subyektlərinin işinə dövlət orqanları və onların vəzifəli şəxsləri nəzərdə tutulmuş səlahiyyətlərindən kənar həddə müda­xilə edə bilməzlər. İnvestisiya qoyulan obyektlərin seçilməsində inves­tor­ların hüquqlarını məhdudlaşdırmaq olmaz (qanunla müəy­yən­ləş­­dirilmiş hallardan başqa). Bununla əlaqədar olaraq, «İnvestisiya fəa­liyyəti haqqında" Qanunda göstərilir ki, dövlət və başqa orqanlar investorlar və investisiya fəaliyyətinin digər subyektlərinin hü­quq­la­rını pozan aktlar qəbul etdikdə, investisiya fəaliyyəti subyektlərinə dəyən zərəri bu orqanlar tam həcmdə ödəməlidir­lər. Əks halda, onlar zərərin ödənilməsi barədə müva­fiq orqan­lara müraciət etmək hüqu­qu­na malikdirlər.

Beləliklə, investisiya qoyuluşunun obyekt və subyektləri ara­sın­da sıx qarşılıqlı əlaqələr mövcuddur. Başlıca və həlledici amil hər iki cəhəti düzgün qiy­mətləndirməklə investisiya qoyu­luşlarının iqtisadi səmərəliliyinin yüksəldilməsini təmin etmək­dən ibarətdir.

İnvestisiya prosesinin subyektləri investorlar, sifarişçilər, iş­lə­ri icra edənlər, investisiya proseslərinin obyektlərindən isti­fadə edənlər, həmçinin tədarükçülər, hüquqi şəxslər (banklar, sığorta şirkətləri, vasitəçi təşkilatlar, investisiya birjaları) və inve­stisiya pro­sesinin digər iştirakçıları ola bilər. İnvestisiya prosesi­nin ob­yekt­ləri kimi fiziki və hüquqi şəxslər (o cümlədən xarici), həm­çi­nin dövlətlər və beynəlxalq təşkilatlar da çıxış edə bilər.

İnvestisiya prosesinin əsas subyektləri olan investor, xüsusi borc almış və ya cəlb olunmuş vəsaitlərin investisiya şəklində qoyuluşunu həyata keçirir və onların məqsədli istifadəsini təmin edir.

İnvestor simasında aşağıdakılar çıxış edə bilər:

- dövlət və bələdiyyə əmlakını və ya əmlak hüququnu idarə etmək səlahiyyəti olan orqanlar;

- yerli fiziki və hüquqi şəxslər, sahibkarlıq birlikləri və digər hüquqi şəxslər;

- xarici fiziki və hüquqi şəxslər, dövlət və beynəlxalq təş­kilatlar.

İnvestisiya prosesinin obyektlərindən istifadə edənlər, inve­storlar habelə, digər fiziki və hüquqi şəxslər, dövlət və bələdiyyə or­qan­ları, xarici dövlətlər və beynəlxalq təşkilatlar ola bilər. İn­vestorlar, in­vestisiya prosesini həyata keçirmək üçün hüquqi və fiziki şəxsləri mü­qavilə (tender) əsasında cəlb edir. İnvestisiya prosesinin sub­yekt­lə­ri arasında istehsal, təsərrüfat və digər qarşı­lıqlı əlaqəni tənzimləyən əsas hüquqi sənəd onlar arasında bağla­nan müqavilədir.

Müqavilələrin bağlanması, partnyorların seçilməsi, təsərrü­fat əlaqələrinin hər hansı digər şərtləri və öhdəliklərinin müəy­yən edilməsi yalnız investisiya prosesinin subyektinin ixtiy­arında­dır.

İnvestisiya prosesinin subyektlərinin iki və daha çox iştirak­çıların funksiyalarını birləşdirmək hüquqi vardır. Birgə investisiya qoyuluşunu həyata keçirmək məqsədilə investorların vəsaitlərinin birləşdirilməsinə də yol verilir. İnvestorlar, eyni zamanda əma­nətçi, si­farişçi, kreditor və alıcı rolunda çıxış edə bilər, həmçinin investisiya pro­sesinin hər hansı bir iştirakçısının funksiyalarını yerinə yetirə bilərlər.

İnvestisiya prosesinin həyata keçirilməsində bütün investor­lar bərabər hüquqa malikdirlər. İnvestisiya prosesinin obyekti olan əmlak və əmlak hüquqlarına investisiya qoyuluşu investorun toxunulmaz hüququdur və o qanunla müdafiə olunur. İnvestor in­vestisiyaların həcmini, istiqamətini, səmərəliliyini müstəqil for­mada müəyyən edir. İnvestorun investisiya obyektlərinə sahib olmaq, onlardan istifadə etmək və onlar üzərində sərəncam ver­mək, o cümlədən ticarət əməliyyatları və təkrar investisiya qoy­uluşlarını həyata keçirmək hüququ var.

Qeyd etmək lazımdır ki, dövlət, mülkiyyət formalarından ası­lı olmayaraq, bütün investisiyaların, o cümlədən, xarici investi­siyaların müdafiə olunmasına zəmanət verir. Bu zaman investor­lar üçün (o cümlədən xarici) investisiyanın idarə olunmasına nail ola biləcək hüquq bərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin edilir.


Yüklə 365,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə