Fakultəsi “İqtisadiyyat Marketinq və Menecment Kafedrası


Sosial infrastrukturun inkişafında investisiyanın rolu



Yüklə 365,5 Kb.
səhifə4/4
tarix14.09.2018
ölçüsü365,5 Kb.
#68653
1   2   3   4

2.3. Sosial infrastrukturun inkişafında investisiyanın rolu
Müasir dövrdə iqtisadiyyatın dövlət tənzimlənməsinin mühüm atributlarından biri də dövlətin sosial siyasətidir. Dövlətin sosial siyasəti isə əsasən əhalinin sosial müdafiəsi üzərində qu­rulur ki, onun da əsas istiqaməti əhalinin sosial müdafiəsini təmin etmək, döv­lət təminatı vasitəsilə əhalinin həyat səviyyəsindəki gərginlik meyllərinin aradan qaldırılmasından ibarətdir. Ölkə iqti­sadiyya­tında baş verən dəyişikliklərə tam uyğun olaraq sosial in­frastruk­turun tənzimlənməsində dövlətin rolu və funksiyası daha da ge­nişləndirilməlidir. Belə ki, bazar iqtisadiyyatına keçid res­publi­kamızda sosial infrastrukturun sahələrinin səmərəli inkişa­fına ge­niş imkanlar yaratmışdır. Deməli, respublikanın hər bir konkret regionunda əhalinin sosial müdafiəsi real vəziyyətdən asılı olaraq düzgün müəyyənləşdirilməlidir. Belə ki, respublikada sosial in­frastrukturun formalaşdırılması və inkişafı dövlətin apar­dığı sosial siyasə tam uyğun olaraq tənzimlənməlidir. Göstərmək lazımdır ki, sosial infrastrukturun formalaşdırılması istiqamətində ən mühüm vəzifə hər bir regionda istehsal strukturunun bazar iq­tisa­diyyatı tələbləri əsasında təkmilləşdirilməsidir. Respublikada əhalinin məşğulluq səviyyəsi, sıxflığı, cinsi tərkibi, əhalinin həyat səviyyəsi, milli etnik xarakterli amillər sosial siyasətdə və infrastrukturun formalaşmasında nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrdə sosial infrastruktur sahələrinin yüksək inkişafını nəzərdə tutmaqla, eyni zamanda sosial yönümlü bazar iqtisadiyyatı mobelinə daha çox üstünlük verilir. Bazar münasibətləri şəraitndə sosial infrastruktur sahələrinin inkişafına, xüsusilə onun maliyyələşdirilməsi əsasən dövlət büdcəsi hesabına həyata keçirilir.

Məlumdur ki, geniş investisiya axınının əsas məqsədi lazımi mənfəət əldə etməklə yanaşı, əhalinin sosial vəziyyətini getdikcə yaxşılaşdırmaqdan ibarətdir. Məhz buna görə də respblikamızda investisiya qoyuluşlarının sosial yönümünü gücləndirmək lazım­dır. Bu baxımdan xarici investorların fəaliyyəti nəticəsində stra­teji əhəmiyyət kəsb edən sahələrin xüsusilə, neft, qaz, kimya sə­naye sahələrinin sürətli inkişafını təmin etməklə yanaşı, həm də müvafiq sosial infrastrukturun formalaşdırılmasını da təşkil etmək lazımdır. Müasir bazar iqtisadiyyatı şəraitində bütövlükdə res­publikada, o cümlədən, onun regionlarında sosial infratsrukturun formalaşması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, keçmiş ittifaq dağıldıqdan sonra Azərbaycan Respublikasının özünə məxsus so­sial-iqtisadi problemləri meydana çıxmaqla, onun qəti həlli də mühüm vəzifə kimi qarşıda durur. Əgər keçmiş ittifaq dövründə sosial-iqtisadi inkişaf problemləri mərkəzləşdirilmiş qaydada, va­hid reseptlə həll edilirdisə, indiki müstəqillik və bazar iqtisa­diyyatı şəraitində bu ümumi problemlər ərazi xüsusiyyətlərinə, milli ənənələrə uyğun olaraq həll edilməlidir. Bu cəhətdən ölkə bir sıra çətinliklərə məruz qalmaqla, sosial inkişafı xeyli zəiflə­miş və onun kompleks inkişafı təmin edilməmişdir. Ermənistan Respublikasının ölkəmizə təcavüzü nəticəsində respublikamızın sosial-iqtisadi inkişaf potensialına güclü zərbə vurmuşdur. Belə ki, müharibə zonası rayonlarında təsərrüfat fəaliyyəti dayandırıl­mış və sosial infrastruktur tamam dağılmışdır. Məlum olduğu kimi respublikamızın 20% torpağının müvəqqəti olsa da erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Odur ki, hazırda Azər­baycanda öz doğma ata-baba yurdlarından zorla qovulan qaçqınla­rın sayı milyondan çoxdur. Şuşa, Kəlbəcər, Laçın, Əskəran, Qu­badlı, Zəngilan, Füzuli, Ağdam və Cəbrayıl kimi iri rayonların dağıdılması nəticəsində sosial infrastruktur obyektləri tamamilə məhv edilmişdir. Ancaq müharibə zonasında 600-dən çox yaşayış məntəqəsi, 4000-dən çox müxtəlif istiqamətli sənaye və kənd təsərrüfatı müəssisəsi, ümumi sahəsi 6 milyon kv.metrdən çox olan 80 min yaşayış evləri və 2 mindən artıq sosial-mədəni obyektlər, o cümlədən 490 ümumi təhsil məktəbləri, 151 mək­təöəqədər təlim-tərbiyə ocaqları və 200 tibb müəssisəsi tama­milə dağıdılmışdır. Təxmini hesablamalar göstərir ki, ancaq Azərbaycanın qədim diyarı olan Dağlıq Qarabağ qaçqınlarına 2,5-3,0 mlrd. ABŞ dolları məbləğində maddi ziyan vurulmuşdur. Məhz buna görə də müasir müstəqillik şəraitində respublikada və xüsusilə onun tərkib hissəsi olan Dağlıq Qarabağ regionunda so­sial infrastrukturun formalaşmasına və inkişafına güclü investisiya qoyuluşları tələb edilir. Digər tərəfdən, son illərdə respublikada sosial infrastruktur sahələrinin inkişafı zəifləməklə, bu mühüm sahədə çalışanların sayı xeyli azalmışdır.

Belə bir vəziyyət, kənd yerlərində xüsusilə nəzəri cəlb edir. Belə ki, kənd rayonlarında təhsil, səhiyyə, mədəniyyət və incə­sənət sahələrində çalışan ixtisaslı mütəxəssislər çatışmır. Bunun nəticəsində bu mühüm sahələrdə çalışanların əksəriyyəti qeyri-ixtisas sahiblərindən ibarətdir. Buna görə də ictimai tələbatla bağlı olan səhiyyə və təhsilin dövlət tərəfindən tənzimlənməsi zə­ruriyyətə çevrilir. Onu da əlavə etsək ki, hələ keçmiş ittifaqın mərkəzləşdirilmiş planlaşdırılması nəticəsində respublikanın da­xili regionlarında sosial infrastruktur sahələri zəif inkişaf etməklə, bir-birindən son dərəcə kəskin surətdə fərqlənirlər. Bu da inve­stisiya qoyuluşlarına olan tələbatınartmasına səbəb olur.

Bazar iqtisadiyyatına keçid hər bir ərazidə sosial-infrastruk­tur sahələrinin səmərəli inkişafına geniş imkanlar yaratmalıdır. Belə ki, hər bir konkret regionda əhalinin sosial müdafiəsi real vəziyyətdən asılı olaraq düzgün müəyyənləşdirilməlidir. Mövcud iqtisadi münasibətlərin pozulduğu, yeni münasibətlərin isə hələ tam formalaşmadığı müasir dövrdə əhalinin sosial müdafiəsi dövlətin qarşısında duran ən aktual-strateji əhəmiyyət kəsb edən problemlərdən biri hesab edilir. Buna görə də iqtisadiyyatda baş verən dəyişikliklərə tam uyğun olaraq, hər bir regionda sosial-in­frastrukturun tənzimlənməsində dövlətin rolu və funksiyası ge­nişləndirilməlidir. Bu mürəkkəb və çoxcəhətli vəziyyəti tənzim­ləmək üçün makro və mikro səviyyələrdən asılı olaraq sosial in­frastrukturun formalaşdırılması tamamilə yeni prinsiplərə əsas­lanmalıdır. Ən başlıca prinsiplərdən biri əhalinin milli xüsusiyyə­tini, təbii-iqlim şəraitini, sosial-iqtisadi inkişafın mövcud sə­viyyəsi hesab edilir. Məlumdur ki, makroiqtisadi tənzimləmə ab­strakt, ümumi icmal xarakter daşımaqla, sosial infrastrukturun formalaşmasını müəyyən mənada tədric edir. Buna görə də müa­sir qarışıq iqtisadiyyat şəraitində ən mühüm problem bazar iqtisa­diyyatı tələblərinə tam uyğun olaraq sosial infrastrukturun for­malaşması və tənzimlənməsidir. Cəmiyyət miqyasında sosial-in­frastrukturun tərkib hissəsi hesab edilən sahələrin, xüsusilə, təhsi­lin, səhiyyənin və digər ictimai əhəmiyyəti yüksək olan sosial sferaların inkişafı dövlət büdcəsindən maliyyələşdirilməli və tən­zimlənməlidir. Bununla belə, indiki müxtəlif mülkiyyət və təsər­rüfatçılıq formalarına əsaslanan müəssisələrdə sosial infrastruktu­run formalaşdırılması və inkişaf etdirilməsində dövlət seyrici mövqe tutmamalı, onun da tənzimlənməsində bilavasitə iştirakçısı olmalıdır.

Beləliklə, iqtisadiyyatda baş verən köklü dəyişikliklərə tam uyğun olaraq hər bir sahə və regionlarda sosial inkişafın forma­laşmasında və tənzimlənməsində dövlətin rolu və funksiyası daha vda gücləndirilməlidir. Deməli, ölkədə bazar iqtisadiyyatının formalaşdırılması, xüsusilə iqtisadiyyatın strateji sahələrinə nə­zərdə tutulan xarici investisiyalardan əldə edilən gəlirlərdən so­sial infrastrukturun kompleks inkişafını təmin etmək üçün də isti­fadə edilməlidir.


FƏSİL 3. İNVESTİSİYA VƏ ƏSAS FONDLARIN TƏKRAR İSTEHSALI
3.1. Əsas fondların mahiyyəti, təsnifatı və strukturu
Maddi nemətlər istehsalında istehsal vasitələrinin və müva­fiq əmək vərdişlərinə malik olan işçi qüvvəsinin olması zəruridir. İstehsal prosesinin əsasını əmək alətləri və əmək cismlərinin məcmusundan ibarət olan istehsal vasitələri təşkil edir. İstehsal vasitələri istehsal prosesinin maddi-əşya elementləri olmaqla, məhsuldar qüvvələrin tərkib hissəsi kimi fəaliyyət göstərir. İsteh­sal vasitələri əmək alətlərinə (maşın, mexanizm, müxtəlif ava­danlıqlar və s.) əmək cisminə (xammal, material, yarımfabrikat, konstruksiyalar, müxtəlif hissələr və s.) bölünür.

Belə bir bölgü istehsalın maddi şəraitindən irəli gəlir və bütün ictimai-iqtisadi formasiyalarda mövcuddur. Hələ vaxtı ilə K.Marks yazmışdır: «… əmək prosesi hər hansı ictimai şəraitdə baş versə də, hər bir əmək prosesində istehsal vasitələri həmişə əmək vasitələrinə və əmək cisminə bölünür.»

İstehsal vasitələrinin mühüm hissəsini əmək vasitələri təşkil edir. İctimai-iqtisadi formasiyaların fərqini əmək vasitələrinin tə­kamülündə görən K.Marks yazmışdır: «İqtisadi dövrlərin fərqi onda deyildir ki, nə istehsal edilir, bundadır ki, necə istehsal edi­lir, hansı əmək vasitələri ilə istehsal edilir».

Əmək vasitələri dedikdə, binalar, qurğular, iş maşınları, güc maşınları, nəqliyyat və s. nəzərdə tutulur. Bunların içərisində ən aktivi əmək alətidir və daha doğrusu, istehsal avadanlıqlarıdır ki, onları K.Marks oğrazlı şəkildə istehsalın sümük və əzələ sistemi adlandırmışdır. İstehsal prosesinin həmin maddi ünsürlərinə əsas istehsal fondları deyilir.

İstehsal fondlarının ünsürləri məhsulun hazırlanmasında da müxtəlif formada iştirak edirlər. İstehsal fondları məhsulun ha­zırlanmasında iştirak xarakterindən və dəyərinin hazır məhsula keçirilməsi formalarından asılı olaraq iki qrupa: əsas və dövriyyə fondlarına ayrılır.

Əsas istehsal fondlarının dövriyyə fondlarından fərqləndirici cəhət ondan ibarətdir ki, əsas istehsal fondları istehsal prosesində uzun müddət iştarak edərək öz maddi-əşya formasını saxlayır və dəyərini istehsal olunan məhsula hissə-hissə keçirir.

Dövriyyə istehsal fondları isə istehsal prosesində bir dəfə iştirak edərək maddi-əşya formasını saxlamır və öz dəyərini bir­dən-birə tamamilə hazır məhsula keçirir.

Əsas istehsal fondları maddi istehsal sferasında fəaliyyət gö­stərir, qeyri-istehsal təyinatlı əsas istehsal fondları əhalinin sosial-mədəni və məişət tələbatını ödəyir. Bu barədə daha geniş təsəv­vürə malik olmaq üçün aşağıdakı sxemə nəzər salmaq kifayətdir (bax sxem 11).

Əsas fondların düzgün təsnifləşdirilməsinin nəzəri və prak­tiki əhəmiyyəti var. Bu hər şeydən əvvəl əsas fondun tərkibində baş verə biləcək dəyişikliklərin qanunauyğunluğu, uçot və plan­laşdırılmasını, investisiya qoyuluşunun həcmini, istiqamətini və s. məqsədəuyğun müəyyən etməyə imkan verir. Sənayenin əsas is­tehsal fondlarının təsnifatı aşağıdakı sxemdə verilir.

Sxem 11.


Əsas fondların təsnifatı


Qrup və ya­rım­qrupların adı

Qrup və yarımqrupların tərkibi

Təyinatı və qısa xarakte­ristikası

1. Binalar

Əsas və köməkçi sexlərin, an­bar­ların, laboratoriyala­rın bi­na­ları və s.

Əmək və maddi sərvətlə­rin mü­hafizəsini təmin etmək üçün yaradılan tikinti ob­yekt­ləri

2. Ötürücü qur­­ğular

Elektrik və istilik şəbə­kə­lə­ri, rabitə xətləri, qaz şə­bə­kəsi. Hidrotexniki qur­ğu­ların (neft və qaz qu­yu­ları, bəndlər və s.), nəq­liy­yat qurğuları (yol­lar, kör­pü­lər, tunellər və s.), kom­mu­nikasiya qur­ğuları (is­ti­­lik, su kəmərləri şəbəkəsi və s.). Ge­neratorlar, istilik və elektrik mühərrikləri, kom­p­ressorlar və s.

Elektrik, istilik və mexa­niki enerjinin ötürülməsi, is­tehsal prosesinə xidmət etmək üçün texniki fun­k­siyaları yerinə yetirən mü­həndis inşaat obyekt­ləri

3. Güc ma­şın­­la­rı və ava­danlıq­la­rı.

Generatorlar, istilik və elekt­rik mühhərikləri, kom­p­ressorlar və s.

Bu avadanlıqlarla ener­ji­nin alınması, çevrilməsi və bö­lüş­dü­rülməsi funk­si­ya­sını yerinə yetirirlər.

4. İş maşın­ları və ava­dan­lıqları

İstehsalda istifadə olunan müx­­təlif maşın və me­xa­nizm­­lər (me­tal­kə­sən, ağac emal edən, toxucu dəz­gah­lar, ekskvator, buldozer, qal­dırıcı kran, kon­veyerlər və s.)

Əmək cisminə təsir et­məklə və onların hazır məh­sula çe­virmək funksi­ya­sını yerinə yetirirlər.

5. Nəqliyyat vasitələri

Avtomobillər, elektrovoz­lar, su yolu, lokomotivlər, platfo­rma­lar, elek­trokarlar və s.

Firma (müəssisə) daxi­lində və ondan kənarda yüklərin və sərnişinlərin daşın­ma­sını tə­min edir.

6. Ölçü, tən­zimləyici ci­hazlar, qurğ­ular və labo­ra­to­riya ava­dan­lıq­ları

Təzyiqi, sürəti, tempera­turu ölç­mək üçün istifadə olunan cihaz­lar, kom­püter idarəetmə pultları, dis­pet­çer nəzarət qur­ğuları. Fir­manın və elmi təd­qiqat labo­ratoriyalarının cihaz və aparatları.

İstehsal proseslərini əl ilə və kompüterlə (avtoma­tik) tən­zim­­ləmək, texnoloji pro­ses­lərin ölçülməsini və onlara nəzarət etməyə həyata keçirir.

7. İstehsalat alətləri

Kəsici, yonucu, sıxıcı alətləri, iş stolları və s.

İstehsal prosesini yüngül­ləş­dirmək, iş yer­lərində təh­lü­kəsizliyi təmin etmək­lə, əmək cisimlərini sax­lamaq.

8. Təsərrüfat inventarları

Hesablayıcı və yazı maşın­ları, yan­ğın əleyhinə alət­lər, skaflar, seyflər və s.

İstehsal prosesinə xidməti və iş şəraitinin təmin edil­məsi funksiyasını yerinə yetirir.

Əsas istehsal fondları əmək cisminə təsir göstərən texnoloji prosesdə bilavasitə iştirak edən bütün əmək vasitələrindən (ma­şın, avadanlıq, alətlər və s.) və eyni zamanda, əmək cisminə bi­lavasitə təsir etməyən, lakin iş prosesinin düzgün həyata keçiril­məsi üçün şərait yaradan əsas vasitələrdən (istehsal binaları, tiki­lilər, ötürücü qurğular və s.) ibarətdir.

Bazar iqtisadiyyatına keçid şəraitində respublika iqtisa­diyyatının daha da inkişaf etdirilməsi əsas istehsal fondlarının inkişafından və onun strukturunun təkmilləşdirilməsindən asılıdır. Respublikanın sənaye sahələrində texniki cəhətdən təkmilləşmiş yeni istehsal vasitələrinin istifadəyə verilməsi istehsal prosesinə fəal təsir göstərir, əmək məhsuldarlığının yüksəldilməsini və əsas istehsal fondlarından səmərəli istitfadə edilməsini təmin edir.

İnsan təfəkkürünün məhsulu və adamların iradəsinin ifadəsi olan elmi-texniki proses təkrar istehsala fəal təsir göstərir ki, bu da əsas fondlar şəklində maddiləşir. Bazar iqtisadiyyatı şəraitində əhalinin maddi nemətlərə tələbatının böyük bir miqyasda artdığı və təbii olaraq onların istehsalının genişləndiyi bir zamanda əsas fondlar iqtisadiyyatın inkişafının müəyyənedici amilinə çevrilir.

Əsas fondların texniki səviyyəsi dedikdə, onların fəal his­səsi, yəni maşın və mexanizmlərin xüsusi səkisi, keyfiyyət sə­viyyəsi dedikdə isə təkmilləşdirilməsi dərəcəsi nəzərdə tutulur. Texniki tərəqqi əsas fondların fəal hissəsinin kəmiyyət və key­fiyyətcə artmasına geniş imkan yaradır, istehsala yeni daha tək­milləşmiş texnikanın tətbiq edilməsini tələb edir. Beləliklə, tex­niki tərəqqi əsas fondların aktiv hissəsinin daima artması istiqa­mətində onun strukturunun təkmilləşdirilməsinə mühüm təsir gö­stərir.

Əsas fondların sahə və istehsal (texnoloji) strukturunu bir-bi­rindən fərqləndirmək lazımdır. Əsas fondların sahə strukturu de­dikdə, xalq təsərrüfatı sahələrinin əsas istehsal fondlarının ümumi dəyərindəki xüsusi çəkisi nəzərdə tutulur.

Respublikamızda son illərin statistik məlumatlarına əsasən iqtisadiyyatın əsas fondlarının sahə strukturu 4№-li cədvəldə ve­rilib.

Cədvəl 4.


1990-1998-ci illərdə Azərbaycan Respublikası iqtisadiyyatının sahələri üzrə əsas istehsal fondlarının sahə strukturu (yekuna nis­bətən faizlə)





İ L L Ə R

1990

1995

1996

1997

1998

Bütün iqtisadiyyatın cəmi

100,0

100,0

100,0

100,0

100,0

O cümlədən:
















Sənaye

32,6

35,0

33,0

33,3

34,7

Kənd təsərrüfatı

13,9

9,8

11,3

14,1

13,4

Tikinti

4,6

4,6

5,0

5,0

5,4

Nəqliyyat və rabitə

16,3

18,8

13,8

13,6

13,6

Digər sahələr

32,6

31,8

36,9

34,0

32,9

Cədvəlin məlumatlarından göründüyü kimi iqtisadiyyatın başqa sahələri ilə müqayisəli sənayenin payına düşən düşən əsas istehsal fondlarının xüsusi çəkisi 32,6%-dən 34.7%-ə qədər yüksəlmişdir. Həmin dövr ərzində kənd təsərrüfatının payına düşən əsas istehsal fondunun xüsusi çəkisi 13,9%-dən 13,4%-ə qədər azalmışdır.

Bazar iqtisadiyyatı şəraitində elm və texnikanın inkişafı əsas istehsal fondlarının maddi əsasını təşkil edən əmək alətlərinin tə­krar istehsalı ilə əlaqədar olaraq onun strukturu daima təkmillə­şir. Əsas fondların təkrar istehsalı əsasında cəmiyyətin məhsuldar qüvvələri daim inkişaf edir. Bu isə öz növbəsində əmək alətləri­nin aktiv hissəsində keyfiyyət dəyişikliklərinə səbəb olur. Bazar münasibətlərinin formalaşdırılması və inkişafı xüsusilə sürətlən­məkdə olan elmi-texniki tərəqqi hər bir istehsal və qeyri-istehsal sahələrində yeni, daha mütərəqqi texnika və texnologiyanın tət­biqini tələb edir.

Elmi-texniki tərəqqinin müasir mərhələsində istehsalın sə­mərəliliyinin yüksəltməyin istiqaməti mövcud əsas istehsal fond­larını təzələmək və yeni məhsuldar avadanlıqlarla əvəz etmək hesabına ictimai istehsalın texniki səviyyəsini yüksəltməkdər iba­rətdir. Müasir dövrdə respublika iqtisadiyyatının inkişafına yö­nəl­dilən investisiya resurslarından səmərəli istifadə olunması nə­ticə­sində əsas istehsal fondlarının həcminin artmasına, strukturu­nun təkmilləşdirilməsinə geniş imkan yaradır. Məlumdur ki, K.Marks geniş təkrar istehsal prosesinin ən mühüm amili kimi əsas istehsal fondlarının təzələnməsinin iki formasını göstərmiş­dir:

a) ayrı-ayrı əmək vasitələrinin dövrü və ya qismən yeniləş­dirilməsi;

b) amortizasiya fondunun bir hissəsinin həmin məqsəd üçün istifadə etmək hesabına müəssisələrin tədricən genişləndirilməsi və ya yenidən qurulması.

Əsas istehsal fondlarının təzələnməsi qanunauyğun proses­dir. K.Marks göstərmişdir ki, məhsuldar qüvvə sürətlə inkişaf et­dikdə bütün köhnə maşınlar daha məhsuldar maşınlarla əvəz edilməlidir. Lakin dahi K.Marks ancaq əsas istehsal fondlarının yeniləşməsini deyil, o, həm də bütün istehsal sahələrində ixtisas­laşmış əməyə də yüksək qiymət vermişdir. O, qeyd etmişdir ki, əmə­yin məhsuldar qüvvəsi necə dəyişirsə dəyişsin, eyni əmək, eyni vaxtda kəmiyyətcə bərabər dəyər yaradacaqdır. Lakin, əməyin məhsuldar qüvvəsi çoxaldıqca çox, azaldıqca isə az dəyər ya­radacaqdır. Göründüyü kimi əməyin məhsuldar qüvvəsinin də­yişdirilməsi o vaxt yüksək səmərə verə bilər ki, ona münasib ixtisaslı əmək formalaşmış olsun.

Əsas istehsal fondları iqtisadiyyatın maddi-texniki bazasının əsas elementlərindən biri olmaqla, sahənin dinamik inkişaf etdi­rilməsində mühüm əhəmiyyətə malikdir. Əsas istehsal fondlarının daima təzələnməsi, mənəvi cəhətdən köhnəlmiş fondlaların daha məhsuldar fondlarla əvəz olunması istehsalın iqtisadi-sosial səmə­rəliliyinin yüksəldilməsinə və əmək resurslarından qənaətlə isti­fadə olunmasına səbəb olur. Bütün bunların hamısı əsas fondlara investisiya qoyuluşlarının gücləndirilməsi sayəsində mümkün ola bilər.

Əsas istehsal fondlarının təzələnməsi, elmi-texniki tərəqqi­nin nailiyyətlərinin tətbiqi ictimai əmək məhsuldarlığının yüksəl­dilməsini təmin edir. Bazar iqtisadiyyatı şəraitində dövlətin inve­stisiya siyasətində məqsəd əsas istehsal fondlarının yenilişdəril­məsi prosesinin həyata keçirilməsinin sürətləndirilməsidir.

Əsas fondların keyfiyyətini xarakterizə edən mühüm göstə­ricilərdən biri də texnoloji strukturdur. Əsas fondların texnoloji strukturu dedikdə onun ümumi dəyərində ayrı-ayrı ünsürlərin tut­duğu xüsusi çəki başa düşülür.

Bazar iqtisadiyyatı şəraitində əsas fondların təzələnməsi və onların texnoloji strukturunun təkmilləşdirilməsi üzrə aşağıdakı zəruri istiqamətlərin həyata keçirilməsi daha məqsədəuyğun he­sab edilir.

1. Əsas istehsal fondunun aktiv hissəsi olan maşın və ava­danlıq vahidinin istehsal gücünün artırılması və onun optimal sə­viyyəyə çatdırılması.

2. İstehsal prosesindəki mövcud mexaniki üsullardan müasir kompüterləşmə, elektrofizika, elektrokimya və başqa mütərəqqi üsullara keçirilməsi.

3. Fasiləsiz texnoloji proseslərə, tullantısız və ya az tulantılı texnologiyaya keçirilməsi.

Qeyd etdiyimiz kimi problemlərin müvəffəqiyyətlə həll edilməsi ilk növbədə investisiya qoyuluşlarının həcmindən bilva­sitə asılıdır. Məhz buna görə də respublikamızda sənaye istehsa­lının inkişafının sürətləndirmək məqsədilə daxili və xarici inve­stisiya fəaliyyətini daha da aktivləşdirmək lazımdır.

İnvestisiya fəaliyyəti obyektinin düzgün seçilməsi milli iqti­sadiyyatımızın inkişafına və xüsusilə formlaşmaqda olan struktu­runa daha müsbət təsir göstərə bilər. Məhz buna görə də Azər­baycanda keçid iqtisadiyyatı şəraitində investisiya fəaliyyətinin obyekti əsasən aşağıdakı istiqamətlərə yönəldilməlidir:

1. İqtisadiyyatın bütün sahələrində yeni yaradılan və mo­dernləşdirilən əsas fondlar və dövriyyə vasitələrinə.

2. Qiymətli kağızlar (səhm, istiqrazlar və s.), məqsədli pul əmanətlərinin çoxaldılmasına.

3. Elmi-texniki məhsul və digər mülkiyyət obyektləri, əm­lak hüquqi və intellektual mülkiyyətin inkişafına.

Belə bir mühüm istiqamətlər üzrə investisiya fəaliyyətinin gücləndirilməsi bütövlükdə milli iqtsadiyyatın artım tempinə müsbət təsir göstərir.

Qeyd etmək lazımdır ki, əsas istehsal fondların texnoloji strukturunun keyfiyyətcə təkmilləşdirilməsində əsas fondun ümu­mi dəyərində aktiv hissəsinin nisbətən üstün artımı və eyni za­man­da, istehsalın texniki cəhətdən silahlandırılması əmək məh­suldarlığının yüksəldilməsinə və istehsal olunan məhsulun çeşid və keyfiyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərir. Əsas istehsal fondlarının texnoloji strukturunun keyfiyyətcə təkmilləş­dirilməsi nəinki əsas istehsal fondun aktiv hissəsinin artmasına, eyni zamanda, istehsalın və əməyin texniki səviyyəsinin yüksəl­dilməsinə də imkan verir.

Əsas istehsal fondlarının strukturu və habelə onun tərkib ünsürlərinin mütləq və nisbi artımı sənaye istehsalının səmərəli təşkil olunması nöqteyi-nəzərdən olduqca mühüm əhəmiyyət kəsb edir. Müasir dövrdə sənaye istehsalının maddi-texniki baza­sının ahəngdar inkişafı və sərf edilmiş vəsaitin səmərəliliyinin yük­səldilməsi üçün sahələr arasında və sahələr daxilində müxtə­lif istiqamətlərdə istifadə olunan investisiya qoyuluşu əsas fondla­rın strukturunu iqtisadi əsaslarla təmin etməli və onların ayrı-ayrı ünsürləri arasında düzgün proporsionallıq yaratmalıdır.

Əsas fondların fəal hissəsinin xüsusi çəkisi nə qədər yüksək olarsa, istehsalın texniki səviyyəsi də bir o qədər yüksək olar, eyni zamanda müəssisənin məhsul buraxmaq üçün istehsal im­kanları bir o qədər artır. Buna görə də istehsalın səmərəliliyinin artması məsələlərini həll edərkən əsas istehsal fondlarının struk­turundakı müsbət dəyişikliklərin təsiri nəzərə alınmalıdır.

Əsas fondun strukturu sabit deyil, o elmi-texniki tərəqqinin nailiyyətlərinin məqsədəuyğun tətbiqi əsasında daima təkmilləşir. Bunun nəticəsində də əsas fondun strukturu respublika sənayesi­nin müxtəlif sahələrində bir-birindən fərqlənir. Qeyd etmək la­zımdır ki, respublikamızın hasiledici sənayesində əsas fondun passiv hissələrinin (bina və tikililərin) xüsusi çəkisi yüksək ol­duğu halda, emaledici sənaye sahələrində isə əsas fondun aktiv hissəsi (maşın və avadanlıqlar) üstün yer tutur.

Əsas fondun strukturuna müxtəlif amillər təsir göstərir ki, bunlardan: istehsal edilən məhsulun xarakterini, istehsalda elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi səviyyəsini, istehsalın ixtisaslaşma və kooperasiyalaşma səviyyəsini, məhsuldar qüvvə­lərin yerləşdirilməsini, əsaslı vəsait qoyuluşundan, investisiya və istehsal gücündən istifadə səviyyəsini və s. göstərmək olar.

Əsas istehsal fondlarının strukturu elə nisbətdə müəyyən edilməlidir ki, bazar iqtisadiyyatının tələb etdiyi vəzifələrin ye­rinə yetirilməsi və istehsalın iqtisadi-sosial səmərəliliyinin yüksəldilməsi təmin edilsin.





Yüklə 365,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə