Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə1/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
  1   2   3   4   5   6   7   8   9   ...   166


Əl
-
Fatihə
 
surəsi
 
1. Bağışlayan və mehriban Allahın adı ilə. 
2.  Həmd  və  sitayiş  aləmlərin  (mələklər,  insanlar,  cinlər,  heyvanlar  və  cansız  əşyalar  aləminin) 
idarə edəni, yaradaraq nəzmə salanı və mütləq hökmdarı olan Allaha məxsusdur. 
3. (Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) rəhmli 
və mehriban Allaha. 
4. Cəza gününün sahib və hökmdarına. 
5. (Pərvərdigara!) Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. 
6. Bizi (əqidə, elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və həmin yolda dayanıqlı) et! 
7. (Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin - (Sənin) qəzəb(in)ə 
düçar olmamış və azmamışların yoluna! 
Əl
-
Bəqərə surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə. 
1.  Əlif,  Lam,  Mim.  (Bu  hərflər  Allahla  Onun  Peyğəmbəri  arasında  olan  rəmzlərdir.  Bu  kitab 
həmin bu hərflərdən təşkil olunmuşdur,  lakin heç kəsin  onun kimisini gətirmək  qüdrəti yoxdur. 
Bu  kitab  «Əlif»  (Allah)  tərəfindən  «Lam»ın  (Cəbrailin)  vasitəsi  ilə  «Mim»ə  (Muhəmmədə  - 
səlləllahu əleyhi  və alih) nazil edilmişdir. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri 
vardır.)  
2.  Barəsində  heç  bir  şəkk-şübhə  olmayan  bu  uca  məqamlı  kitab  pəhrizkarlar  (aşağıdakı  beş 
xüsusiyyəti  fitrət  və  ya  peyğəmbərlərin  dəvəti  yolu  ilə  əldə  etmiş  kəslər)  üçün  hidayət 
mənbəyidir. 
3. O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi hissiyyatın dərk edə bilmədiyi şeylərə) 
inanır, namaz qılır (haqqın  müqabilində boyun əyir) və ruzi olaraq verdiyimiz şeylərdən (Allah 
yolunda) xərcləyirlər. 
4. O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub  keçmiş peyğəmbərlərə) nazil edilənlərə 
imanları və axirət (qiyamət) gününə yəqinlikləri vardır. 
5.  Məhz  onlar  (Qur’anın  hidayətindən  qabaq)  Allahları  tərəfindən  (fitri  və  əqli)  bir 
hidayətdədirlər  və  nicat  tapanlar  da  onlardır  (və  Qur’an  onları  bu  məsələlərin  arxasınca  gələn 
kamilliklərə hidayət edir. Bu işləri inkar edən kəslərə isə müsbət təsir göstərmir). 
6.  Şübhəsiz,  küfr  edənlər  (və  öz  küfrlərində  israr  edənlər)  üçün  onları  qorxutmağınla 
qorxutmamağın birdir, iman gətirməyəcəklər. 
7. Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhür(ü) vurmuşdur və onların gözlərində 
(qəflət) pərdə(si) vardır. Onlara böyük bir əzab veriləcəkdir. 
8.  İnsanların  bəziləri  imanları  olmaya-olmaya  «biz  Allaha  və  axirət  gününə  iman  gətirdik» 
deyərlər. 
9. Allahı və iman gətirənləri aldatmaq istəyirlər, halbuki, özlərindən başqa heç kəsi aldatmırlar və 
başa (da) düşmürlər. 
10.  Onların  qəlblərində  xəstəlik  (küfr,  şəkk  və  nifaq  xəstəliyi)  vardır,  Allah  da  xəstəliklərini 
artırmış və artırmaqdadır və danışdıqları yalanın müqabilində onlar üçün ağrılı bir əzab vardır. 
11. Onlara «yer üzündə fəsad törətməyin» deyildikdə «biz yalnız islah edənlərik» deyərlər. 
12. Bil ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər.  
13.  Onlara  «siz  də  camaat  kimi  iman  gətirin»  deyildikdə  (öz  qəlblərində)  deyərlər:  «Biz  də 
səfehlər kimi iman gətirək?!» Bilsinlər ki, onların özləri səfehdirlər, lakin (bunu) bilmirlər. 
14.  Onlar  iman  gətirənlərlə  görüşdükləri  zaman  «iman  gətirdik»  deyərlər,  öz  şeytanları  (azğın 
dostları)  ilə xəlvətə çəkildikləri  zaman isə «şübhəsiz, biz sizinləyik, biz (özümüzü iman gətirmiş 
kimi göstərməklə onları) yalnız ələ salırıq» deyərlər. 


15.  Allah  da  (Qiyamətdə)  onları  ələ  salacaqdır.  (İndi)  kor-koranə  dolandıqları  azğınlıqlarında 
onlara möhlət verir və (azğınlıqlarını) gücləndirir. 
16. Onlar azğınlığı hidayət  bahasına satın almış  kəslərdir. Buna  görə də  nə ticarətləri  bir xeyir 
verdi, nə də (haqq) yolu tapanlardan oldular. 
17. Onların hekayəti (qaranlıq gecədə geniş  bir çöldə) od  yandıran şəxsin hekayətinə bənzəyir. 
Beləliklə,  (od)  onun  ətrafını  işıqlandıran  kimi,  Allah  (odu  söndürməklə)  onların  nurunu  aradan 
aparar və onları heç görə bilməyəcəkləri bir qaranlıqda boşlayar. 
18. Kar, lal və kordurlar. Buna görə də (haqqa tərəf) qayıtmırlar. 
19. Yaxud (onların hekayəti) səmadan yağan və qaranlıqlar, göy gurultusu və şimşəyi olan doluya 
(düşmüş  şəxslərin  hekayətinə)  bənzəyir.  Onlar  ölümdən  qaçmaq  üçün  ildırımın  şiddətindən 
barmaqlarını  qulaqlarına  tıxayarlar.  Allah  bütün  kafirləri  (elm  və  qüdrət  baxımından)  əhatə 
etmişdir. 
20. Çaxan şimşək az qalır  ki, onların gözlərinin  işığını aradan aparsın. Onlara işıq saçan zaman 
həmin işıqda yol gedər, fəza qaranlıqlaşanda isə dayanarlar. Əgər Allah istəsəydi, onların eşitmə 
və görmə (qabiliyyət)lərini əllərindən alardı. Çünki Allah hər şeyə qadirdir. 
21. Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin, bəlkə (bununla) təqvalı 
olasınız. 
22. Həmin O Allah ki, yeri sizin üçün (sərilmiş) döşənəcək və göyü (ucaldılmış) bina etdi, göydən 
(yağış, qar və dolu şəklində) su endirdi və onun vasitəsilə sizin üçün meyvələrdən ruzi çıxartdı. 
Buna görə də, (bütlərin bu cür varlıqları yaratmaq və ruzi vermək qüdrətinə malik olmamalarını) 
bilə-bilə Allaha şəriklər qoşmayın. 
23. Əgər Bizim Öz bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, doğruçusunuzsa siz də (fəsahət, 
kəlmələrinin  gözəlliyi,  bəlağət,  mənalarının  dərinliyi  baxımından  və  ya  onun  kimi  heç  kimdən 
dərs  almayan  bir  şəxs  tərəfindən)  bir  surə  gətirin  və  (bu  işdə)  Allahdan  başqa  bütün 
köməkçilərinizi və şahidlərinizi də çağırın (ki, onlar sizin surənizin Bizim surəmiz kimi olmasına 
şəhadət versinlər). 
24.  Və  əgər  (belə  bir  işi)  etməsəniz  -  heç  vaxt  edə  bilməyəcəksiniz  də  -  onda ,  kafirlər  üçün 
hazırlanmış və yanacağı insanlar və daşlar olan oddan çəkinin. 
25.  İman  gətirib  yaxşı  işlər  görən  şəxslərə  müjdə  ver  ki,  onlar  üçün  (evlərinin  və  ağaclarının) 
altından  çaylar  axan  cənnətlər  (və  ya  bağlar)  vardır.  Həmin  bağlardan  onlara  ruzi  olaraq  bir 
meyvə verilən zaman deyərlər: «Bu, əvvəldən (dünyada) bizim ruzimiz olmuş şeydir.» Və onların 
yanına  bütün  meyvələr  (gözəllik  və  lətafət  baxımından)  bir-birinə  oxşar  gətirilər.  Orada  onlar 
üçün (aybaşı, xəstəlik və pis xasiyyətdən) pak zövcələr vardır və onlar orada əbədi qalacaqlar. 
26.  Şübhəsiz,  Allah  hər  hansı  bir  misalı  çəkməkdən  -  ağcaqanad  olsun,  ondan  böyüyü,  ya 
balacası-  utanmaz.  İman  gətirənlər  (fikirləşərək  məqsədi  dərk  etməklə  və  ya  mütləq  itaət  və 
tabeçilik  vasitəsi  ilə)  bilirlər  ki,  bu  onların  Rəbbi  tərəfindən  olan  bir  həqiqətdir.  Kafirlər  isə 
deyərlər:  «Görəsən  Allahın  bu  məsəldən  məqsədi  nədir?!»  (Bəli,  Allah)  onunla  (bir  həqiqəti 
bəyan etməklə) çoxlarını azdırır (onların  ixtiyari azğınlığa düşmələrinə səbəb olur) və çoxlarını 
onunla hidayət edir. (Allah) onunla ancaq fasiqləri azdırır. 
27. Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və 
nəqli cəhətdən sübuta  yetirildikdən sonra onlarla  müxalifət edir), Allahın, birləşdirilməsini əmr 
etdiyi şeyləri (qohum-əqrəba, məsumlar və din  kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-
fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır.  
28. Allaha necə kafir olursunuz, halbuki siz ölü  idiniz (bədəninizi təşkil edən  ilk  maddələr bir-
birinə birləşməmişdən və ruh üfürülməmişdən qabaq cansız hissələr idi), O, sizi diriltdi, sonra sizi 
öldürəcək və yenidən dirildəcək. Daha sonra isə Ona tərəf qaytarılacaqsınız.  
29.  Yer  üzündə  olanların  hamısını  sizin  üçün  yaradan,  sonra  isə  səmaya  (onun  yaradılışına) 
başlayan, beləliklə onları (hikmətə uyğun  və yaradılışında heç bir nöqsan olmadan) yeddi səma 
halında nizama salan Odur. O, hər şeyi biləndir. 
30. Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin 
(Allahın  oradakı  nümayəndəsi,  ya  da  oranın  nəsli  kəsilmiş  qədim  sakinlərinin  canişini) 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə