FatiMƏ fatiMƏDİr doktor əLİ ŞƏRİƏTİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ



Yüklə 0,58 Mb.
səhifə1/17
tarix06.02.2018
ölçüsü0,58 Mb.
#26379
  1   2   3   4   5   6   7   8   9   ...   17


FATİMƏ FATİMƏDİR


DOKTOR ƏLİ ŞƏRİƏTİ
TƏRCÜMƏ EDƏN: MƏHƏMMƏD AZƏRİ



And olsun anamın ruhuna, Zəhra təvazö, şəfqət, paklıq güzgüsüdür. Bütün həyatım onun üçün əziyyət və bütün vücudu mənim üçün məhəbbət oldu!

Hz.Əli (ə)

Ailə ilə söhbət


Oxuduqlarınız bir hüseyniyyədəki çıxışımdır. Əvvəlcə, professor Lui Masinyonun həzrət Fatimə (ə) haqqındakı təhqiqatları, xüsusi ilə onun İslam cəmiyyəti və tarixindəki hadisələrlə bağlı xatirələrindən ibarət bir əsəri haqqında danışmaq istəyirəm.

Məclisə daxil olduqda anladım ki, burada tələbələrdən əlavə başqa şəxslər də var və bu məclis daha çox diqqət tələb edir. Qərara gəldim ki, qadın cəmiyyətlərində çox aktual olan “necə olmalı” sualına cavab verəm.

Qədim adət-ən`ənəyə sadiq qadınlar üçün problem yoxdur. Eləcə də, müasirliyi qəbul etmiş qadınlarda da narahatlıq görünmür. Lakin özünü hər hansı qəlibə salmış bu iki qadın qrupları arasında nə qədim qaydalara dözən, nə də müasir yad görüşlərə, formalara təslim olmaq istəyən bir qrup vardır. Bu qadınlar nə etməlidirlər? Onlar özlərini “seçmək”, özlərini düzəltmək, ideal tapmaq istəyirlər. Bu qadınlar üçün ən mühüm sual “necə olmaq”dır. Böyük inamla bəyan edirik: bu sualın cavabı Həzrət Fatimənin (ə) varlığıdır!

Əvvəlcə, həzrət Fatimənin (ə) şəxsiyyətini təhlil etməklə kifayətlənmək istədim. Lakin ziyalılarımızın bu şəxsiyyətdən xəbərsizliyi, hətta dindarların “nalə”dən başqa bir şey bilməməsi məni vadar etdi ki, qüvvəm daxilində bu boşluğu doldurmağa çalışım. Ona görə də qarşınızdakı kitabda layiqincə tanınmamış bu xanımın şəxsiyyəti sənədli olaraq, geniş şəkildə izah olunmuşdur.

Bu şərhlərdə qədim tarixi sənədlər ilkin istinadgahdır. Şiə e`tiqadına aid məsələlərin bəyanında isə sünni mənbələri əsas götürülmüşdür. Bu üsul bir çox iradları aradan qaldırır. Uyğun mənbələrdə həzrət Fatimənin (ə) məzlumiyyətinin, e`tirazlarının qəbulu bir çox həqiqətlərin üzərindən şübhə pərdəsini qaldırır.

Oxuyacaqlarınız sadəcə bir çıxışın mətnidir və bu çıxış bir qrup şəxsin hüzurunda hazırlıqsız həyata keçib. Bu çıxışlardakı qeydlər isə bir gecə ərzində hazırlanıb. Ona görə də iddia edə bilmərəm ki, hər hansı tənqid yersizdir. Əksinə, söz sahiblərindən tənqid intizarındayam. Əlbəttə ki, həqiqət xidmətçilərinin zəhmətindən zövq alan söz sahiblərinin!


Əli Şəriəti

Söhbətin istiqaməti


Belə bir müqəddəs gecədə çıxış etmək fikrim yox idi. Amma böyük islamşünas Lui Masinyonun həzrəti Fatimə (ə) haqqındakı araşdırmaları, xüsusi ilə “həzrət Fatimənin (ə) həyatı və şəxsiyyəti” adlı əsəri ilə tanışlığım məni bu söhbətə vadar etdi. O böyük xanımın - hətta ölümündən sonrakı - bərəkətli şəxsiyyəti, İslam tarixində ədalət ruhunun dirçəlişində rolu, zülmlə mübarizəsi İslam peyğəmbərliyinin bariz nümunələrindəndir. Təəssüflər olsun ki, bütün bu gerçəkliklər bəd niyyətli daxili və xarici əllər tərəfindən təhrif olunmuşdur. Lui Masinyonun bu əzəmətli işində bir şagird qədər çalışmağımdan fəxr duyuram. Xüsusi ilə, müxtəlif məhəlli ləhcələrdə yazılmış tarixi sənədləri araşdırmaq, kiçik də olsa, bir iş idi.

Bu gecə həmin qiymətli əsərlərdən danışmağım istənildi. Həmin əsər hələ ki çap olunmadığından və müəllif dünyasını dəyişdiyindən, əksər islamşünas Avropa alimləri və bizim alimlər bu əsərdən xəbərsiz olduqlarından mən bu də`vəti qəbul etdim. Qərara gəldim ki, tələbələr üçün “Tarix və dinşünaslıq”, “Dini sosiologiya”, “İslamşünaslıq” mövzularında həmin alimin araşdırmalarını tənzimləyim. Amma indi görürəm ki, düşdüyüm məclis sinif otağından fərqlənir. Bu məclis moizə üçün də münasib deyil. Bu yığıncaqdakı ziyalılar müasir düşüncəli gənclərdir. Onlar bu məclisə ağlayıb savab aparmaq üçün gəlməmişlər. Onları quru tarixi salnamələr də maraqlandırmır. Burada iştirak edənləri daha həyati və taleyüklü bir məsələ maraqlandırır.


Necə olmalı?


Bizim cəmiyyətdə qadın çox sür`ətlə dəyişir. Dövrün tə`sirləri onu tarixi xüsusiyyətlərindən məhrum edir, qadını öz istədiyi formaya salır. Ona görə də agah qadın üçün bu əsrdə ən ciddi sual “necə olmaq?”dır.

Qadın anlayır ki, mühitin tə`sirləri altında olduğu kimi qala bilməz. Şəxsiyyətli qadın dövrün maskasını taxıb dəyişmək istəmir. O, özü üçün yeni simanı özü seçmək istəyir. Amma necə? Onun üçün həm keçmişdən irs qalmış qiyafə, həm də bərbəzəkli müasir maskalar darıxdırıcıdır.

İkinci bir sual yaranır: Biz müsəlmanıq. Azadlıq eşqində yanan bizim qadın böyük bir mədəniyyətə bağlıdır. Bu mədəniyyət öz sərmayəsini İslamdan götürür. Uyğun mühitdə şəxsiyyətcə azad olmaq istəyən, həm qədim mövhumatlardan və həm də müasir şeytənətlərə təqlidçilikdən qaçan qadın İslama biganə qala bilməz.

Bu qism qadınlar təbii olaraq düşünürlər: bizim camaat daim Fatimədən (ə) dəm vurur; onun üçün göz yaşları axıdır. İluzunu həzrət Fatimənin (ə) xatirəsinə həsr olunmuş yüzlərcə tədbirlər keçirilir. Bu xanım haqqında mədhiyyələr oxunur, onu incidənlərə lə`nət yağdırılır. Bütün bunlara baxmayaraq, Fatimə (ə) şəxsiyyəti hələ də açıqlanmamış qalır. Onun haqqında bildiklərimiz isə nəsildən-nəsilə ötürülmüş, demək olar ki, eyni ifadələrdir. Məsələn: Cəbrayıl (ə) həzrət Peyğəmbərə (s) zahir olub dedi: «Allah sənə salam yetirir və buyurur ki, Xədicəyə (s.ə) yaxınlaşmayasan. Qırx gün sonra Cəbrayıl Behiştdən təam gətirib, Xədicə ilə yaxınlığa göstəriş verir.

Xədicə nəql edir: “Bu qırx günü göz yaşları içində keçirdim”. Nəhayət, həzrət Peyğəmbər (s) Xədicənin otağına daxil olur... Xədicə onları belə xatırlayır: “Mən həmin gecə bətnimdə Fatimənin nurunu hiss etdim. Elə o vaxtdan da Fatimə mənimlə danışardı, tənhalıq hiss etməzdim.”

Diqqət edin! Fatimənin (ə) doğumundan ölümünədək onun haqqında heç bir mə`lumat yoxdur! Atası Peyğəmbərin (s) vəfatından sonra Əbu Bəkr “Fədək bağı”nı Fatimədən (ə) zorla alır, Ömər öz dəstəsi ilə hücum edib o həzrəti döyür. Bu hadisə zamanı həzrət Fatimə (ə) altı aylıq körpəsini salır. Xanım öz körpələrinin əlindən tutaraq “Beytül-Əhzan” xarabalığına gəlir. Oturub ağlayır, ona zülm edənləri lə`nətləyir. Öz qalan qısa ömrünü göz yaşları içində keçirən həzrət Fatimə (ə) vəsiyyət edir ki, Əbu Bəkr və Ömərin pisliyindən qorunmaq üçün onu gecə və məxfi bir yerdə dəfn etsinlər.

Amma Fatimə şəxsiyyətinin bəşər həyatı üçün örnək olası nöqtələri lazımınca araşdırılmamışdır. Əksər rəvayətlər bu xanımın Qiyamət günü mö`minlərə yardım olacaq şəfaətindən bəhs edir: “Ərşdən nida olunar ki: “Gözlərinizi yumun! Həzrət Fatimə (ə) öz qəsrinə gedir”. İki yaşıl örtüyə bürünmüş xanımı 70 min huri müşayət edər. Allah-təala buyurur: “Sənin müsibətinə görə sən, sənin övladların, şiələr və səni sevən qeyri-şiələr Behiştə daxil olanacan bəndələrimi sorğuya çəkməyəcəm”. Beləcə, Allah-təala yalnız bu insanları Behiştə daxil etdikdən sonra bəndələrini sorğuya çəkər (“Həqqül-yəqin”).

Bəli, bu əzəmətli şəxsiyyət haqqında bundan artıq mə`lumat nəzərə çarpmır. Hansı ki, bir qadını mə`rifət nümunəsi seçmiş millətlər üçün bu çox azdır!



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə