FatiMƏ fatiMƏDİr doktor əLİ ŞƏRİƏTİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ



Yüklə 0,58 Mb.
səhifə7/17
tarix06.02.2018
ölçüsü0,58 Mb.
#26379
1   2   3   4   5   6   7   8   9   10   ...   17

Nə idealizm, nə də realizm!


Amma İslam nə şərqə, nə də qərbə aid olmayan bir çıraqdır. O, kökü yerdə, budaqları səmada olan pak bir ağac kimidir. O, idealizmin ziddinə olaraq bütün fərdi, ictimai və tarixi gerçəklikləri görür və nəzərə alır. O, gerçəklikləri realizm kimi qəbul edir, amma saf-çürük etmədən təsdiqləmir. İslam faydasız və zərərli gerçəkliklərin mahiyyətini dəyişir. O, öz ideallarına doğru can atır. O, realizm tək mənfi gerçəkliklərə təslim olmur. İslam eybəcər gerçəklikdən qaçmır, ona doğru gedir. İslam realizmin cilovsuz, gerçək atlarını cəmiyyətin faydası üçün cilovlayır, yəhərləyir.

Məsələn, bütün Avropa və Amerikanı bürümüş qanunsuz nigahlar qarşısında İslam sədd çəkir. İslam birlikdə yaşamaq istəməyən ər-arvada “boşanmaq olmaz” demir. Əksinə, onları yeni və sevgi ilə dolu bir həyata çağırır.

Avropa qanunsuz nigahı mənfur hesab etsə də, onunla barışır, onun nəticələrinə göz yumur. Hansı ki, dini cəmiyyətlərdə, eləcə də, İslam qaydalarının icra edildiyi cəmiyyətlərdə uyğun hal təlaq, nigah, istisna hallarda siğə vasitəsi ilə aradan qaldırılır. Qanunsuz nigahın gerçəklik kimi qəbul edildiyi cəmiyyətlərdə belə bir nigahda yaşayan qadın və kişi Allah və vicdan qarşısında özünü bir o qədər də günahkar hiss etmir. Çünki insanlar qanun və ictimai rə`ylə hesablaşırlar. Əgər qanun susursa, ictimai rə`y tərəddüd göstərirsə, günahkar insan «öz günahını mühitlə bölüşmək» hissini yaşayır.

İslam isə bu halları qəbul etməklə yanaşı, onlarla mübarizə aparır. Gerçəkliyi e`tiraf etmək azdır. Mənfi gerçəkliyi isə islah etmək zəruridir. Realistlər gerçəkliyi mənfi və ya müsbət olmasından asılı olmayaraq qəbul edir, bir növ gerçəkliyə əsir olurlar. İdealistlər isə mənfi halları görmədiklərindən daha az zərər çəkirlər. Bununla belə, hər bir idealist mənfi gerçəklik qarşısında diz çökmək məcburiyyətindədir.

Amma istər idealist, istər müqəddəs və məzhəbi ailələrdən çıxan gənclər mühit okeanında qısa bir müddətdə gerçəkliyin qurbanı olurlar. Ən fərasətli idealist və ya dindar belə öz övladını gerçəkliyin əsarətindən qurtarmaqda acizdir. Bu gənclər üçün ideal, müqəddəslik, adət-ən`ənə gülünc görünür. Çünki, bütün gerçəkliklər heyvani bir həyat təbliğ edir.

“Yeni mədəniyyət” bütün çərçivələri qırmışdır. İntibah, ziyalılıq hərəkatı, böyük Fransa inqilabı, texniki tərəqqi əsrində insanın diqqətini özünə yönəltmək çox çətindir. “Demokratiya”gözləniləsi sonluq idi. Modernləşməyə maraq və bu marağın ardınca ideoloji sferanı ələ keçirmiş modernizm!

Təəssüf ki, xalqların taleyinə cavabdeh olan şəxslər və qurumlar mənfi gerçəkliklərə göz yummaqdadırlar. Onlar hansısa səviyyədə idealları qorumaqla, avtomobillə yanaşı arabanı saxlamaqla işlərini bitmiş hesab edirlər. Cəmiyyət öz idealını necə qoruyur? Elektrik çıraqları ilə yanaşı şamlar, neft çıraqları yandırılır. Yoxsa, sən çırağı məsxərəyə qoyursan? Həmin çırağın işığında küleynilər, şeyx tusilər, əllamə məclisilər yarandı!

Bəs bu gözüqanlı fatehlərin qarşısı necə alınmalıdır? Yoxsa, gözləri bağlayıb lə`nət oxumaq kifayətdir?!

“Avtomobil” asfalt yollarla, çox rahat şəkildə qərbin mədəniyyət, qüdrət və siyasət qülləsindən işıq sür`əti ilə şütüyüb “yatdığımız” yerdə qapımızı kəsdi. Keşikçilərimiz “lay-lay” deməkdə davam etdilər, əsrin “avtomobil”inin qarşısında durub, xalqa “geri çəkilin, dininizdən yapışın” dedilər. Amma bu “avtomobil” bütün dəyərləri təkərləri altına alaraq irəli şığıdı. Bir də onda ayıldıq ki, biz də qərbdən gəlmiş bu sür`ətin yedəyindəyik.

Çoxları anlayırdılar ki, bu “gerçəklik” (“qərb havası”) tezliklə bütün dini və əxlaqi dəyərləri aradan qaldırıb, beyinlərdə öz imzasını atacaq. Bəs bunun qarşısını almaq üçün nə etdilər? Əmr edildi: “Haramdır! Radio almayın! Filmlərə baxmayın! İnstitut, universitetlərə ayaq basmayın! Qəzet oxumayın! Cəmiyyət qurmayın! Bir sözlə, bildiklərimiz bizə yetər, yenisinə ehtiyac yoxdur! “Qadının adını çəkməyin!”.

Bizim mə`nəviyyat keşikçilərimiz “eskimosa soyuducu satan” kapitalizm qarşısında, sadəcə “olmaz” deməklə kifayətləndilər. Daha doğrusu, xalqın qulağına iki söz sırğa edildi: “haram” və “olmaz”!

Nəticə nə oldu? Nəticə gördüyümüz kimi oldu. Avropa gerçəklikləri, qərb kapitalizmi, hiyləgər tülkülər və yırtıcı goreşənlər bir növ müdafiəsiz qalmış sadəlövh ümmətlərin mə`nəviyyatını və təbii xəzinələrini viran qoydular. Gəldilər, qırdılar, apardılar, amma bir buxaralı kişinin Çingiz qoşunu haqqında dediyi kimi - “çıxıb getmədilər”!

Nə üçün? Çünki onları görən olmamışdı. Çünki, bu gəlmələrə nifrət edən keşikçilərimiz üzlərini “yana tutmuşdular”. Gətirilmiş yenilikləri xalqın “boyuna” islah etmək belə kimsənin yadına düşməmişdi.

Kiçik bir misal. Qadınımız örtüklüdür. Bu örtüklü xanım hamilədirsə, doğuşu kim qəbul etməlidir? Əlbəttə ki, qadın oxuyub təhsil ala bilməzsə, uşağı kişi həkim tutmalıdır. Bəs nə üçün qadın həkim olmamalıdır? Hicablı qadına kişinin mamalıq etməsi hansı çərçivəyə sığışır?

Demək, istəsək də, istəməsək də, texniki tərəqqinin ağuşuna düşdük. Xaricdən gəlmiş, mə`nəvi kodekslərlə nizamlanmamış gerçəkliklər özünə lazımi yer aldı. Biz dedik «radio-televiziya haramdır». Amma alıb evimizə qoyduq. Biz institut-universitetə qarşı çıxdıq, amma gənc nəsli həmin ocaqlara yönəltdik. İndi fəryad çəkirik: “Bu necə institutdur ki, allahsızlığı təbliğ edir, bu necə radio-televiziyadır ki, əxlaqsızlıq yayır?!” Bəs necə olmalı idi?! Vaxtında “haramdır” deyib kənara çəkilməsəydin, istənilən yeniliyə öz milli-dini “rəngini” vursaydın, bu gün özünü bir vaxt iyrəndiyin qərbli simasında görməzdin.

Alim “zaman və məkandan”çıxarılan İslama məs`uldur. Əgər xalq bəlalar qoynunda, iman oyunçularının çəngində tənha buraxılırsa, alim cavabdehdir. Alimin belə bir həssas zamanda kənara çəkilib rindanə ibadətə məşğul olması düzgün deyil. İslam qarşısında məs`uliyyətini bu sayaq biganə yerinə yetirən alim istismara, dinsizliyə yol açır və “saray alimləri”nin meydana çıxmasına şərait yaradır. Beləcə, sükan, əslində, framasonluğa rəvac verən Eynüddövlə və Müzəffərəddin şahların əlinə keçir. Əlbəttə ki, Mirzə Mülkümxan kimi qərb təbliğatçıları o zaman meydana atıla bilirlər ki, əsl alimlər kənara çəkilib, özünü aciz bilir. Bunu da qeyd etməliyik ki, bə`zən həqiqi mücahid alimlər köməksiz qalır. Xalq bu müqəddəs şəxslərə sığınmaq əvəzinə, onlara yağdırılan böhtanları cəmiyyətdə yaymaqla məşğul olurlar. Cəmiyyətdəki bu planlaşdırılmış pozucu fəaliyyətlərin qarşısını almaq üçün böyük fədakarlıq tələb olunur.

Belə cəmiyyətlərdə ideoloji təxribatçıların əsas iş istiqamətlərindən biri də xalqı sakitləşdirmək, yenilikləri şirin dillə qəbul etdirmək, insanları “zərərin xeyrinə” inandırmaqdır.

Cəmiyyəti və insanı inkişafda görmək istəyənlərin heç də hamısı meydana girib həqiqi islahat aparmaq iqtidarında deyillər. Onlar anlamışlar ki, zaman hərəkətdədir, adət-ən`ənələr aradan gedir və ən əsası, dünya nəhəngləri bizi udmaq istəyir. Bu prosesləri oturub kənardan izləmək üçün “dərdsiz”, alətə çevrilməmək üçün “həyalı”, sel gəldiyi vaxt özünü və ailəni qorumaq üçün “ağıllı” olmalısan. Amma cəmiyyət modernizmə yoluxduğu vaxt əxlaqlı ailə öz qızını bağlı qapı arxasında saxlamaqla qoruya bilmir. Çünki bu bağlı qapı arxasında bütün dünyanı həmin əxlaqlı qıza əxlaqsızcasına göstərən ekran var!



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə