FatiMƏ fatiMƏDİr doktor əLİ ŞƏRİƏTİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ



Yüklə 0,58 Mb.
səhifə8/17
tarix06.02.2018
ölçüsü0,58 Mb.
#26379
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

İnsanlığın iki qəlibi


Bizim cəmiyyətimizdə iki gerçəklik, iki nümunə, iki göstəriş var. Bunlardan biri təəssübkeşliklə qədim adət-ən`ənənin din və əxlaq adıyla sırınmasıdır. Bu tip anlayır ki, öz istəklərini, hətta zorla, həyata keçirə bilməz.

İkinci tip zahirən özünü ziyalı göstərib azadlıq istəyir. Bunlara qatılaraq əxlaqlı olmaq istəsən, səni dindarlıqda ittiham edərlər. Onlar istəyinin ardınca qaçan övladı nazlamaqla ziyalı adına sahib durmaq istəyirlər. Lakin bu nazlamanın səbəbi nə ziyalılıq, nə də hər hansı əqidədir. Onlar anlayırlar ki, övladla razılaşmasalar, hörmət pərdəsi yırtılar.

Bəli, bu bizim cəmiyyətimizdə mövcud olan iki tipdir. Onlardan biri mümkün olmayan iş üçün çalışır, ikincisi kövrək bir budağa çıxmağa səsləyir. Onlardan biri qollarını açıb dəhşətli seli saxlamaq istəyir, digəri seldən kənarda dirsəklənib, seldə batanlara “papacan, mamacan” deməklə qərb kompaniyalarının cibinə işləyir. Hər iki tip, selin hərəkətinə müdaxilə edə bilmir və bu sel həm o iki nəfəri, həm də bütün başqalarını qoynuna alıb aparır.

Bizim qadının bu gün düşdüyü vəziyyətə Avropa qadını neçə əsr əvvəl düşüb. Bizdəki qərbpərəst qadın qərbdəki qadının eyni deyil. Radio və televiziyada bizə avropalı kimi tanıtdırılan qadınlar, əslində, öz ölkəmizin “istehsalıdır”. Başqa sözlə, “milli montaj”dır. Əlbəttə ki, Avropada da açıq-saçıq şəkildə jurnalın ilk və son səhifələrində vurulan qadınlar var. Amma, adətən, belələri “gecə qadınları” olur! Bizdə isə belə deyil.

Bizə Avropa qadınını pornoqrafik filmlər, qəzet və jurnallar tanıtdırır. Əslində isə, bütün həyatını elmə sərf edib, 16-17 yaşlarından Afrika cəngəlliklərində müşahidələr aparan Avropa qadınları var. Bu qadınları yalnız avropalı olduqları üçün əxlaqsız hesab edə bilmərik. Məgər kvant mexanikasında böyük nailiyyətlər əldə etmiş xanım Küri avropalı deyildimi? Hansı İslam alimi həzrət Əlinin (ə) həyat və fəaliyyətini xanım Rezas qədər araşdırmışdır? Bu xanım İslam mədəniyyəti qoynunda doğulmadığı halda gənclik dövründən başlayaraq olduqca sirli məqamlara malik bir şəxsiyyətin həyatını tədqiq etmişdir. O, həzrət Əli (ə) xarakterindəki ən zərif cizgiləri qeyd etməyə nail olmuşdur. O, Əlinin (ə) Ühüd, Bədr, Hüneyn cəngavəri kimi təsvir etməklə kifayətlənməmiş, onun mə`nəvi dünyasına yol tapmışdır.

“Nəhcül-bəlağə” istər sünnilər, istərsə də şiələr tərəfindən tam tərtib olunmamışdır. Yalnız bu qeyri-müsəlman qadın “Nəhcül-bəlağə”nin ən əhatəli tərtibinə nail olmuşdur.

Bizim ixtiyarımız yoxdur ki, Parisi hitlerçilərdən müdafiə edərkən misilsiz qəhrəmanlıqlar göstərmiş və həlak olmuş gənc fransız qızı İmieni, fələstinli fədailərlə çiyin-çiyinə dayanıb sionizmlə vuruşan yəhudi qadınını əxlaqsız qadın tipinə aid edək! Əlcəzairli vətənpərvərlərlə bir səngərdə dayanıb, «şəhvət və şərab Parisi»nə qarşı vuruşan fransız qızlarını ittiham etmək olarmı?! Mübariz amerikan qızı Anjelanı yadda saxlayıb “əxlaqsız qərb qadını” provokasiyalarına uymamağımız gərəkdir.

Qansız kapitalizm dünyası bütün qərb və amerikan qadınlarını dünyaya “əxlaqsız” təqdim etməklə təbliğat məqsədi güdür. Bir vaxt əxlaqa malik olmuş bə`zi ölkələrdə həmin təbliğatın nəticəsində hazırkı vəziyyət Amerikadakından qat-qat pisdir.

Əlbəttə, hər şeyi pula satan Jaklin kimiləri də gerçəklikdir. Amma bir dəfə olsun belə Kembric, Sorbon, Harvard universitetlərinin qadına belə əmtəə münasibəti təbliğ edən bukletləri ilə rastlaşmadıq. Çünki bu qadınlar “müasir Avropa qadını” tipinə uyğun deyil. Onlar elm və bilik olimpinə üz tutduqlarından, burjua təbliğatına sərf etmir və qətiyyən işıqlandırılmırlar. Bizə təbliğ edilən yalnız əxlaqsız müğənnilər, manekenlər, aktrisalardır. Hansı ki, bu günkü Avropada gecələr yuxusuz qalıb, 2000 -2500 il tarixə malik yazılar, əsərlər üzərində tər tökən ideal qadınlar var. Bütün qərb qadınlarının bir kofe ilə ovlandığını iddia edən bizimkilər ziyalı yox, xəyanətkardırlar. Onlar bu sözlərlə bizim qadınlara mesaj göndərirlər ki, ziyalı qadın belə olmalıdır. Bütün həyatını elmə sərf edən qərb qadınları isə görməməzliyə vurulur.

Qərb kapitalizmi şərq qadınının tərəqqisini, ictimai həyatda fəal iştirakını qətiyyən arzulamır. Ona görə də qadının diqqətini müasir, savadlı, eləcə də əxlaqlı qərb qadınından yayındırıb gözəllik müsabiqələrinə, bədən nümayişinə yönəldir. Bu yola düşən qadın təkcə özünü məhv etmir, eləcə də cəmiyyəti ardınca sürükləyir. Qadınlar ayıq olmalı, əsrin əmtəəsinə yox, aparıcı qüvvəsinə çevrilməlidirlər.

Amma bizim qadın üçün İmien və Anjela kimi fədailər də ideal ola bilməz. Çünki bu qadınlar amansız kapitalist cəmiyyətində çox az imkana malik olmuşlar. Dindarlıq - evdarlıq, müasirlik isə - açıq-saçıqlıq kimi başa düşülməməlidir.

İrtica və istismar əl-ələ


Səadətimizə qarşı uzanmış əl həm iti, həm də məxfidir. Onların bütün planları dünya əhalisini ova çevirməkdir. Maneken qadın artıq tələyə düşmüş ovdur. Onun nə keçmişi, nə bu günü, nə də gələcəyi var. Onlar nə ərli, nə də dul qadınlardır. Onlar yalnız və yalnız dünya burjuaziasının oyuncağıdırlar. Belə qadın nə övlad, nə qohum-əqrəba, nə də cəmiyyət qarşısında heç bir məs`uliyyət daşımır. Onunla vitrin kuklası arasında fərq tapa bilməzsiniz. Vitrin kuklasını çılpaq da saxlasalar, onun üçün fərqi yoxdur. Əsrimizin mədəni “maneken”i də bu kukladan fərqlənmir. Ona “göbəyini aç” deyirlər açır, “döşlərini aç” deyirlər açır. Çünki o, artıq şəxsiyyətli insan yox, quldur! Sivil bir qur! Onlar dəvəquşuya bənzəyir. Nə quş kimi uçur, nə dəvə kimi yük daşıyır! Bütün bu tiplər qərb qadınının saxta nümunələridir. Bu “gecə kəpənəklərini”, “lüks manekenləri” xalqın şəxsiyyət və qanından qəsrlər ucaldan ağalar “xənnas iksiri” ilə hazırlayır. Onlar avam kütləni ya “əxlaq və din”, ya da “azadlıq və şəxsiyyət” seçimi qarşısında qoyurlar.

İstismar üçün hazırlanan qadın elə bir sıxıntılı vəziyyətə çatdırılır ki, yeganə çıxış yolunu özünü silindirli şişman ağanın qucağına atmaqda görür. Bizim bu gün tanıdığımız açıq-saçıq qərbli qadın bir zaman keşişlərin həyatdan ayırıb monastırlarda çürütdüyü qadındır. Ailə qurmağ, ana olmağ hüququ əlindən alınmış qadın azadlığa çıxdıqda və bu “azadlıq”da əxlaqsızlıqdan asan yol tapmadıqda nə etməlidir?

Orta əsrlərdə keşişlər deyirdilər: “Naməhrəm (yad) kişi olan otağa qadın daxil ola bilməz. Bu kişi həmin qadını görməsə də, günaha batır”. Keşiş Sen Tomas deyir: “Allahdan başqasına eşq olmaz. Hətta ərin də arvadına sevgisi günah hesab olunur. İsa ailə qurmayıb və həqiqi xristianlar da belə etməlidirlər”. Demək, qadınla kişinin izdivacı Allahı qəzəbləndirən bir iş imiş?! Demək, ailə quran insan pak xristian hesab edilə bilməz!

Xristianlıqda ilkin günah qadına aid edilir. Həvva Adəmin qanuni arvadı olduğu halda Adəmlə yaxınlığı günah hesab edilir. Belə qərara gəlinir ki, Adəmi və onun günahını yaddan çıxaracaq işlər görülsün.

Öz mülkü ilə birlikdə ər evinə daxil olan qadın mülkiyyətdən məhrum olur. Çünki qadın şəxsiyyətə malik deyil. Bu münasibət bu gün də Avropada yaşamaqdadır. Bizdə hələ dindən qabaqkı adət-ən`ənələrlə qadın irsə malik olub. İndi isə qadının mülkiyyət hüququ tam qorunur.

Ərə gedən qadının öz familyasını dəyişməsi də onun şəxsiyyətcə alçaldılmasıdır. Axı qadının da əsil-nəsli, ailəsi, kökü var! Bu qaydalar qərbdən gəlib. Bu “yeniləşmə”lərdə Mark Frenki kimilərə təqlid olunmuşdur.

İstənilən müqəllid şüur, iradə və seçimdən məhrumdur. Bu prosesdə əsas şüar “sultanın bəyəndiyi eyb hünərdir” fikridir.
Əgər o gündüzə deyirsə “gecə”,

Boyun əyməlisən sən də sadəcə!


Qız ata familyasını daşıyır. Əgər o ərə gedərkən ər familyasını qəbul edirsə, demək, həmin evin mülkiyyətinə çevrilir və öz üzərində sahiblik ixtiyarını itirir?!

Əlbəttə ki, avropalının istənilən bir əməlini mahiyyətinə varmadan təkrarlamaq şüursuzluqdur. Özünü avropalıya oxşadan bu tiplər Avropada bizdəkindən də qəribə görünürlər.

Hazırda, ərindən ayrılmış fransız qadınının öz övladları üzərində heç bir haqqı yoxdur. Amma əsl İslamda qadın o qədər azaddır ki, hətta öz övladına verdiyi süd üçün ərindən haqq tələb edə bilər. Müsəlman qadın ərinin razılığı olmadan ticarətə başlayıb, öz iqtisadi sektorunu qura bilər.

Qurama dində qadına qarşı olan təzyiqlər bu gün Avropada e`tirazlara səbəb olub. Bu e`tirazı doğuran, əslində, qədim dindar qadın obrazıdır. Dindarlığın qismən güclü olduğu İtaliya və İspaniyada demokratiya, şəxsiyyət azadlığı oyunlarına nə qədər geniş meydan verilsə də, qadınlar bir çox hüquqlardan məhrumdurlar.

Bəs nə üçün istismar olunan, nefti, qızılı, almazı, qiymətli hər nəyi varsa Avropa və Amerikaya daşınan ölkələrdə “cinsi azadlıq” şüarları daha güclü səslənir? Yoxsa istismarçılar bu zəif, həqiqi milli rəhbərdən məhrum ölkələrə —neft əvəzində—“demokratiya” verməyi özlərinə borc bilirlər?! Təəssüf ki, yox! Hər bir xalqın ən qeyrətli, vətənpərvər hissəsi gənclərdir. Ağlı başında olan gənclik nə vətəninin bir qarışını, nə neft və sair təbii ehtiyatlarını “demokratiya” gəlinciyinə dəyişməz! Bu gəncləri yalnız bir yolla susdurmaq olar - cinsi azadlıq, şəhvət demokratiyası! Boynuna 1 metr zəncir asıb diskotekada göbəyini oynadan sərxoş gənc üçün Vətən adlı bir anlam yoxdur. Artıq bu gənclər bir saat “demokratik” əyləncəyə hər şeyi qurban verməyə hazırdırlar. Bəli, bütün dünyada, ən əsası ikinci “sort” ölkələrdə cinsi feyerverk qoparan qərb əhrimənini tanıtmaq lazım gəlir. Onlar üçün Fələstində (Qarabağda) qazmağa doğulan körpələrin yox, ictimai ayıqlığı təhlükə doğuran gənc nəslin cinsi hüquqları maraqlandırır!

Onlar öz çirkin ideyaları ilə hətta düşüncəli gəncləri ovlamaq üçün nəzəriyyə hazırlamağı da unutmurlar. Onlar fırıldaqçı Freydin çürük ideyalarını az qala din səviyyəsində təqdim edirlər. Bu gün “iizm”lərə bir “iizm” də qoşulub - “freydizm”! Unutmayaq ki, bütün bu oyunların ilkin qurbanları qadınlardır.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə