Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə10/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   6   7   8   9   10   11   12   13   ...   59

21 
 
qabların  sayı  azdır.  Onlar  da  sarımtıl  rəngdə  hazırlanaraq  ikiqulplu,  üçqulplu  və 
təkqulplu  olurlar.  Ġki  və  ya  üçqulplu  küplərin  boğazı  çox  enli  olmayıb,  gövdələri 
nisbətən  ĢiĢkin,  oturacağı  isə  dar  və  düzdür.  Bunların  üzərində  batıqlardan  ibarət 
bəsit  bəzəklər  də  olur.  Küplərdən  biri  böyüklüyünə  görə  o  birindən  fərqlənir.  Bu 
sarımtıl rəngdə olub, ağzı geniĢ və dairəvidir. Küpün uzunsov gövdəsi vardır. Onun 
ağzının  kənarı  ilə  çiyni  arasında  ikitipli  ilgəkvari  qulp  yapıĢdırılmıĢdır.  ġaquli 
istiqamətdə  yapıĢdırılmıĢ qulpun aĢağı qurtaracağı çıxıntılıdır. Bu küpün üzərində 
heç  bir  bəzək  yoxdur.  Onun  ağzında  qabaoxĢar  qalın  qapağı  olmuĢdur.  Qapağın 
kənarından əyməĢəkilli dik qaldırılmıĢ qulpu da vardır. 
Vazalar.  Gil  vazalar  əsasən  qırmızı  rəngdə  və  müəyyən  qədər  də  qara 
rəngdədir.  Onların  əksəriyyəti  təkayaqlıdır.  Yalnız  bir  ədəd  üçayaqlı  vaza  əldə 
edilmiĢdir. Vazalar əsasən 6 və 11 saylı qəbirdən tapılmıĢdır. Həmin qəbirlərin isə 
alt  birinci  təbəqəyə  məxsusdur.  Qırmızı  rəngdə  olan  vazaların  ağzı  kənara  doğru 
açılmıĢ  Ģəkildə,  boğazı  içəriyə  doğru  sıxılmıĢdır.  Onun  gövdəsi  xaricə  doğru  iki 
çıxıntılıdır.  Vazanın  iki  qulpu  vardır.  Qulpların  birinin  en  kəsiyi  dairəvi  olub, 
ağzının  kənarından  uzadımıĢ  qulaqcığın  altına  yapıĢdırılmıĢdır.  Digər  qulp 
lentĢəkilli  olub,  ağzının  kənarı  ilə  çiyninə  yapıĢdırılmıĢdır.  Vazanın  iki  qulpu 
vardır.  Qulplardan  birinin  en  kəsiyi  dairəvi  olub,  çiyinə,  ağzının  kənarından 
uzadılmıĢ  qulaqcığın  altına  yapıĢdırılmıĢdır.  Digər  qulp  lentĢəkilli  olub,  ağzının 
kənarı  ilə  çiyninə  yapıĢdırılmıĢdır.  Vazanın  oturacağı  qısa  olub,  altından  içəriyə 
doğru batıqdır.  
BaĢqa  bu  cür  qırmızı  rəngli  gil  vazanın  fərqi  gövdəsinin  çıxıntısız  və 
qulplarının  ikisi  də  lentvari  olmasıdır.  Hər  iki  vazanın  üzəri  sığallanıb 
hamarlanmıĢdır. Ümumiyyətlə, 2 saylı torpaq qəbirin əksər qabları üzəri Ģivə həm 
də  bu  zaman  yağlı  maddə  ilə  sürtülmüĢdür.  Digər  bir  gil  vazanın  qulpu  bir 
yerdəndir,  onun  da  üstündə  iki  düyməcik  vardır.  Qırmızı  rəngli  vazalardan  ikisi 
kiçik  ölçülü  olub,  bir  qədər  baĢqa  formada  hazırlanmıĢdır.  Bunlardan  birinin 
ağzının  kənarları  azca  içəriyə  doğru  olub,  maili  Ģəkildə  diliklənmiĢ  və  büzməli 
formaya  salınmıĢdır.  Onun  kənarlarında  iki  yerdən  qarĢı-qarĢıya  çıxıntı  vardı  ki, 
onların üstü barmaqla basılaraq yastılandırılmıĢdır. Qabın qısa oturacağı olub, altı 
düzdür. O biri kiçik gil vaza da eyni formada olub, ağzının kənarlarından dik ilgək 
Ģəkilli  qulpu  ilə  fərqlənir.  Qara  rəngli  vazalardan  biri  üçayaqdır  (həddən  artıq 
ovxalanır),  qalanları  təkayaqlıdır.  Təkayaqlı  vazalar  ağzı  dairəvi  və  enli  olub 
kənara açılmıĢ formadadır. Onlar boğaz hissədə sıxılır və dirsəkvari Ģəkildə kənara 
çıxır.  Gövdənin  bu  hissəsindən  qab  dayaq  –  qıç  üzərinə  qədər  tədricən  daralır. 
Bunun  lentvari  qulpu  qabın  ağzının  kənarı  ilə  çiyninə  yapıĢdırılmıĢdır.  Qısa 
dayanacağa malik olan vazanın oturacağı dairəvari və altdan içəriyə doğru batıqdır. 
Bu qabların üzərində çoxlu qum qatıĢığı vardır.  
Lüləyinlər. Nüydi antik dövr yaĢayıĢ yeri qəbiristanında bu tip qablara da 
təsadüf  olunmuĢdur.  Onlar  əsasən  kiçik  ölçüdə  olub,  uzunsov  və  girdə 
gövdəlidirlər. Qabların ağzı dairəvi və bir qədər kənara açılmıĢ formadadır, yandan 


22 
 
olan lentvari qulpları ağızlarının kənarı ilə çiyinlərinə yapıĢdırılmıĢdır (s.q. № 437, 
458). Belə qablardan biri müasir kiçik çayniki xatırladır (s.q. № 513). Bu qabların 
boğazı və qulpu batıq xətlərlə deĢmələrlə haĢiyələnmiĢdir. Onların üzərində yumru 
düyməciklərdən ibarət bəzəyi də vardır. 
Tavalar.  Qazıntı  zamanı  tava  tipli  gil  qablar  da  aĢkar  edilmiĢdir.  Bu  tip 
qablar  da  yenə  6  və  2  saylı  qəbirlərdə  müĢahidə  edilmiĢdir.  Oval  formada 
hazırlanmıĢ  gil  tavalar  qırmızı  rəngdədir.  Olardan  biri  nisbətən  kobud 
düzəldilmiĢdir.  Onun  qulpu  ağzının  kənarı  ilə  oturacağına  yaxın  hissəsinə 
yapıĢdırılmıĢdır, oturacağı düzdür. 
Ġkinci  saxsı  qab  nisbətən  iri  olub,  iki  qulpa  malikdir.  Uzunsov  Ģəkilli 
tavanın  kəllələrindən  birində  ilgəkformalı  qulp  əks  tərəfində  isə  uca  haçalı  bir 
çıxıntı düzəldilmiĢdir. Haça hissə bir qədər yuxarıya əyilmiĢdir. YaxĢı biĢirilmiĢ bu 
gil tavanın gilinin tərkibi təmizdir. Özü isə  qalın və  möhkəm hazırlanmıĢdır (s.q. 
№ 538). 
Dəmir  alətlər.  Nüydi  qazıntılarında  dəmir  Ģeylərə  də  çox  təsadüf  edilir. 
Bunlar  əsasən  əmək  alətləri  və  silahlardan  ibarətdir.  Əmək  alətləri  arasında 
çapacaqlara, bıçaqlara, biz və oraqlara təsadüf edilir. Onlar uzun müddət torpaqda 
öz keyfiyyətini itirsə də formasını saxlaya bilmiĢdir (tablo 34). 
Çapacaqlar.  Bu  iki  qazıntılardan  üç  ədəd  çapacaq  əldə  edilmiĢdir. 
Onlardan  biri  həddən  artıq  ovxalanmıĢ,  ikisi  isə  salamat  qalmıĢdır.  Ümumiyyətlə, 
dəmir  məmulatını  aĢkar  edilən  anda  yapıĢqanla  möhkəmlətdikdən  sonra  demək 
olar ki, ilk formasını götürə bilmiĢik. Çapacaqlardan biri 6 saylı torpaq qəbirində 
aĢkar  edilmiĢdir.  Onun  tiyəsinin  arxa  hissəsi  qövsvari,  kəsər  hissəsi  ortadan 
qabarıqdır. Uca doğru nazikləĢir. Dəstək,  sulğunc  hissəsi də  yastı və  qövsvaridir. 
Onun dəstəyinə rahat yapıĢmaq üçün taxta rəbt edilmiĢdir. Bunu, dəstəyin üstündə 
ağac çürüntüsünün qalığı və bir-birindən 1 sm aralı mıxların varlığı sübut edir. Bu 
cür  mıxbənd  dəstəyin  üstündə  5  yerdə  qalıb,  ikisi  də  dəstəyin  ucuna  yaxın 
hissəsindədir. Dəstəyin uzunluğu 2 sm, eni 2-sm-dir. Tiyənin uzunluğu isə 15, eni 
isə  3,5  sm-dir.  Digər  dəmir  çapacaq  formasına  görə  yuxarıda  təsvirini  verdiyimiz 
alətdən  bir  bir  qədər  fərqlidir.  Bunun  dəstəyi  dirsəkli  olub,  bir  növ  müasir 
qiyməkeĢləri  xatırladır.  10  saylı  torpaq  qəbirində  tapılmıĢ  dəmir  alətin  tiyəsi  uca 
doğru  ĢiĢ,  üstü  yastı  və  düzdür.  Kəsər  hissəsi  dəstəyə  doğru  dirsəkvari  dönür  və 
yenidən bir də qövsvari dönərək dəstək əmələ gətirmiĢdir (s.q. № 519). Bu alətdən 
də dəstək hissəsinə hər iki tərəfdən ağac üzük rəbt edilmiĢdir. Hər iki üzündə həm 
ağac  çürüntüsü,  həm  də  dəmir  mıxbəndlər  qalmıĢdır.  Alətin  uzunluğu  22  sm, 
tiyəsinin  uzunluğu  2  sm,  eni  3  sm-dir.  Bu  alətlərlə  müəyyən  məhsulların  kəsilib 
doğranmasında istifadə olunduğunu güman etmək olar. Lakin ekspedisiyanın üzvü 
etnoqraf  Arif  Mustafayevin  ġirvan  ərazisində  sənətkarlıqla  əlaqədar  müĢahidələri 
zamanı bu cür alətlərdən gönçülüklə əlaqədar istifadə edildiyinin Ģühidi olduğunu 
söyləyir. Ola bilsin ki, bunlar sənətkarlıqla da əlaqədar imiĢ. 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə