Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə11/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   7   8   9   10   11   12   13   14   ...   59

23 
 
Bizlər.  Tapıntılar  içərisində  əmək  alətlərinin  bir  qulpunu  dəmir  biz  təĢkil 
edir. Onların sulğuncu nisbətən uzun olub, en kəsiyi dairəvari, ucu ĢiĢdir. Bunların 
üzərindəki  ağac  izinə  görə  güman  etmək  olar  ki,  sulğunc  qızdırılıb  ağac  sopa 
vurulubdur.  Onlardan  birinin  üzərində  dəmirdən  sağanaq  da  qalmıĢdır  (s.q.  № 
590). 
Oraqlar. Dəmir oraqlara Nüydi qazıntılarında tez-tez təsadüf edilir. Bu ilki 
qazıntılar zamanı oraqvari iki dəmir alət tapılmıĢdır. Onların kiçik olmasına  görə 
qəti Ģəkildə oraq adlandırmaq çətindirsə, son zamanlara qədər mövcud olan oraqlar 
içərisində kiçik ölçülülər də mövcud olmuĢdur. Oraqlar çox paslanmıĢdır. Ona görə 
də  onların  müəyyən  hissəsi  ovxalanmıĢdır.  Onlar  qövsĢəkilli  olub,  kiçik  dəstəyə 
malikdir. Bunlardan birinin sulğucunda sağanaq da qalmıĢdır.  
Bıçaqlar. Ġki tip bıçağa təsadüf olunmuĢdur. Onlardan birinin hər iki tərəfi 
iti  və  ucu  ĢiĢdir.  Dəstəyində  və  tiyəsində  ağa  çürüntüsünün  izi  vardır.  Görünür, 
onun  taxtadan  qını  da  olmuĢdur.  Dəstəylə  tiyə  hissəsinin  birləĢən  yerində  çıxıntı 
vardır.  Bu  bir  növ  kiçik  xəncəri  xatırladır  (s.q.  №  444).  Digər  bıçaqların  tiyə 
hissəsi  qövsvaridir.  Onların  burun  hissəsi  sınmıĢdır  (s.q.  №  587-569).  Sulğuncu 
yastı və uca doğru ĢiĢdir. 
Nizələr.  Qazıntılar  zamanı  qədim  silah  növlərindən  ən  çox  nizə  əldə 
edilmiĢdir.  Bunlar  əsasən  eyni  formalı  olub,  yalnız  ölçülərinə  görə  bir-birindən 
fərqlənir.  Nizələr  qəbirlərdə  əsasən  ölünün  üzü,  önündə  dik  sancılmıĢ  vəziyyətdə, 
yaxud  kəllə  üzərindəki  torpağa  batırılmıĢ  və  ya  köndələn  qoyulmuĢ  vəziyyətdə 
müĢahidə  edilmiĢdir.  Nüydi  qəbiristanlığında  əksər  qəbirlərdə  nizə  ucları  əldə 
edilmiĢdir. Nizə uclarından 4 ədəd 10 saylı torpaq qəbirindəki skeletin üzü önüdə 
dik batırılmıĢdır. Onlar uzun olub, yarpaqĢəkilli tiyəsi vardır. Tiyənin hər iki yanı 
iti olub, uca doğru daralır və ĢiĢləĢir. Tiyənin ucundan baĢlayaraq boğazına doğru 
mərkəzi  səthi  ilə  hər  iki  tərəfdən  çıxıntı  uzanır.  Bu  azca,  qabarıq  kimi  bilinir.  Bu 
çıxıntı  saplağadək  keçərək  boruĢəkilli  hissəyə  qədər  davam  edir.  BoruĢəkilli  sap 
keçirilən  hissəsi  bir  tərəfdən  ucdan  enli  və  getdikcə  daralan  açıqlığa  malikdir.  Bu 
da  nizələrin  saplanmasını  asanlaĢdırmaq,  möhkəmliyini  təmin  etmək  üçündür. 
Nizələrin  uzunluğu  22,5  sm  olub,  ondan  9,5  sm  tiyə,  4  sm  boğaz,  9  sm  boru 
hissəsidir.  Nizə  ucluqlarının  boğazı  incədir  (s.q.  №  518).  Digər  nizə  ucluqları  da 
ölçülərinin  müxtəlifliyi  nəzərə  alınmazsa  demək  olar  ki,  eyni  formadadır  (s.q.  № 
497, 586, tablo 32).  
11 saylı torpaq qəbirində aĢkar edilmiĢ nizə ucluqları saxsı qabların arasında 
qoyulmuĢdur.  Bu  nizə  ucluqları  kiçik  və  miniatür  hazırlanmıĢdır.  Onlardan  biri 
daha zərif istehsal olunmuĢdur. Onun  ucu ĢiĢ, orta  hissəsi  baĢqa nizələrə  nisbətən 
enli,  boğazı incədir. Kiçik boruĢəkilli  saplağı  vardır (s.q. № 558). Ġki  ədəd qalan 
nizə  ucluqlarından  birinin  tiyəsi  həddən  çox  korroziya  olunmuĢ  və  formasını 
qismən  itirmiĢ,  o  biri  isə  yaxĢı  qalmıĢdır.  Nizə  ucluqlarının  saplağında  ağac 
çürüntüsü  qalınlığına  görə  onlara  ağac  sap  keçirildiyini  bildirir.  6  saylı  torpaq 
qəbirində nizə ucluğu ilə yanaĢı bir ədəd mizrab (süngü) də tapılmıĢdır. Onun tiyə 


24 
 
hissəsi isə xəncər tiyəsi formasında olub, saplağının borusu nisbətən böyükdür (s.q. 
№ 500). 
Tunc  və  dəmir  bilərziklər.  Əsasən  tuncdandır,  yalnız  bir  ədəd  dəmir 
bilərziyə təsadüf edilmiĢdir. Belə ki, içəri tərəfi yastı, üstü balıq beli Ģəkildədir (s.q. 
№  443,  470,  522,  566,  tablo  31).  Bunların  ucları  bir-birindən  aralı  və  bir  qədər 
xaricə 
qatlanmıĢ  formada  hazırlanmıĢdır.  Bilərziklərin  ucları  döyülüb 
yastılanmıĢları  da  vardır.  Bilərziklərin  içərisində  bir  ədəd  en  kəsiyi  dairəvi 
formasına  təsadüf  edilmiĢdir,  onun  ucları  bir-birinə  kip  yapıĢdırılmıĢdır.  (s.q.  № 
563, tablo 31). 
Tunc üzüklər. Müxtəlif forma böyüklükdə hazırlanmıĢ üzüklərin bəzisinin 
ucları  qalın  və  baĢ-baĢa  çatılmıĢ  formada,  bəzisi  aralı,  bəzisinin  ucu  bir-birinin 
üstünə çatmıĢdır (s.q. № 438, 461, 472, 501, 567). 
Bunlardan bilərziklər kimi içəri tərəfi yastı, üstü qabarıq, en kəsiyi dairəvari 
və  düzbucaqlı  Ģəkildə  olanları  vardır.  Üzüklərin  biri  dəmirdən  olub,  enli  qaĢı 
vardır. Ona kiçik tunc muncuq da keçirilmiĢdir (s.q. № 567). 
Daha  bir  ədəd  barmaqcıl  (üzük)  də  diqqəti  cəlb  edir.  Bir  neçə  cərgədən 
ibarət  sıra  ilə  qatlanmıĢ  bu  tunc  bəzək  əĢyası  bütöv  çubuqcuğun  dolanmasından 
əmələ gətirilmiĢdir.  
Muncuqlar.  Nüydi  qazıntılarında  hələlik  müəyyən  qədər  muncuq 
nümunələri əldə edilmiĢdir. Onların içərisində ĢüĢə, əqiq, metal (tunc), pasta və s. 
rast  gəlmək  olar.  Muncuqlar  rombvari,  çəlləkvari,  ulduz  Ģəkilli,  uzunsov,  dairəvi 
formadadır (s.q. № 436, 462, 471, 515, 523, 555, 557).  
Bu muncuqların əksəriyyəti zəngin avadanlığı olan 11 saylı torpaq qəbirdən 
tapılmıĢdır  (40-a  qədər).  Bundan  baĢqa  burada  çox  nazik  tunc  lövhədən 
hazırlanmıĢ dairəvi formalı bəzək əĢyası da tapılmıĢdır. Onlardan biri hamar səthə 
malik olub, bir tərəfi qabarıq,  əks tərəfi çökəkdir. Onun iki kiçik deĢiyi  vardır ki, 
bu da paltar üstünə tikmək üçündür, digər bəzək isə yenə nazik tunc lövhədən olub, 
bir  tərəfi  qabartma  dilikli  formada  hazırlanmıĢdır.  Onun  kənarları  dalğalı  dairə 
Ģəklindədir, çökək üzündə kiçik ilməsi vardır (s.q. № 556). 
Bundan  baĢqa  üzərində  cızma  naxıĢı  olan  uzunsov  tunc  bəzək  əĢyasının 
qırıqları da  əldə  edilmiĢdir. Tapıntılar içərisində  midbaraoxĢar iki dəmir halqa  da 
tapılmıĢdır.  Onlar  bir-birinin  yaxınlığında  idi.  Ola  bilsin  ki,  at  gəmidir,  uzun 
illərdən  biri  torpaqda  qalaraq  çürüyüb  aralanmıĢdır  (s.q.  562).  Lakin  buradan  heç 
bir baĢqa at ləvazimatı tapılmamıĢdır. Tapıntılar içərisində dən daĢı parçası, heyvan 
buynuzu, gil qapaqlar da vardır. 
Gümüş  sikkələr.  11 saylı torpaq qəbirdə  skeletin topuqları üzərində  kiçik 
qonur  rəngli,  ağzı  novçalı  (ağzı  və  qulpu  qırılmıĢ)  Ģəkildə  gil  qabın  içərisində  36 
ədəd tapılmıĢdır. Onlar  yaxĢı qalmıĢ, üzərindəki təsvirlər aydındır. Heç bir yazısı 
yoxdur.  Pulların  bəzisinin  üzərində  azca  sarı  mis  cənginə  də  rast  gəlmək  olar. 
Onlar  qeyri-bərabər  dairədə  zərb  olunmuĢdur.  Pulların  bir  üzündə  insan  baĢının 
profilindən  sxematik  görünüĢü,  əks  üzündə  isə  kresloda  oturmuĢ  və  əlində 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə