Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə13/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   9   10   11   12   13   14   15   16   ...   59

27 
 
Dünyanın cəhətləri üzrə götürülmüĢ qazıntı sahəsi bir daha yoxlandı, köhnə 
və artırılmıĢ yeni kvadratlar müəyyənləĢdirilib mıxçalarla bölmələrə ayrıldı. Keçən 
il  yeddi  kvadratdan  ibarət  olan  qazıntı  indi  Ģimal,  Ģərq-qərb  istiqamətlərinə 
artırılaraq iyirmi birə çatdırıldı. Hər bir kvadratın ölçüsü 2,5x2,5 mertdir. Bu, bəzi 
müstəsnalığı  nəzərə  almasaq  keçən  il  də  belə  olmuĢdur.  1973-cü  ildəki  qazıntı 
keçən  ilki  qazıntı  sahəsini  də  əhatə  etdiyindən,  yəni  1972-ci  ildə  qazıntı  iĢi  hələ 
sona  çatmadığından  və  yeni  abidələrin  açılması  ilə  əlaqədar  geniĢlənən  habelə  
böyük  ölçüdə  qeyd  edilmiĢ  V-VII  kvadratlar  bu  il  yenidən  ümumi  qaydaya 
uyğunlaĢdırıldı. Keçən il yalnız V kvadratın bəzi hissəsində xam torpağa çatmıĢdır. 
Qazıntının  planı  1  metr:  4  sm  miqyası  ilə  millimetrlik  kağız  üzərinə  müəllif 
tərəfindən köçürülmüĢdür. 
Qazıntı iĢləri ilə yanaĢı, iĢ vaxtından əvvəl və sonra Nüydi düzü yaĢayıĢ yeri 
dönə-dönə gəzilib yoxlanılır, hər dəfə  müxtəlif maddi-mədəniyyət qalıqları qeydə 
alınırdı.  BaĢlanmıĢ  və  hal-hazırda  davam  etdirilən  qazıntı  yeri  əsasən  abidənin 
qəbiristan  hissəsidir.  Burada  əsasən  Ģimala  və  ətraflara  doğru  təqribən  50  m-lik 
məsafədə dən və tikinti daĢları, saxsı qırıqları müĢahidə olunur; xüsusən iĢlək üzü 
çökək,  əks  tərəfə  qabarıq  olan  uzunsov  dən  daĢlarına  daha  çox  təsadüf  olunur. 
ġimala  doğru,  qeyd  edilən  məsafədə  yaĢayıĢ  binalarının  olması  haqqında  ehtimal 
doğuran dən  və  tikinti daĢları töküntüsü  yerində  qazıntı aparmaq fikrinə  gəldikcə 
də  yuxarıda  göstərdiyimiz  çətinliklər  yenə  də  qarĢıda  dururdu.  Çünki  sovxoz 
təĢkilatları  yalnız  baĢladığımız  sahədə  bəzi  üzüm  tənəklərinin  çıxarılmasına  icazə 
vermiĢdir.  
Təkcə Nüydi düzündə deyil,  Nüydi  kəndindən  Ģimal Ģərqə doğru, 1 km-lik 
məsafədə yeni üzüm bağı salınması ilə əlaqədar abidələr üzə çıxarılmıĢdır. Qarağac 
dibi,  BaĢ  yer  və  Qozlu  bulaq  adlanan  bu  sahələr  bir-birinə  bitiĢik  olub,  eyni 
abidəyə aiddir. Buradan antik dövr üçün səciyyəvi olan saxsı qab qırıqları və tikinti 
daĢlarının qalıqları müĢahidə olunur. Bu abidədən 0,5 km cənuba doğru Xanqıran 
deyilən  sahənin  Ģimal  kənarında  kürəxananın  qalıqlarını  xatırladan  çoxlu  yanıb 
kərpicləĢmiĢ  töküntülər  vardır.  Burada  yəqin  ki,  müəyyən  bir  istehsal  ocağı 
olmuĢdur. 
Qazıntı  sahəsinin  Ģimal  kənarında  iĢ  davam  etdiriləcək  XI  və  XII 
kvadratların arasında bir dağılmıĢ qəbir abidəsinin izi müəyyən edilmiĢdir. Burada 
saxsı qab qırıqları insan sümüklərinə qarıĢmıĢdır. Bundan əlavə, XV kvadrata XVI 
kvadratın  arasında  yenə  də  vaxtı  ilə  Ģum  zamanı  dağıdılmıĢ  qəbir  abidəsi 
qablarından  bir  ədədi  baĢı  aĢağı  üzüm  tənəyinin  dibində  (0,6  metr  dərinlikdə) 
salamat  qalmıĢdır.  Kiçik  gil  dolçadan  ibarət  bu  qabın  ağzı  novçalı  formada  olub 
ikitilli  qulpu  ağzının  kənarı  ilə  çiyninə  yapıĢdırılmıĢdır.  Qabın  boğazı  silindrik 
hazırlanaraq üzəri iki batıq xətlə çevrilmiĢdir. Gövdəsi dairəvi və oturacağa doğru 
yığcamlanmıĢ formadadır. Onun oturacağı düzdür. Qabın çiynində üç yerdə yapma 


28 
 
düyməciklərdən ibarət alt-üst bəzək düzəldilmiĢ və onların arası iki dalğavari xətlə 
əlaqələndirilmiĢdir.
9
 
Qazıntının  üst  qarıĢdırılmıĢ  təbəqəsindən  dən  daĢları,  saxsı  qab  qırıqları, 
dəvəgözü  və  çaxmaqdaĢından  alət  və  qəlpələr,  habelə  toxa  tapıntısına  rast 
gəlinmiĢdir.  Bütün  bunlar  əsasən  0,25-0,7  metr  yer  səthindən  dərinlikdə  aĢkar 
edilmiĢdir. Bu tapıntılar içərisində daĢ toxa xüsusilə diqqəti cəlb edir. Ona görə ki, 
bu  cür  əmək  alətlərinə  abidədə  birinci  dəfə  təsadüf  olunur.  Bərk  daĢ  cinsindən 
düzəldilmiĢ bu toxanın üst (yuxarı) hissəsi sınmıĢ, yaxud sındırılmıĢ və kəsiyi oval 
forma  almıĢdır.  Onun  sınığından  göründüyü  kimi  içərisi  çəhrayıdır,  iĢlək  hissəsi, 
yaxud  ağzı  çox  iti  olub  bir  növ  təbərzin  baltanın  ağzını  xatırladır.  Ağzından  bir 
qədər  aralı,  gövdəsindən  tutmaq,  yaxud  bağlamaq  üçün  yanlarından  döyülüb 
nazildilmiĢdir. Bu hissəsinin çətinliklə çapılıb qopardılması hiss olunur. Çünki, bu 
daĢ  toxa  çapılıb  qopardılması  hiss  olunur.  Çünki,  bu  daĢ  toxa  bərkliyinə  görə 
qırmızımtıl  qraniti  xatırladır.  Toxanın  üzəri  də  sürtülüb,  hamarlanmıĢ,  ağzı  isə 
itilənmiĢdir. 
Qeyd  edilən  tapıntılar,  xüsusilə  daĢ  toxa  Nüydi  yaĢayıĢ  yerində 
məskunlaĢmanın  hələlik  tunc  dövründən  daha  doğrusu  onun  son  mərhələsindən 
mövcudluğu haqqında təsəvvür yaradır. 
Nüydi  ellin  dövrü  qəbiristanında  bu  iki  arxeoloji  qazıntılar  zamanı  18-ə 
qədər  torpaq  qəbiri  aĢkar  edilmiĢdir.  Onların  bəzisi  dağılsa  da,  əksəriyyəti  yaxĢı 
qalmıĢdır.  Həmin  abidələr  haqqında  daha  aydın  təsəvvür  yaratmaq  üçün  ayrı-
ayrılıqda  təsvirini  verməyi  məqsədəuyğun  hesab  edirik.  Onu  da  qeyd  etmək 
lazımdır ki, təsviri veriləcək qəbir abidələrinin sıra №-si lap ilk qazıntılar zamanı 
aĢkar edilmiĢ qəbirlərin ardıcıl davamıdır.
10
 Qəbirlərin çoxu təsərrüfat iĢləri zamanı 
dağıdılmıĢdır. 
14  saylı  torpaq  qəbir.  Keçən  ildən  açılmıĢ  sahədə,  I  kvadratda  0,7  metr 
dərinlikdə  yerləĢən  bu  qəbir  abidəsi  dağıdıldığından  ətrafına  qoyulan  avadanlığı 
demək olar ki, sınıb xarab olmuĢ, sümükləri isə dağılmıĢ Ģəkildə qalmıĢdır. UĢağa 
aid qəbir abidəsində skeletin vəziyyətini müəyyənləĢdirmək mümkün oldu. Belə ki, 
onun  baĢı  Ģərqə  olmaqla  sol  böyrü  üstündə  cənuba  doğru  istiqamətləndiyi 
aydınlaĢdırılır.  Əl  barmaqları  və  qıç  sümükləri  ilə  yanaĢı  bir  ədəd  tunc  üzük  də 
tapılmıĢdır.  Üzüyün  en  kəsiyi  üçbucaq  formada  olub,  üstü  qabarıq,  içəri  tərəfi 
hamardır.  Onun  ucları  bir-birinə  yaxınlaĢdırılmıĢ  və  bir  qədər  arxaya  qatlanma 
vəziyyətində  hazırlanmıĢdır.  Bu  tip  üzüklər,  hətta  eynən  bu  formada  bilərziklər 
Nüydi abidəsi üçün səciyyəvidir. 
                                                 
9
 Mötərizədə göstərilən №-lər çöl qeydiyyatının sıra nömrəsini bildirir. Çöl qeydi nömrələnməsi 1972-ci 
il qeydiyyatının davamıdır. 
 
10
 Bunlardan 4 torpaq qəbri 1965-ci ildə, 9 torpaq və 2 küp qəbri 1972-ci ildə aĢkar edilmiĢdir. Odur ki, 
torpaq qəbirlərinin sıra nömrəsi 1973-cü ildə 14-dən baĢlanır.  


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə