Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə14/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   10   11   12   13   14   15   16   17   ...   59

29 
 
Gil  məmulatı  içərisində  bir  ədəd  dördbucaq  formalı  manqala  oxĢar  əĢya 
aĢkar edilmiĢdir. Onun dərinliyi 8 sm, diametri 14x15 sm-dir. Çəhrayı rəngdə olan 
bu  əĢyanın  gilinin  tərkibində  qum  qarıĢığı  vardır.  Təəssüf  ki,  o  həddən  artıq 
ovxalanıb  torpaq  halına  çevrilmiĢdir.  Bundan  baĢqa  iki  ədəd  gil  dopu  tapılmıĢdır 
ki,  bunlardan  biri  sarımtıl,  o  biri  isə  boz  rəngdə  olub  gilinin  tərkibi  boz-qara 
rəngdədir.  Qablardan  hər  ikisinin  ağzı  qırılmıĢdır.  Onların  lentĢəkilli  tək  qulpları 
çiyinilə  yəqin  ki,  ağzının  kənarına  yapıĢdırılmıĢdır.  Gövdənin  çevrəsi  boyu  üç 
yerdə  yumru  çıxıntıları  vardır,  oturacaqları  düzdür.  Bundan  baĢqa  cam  formalı 
təkqulp,  ağzı  əyintili  qablar  da  vardır  ki,  bunlar  həddən  artıq  sınıq  olduğu  üçün 
yalnız yerindəcə qeyd edilmiĢdir və götürülməsi lazım bilinmədi. Həm də bu tip gil 
qabların  bütöv  formaları  həmin  abidədən  çox  götürülmüĢdür.  Buradakı  qablar 
içərisində  yenə  də  ağzı  üçgül  və  gövdəsində  kiçik  lüləyi  olan  təkqulp  qabın 
qırıqlarına da təsadüf edilmiĢdir.  
15  saylı  torpaq  qəbir.  Bu  qəbir  abidəsi  XVI  kvadratın  Ģimal-Ģərq 
küncündən  1  metr  qərbə  doğru,  0,6  metr  dərinlikdə  aĢkar  edilmiĢdir.  Dayazda 
yerləĢən  bu  abidə  bu  dağıntıya  məruz  qaldığından  skelet  pis  saxlanmıĢdır.  Onun 
yalnız  yerləĢdiyi  sahə  (eni  0,18,  uzunu  0,5  m)  və  qəbir  avadanlığı  qırıqları  ilə 
sümüklərin qarıĢığı  müəyyən  edilmiĢdir. Kəllə  sümüyü parçalanmıĢdır. ġərq-qərb 
istiqamətində  qoyulmuĢ  ölünün  baĢı  Ģərqə,  üzü  Ģimala  doğrudur.  Onun  baĢı 
yanından bir tunc bilərzik və iki ədəd enli tunc məftildən düzəldilmiĢ uzunsov sırğa 
tapılmıĢdır.  Bilərziyin  en  kəsiyi  üçbucaq  formasındadır.  Onun  ucları  bir-birindən 
azca aralı və bir qədər xaricə əyilmiĢ vəziyyətdə hazırlanmıĢdır. Sırğalara gəlincə, 
onlar  nazik  metal  lövhədən  kəsilmiĢ  və  bir  tərəfi  burma  Ģəklində  düz  boru 
çubuqcuq kimi formalaĢdırılmıĢ, qalan hissəsi isə qulağa keçirmək üçün yarımdairə 
biçimində  düzəldilmiĢdir.  Metal  bəzək  əĢyasından  əlavə  skeletin  baĢ  sümüyünə 
yaxın yerdə çoxlu saxsı qab qırıqları vardır. Bu qablar içərisində qədim sakinlərin 
məiĢəti üçün səciyyəvi badya və çölmək tipli gil qab qırıqları nisbətən çoxluq təĢkil 
edirdi.  Həmçinin,  bu  qabların  qırıqları  da  yalnız  qeydə  alındı.  Onlar  həm  həddən 
artıq sınıq olduğu və həm də həmin tiplərdən salamatları çoxlu miqdarda toplandığı 
üçün götürülmədi. 
16 saylı torpaq qəbir. Bu abidənin əlamətləri 0,5-0,6 metr dərinlikdə aydın 
bilinirdi. Həmin səviyyədə qab-qacaq və heyvan sümükləri görünməyə baĢlamıĢdı. 
XV  və  ona  paralel  XVII  kvadratlarda,  daha  doğrusu  bu  kvadratların  müəyyən 
hissəsini  əhatə  edən  qəbir  abidəsi  materiallarının  miqdarına  görə  çox  zəngindir. 
XVI  kvadratın  Ģimal-qərb  küncündə,  qəbirin  avadanlığına  yaxın  bir  öküz  və  bir 
xırda  buynuzlu  heyvan  sümükləri  aĢkar  edilmiĢdir.  Burada  öküzün  4  ayaqları 
üstündə kəllə hissəsi qoyulmuĢdur. 
XVII kvadratın cənub-qərb küncündə aĢkar edilən 16 saylı torpaq qəbiri 0,9 
metr  yer  səthindən  dərində  yerləĢmiĢdir.  Sol  böyrü  üstündə  olan  skeletin  baĢı 
Ģimal-Ģərqə, üzü cənub-Ģərqə doğru sıx bükülü vəziyyətdə idi. Bükülmə o qədər sıx 
olmuĢdur ki, ayaqlar və topuq çanaq sümüyünə bitiĢmiĢ Ģəkildə, dizlərlə dirsək bir-


30 
 
birinin  üstündə  idi.  Əllər  üzünə  doğru  olub,  barmaqları  burun  hissədə  qalmıĢdır. 
Skeletin  qız  sümüyünün  dizdən  aĢağı  və  yuxarı  ayrılıqda  uzunluğu  40  sm-dir. 
Kəllədən çanaq sümüyünə qədər isə 80 sm kəllə pis qalmıĢdır. DiĢlərin hamısının 
salamat  qalmasına  görə  onun  cavan  adama  aid  olduğunu  söyləmək  olar.  Skeletin 
vəziyyəti  və  avadanlığı  bunun  kiĢiyə  məxsus  olduğunu  bildirir.  Ölünün  əmlakı 
hesab  edilən  avadanlıq,  xüsusilə  gil  qablar  onun  kəlləsi  yanında  ayaqlarına  qədər 
bütün arxası boyu düzülmüĢdür. BaĢqa avadanlığı nəzərə alınmazsa, onun ətrafına 
42-yə  qədər  gil  qab  qoyulmuĢdur.  Qablar  iri  təsərrüfat  küplərindən  tutmuĢ  xırda 
süddan,  camlara  qədər  müxtəlif  çeĢidləri  əhatə  edir.  Skeletin  arxasında  bir  qədər 
aralıda  dördkünc  formalı  bir  saxsı  tava,  içərisində  də  yandan  bir  qulpu  olan  ağzı 
novçavari  gil  qab,  ayaqları  yanında  iri  küp  sınıqları  və  bütövləri  vardır.  Ġri 
küplərdən  ikisi  ayaqları  altında  bir-birindən  aralı  dik  qoyulmuĢ  və  ağızları  yastı 
daĢla örtülmüĢdür. Bunların yaxınlığında isə iki ədəd qayıqvari dən daĢı bir-birinin 
üzərinə qoyulmuĢdur. Dən daĢlarının ölçüsü 50x25 sm-dir. Bu daĢ əmək alətlərinin 
bir  tərəfi  çökək  və  iĢlənib  hamarlanmıĢ,  əks  tərəfi  isə  qabarıq  və  çopurdur. 
Ümumiyyətlə, istər gil qablar və istərsə də dən daĢları qırıq və təkrar materialdan 
ibarət  olduğundan  onların  hamısı  götürülmədi.  Qabların  ağzı  novçalı  və  üstdən 
arakəsməli, üçgül, dördgül formalılar, habelə tayqulplar,  manqal sınığı və s. aĢkar 
edilmiĢdir.  Bunlar  əsasən  qırmızı  rəngdə  və  əl  ilə  dəzgahsız  hazırlanıb 
biĢirilmiĢdir.  Ümumiyyətlə,  bütün  gil  qablar  dulus  çarxından  istifadə  edilmədən 
hazırlandığı  üçün  sonrakı  qab  təsvirlərində  bu  barədə  danıĢmayacağıq.  16  saylı 
torpaq qəbirindən bir neçə qab nümunəsi və baĢqa avadanlıqlar götürülmüĢdür  ki, 
onların qısa təsvirini veririk: 
1.
 
Kasavari  qulplu  gil  qab  (s.q.  №  607).  О  sarımtıl  rəngdə  olub,  ağzı 
enli,  oturacağa  doğru  daralır.  Gilinin  tərkibində  ağ  qum  dənəcikləri  vardır.  Qabın 
ilgəkvari qulpu ağzının kənarı altına yapıĢdırılmıĢdır. 
2.  Gil  fincan  (s.q.  №  608).  Bu  qabın  ağzı  dairəvi  olub,  qırmızımtıl 
rəngdədir.  Boğazı  yığcam,  çiynindən  bir  az  qabarıq  olan  bu  qab  oturacağa  doğru 
yüngülvari daralır. Onun gilinin tərkibində ağ qum qarıĢığı vardır.  
3.  Ağzı  dördgül  gil  dolça.  Onun  lentvari  qulpu  ağzındakı  novçalardan 
birinin  ucu  ilə  çiyninə  yapıĢdırılmıĢdır.  Enli  boğazı  bir  batıq  xətlə  və  deĢmələrlə 
çevrələnmiĢdir. Qulpun gövdəyə yapıĢan hissəsindən köndələn eyni istiqamətdə üç 
yerdə  bərabər  məsafədə  yumru  düyməciklərdən  ibarət  yapmaları  vardır.  Bu  tip 
qablar Nüydi abidəsindən çox tapılır (s.q. № 609). 
4.  Gil  qalqa.  Onun  ağzı  dairəvi,  boğazı  yığcam,  oturacağı  düzdür. 
Çiynindən əyməli qulp dik qaldırılmıĢdır. Qab qırmızı rəngdədir (s.q. № 610).  
5.  Gil  badya.  Ağzında  irəliyə  doğru  və  bir  qədər  yuxarı  dikəlmiĢ  Ģəkildə 
novçası  olan  bu  qabın  rəngi  qırmızıdır.  En  kəsiyi  dairəvi  olan  qulpu  çiyni  ilə 
ağzının kənarına yapıĢdırılmıĢdır. Onun kiçik oturacağı düzdür (s.q. № 611).  
6. Gil fincan. Kiçik həcmdə olan bu qab uzunsov, bir növ qayığı xatırladan 
formada hazırlanmıĢdır. Ġlgəkvari qulp qabın ortasında ağzının kənarı ilə gövdəsinə 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə