Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə16/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   12   13   14   15   16   17   18   19   ...   59

33 
 
dairəciklər  arasındakı  firuzə  rəngli  gözcüklərin  bir  kürə  Ģəklində  birləĢən  aralıq 
hissələri  yaĢıl  ĢüĢə  parçaları  təĢkil  edir  və  buradan  sap  keçirilmək  üçün  nazik 
borucuğu var. ġüĢə gözmuncuqların hamısında gözcüklər 6 ədəddir (s.q.№ 625). 
Gil  vaza.  Qırmızı  rəngdə  olan  bu  gil  vazanın  tərkibində  xırda  ağ  qum 
dənəcikləri  vardır.  Onun  gövdəsi  camvari  olub  qalın  divarlı  hazırlanmıĢdır. 
Ağzının  kənarı  düzdür  və  buradan  dik  əymə  Ģəklində  ikitilli  qulp  düzəldilmiĢdir. 
Vazanın  oturacağı  dəyirmi  olub,  üç  ədəd  ucu  ĢiĢ,  qısa  ayaq-dayanacaq  üzərində 
hazırlanmıĢdır. Qabın üzəri hamarlanmıĢdır (s.q. № 627). 
Matrayaoxşar gil dolça. Qırmızı rəngdə olan bu gil qabın gilinin tərkibinə 
çox  xırda  ağ  qum  dənəcikləri  qarıĢdırılmıĢdır.  Onun  boğazı  uzunsov  borunu 
xatırladır.  Ağız  isə  bir  qədər  geniĢləndirilmiĢ  formada,  dairəvidir.  Çiynindən  üç 
batıq  xətlə  çevrələnir.  Qabın  çiynində  iki  yerdə  yapıĢdırılmıĢ  ilgəkvari  qulpu 
vardır.  Gövdə  yumru  olub,  oturacağa  doğru  tədricən  daralır.  Oturacaq  düz 
hazırlanmıĢdır. Qabın üzəri hamarlanmıĢdır (s.q.№ 628). 
17 saylı torpaq qəbirin ağzı novçalı, qırmızı rəngli, ağzı ilə çiynini arxadan 
birləĢdirən  gil  qab  nümünələri  də  aĢkar  edilmiĢdir.  Bundan  baĢqa  oradan  tapılmıĢ 
çoxlu  çölməklərdən  biri  qırmızı  rəngdə  olub,  gilinin  tərkibində  ağ  qum  dənəciyi 
vardır,  üzəri  hamarlanmıĢdır.  Onun  ağzı  enli,  boğazı  bir qədər  yığılmıĢ,  çiyni  isə 
gövdəyə  getdikcə  geniĢlənmiĢ,  oturacağa  doğru  isə  yenidən  formadadır.  Qabın 
çiynində  iki  yerdən,  bir-birinin  əks  istiqamətində  ikitilli  üçbucaq  formalı  qulp 
yapıĢdırılmıĢdır.  Qulplar  boğazın  çökək  hissəsinə  doğru  mayilli  olmaqla  dik 
düzəldilmiĢdir. Qulpların arasında yenə iki yerdə, çiyin hissədə üç batıqdan ibarət 
bəzəyi  vardır.  Oturacaq  düz  hamarlanmıĢdır  (s.q.  №  631).  Bu  tip  qablar  Nüydi 
qədim  yaĢayıĢ  yeri  sakinlərinin  əsasən  maldarlıqla  əlaqədar  məiĢətinə  məxsusdur. 
Bu cür qablar sağın zamanı istifadə etmək və ya heyvandarlıq məhsullarının emal 
edilməsi  üçün  daha  yararlıdır.  Bunlar  həm  sərnic,  həm  də  qazan  rolunu  oynaya 
bilər. 
Kasavari qırmızı rəngli gil qab. Onun ağzı dairəvi olub, oturacağa doğru 
tədricən  daralır  və düz  oturacaqla  qurtarır.  Qabın  ağzının  kənarı  düz  olub,  içəriyə 
azca  meyillidir.  Ağzının  kənarından  dik  qulpu  olmuĢ,  lakin  sınmıĢdır.  Qabın 
gövdəsində “L” iĢarəsini xatırladan gil bəzək yapıĢdırılmıĢ və onun üstü qabın ağzı 
kənarından  azca  yuxarı  qaldırılmıĢdır.  Bu  cür  yapma  bəzək  üç  bərabər  məsafədə 
edilmiĢdir (s.q.№ 630). 
Qalın divarlı orta həcimli gil küpəyə oxşar qab. Qırmızı rəngdə olan bu 
qabın ağzı dairəvi, ağzının kənarlarından dik qaldırılmıĢ qulpu vardır. Onun boğazı 
batıq  xətlərlə  (dik  və  çəp  olmaqla)  bəzədilmiĢdir.  Qab  boğazından  aĢağıya  doğru 
mayilləĢərək  genəlir  və  çiynindən  kəskin  Ģəkildə  yenidən  oturacağa  doğru  daralır 
və düz oturacaqla qurtarır, onun kəsiyi bir növ romb Ģəkli alır. Bu qabın çiynində 
qalın və kobud kiçik daha bir qulpu vardır. Qabın iki qulpları arasında boğazından 
çiyninə doğru cızma xətlə iĢarəsində rəsmlə bəzədilmiĢdir (s.q. № 632) 


34 
 
18  saylı  torpaq  qəbir.  Bu  torpaq  qəbir  aĢkar  edilərkən,  onun  üst 
səviyyəsindən,  daha  doğrusu  1,2-1,3  metr  dərinlikdə  bir  öküz  və  xırda  buynuzlu 
heyvan  sümükləri  görünmüĢdür.  Burada  öküzün  baĢı,  qıçları  və  baĢqa  sümükləri 
aydın bilinir. Öküz baĢının ölçüsü 35x40 sm-dir. Onun üzü Ģərqə doğru bükülü və 
dağınıq halda idi. Heyvan kəlləsinin boğazı yanında 7 ədəd həddən artıq irrizasiya 
olub  parçalanmıĢ  ĢüĢə  muncuq  və  bir  ədəd  içərisi  boĢ,  ağız-ağıza  qoyulmuĢ  tunc 
muncuq tapılmıĢdır. Öküz sümükləri olan sahənin qabağından bir iri qayıqvari dən 
daĢı  və  baĢqa  saxsı  qırıqları  aĢkar  edilmiĢdir.  Saxsı  parçaları  çölmək,  cam  kimi 
qabların  qırıqlarından  ibarət  idi.  Bu  heyvan  sümüyü  altında  od,  yanğın  izi 
müĢahidə edilmiĢdir.  
III kvadratda aĢkar edilən heyvan sümüklərinin bir qədər Ģimala doğru 1,5 
metr  dərinlikdə  qəbirin  avadanlığı  görünmüĢdür.  Qəbir  dördkünc  formada 
qazılmıĢ,  ölünün  qarĢısında  avadanlıq  üçün  bir  qədər  geniĢ  yer  götürülmüĢdür. 
Onun döĢəməsinə qədər yer səthindən 1,7-1,8 metrdir. Skeletin üzü Ģərqə olmaqla 
sol  böyrü  üstündə  idi.  Bükülü  Ģəkildə  dəfn  olunmuĢ  ölünün  qolları  qarnının 
üstündə köndələn qoyulmuĢdur, əllər dirsəklərin yanında idi. Ġri adama aid skeletin 
kəllədən  çanağa  qədər  uzunluğu  0,8  sm,  qıç  sümüklərindən  (dizdən  aĢağı)  birinin 
uzunluğu 48 sm-dir. 
Skeletin  dizləri  qarĢısında  iri  dəmir  əĢya  aĢkar  edilmiĢdir.  Onun  oxĢarları 
hələlik bizə bəlli olmadığı üçün qeyri-müəyyən qalsa da, bir qədər at yüyəni bəzəyi 
ilə  əlaqədar  olduğu  ehtimal  olunur.  Lakin  qəbirdən  at  sümüyü  tapılmamıĢdır. 
Həmin  dəmir  əĢyanın  yanında  qoyulan  çənəsi  və  onun  da  yanında  vannayaoxĢar 
uzunsov,  bir  qulplu  gil  qab  qoyulmuĢdur.  Onun  içərisində  xırdabuynuzlu  heyvan 
sümükləri  var  idi.  Kəllə  yaxınlığında  çoxlu  gil  qablar,  əmək  alətləri,  silah  və  s. 
qoyulmuĢdur.  Gil  qablardan  iri  çölməklər,  camlar,  çəhrayı  rəngli  vazalar  (tək 
hündür dayanacaqlı) gövdəsi iti çıxıntı Ģəkilli, ağzı enli, iki qulpludur. Qulplardan 
biri  lentĢəkilli  digəri  isə  en  kəsiyi  dairəvi  olan  çubuqcuq  formalı,  onun  qabın 
ağzına  yapıĢdırılan  hissəsinin  üstü  yastı  və  qulaqcıq  formasındadır.  Lakin  bunlar 
həddən artıq ovxalandığı üçün mümkün olmadı. 
III  və  IV  kvadratların  arasında,  ölünün  ayaqları  yerləĢən  sahədən  0,7  metr 
aralı  bir  ədəd  iri  təsərrüfat  küpü  aĢkar  edilmiĢdir.  Küpün  ağzı  qəbirin  döĢəməsi 
səviyyəsində  görünmüĢdür.  Onun  ağzı  dairəvi,  boğazı  isə  çox  qısadır.  Ağzının 
diametri  kənardan-kənara  26  sm,  qalınlığı  2,5  sm,  hündürlüyü  80  sm,  gövdəsinin 
enli  yerindən  çevrəsi  1,9  metrdir.  Küpün  ağzının  kənarından  7  sm  aĢağı  çiyninə 
doğru  dörd  yerdən  (bərabər  məsafədə)  yumru  və  ucları  ĢiĢ  bəzək  məhmizlər 
düzəldilmiĢdir.  Boğazdan  gövdəyə  doğru  genələn  küp  oturacağa  doğru  daralır  və 
altı  düz  formadadır.  Küpün  üzəri  bozarmıĢ  göy  rəngdə  ağzının  kənarı  və  içərisi 
çəhrayı  rəngdədir.  Gilinin  tərkibində  xırda  ağ  qum  qarıĢığı  vardır.  Əl  ilə 
hazırlanmıĢ bu küpün gövdəsi dalğavaridir. Küpün ağzı dördkünc daĢla örtülmüĢ, 
içərisinə  torpaq  dolmamıĢ  və  içərisində  olmuĢ  məhsulun  izi  onun  divarına 
qalmıĢdır. Ġçəridən, küpün ağzından 5 sm aĢağı çevrə Ģəklində ərzaq iri bozumtul-


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə