Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə17/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   13   14   15   16   17   18   19   20   ...   59

35 
 
ağ rəngdə qalmıĢdır. Həmin maddə izi 10 sm aĢağıya doğru davam edir və  sonra 
qara  ləkələrlə  əvəz  olunur.  Dibi  tamam  qaralmıĢ  Ģəkildə  idi.  Küpün  ağzı 
səviyyəsindən  1  metr  Ģimal-Ģərqə  doğru  bir  daĢ  dirək  sınığı  da  aĢkar  edilmiĢdir. 
Bütün bu materiallar yerindəcə qeyd edilmiĢdir. 
AĢkar edilmiĢ gil qablar içərisində qırmızı rəngli, ağzında iki bir-birinə əks 
uzunsov novçası olan ikiqulplu yumru gövdəli dolça zövqlə düzəldilmiĢdir. Onun 
gilinin  tərkibində  ağ  qum  qarıĢığı  vardır.  Qabın  üçtilli  qulpları  ağzının  kənara 
çıxmıĢ  əyinti qulaqcığın altı ilə  çiyninə  yapıĢdırılmıĢdır. Boğazı enlidir və  çıxıntı 
ilə  çevrələnir.  Bu  cür  iki  çıxıntı  uzun  novçaların  altında  boğazı  çevrələyən  kəbər 
bəzək ilə gövdəsinin enli yerinə qədər uzadılır. Həmin çıxıntı bəzəklərin üzəri çəp 
batıq  xətlə  naxıĢlanmıĢdır  (s.q.  №  635).  Daha  bir  qırmızı  rəngli  dərin  kasanı 
xatırladan gil qab da diqqəti cəlb edir. Onun ilgəkvari qulpu ağzının kənarından dik 
qaldırılmıĢdır.  Bu  qabın  ağzı  enli  oturacağa  doğru  nisbətən  daralır.  Oturacağı 
düzdür. Onun ağzının kənarında ucları birləĢən, bir növ heyvan buynuzu Ģəklində 
yapma  bəzəyi  vardır  (s.q.  №  636).  Gil  qablar  içərisində  ağzı  üçgül,  süzgəclilər, 
nəlbəkiformalılar,  qapaq  və  s.  çoxlu  miqdarda  əldə  edilmiĢdir  ki,  bunların 
hamısının təsvirini verməyi lazım bilmirik. Bunlardan bir ədəd qara-çəhrayı rəngli 
gil  vazanın  hündür  dayanacağı  vardır.  Tutum  hissəsi  nəlbəkivari  olub,  ağzının 
kənarı  ilə  gövdəyə  kiçik  lentvari  qulp  yapıĢdırılmıĢdır.  Oturacağı  dairəvi  altdan 
içəriyə doğru batıqdır (s.q. № 654). Gil qablardan  əlavə əmək alətləri, silahlar və 
bəzək Ģeyləri də aĢkar edilmiĢdir ki, bunlar dövrün bir sıra məsələlərini öyrənmək 
üçün müəyyən əhəmiyyətə malikdir. Bu qəbir abidəsində həm əmək aləti, həm də 
silahlar demək olar ki, eyni dərəcə tapılmıĢdır. Bunlardan dəmir oraq (s.q. № 669), 
dəmir çapacaq (s.q. № 672), hətta dən daĢları, kəsərli alətləri itiləmək üçün bütöv 
daĢları (s.q. № 656, 657) də tapılmıĢdır. 
Tapıntılar  içərisində  ən  maraqlı  və  yeganə  nüsxələr  hesab  edilən  tunc 
lövhədən dairəvi formada düzəldilmiĢ döĢ örtüyüdür. Ġki ədəd olan bu əĢyanın bir 
tərəfi qabarıqdır. Onlar skeletin döĢləri üstündə aĢkar edilmiĢdir (s.q. № 668). Bu 
tapıntının qabarıq üzündə mərkəzi kiçik çıxıntı təpəcik vardır. Əks tərəfdə, içəridən 
isə  paltar  tikmək,  yaxud  bağlamaq  üçün  dəmirdən  ilgəyi  vardır.  Onlardan  birinin 
içərisində  yun parça izi qalmıĢdır. Bu  əĢya  bəzək  vasitəsi kimi istifadə  edilməklə 
eyni zamanda zireh əhəmiyyətinə malik umbon vəzifəsi də daĢımıĢdır.  
Bəzək Ģeyləri içərisində tunc bilərziklər (s.q. № 658), tunc üzük (üzüklərdən 
biri  arxaik  formada  olub,  5  cərgə  dairədən  ibarət  yay  Ģəklində  düzəldilmiĢdir), 
tuncdan  paltara  bəzək  düzəltmək  üçün  muncuğa  oxĢar  bəzəklər,  ĢüĢə,  pasta  və  s. 
muncuqlar da çoxdur. 
Qəbirin avadanlığı içərisində, daha doğrusu, skeletin önündə, bir qədər aralı 
iki  dəmir  əĢya  tapılmıĢdır.  Onun  ətafında  dəmir  halqa  vardır.  Ġki  yastı  dəmir  qol 
bir-birinə  dolanmıĢ  və  uclarında  deĢik  düzəldilmiĢdir.  O  biri  ucları  uzunsov 
zəncirvari paxlalarla bir-birinə birləĢdirilir (s.q. № 673). 


36 
 
18 saylı torpaq qəbir. Bu torpaq qəbir II kvadratda aĢkar edilmiĢdir. Onun 
yerləĢdiyi  sahə  1965-ci  ildə  aparılmıĢ  qazıntının  kənarına  düĢür.  Odur  ki,  həmin 
vaxtdan  bəri  keçən  müddətdə  ola  bilsin  ki,  bu  qəbir  abidəsi  uçub  dağılmıĢ  və 
nəticədə skeletin sümükləri də  yerində qalmamıĢdır. Qəbir 1,7 metr  yer səthindən 
dərində  yerləĢmiĢdir.  Qablar  yerləĢən  ərazi  və  qəbirin  sahəsi  təqribi  olaraq  2,6 
metr, 1,5 metr ölçüsündə müəyyənləĢdirilmiĢdir. Lakin qəbirin yerinin açılmasına, 
orada  qabların  qalmasına  baxmayaraq  heç  bir  insan  sümüyünün  tapılmaması  bir 
qədər  Ģübhə  doğurur.  Bu,  ola  bilsin  ki,  vaxtı  ilə  hansısa  hadisə  ilə  bağlı  qəbirdə 
insan  dəfn  olunmamıĢ,  yalnız  onun  Ģərəfinə  mərasim    düzəldilmiĢdir.  Belə  ki, 
qəbirdə düzələn qabların yerləĢdiyi sahənin uzunu 1,5 metr, eni 0,5 metrdir. Onlar 
qəbirin qərb küncünə doğru düzülmüĢdür ki, bunların da çoxu sınmıĢdır. Buradan 
ağzı dördgül qırmızı rəngli gil qab, kiçik dolça, ağzı slindrik dopu, kiçik vannaya 
oxĢar gil qab, nisbətən iri küp qırıqları və bunların üstündə xırdabuynuzlu heyvan 
sümükləri  aĢkar  edilmiĢdir.  Ümumiyyətlə  17-yə  qədər  gil  qab  qırıqları  müĢahidə 
edilmiĢdir. 
20  saylı  torpaq  qəbir.  VI kvadratda, 1,25 metr dərinliklə  aĢkar edilən bu 
qəbir abidəsinin yerləĢdiyi sahə 1,8-1,4 metrdir. Ġri adama məxsus olan skletin üzü 
Ģimal-qərbə  doğru  istiqamətləndirilmiĢdir.  Onun  əlləri  üzünə  doğru  yönəldilmiĢ 
vəziyyətdə sıx bükülü qoyulmuĢdur. Kəllədən (təpədən) çanaq sümüyünə qədər 90 
sm  olan  bu  skletin  bükülmə  nəticəsində  uzunluğu  1  metr  olan  bir  sahədə 
yerləĢmiĢdir.  Dəfn  olunanın  üzü  qarĢısında  50  sm  aralıda  4  ədəd  nizə  ucluğu  dik 
vəziyyətdə  yerə  sancılmıĢdır.  Onların  biri  tamam  ovxalandığı  üçün  götürmək 
mümkün olmadı. BaĢın arxa tərəfində 12 sm aralı dəmir çapacaq, 22 sm aralı isə 
boyundan asma tunc döĢ bəzəyi qoyulmuĢdur. Dairəvi formada düzəldilmiĢ bu asqı 
bəzək  əĢyasının  kənarı  bir  zolaq  kimi  çevrələnərək  arası  deĢikli  kəsmələrlə 
bəzədilmiĢdir.  Kənarında  tutmaq  üçün  saplaq,  saplağın  da  ucunda  asmaqdan  ötrü 
ilməsi vardır. Bu dairəvi asqının mərkəzindən qabarıq tərəfə kənarları slindirik və 
çıxıntılı deĢik düzədilmiĢdir. 
DöĢ bəzəyinin qabarıq səthində, kənara yaxın dörd yerdə bərabər məsafədə 
düyməciyəoxĢar  dairəvi  bəzək  vardır  (s.q.  №  675).  Skletin  boyun  hissəsindən  və 
baĢına  yaxın  yerdə  23  ədəd  ĢüĢə  və  pastadan  müxtəlif  formalı  muncuqlar 
tapılmıĢdır. Onlar yaĢıl rəngli dilikli ĢüĢə və pastadan, uzunsov ĢüĢə və göyrəngli 
göz  muncuqlardan  ibarətdir    (s.q.  №  679).  Bundan  baĢqa  qolunda  bir  enli  tunc 
bilərzik  olmuĢdur.  Nazik  tunc  lövhədən  enli  və  qabırğavari  düzədilmiĢ  bu 
bilərziyin ucları aralı və bir qədər geriyə qatlanmıĢ formadadır (s.q. № 676). Daha 
sonra əl barmaqlarında iki tunc, iki dəmir üzük olmuĢdur. Tunc və dəmir üzüklərin 
hərəsindən  birini  salamat  götürmək  mümkün  olmuĢdur  (s.q.  №  677,  678).  Dörd 
ədəd nizədən biri tam xarab olub, sıradan çıxmıĢdır. Onlar müxtəlif böyüklükdədir 
(s.q. № 681). Çapacağa gəlincə, 0,28 sm uzunluqda olub, dəstəsi 13, tiyəsi isə 15 
sm-dir. Onun tiyə və dəstəsinin arxası qövsvaridir (s.q. № 680). 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə