Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə20/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   16   17   18   19   20   21   22   23   ...   59

41 
 
Skelet  çənəsi altında  olan sağ  əlindən bir tunc  üzük  var idi. Bundan  əlavə 
qəbirin materialları içərisində dopu, quĢ formalı gil qab qırıqları da tapılmıĢdır.  
Nisbətən  dayazda  yerləĢən  abidələr  dağıntıya  məruz  qaldığından  XVIII 
kvadratın Ģərq hissəsində 0,7 metr dərinlikdə görünən 31 saylı torpaq qəbir abidəsi 
də  dağılmıĢ  vəziyyətdə  idi.  Bu  qəbir  abidəsi  nəinki  ilkin  vəziyyətdə  qalmamıĢ, 
hətta sümükləri dağınıq halda aĢkar edilmiĢdir. Onun yanında isə bəzi qab qırıqları 
və heyvan sümüklərinə təsadüf olunmuĢdur. 
Qazıntının  kənarlarına  doğru  davam  edən  qəbir  abidəsinin  XI,  XVIII  və 
XIV  kvadratlarında  izi  görünmüĢ,  lakin  ekspedisiya  müddətinin  qurtarması  ilə 
əlaqədar olaraq açılmamıĢdır. Görünən hissələr qeyd edilib üzəri möhkəmləndirilib 
növbəti qazıntı mövsümünə saxlanmıĢdır. 
Ekspedisiya müddətində ətraf ərazi də qismən öyrənilmiĢdir. Daha bir abidə 
Nüydi  kəndindən  4  km  cənub-qərbdə,  Nuran  kəndindən  2  km  Ģimal-qərbdə 
yerləĢən  “Qaraçı  bulağı”  antik  dövr  yaĢayıĢ  yeri  və  qəbiristanından  ibarətdir. 
“Qaraçı  bulağı”  adlı  sahəyə,  yerlilər  bəzən  Qələyçi  bulağı  da  deyirlər.  Burada 
soyuq suyu olan bulaq vardır. Bulağın kənarında, yol arası sahədə yeni üzüm bağ 
salınması ilə  əlaqədar olaraq dərin Ģumlama zamanı eramızdan  əvvəl I  minilliyin 
son rübünü xarakterizə  edən zəngin  maddi-mədəniyyət qalıqları aĢkara  çıxmıĢdır. 
Burada 1965-ci ildə Nüydidə arxeoloji iĢlər zamanı qeyd edilən dövrə aid yaĢayıĢ 
yeri  olduğu  göstərilmiĢdir.  Yerüstü  baxıĢ  zamanı  çoxlu  saxsı  qab  qırıqları,  iri  və 
nisbətən  xırda,  qayıqvari  dən  daĢları,  iri  təsərrüfat  küplərinin  müxtəlif  hissələri, 
xırda  qırmızı,  qara,  boz  rəngli  qab  qırıqları,  yanıb  qızarmıĢ  suvaq  parçaları  və  s. 
rast  gəlinmiĢdir.  Abidə  gəzilərkən  çox  Ģeylər  yerindəcə  qeydə  alındı  və  bir  neçə 
qab  nümunələri  götürüldü.  Bu  abidə  bulağın  Ģimal-Ģərq  kənarı  boyu  uzanaraq 
hələlik  Ģumlanan  sahadə  2-3  ha-dan  artıqdır.  YaĢayıĢ  yeri  əsasən  Ģərqə  va  baĢqa 
istiqamətlərə  uzanır.  Buradan  bir  qədər  Ģimala  doğru  PirəmeĢənin  kənarına  yaxın 
yerdə iri və xırda çay daĢlarından bünövrə yeri görünmüĢdür. 
Qaraçı  bulağından  toplanan  keramika  məlumatı  əksərən  Nüydi  abidəsinin 
materialı ilə çox uyğun gəlir. Təbii ki, məsafəcə  yaxın və  eyni dövrə aid abidədə 
yaĢayıĢ  sakinlərin  məiĢəti  va  istehsalında  bir-birinə  uyğun  olmalıdır.  Qabların 
hazırlanma, naxıĢlanma və s. xüsusiyyətlərinə görə demək olar ki, Nüydi ilə Nuran 
kəndi yaxınlığındakı abidə eyni tiplidir. 
Beləliklə  Nüydi  abidəsindən  aĢkar  edilən  zəngin  maddi-mədəniyyət 
abidələri  e.ə.  I  minilliyin  son  rübü  və  eramızın  I  əsrində  Albaniyanın  bir  sıra 
iqtisadi-ictimai məsələlərinin öyrənilməsində mühüm elmi əhəmiyyətə malikdir. 
 
1975-ci il 
 
Azərbaycanın antik dövr tarixinə dair kifayət qədər yazılı məxəz olmaması 
bir  çox  məsələlərin  tədqiqini  çətinləĢdirir.  Məhz  buna  görə  də  yazılı  mənbə 
məlumatı  ilə  yanaĢı,  arxeoloji  qazıntılar  nəticəsində  aĢkara  çıxarılan  maddi-


42 
 
mədəniyyət qalıqlarının qarĢılıqlı tədqiqi mühüm əhəmiyyət kəsb edir. Albaniyanın 
antik  dövr  ictimai,  xüsusilə  iqtisadi  inkiĢaf  səviyyəsini  müəyyənləĢdirməkdə 
arxeoloji  qazıntıların  böyük  rolu  vardır.  Ağsu  rayonu  Nüydi  kəndi  yaxınlığında 
aparılmıĢ  son  arxeoloji  qazıntılar  bu  baxımdan  diqqəti  cəlb  edir.  Nüydidə  aĢkar 
edilən  qədim  yaĢayıĢ  izləri  dövrün  iqtisadi,  ictimai  və  siyasi  tarixini  öyrənmək 
üçün  əlveriĢli  imkanlar  açır.  Qazıntı  zamanı  yaĢayıĢ  məskənindən  daĢ  bünövrə 
qalıqları, təsərrüfat quyusu və s. aĢkar edilmiĢdir. Qəbiristan sahəsindən təsərrüfat 
quyusu  yaxınlığında  tapılmıĢ  iri  daĢlar  ehtimal  ki,  bunun  müəyyən  bir  tikintinin 
bünövrəsinə  aid  olduğunu  bildirir.  Lakin  sahənin  sıx  qəbiristanlığa  çevrilməsi  bu 
tikinti haqqında tam təsəvvür əldə etməyə imkan verməmiĢdir. Bununla belə, xam 
torpaq  üzərində  qara  dairəvi  ləkə  Ģəklində  quyunun  yeri  aydın  müĢahidə  edilir. 
Quyu  təmizlənərkən  onun  1,7  metr  diametri,  10-15  sm  hündürlükdə  dibi 
müəyyənləĢdirilmiĢdir. Quyunun dibi yuxarı hissələrə nisbətən geniĢ, dibinin səthi 
isə  mərkəzə  doğru  nisbətən  maili  qazılmıĢdır.  Onun  içərisindəki  qara  torpağın 
tərkibində  cüzi  miqdarda  kömür,  yanıb  kərpic  halına  düĢmüĢ  suvaq  parçası  və  s. 
qalıqları  vardır.  Nüydi  düzündə  çaydaĢından  ibarət  hörgü  əlamətini  bildirən 
yerlərin  mövcud olması
11
, habelə 1965-ci il qazıntıları zamanı aĢkar edilmiĢ divar 
qalıqları
12
 burada daĢ bünövrəli və ya daĢ divarlı qədim tikililərin varlığı haqqında 
fikirləri  bir  daha  təsdiq  edir.  Lakin  əsaslı  mühasirəsi  olmayan  kiçik  və  kənar 
yaĢayıĢ  məntəqələri və  onlara  məxsus xırda  binaların izinin  yoxa  çıxması prosesi 
möhtəĢəm bina, yaxud torpaq altında basdırılmıĢ digər abidələrə nisbətən daha tez 
baĢ verir. Çox güman ki, qazıntı aparılan yer əsas yaĢayıĢ məntəqəsindən bir qədər 
kənardadır.  Bura  isə  müxtəlif  təsərrüfat  tikililərinin  qalığı  ilə  yanaĢı,  əsasən 
qəbiristandan ibarətdir. Nekropolda aĢkar edilən qəbirlərin sıxlığı və avadanlığının 
zənginliyi onun yaxınlığında iri yaĢayıĢ məskəninin olmasını göstərir. Ətraf ərazidə 
aparılmıĢ  axtarıĢlar  bunu  bir  daha  sübut  etmiĢdir.  Abidədən  təqribən  1  kilometr 
Ģimala doğru məhz belə bir məskənin varlığını göstərən əlamətlər qeydə alınmıĢdır. 
Burada 10 hektara yaxın sahə eramızın ərəfəsinə aid saxsı qab qırıqları, dən daĢları 
və baĢqa daĢ alətlərlə zəngindir. Həmin sahədə torpağın adda-budda dəyiĢməsi və 
maddi-mədəniyyət qalıqlarının töküntüsü qədim yaĢayıĢ damlarının yerini bildirir. 
Bu  yaĢayıĢ  yerinin  Ģimal  hissəsində  isə  təqribən  35x35  metr  ölçüdə  müəyyən 
istehsal ocağının yeri vardır. YanmıĢ suvaq və baĢqa qalıqlar olduğuna görə yerli 
əhali bu yeri “kərpiclik” adlandırır. Burada ehtimal ki, qədim yaĢayıĢ məskəninin 
sənətkarlıq hissəsi olmuĢdur
13

                                                 
11
 А л и е в   И.,  О с м а н о в   Ф.Л.  Бассейн  рек  Геокчай-Ахсучай  в  античное  время  //  Советская 
археология, 1975, № 1,с. 188-202. 
12
Османов  Ф.Л.  Материальная  культура  Кавказской  Албании  III  в.  до  н.  э.  -  III  в.  н.  э.  (по 
археологическим  памятникам  междуречья  Геокчай-Ахсучай).  Автореферат  канд.  дисс,  Bакы, 
1968, с. 10. 
13
 Османов  Ф.Л.,  Раджабли  А.,  Ибрагимов  Ф.А.,  Ахвердиев  А.Ш.  Раскопки  в  сел.  Нюди  // 
Археологические открытии 1975 года, М., 1976, с. 504. 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə