Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə21/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   17   18   19   20   21   22   23   24   ...   59

43 
 
Albaniyanın antik dövr, xüsusilə yeni eranın ərəfəsində müxtəlif dini görüĢ 
və adətləri haqqında, eləcə də məiĢətdə istifadə edilən müxtəlif avadanlıq əsasında 
iqtisadi  vəziyyətə  dair  qismən  təsəvvür  yaratmaq  məqsədilə  aĢkar  edilmiĢ  qəbir 
abidələrinin  təsvirini  vermək  əhəmiyyətlidir.  Ümumiyyətlə,  nekropolda  aparılmıĢ 
qazıntılar  nəticəsində  50-dən  çox  qəbir  abidəsi  aĢkar  edilib  öyrənilmiĢdir  ki, 
onlardan  təxminən  20-si  1975-ci  il  qazıntısı  zamanı  tədqiq  olunmuĢdur.  Qəbir 
abidələrinin demək olar ki, hamısı torpaqda dəfnetmə adətinə məxsusdur. Onlardan 
yalnız bir neçəsi uĢaq küp qəbridir. Həmin abidələr haqqında daha aydın təsəvvür 
yaratmaq məqsədilə yalnız bir neçə qəbir nümunəsinin təsvirini veririk. Bununla da 
qədim  sakinlərin  sitayiĢi,  inam  və  görüĢləri,  məiĢəti  və  s.  qismən  də  olsa,  əyani 
Ģəkildə nəzərə çarpdırılacaqdır. 
37 saylı torpaq qəbir. Yer səthindən 1,3 metr dərinlikdə aĢkar edilmiĢ bu 
torpaq  qəbir  abidəsi  Ģərq-qərb  istiqamətində  olub,  skeletin  kəlləsi  Ģərqə  doğrudur. 
Sıx bükülü və sağ böyrü üstündə qoyulmuĢ ölünün sağ əli çənəsi altına, sol əli isə 
döĢü  üstündə  köndələn  vəziyyətdə  idi.  Qıçlar  çanaq  sümüyünə  doğru  sıxılmıĢdır, 
skeletin kəlləsi və arxası boyu ayaqlarının altına qədər əksəriyyəti qırmızı, tək-tək 
qara  rəngdə  olan  saxsı  qab  düzümü  vardır.  Qablar  nisbətən  irihəcmli  ikiqulplu 
çölməklərdən,  üç  və  təkayaqlı  qara  vazalardan  (tablo  24),  ağzı  dairəvi  dopudan, 
ağzı  novçalı  dolçalardan,  habelə  ölünün  ayaqları  altına  qoyulmuĢ  iki-üç  gil 
məmulatından ibarətdir. Bütün bunlardan əlavə kəllənin arxasından bir ədəd dəmir 
biz  tapılmıĢ,  ĢüĢədən  göy  rəngli  uzunsov  burma  muncuqlar  və  çanaq  sümüyü 
üstündə,  daha  doğrusu,  qurĢağında  bir  tunc  əĢya  qalmıĢdır.  Burada  bir  ədəd qara 
rəngli gil cam və bir ədəd oyuncaq məqsədilə deĢilmiĢ qoyun aĢığı da tapılmıĢdır. 
Qəbrin avadanlığı və skeletin vəziyyəti onun qadına aid olduğunu ehtimal etməyə 
imkan  verir.  Adətən,  bu  dövrə  aid  əksər  qəbir  abidələrində  qadınların  əsasən  sağ 
böyrü üstdə dəfn edildiyi müəyyənləĢdirilmiĢdir
14

39  saylı  torpaq  qəbir.  1,7  metr  dərinlikdə  aĢkar  edilmiĢ  bu  torpaq  qəbir 
abidəsinin  1  metr  hündürlüyündə  qazılmıĢ  yan  divarı  bilinir.  Onun  kənarları  düz 
istiqamətdə qazılaraq dördkünc formada idi. Qəbrin üstündə çoxlu heyvan sümüyü 
müĢahidə  edilmiĢdir.  Burada  üç  iribuynuzlu    heyvan  (öküz  baĢı,  çənəsi  və  s.) 
sümüyü  vardır.  Skeletin  ayağı  altına  doğru  öküz,  yaxud  qaramal  baĢı  və  ayaqları 
qoyulmuĢdur.  Ġnsan  skeleti  isə  burada  dağınıq  Ģəkildə  idi.  Kəllə  və  çanaq 
sümükləri qəbrin divarlarına söykənmiĢ, alt çənə isə qabların üstündə yerləĢmiĢdir. 
Skeletin  belə  parçalanmıĢ  və  ya  pərakəndə  olması  onun  dəqiq  vəziyyətini 
müəyyənləĢdirməyə  imkan  vermədi.  Onun  qıçlarının  Ģimal-qərbə,  üzünün  isə 
Ģimala  tərəf  yönəldiyi  aydınlaĢdırıldı.  Kəllə  üstündə  çiynində  əyməĢəkilli  dik 
                                                                                                                 
 
14
 Османов  Ф.Л.,  Ибрагимов  Ф.А.,  Ахвердиев  А.Ш.  Новые  раскопки  в  Нюдидюзи  //   
Археологические и этнографические изыскания в Азербайджане (1973), Бакы, 1974, с. 25. 
 


44 
 
qaldırılmıĢ  qulpu  olan  çölməklər  qoyulmuĢdur.  Çölməklərdən  birinin  içərisində 
heyvan  kəlləsi  aĢkar  edildi.  Formasına  və  diĢlərinə  görə  kəllənin  donuz,  yaxud 
qabana aid olduğu müəyyən edilmiĢdir. 
Ümumiyyətlə,  Nüydi  qədim  qəbristanında  aĢkar  edilmiĢ  qəbirlərin 
hamısında qaramal və davar, donuz, quĢ sümüklərinə tez-tez təsadüf edilir. Onların 
əsasən gil qabların içərisində və böyük hissələrin sadəcə qəbrin üstündə qoyulduğu 
müəyyənləĢdirilmiĢdir. 
40  saylı  torpaq  qəbir.  Çox  da  dərində  yerləĢməyən  bu  abidədə  skeletin 
istiqaməti  Ģərq-qərb  üzrədir.  Skelet  sağ  böyrü  üstə,  kəllə  Ģərqə  doğru,  üzü  isə 
Ģimala tərəf olmaqla sıx bükülü Ģəkildə idi. Qəbirin baĢ tərəfində 15-ə yaxın saxsı 
qab  qoyulmuĢdur  ki,  bunlar  da  əsasən  gövdəsində  iki  qulpu  olan  orta  həcmli 
küpələrdən, ağzı üçgül dolçalardan, çölmək və camlardan, ağzının kənarında lüləyə 
oxĢar  novçası  olan  lüləyin  tipli  qab  və  s.-dən  ibarətdir.  Bunlardan  əlavə,  skeletin 
çənəsi  altında  bir  dəmir  çapacaq,  ondan  bir  qədər  aralı  üzü  qarĢısında  yerə 
sancılmıĢ  Ģəkildə  üç  dəmir  nizə  ucluğu  aĢkar  edilmiĢdir.  Nizələr  ölünün  üzü 
qarĢısında  yandırılmıĢ  od-ocaq  izi  olan  yerdə  tapılmıĢdır.  Həmin  qəbrin  saxsı 
materialı nisbətən kobud hazırlanmıĢdır. 
46 saylı torpaq qəbir. Bu abidə yer səthindən 0,6-0,7 metr dərinlikdə aĢkar 
edilmiĢdir. Qeyd olunmalıdır ki, qəbir qazıntı sahəsinin cənub kənarında maili bir 
sahədə yerləĢmiĢdir. Onun üst torpaq yuyulub axmaya məruz qaldığı üçün bu qəbir 
abidəsi nisbətən dayazdadır. Skelet qəbirdə sol böyrü üstə, baĢı Ģimal-Ģərqə doğru 
olmaqla üzü azca cənuba  yönəlmiĢ və sıx bükülü vəziyyətdə qoyulmuĢdur. Lakin 
skeletin qol və qabırğa sümüyünə görə onun azca arxası üstə çevrilmiĢ vəziyyətdə 
olduğu bilinirdi. Əllər çənə altında idi. 
Skeletin  baĢı  yanında  qayıqvarı  kiçik  qulplu  gil  qab,  ağzı  enli  və  dairəvi 
olan qulplu saxsı qab, ağzının kənarında lüləkdən novçası olan avtafavari su qabı, 
çölmək və s. tapılmıĢdır. Onun sol qolunda bir tunc bilərzik, barmağında isə üzük 
var  idi.  Alnı  qarĢısında  dörd  boru  Ģəkilli  tunc  muncuq,  dəmir  bəzək  əĢyasına 
salınmıĢ tunc zəncir qoyulmuĢdur. 
Nüydi  nekropolunun  dövrünün  daha  da  dəqiqləĢdirilməsində  bu  qəbir 
abidəsinin  mühüm  əhəmiyyəti  vardır.  Belə  ki,  skeletin  sol  qolunun  sümükləri 
altından, daha doğrusu, vaxtilə ölünün ovucunda qoyulmuĢ gümüĢ sikkə nümunəsi 
tapılmıĢdır. Bunlardan biri yerli  əhalinin bilavasitə özlərinə  məxsus olduğu hesab 
edilən, bənzədilərək zərb olunmuĢ  yazısız pul, digəri isə Parfiya  hökmdarlarından 
II Mitridatın (е. ə. 124/123-88/87-ci illər) dirhəmidir. Bu iki müxtəlif sikkənin eyni 
vaxtda qəbirdə qoyulması buradan, eləcə də Azərbaycanın digər rayonlarından əldə 
edilmiĢ  bənzədilərək  zərb  olunmuĢ  baĢqa  pul  nümunələrinin  dövrünü 
müəyyənləĢdirməkdə  müstəsna  əhəmiyyətə  malikdir.  Bir  qəbirdə  eyni  vaxtda 
qoyulmuĢ bu pullar, Ģübhəsiz, II Mitridatın hakimiyyəti dövründə və ya ondan az 
sonra qoyula bilərdi. Belə olduğu təqdirdə, onda bənzədilmə yerli pul nümunəsini 
də həmin dövrə aid etmək mümkündür. Lakin yerli pulun digər pula nisbətən daha 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə