Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə22/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   18   19   20   21   22   23   24   25   ...   59

45 
 
çox  dövriyyədə  olduğu  onun  sürtülüb  nazilməsindən  aydın  bilinir.  Bu  isə,  həmin 
pulun  II  Mitridatın  sikkəsindən  bir  qədər  əvvəl  kəsildiyini  güman  etməyə  imkan 
verir. Beləliklə, də onun eramızdan əvvəl II əsrin ikinci yarısında və ya ortalarında 
meydana gəldiyini ehtimal etmək olar. Bu qəbrin və eləcə də ona uyğun abidələrin 
isə e. ə. II əsrin sonu - I əsrin əvvəlləri çərçivəsinə aid etmək olar. Bununla da əldə 
edilən  digər  maddi-mədəniyyət  nümunələri  və  onlarla  baĢqa  abidələrin  dövrünü 
daha da dəqiqləĢdirmək mümkündür.  
47 saylı torpaq qəbir. 1,1 metr dərinlikdə aĢkar edilən bu torpaq qəbirdəki 
skeletin  kəlləsi  Ģərqə  doğru  olmaqla  sağ  böyrü  üstdə  sıx  bükülü  Ģəkildə 
qoyulmuĢdur.  Bu  skelet  qadına,  daha  doğrusu,  qız  uĢağına  aiddir.  Onun  əlləri 
sinəsi  üstündə  çarpazlaĢdırılmıĢ  vəziyyətdə  olub,  sağ  əlində  dəmir  parçaları  və 
əlinin qurtaracağında dəmir pası qarıĢıq tunc zəncir qoyulmuĢdur. Sol qolunda en 
kəsiyi  dairəvi,  ucları  aralı  tunc  bilərzik,  orta  barmağında  isə  en  kəsiyi  dairəĢəkilli 
tunc  üzük  var  idi.  Skeletin  boğaz  hissəsindən  40-a  qədər  ĢüĢə  və  bir  ədəd  yastı 
pasta muncuq əldə edilmiĢdir. ġüĢə muncuqların çoxu irrizasiyaya uğrayaraq xarab 
olmuĢdur. Bundan  əlavə, kəllənin arxasına doğru və üzünə tərəf olmaqla iki  ədəd 
dəmir əĢya, çox güman ki, iynə qoyulmuĢdur. Skeletin kəlləsi qarĢısında 13, qıçları 
üstündə  isə  üfüqi  Ģəkildə  saxsı  qab  nümunələri  aĢkar  edilmiĢdir.  Qablar  qırmızı 
rəngli olub, ağzı dördgül novçalı və lüləli təkqulp hazırlanmıĢdır. Burada çiynində 
üfüqi yapıĢdırılmıĢ və dik qaldırılmıĢ vəziyyətdə qulpu olan üç ədəd qırmızı rəngli 
çölmək,  bir  ədəd  qırmızı  rəngli  ikiqulplu  çölmək,  daha  bir  qara  rəngli  üçayaqlı 
badya da aĢkar edilmiĢdir. 
48 saylı torpaq qəbir. Bu torpaq qəbir 1,3 metr dərinlikdə aĢkar edilmiĢdir. 
Böyük adama, çox güman ki, kiĢiyə aid olan bu skelet arxası üstdə, qıçlar kənara 
doğru açılmıĢ və dizdən qatlanaraq ayaqlar bir-birinə çatılmıĢ vəziyyətdə idi. Onun 
qol  sümükləri  dirsəyə  qədər  yanlara  doğru  tam  açılmıĢ,  əlləri  isə  dirsəkdən 
qatlanaraq  qoltuğu  altına  uzanmıĢ  Ģəkildə  aĢkar  edilmiĢdir.  Kəllə  həddən  artıq 
çürümüĢdür. Skeletin bir növ romb Ģəklində qatlanmıĢ dizləri üstündə hərəsində üç 
ədəd qırmızı saxsı qab (iri və orta həcmli üçqulplu, ağzı novçalı təkqulp badya və 
bir  qədər  uzunsov  ağzı  dairəvi  qab)  qoyulmuĢdur.  Kəllənin  yanında  (əsasən  Ģərq 
tərəfində)  çoxlu  avadanlıq  qoyulmuĢdur.  Burada  nisbətən  iri  saxsı  qab,  6  ədəd 
qırmızı rəngli çölmək, bir qara rəngli təkayaq vaz, bir qırmızı ağzı novçalı dolça, 
bir  ağımtıl-boz  rəngli  zərif  və  nisbətən  uzun  novçalı,  ağzında  süzgəci  olan  kiçik 
süddan  formalı  qab  daxildir.  Saxsı  qabların  qərb  kənarındakı  qara  rəngli  təkayaq 
vazanın  yanında  isə  bir  ədəd  tiyəsi  söyüd  yarpağı  formasında  olan  dəmir  nizə 
qoyulmuĢdur.  Skeletin  sağ  böyründə,  ucu  kəlləyə  doğru  olmaqla  bir  ədəd  dəmir 
silah,  yaxud çapacaq var idi.  Onun  uzunluğu 30 sm, tiyəsi 24 sm-dir. 3,5 sm eni 
olan  tiyənin  iti  tərəfi  qabarıq,  əks  tərəfi  isə  düz  və  nisbətən  qalındır.  Bu  dəmir 
alətin  dəstəsində  ağac  üzlük  bəndləmək  üçün  dörd  yerdə  mıx  çıxıntısı  vardır.  Bu 
tip  dəmir  alət,  yaxud  silahlar  albanların  məiĢəti  üçün  səciyyəvi  olub,  Nüydi 
qazıntılarından  çox  tapılır.  Belə  dəmir  alətlərin  nisbətən  qısa  formaları  bir  qədər 


46 
 
enli  və  iki  yerdən  əyri  dirsəkli  düzəldilmiĢdir.  Ölünün  döĢ  qəfəsi  üstündə  soldan-
sağa doğru onurğa sümüyünə tam söykənmiĢ Ģəkildə qısa saplaqlı nizə ucluğu var 
idi. Hövsələ çanağından yuxarıda isə belində üç və dördüncü onurğa qatı arasında 
birinin  ucu  sola,  digərinin  isə  sağa  istiqamətlənmiĢ  Ģəkildə  olmaqla  daha  iki  nizə 
ucluğu  aĢkara  çıxarılmıĢdır.  Soldan  batırılmıĢ  nizə  ucluğu  çanaqdan  yuxarı 
dördüncü onurğa qatına elə batırılmıĢdır ki, o biri tərəfə keçməsinə azca qalmıĢdır. 
Sağdan çalınmıĢ nizə isə onurğanın altında torpaqda qalmıĢdır. 
Nüydi  torpaq  qəbirləri  Azərbaycan  ərazisindəki  Yaloylutəpə
15
,  Qəbələ
16

ġəkili
17
,  Ağyazı
18
,  ġamaxı
19
,  Cəfərxan
20
,  Alazan  vadisindəki  torpaq  qəbirləri
21
 
oxĢardır. Həmin abidələrdən əldə edilmiĢ maddi – mədəniyyət nümunələri də bir-
birinə  çox  yaxındır.  Belə  oxĢar  nümunələr  ġəki-Zaqatala  rayonlarının  eyni  dövr 
abidələri  üçün  də  səciyyəvidir.  Yaloylutəpə  mədəniyyəti  qab  nümunələrinin 
oxĢarları son illərdə Qobustanın Ana zağa yaĢayıĢ yerinin üst təbəqəsindən (e.ə. I – 
eramızın I  əsrləri üçün  səciyyəvidir) Ģargövdəli,  ağzı  üçgül ağımtıl anqoblu saxsı 
qabların  tapılması
22
 da  diqqətəlayiqdir.  Maddi-mədəniyyət  qalıqlarının  yaxın 
oxĢarlığı  cəhətinə  görə  qeyd  edilən  rayonlardan,  habelə  Mingəçevirdən  tapılan 
küp
23
 və  Mollaisaqlı  təknə  qəbir  materialı
24
 da  eyniyyət  təĢkil  edir.  Bütün  bunlar 
isə  müəyyən  etnik  tərkibə  malik  yerli  xalqın  iqtisadi,  mədəni,  ərazi,  habelə  çox 
ehtimal ki, vahid ünsiyyət birliyinin də təcəssümünü əks etdirir. 
Nüydi  nekropolunda  cəmi  dörd  küpdə  dəfn  adəti  nümunəsi  müĢahidə 
edilmiĢdir.  AĢkar  edilən  qəbir  küpləri  isə  xüsusi  olaraq dəfn  üçün  hazırlanmamıĢ, 
vaxtilə təsərrüfatda istifadə edilib, sıradan çıxan orta həcmli saxsı qablardan, yaxud 
onların  sınıqlarından  ibarətdir.  Bunlardan  3  saylı  qəbir  küpü  bir  qədər  iridir. 
Nisbətən yaxĢı qalmıĢ bu qəbir abidəsinin  ətraflı təsvirini verməklə onun haqqında 
müəyyən  təsəvvür  yaratmaq  olar.  Bu  küp  1,3  metr  dərinlikdə  ağzı  Ģərqə  doğru 
olmaqla üfüqi vəziyyətdə aĢkar edilmiĢdir. Küpün üstünün yarıya qədər sındırıldığı 
                                                 
15
 Исмизаде О.Ш. Ялойлутепинская культура. Бакы: 1956; Шарифов Д.М.Раскопки в Ялойлутапа. 
Бакы: 1927. 
16
 Казиев С.М., Бабаев И.А., Османов Ф.Л. Работы Кабалинской экспедиции // Археологические 
открытия 1969 г., М., 1970, с. 376-378. 
17
 Osmanov  F.L.  Ġsmayıllı  rayonu  ərazisində  1970-ci  il  arxeoloji  tədqiqatların  hesabatı  //  Azərbaycan 
SSR EA Tarix Ġnstitutu, çöl tədqiqat bürosu. № H 47, səh. 21-25. 
18
 Mahmudov F.R. Ağyazı düzənliyində Yoluylutəpə mədəniyyət // AMM, VI c, Bakı, 1965, səh. 131-
144. 
19
 Xəlilov  C.Ə  Xınıslı  qədim  yaĢayıĢ  yeri  //  Azərbaycan  SSR  EA  Xəbərləri  (ictimai  elmlər  seriyası), 
1961, № 3, səh. 31-47. 
20
 Пассек Т.С. Джафарханский могильник // Вестник древней истории, 1946, № 2. 
21
 Ниорадзе Г. Раскопки в Алазанской долине. Тбилиси: 1940. 
22
 Materiallarla  bizi  Qobustan  arxeoliji  ekspedisiyanın  rəisi  Cəfərqulu  Rüstəmov  bilavasitə  tanıĢ 
etmiĢdir.  
23
 Qazıyev S.M. Mingəçevir küp qəbirləri albomu. Bakı, 1960. 
24
 Османов Ф.Л. Глиняные саркофаги, найденные на территории Азербайджана // AMM, VII cild, 
Bakı, 1973, s. 245-250. 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə